Tariximizden bir vereq2 Layout qxd



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə81/82
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#31786
1   ...   74   75   76   77   78   79   80   81   82

-Bu, həmin o ləzgi quldurlarının başçısının başıdır. Bunu Bə-
dridze sizə göndərib. Özü gələ bilmədiyi üçün üzr istəyir. Lakin
o, bir azdan burada olacaq. Orada hava çox isti idi. Ona görə də
o köynəyini dəyişməyə getdi.
Gənc knyaz: 
-Mən sizə demirdimmi ki, o, on ikinci başı kəsməyi çox da
gecikdirməyəcək,- dedi.
-O, aldığı ağır zərbədən keçinəndən sonra, başını mən kəs-
diyim üçün Bədridze onu mənə vermişdir, -Həlim sözünə davam
etdi. –Knyaz, indi siz on manatı ancaq mənə verməlisiz.
-Çox yaxşı, çox da pakizə, elə bil ki, sən onu bu axşamlıq
mənə borc vermisən,- deyə knyaz çavab verdi.-Lakin götür, o
başı  elə yerdə gizlət ki, itlər onu yeməsinlər. Onu sabah bazarda
numayış etdirmək lazımdır.
Həlim:- Baş üstə -deyib, balkona çıxan pilləkənlərdə gözdən
itdi. Bir azdan onu eyvanda gördük. O, başı aparıb gizlətmişdi.
Tezliklə Bədridze özü də səliqəli geyimdə gəlib çıxdı. 
Ləzgilər onun qurduğu tələyə düşmüşdülər. Nətiçədə
qaçaqların başçısı da daxil olmaqla, üç ləzgi öldürülmüşdü. On-
ların başçısını Bədridze bir xəncər zərbəsi ilə öldürmüşdü. Zərbə
onun başını ikiyə bölmüşdü. Başçılarının öldürüldüyünü görən
ləzgilər dağlara tərəf qaçmağa üz qoymuşdular.
Knyaz Tarkanov deyilənlərə diqqətlə qulaq asaraq: -çox gözəl,
onlar bu axşam daha bizi narahat etməyəcək. İndi də gəlin salona
gedək. Guman edirəm ki, “Ləzgihəngi” rəqsi Aleksandr Düma
cənablarının xoşuna gələcəkdir-dedi.
Bir azdan rəqs başlandı. “Ləzgihəngi” rəqsini doğrudan da
gözəl ifa etdilər. Bayram axşamı pis təəssürat bağışlamadı.
Əvvəldə dediyimiz kimi Nuxa olduqca cazibədar , adamı
heyran qoyan bir şəhərdir. Daha doğrusu, bura bütövlükdə isti-
rahət yeridir.Aprel ayından başlayaraq  oktyabra kimi burada 12
Íàäèð ßùìÿäîâ
296


mindən 60 minə qədər adam yaşayır.
Görəsən, onun sərin kölgəliklərində dincəlmək, adamın
ruhunu oxşayan bulaqlarının başında oturmaq xoşbəxtliyi kimə
nəsib olacaq?
Nuxanın əsas ticarətini ipək təşkil edir. Onun bir fabriki var.
O, toxuculuq fabriki deyil, əyrici fabrikidir. Bu fabrik hər il altı
milyonluq xammal ixrac edir. Şəhərin evlərini kölgələrə qərq
edən gözəl ağacların bir hissəsi tut ağaclarıdır. Onların atlas kimi
yarpaqları ölkənin var-dövlətini təşkil edən milyardlarla barama
qurdlarını yemləyir.
İtaliyanın cənubunda Pyemon və Milan vilayətlərinin barama
qurdlarının dörddə üç hissəsi epidemiya nəticəsində məhv
olduğundan. Bir il üç ay bundan əvvəl, iki-üç italiyalı tacir Nux-
aya barama qurdlarının toxumundan almağa gəliblər. Lakin Nux-
ada bu toxumu satmaqdan imtina ediblər. Bu, rəqabətlə əlaqədar
idi. Belə olan halda, onlar ləzgilərin yanına getməyə məcbur ol-
muşlar.
Demək olar, bütün Qafqaz dillərinin hamısında danışa bilən,
Tiflis Teatrının bədii tərtibatçısı Ferati adlı bir cavan bu çətin vəz-
ifəni öz üzərinə götürür. O, dağlılar kimi geyinib-keçinir, iki yüz
min qızıl və gümüş pul götürüb yola düşür.
Ləzgilər heç kəsə baş əymədikləri kimi, qızıl və gümüşdən
başqa heç bir şeyə məhəl qoymur, kağız  pulu isə heç pul saymır-
lar.
Onun sövdası baş tutur və italiyalılar nəinki kifayət qədər
barama  toxumu ilə Qafqazı tərk edir, həm də Avropada düşdük-
ləri zərərin də əvəzini çıxırlar.
Nuxaya öz toxuduqları müxtəlif geyim, parça, ipək və öz
qoyunlarını satmağa gətirən itaətkar ləzgilərin içərisinə asanlıqla
soxula bilən qeyri-itaətkar ləzgilər də gəlirlər. Onların içərisində
yaylaqlardan və dağlardan gələn adamlar o saat tanınırlar. 
Òàðèõèìèçäÿí áèð âÿðÿã
297


Qeyri-itaətkar ləzgilər buraya yol kəsməyə, oğurluq etməyə,
araya nifaq salmağa, qol kəsməyə və yaxud bəzən də şəhərə
basqın etməyə, bizim şahidi olduğumuz kimi hadisələr törətməyə
gəlirlər.
Səhəri gün ləzgilərin başcısının başı bazarda “nümayiş ”et-
dirilirdi. Nuxa meydanında nümayiş etdirilən bu baş bir il ərzində
kəsilmiş beşinci baş idi.
Bədbəxtlikdən ləzgilər müsəlmandır və buna görə də qəzavu-
qədərə, taleyə inanırlar. Sizin fikrinizcə, kəsilmiş bir baş bu cür
taleyə inanan adamlara necə təsir göstərə bilər?
-Taleyin yazısı belə imiş!-deyirlər və bununla da hər şey qur-
tarıb gedir.
Səhəri gün biz bazarı gəzməyə çıxanda,  camaat axşam
kəsilmiş başa, demək olar ki, heç nəzər də salmırdı.
Bu , oğlunun təhlükəsizliyi üçün Tarkanovun ləzgilərə verdiyi
dərsdi.
Doğrudan da bizim gördüyümüz kimi, süni sürətdə təşkil
edilən böyük dava-dalaş, vaxtında görünməmiş basabas zamanı
güclü bir kişi İvanı qəflətən götürüb atın üstünə qoyar və dörd-
nala çaparaq çıxıb gedə bilər.
Uşağın qiyməti yüz min manatdır və ləzgi qaçaqları yüz min
manatlıq bir şey üçün həyatlarını təhlükə altına qoyurlar . Nə
isə...
Nuxa küçələrindəki balaca dükanların içərisində cızbız satılan
dükanları az qala unutmuşdum. Bunlar bir növ bizim qızardılmış
kartof satan ticarət nöqtələrinə bənzəyirlər.
Yaxşı olar ki, onu evdə bişirəsən. (Mən qızardılmış kartofu
nəzərdə tuturam). Lakin nə qədər səylə hazırlasan da, bu heç vaxt
təzə körpünün üstündə satılan kartofun dadını vermir.
Bax ,Nuxanın küçələrində satılan cizbiz da belədir. Bu zəhri-
mar cızbızın gözəl iyi və dadı var. Mən nə qədər çalışdım, özümü
Íàäèð ßùìÿäîâ
298


saxlaya bilmədim və knyazdan xahiş etdim ki, ondan yeməyə
mənə icazə versin .
Ey Nuxadan keçən səyyahlar, açıq havada dayanıb mütləq
cızbız yeyin! Umumiyyəltə, Qafqazda adam o qədər də yaxşı
yeyə bilmir. Lakin mən sizə məsləhət görürəm: belə təsadüfü
əldən verməyin, mütləq cızbız yeyin!
Eh! Hayıf ki, Potidə bu sətirləri yazan zaman mənim yanımda
Nuxadakı ətçi dükanının dalında, yöndəmsiz bir otaqdakı çox
ləzzətli cızbız yox idi. Əgər olsaydı, görün mən necə bayram
edərdim!
Artıq qərara almışdım ki, biz günorta saat birdə yola düşək .
Biz istəsək də, həmin gün Tiflisə cata bilməzdik. Bir-iki
dayanacaq yol gedib, səhərisi gün Tiflisə catmaq üçün axırıncı
dayanacaqda –Sarskoye Kolotzedə də yata bilərdik. Buna bizim
hələ vaxtımız vardı. Bazarı və şəhəri xeyli gəzdik. Elə bil ürəy-
imizə dammışdı ki, daha Nuxadan gözəl bir yer görə
bilməyəcəyik.
Bazardan stolun üstü üçün süfrə və ya xalça almaq istədim,
İvan buna imkan vermədi.
-Atam sizin üçün onun əlasını alıb,- dedi.
Bilirdim ki, bazardan qayıdandan sonra məni çox gözəl bir
xalça gözləyir. Doğrudan da çarpayımın üstündə həddindən artıq
gözəl bir xalça və onun yanında tayı-bərabəri olmayan bir Azər-
baycan tüfəngi vardı.
Tamamilə ispanların əksinə olaraq, qafqazlılar bir şeyi təklif
edəndə, bilin ki,onlara heç cür etiraz edə bilməzsiniz. Etiraz
etmək, onları təhqir etmək deməkdir.
Mümkün olsaydı da, mən knyaz Tarkanovun verdiyi xalça və
silahı qaytarmaq fikrində olmazdım. Çünki bu təmiz ürəklə
bağışlanan töhfə idi.
Biz nahar etdik. Heyf ki, vaxt sürətlə ötüb keçirdi. Saat on iki
Òàðèõèìèçäÿí áèð âÿðÿã
299


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə