Tariximizden bir vereq2 Layout qxd



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə74/82
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#31786
1   ...   70   71   72   73   74   75   76   77   ...   82

ət xörəyi, şərab və araq içəri daxil oldu. Soyuqdan əsə-əsə
yeməyə girişdik və eyni zamanda gündüzdən doğranmış, yanmaq
bilməyən yaş odunları peçə doldurduq. Hansı vəziyyətdə olursa-
olsun, o yerə ki, insan ayaq qoydu, bütün çətinliklər baş alıb
gedir.
Bu vaxt ərzində samavar da öz nöbəsində qaynayır, isti nəfəslə
otağımızı isindirir, boş və kimsəsiz otaqlar get –gedə canlanırdı.
Aclığı, yorğunluğu və soyuğu yaxşı yemək-içmək
istirahət,hərarət əvəz edəndə adamın əhvali-ruhiyyəsi həmişə
yaxşılaşır. Deyib-gülməyə, zarafata keçdik.
Çay... bu qaynar içki növünü Azərbaycanda hamı içir. Və elə
bil bu, ancaq şimal xalqlarının bədən üzvlərinin yorğunluğunu
çıxarmaq və onların kalorisini artırmaq məqsədi ilə şərqdən bu-
ralara gətirilmişdir. Çay bizim fiziki və ümumi övqatımıza çox
gözəl təsir göstərdi. Bizdən aslı olmayaraq “ah!ah!eh!eh!”
nidalarını təkrar etməyə başladıq, bu, insanın daxilində gələn elə
səslərdir ki, onları adam ancaq özünü sakit və şən his edəndə
tələffüz edir.
-Ah!.. nə canıma yayıldı! hərə öz otağına daxil olub, çarpayılar
üstündə yun yorğanları, divar rəflərində şamları və eyni zamanda
sobaların xırda ağızlığından yayılan işıq və istiliyi görəndə hər
şey gözəlləşdi. Yalnız bundan sonra xəyalımızda buraya gələrkən
qaranlıqlar arasında sezə bildiyimiz –sıx yaşıllıqlara qərq olmuş
binalar, hər iki tərəfi gözəl ağaclarla əhatə olunmuş yolların
ətrafında şırıltı ilə axan sular canlandı.
Mən çəkinmədən dedim:
-Hər halda Nuxa gözəl yer olmalıdır.
-Bəli, yay vaxtı, -deyə Moyne cavab verdi.
Bu soyuğa davamsız olan adamın etirazı idi, həm də o,
mənzərə ustası kimi danışırdı. Moyne Peterburqdan çıxandan
sonra üç-dörd dəfə qızdırmaya tutulmuşdu. Buna görə də yol
Íàäèð ßùìÿäîâ
272


boyu uçsuz-bucaqsız yaşıllıqları görə bilmədiyinə heyfislənir,
təəssüf hissi keçirirdi. Bunu ona bağışlamaq olardı.
Belə bivaxt, gecənin bir aləmində gəlməyimizə baxmayaraq,
bizə hər cür qayğıkeşlik və qonaqpərvərlik göstərmiş qulluqçu
otağa girib hər şeyin qaydasında olub-olmadığını soruşdu.
-Hər şey əladı, -deyə mən cavab verdim. –Biz burada özmüzü
Mahmud bəyin sarayında olduğumuz kimi hiss edirik.
- Bircə rəqqasələrimiz catmır, -Moyne zarafatla əlavə etdi. 
Biz ürəkdən güldük və öz otağımıza getdik. Moyne ilə Kalino
ən böyük otağda, mən isə nisbətən balaca otağda yatdım.
Ay yenicə doğmuşdu. Onun zərif nuru otağımın pəncərələrini
işiqlandırdı. Evin dörd tərəfi böyük eyvanla əhatə olunmuşdu.
Çalışıb bir şey görmək və səhər yoldaşlarıma danışmaq üçün ey-
vana çıxdım.
Hər şeydən əvvəl nəzərimi cəlb edən və məni bərk təəc-
cübləndirən pəncərələrimin altında gəzən gözətçi oldu. O burada
nə edirdi? Yoxsa, bizim şeyləri gözləyirdi. Çünki bütün
şeylərimiz içəri yığışdırılmışdır.  Bu, mənim rütbəmə görə də ola
bilməzdi. Doğrudur, mənim padorojnim mənə general imtiyazı
verdi, ancaq Nuxada mənim padorojnim hec kəs görməyib. Öz-
özümdən soruşdum: “yəni mən dusdağam, həpisdəyəm?” Bu da
həqiqətdən çox uzaq idi. Suallar qəlbimi deşə-deşə otağıma qayıt-
dım. İşığı söndürüb otağıma uzandım. Nə vaxt yuxuya getdiy-
imdən xəbərim olmadı. Birdən xoruz səsinə yuxudan ayıldım.
Əgər xoruzun səsi çox yaxından gəlməsəydi, buna qeyri-adi bir
şey kimi baxmazdım. Mənə elə gəldi ki, Xoruz çarpayımın başı
söykənən divardakı rəfə soxulub. Diqqətlə otağın hər tərəfinə
baxdım.
Müqəddəs Pyerin başına gətirdiklərini mənim də başıma gətir-
məyə ixtiyarı olmayan bu zəhlətökən qonşunu zor-xoş qovub
çıxarmaq üçün ayın işığında otağa mümkünü qədər diqqətlə
Òàðèõèìèçäÿí áèð âÿðÿã
273


baxdım. Otaq bomboş idi.
Əgər bu rəflərin yerində şkaf olsaydı, elə fikirləşərdim ki,
yoldaşlarımdan biri xoruz gizlətməklə mənimlə zarafat etmək
istəmişdir. Lakin bu mülahizəm həqiqətdən uzaq idi.
Elə bu vaxt xoruz yenidən banladı. Səs ölçüyəgəlməz bir
məsafədə əks-səda verib, yox oldu.
Səs bayırdan gəlirdi. Özü də elə bil ki, xoruz lap pəncərəmin
altında idi.
Bəlkə sonsuzluğun dərinliyində itən bu qışqırıq mənim
keşikçimin öz vəzifə borcunu yerinə  yetirmək üçün verdiyi
möhkəm sınaq imtahanı idi? Bəlkə bu səs onun yoldaşlarının cav-
abı idi ki, onlar xoruzu sayıqlıq simvolu hesab etdiklərindən, biri-
birinə onun səsilə xəbərdarlıq edirdilər?
Mənim mülahizələrimin hər biri yavaş-yavaş  mümkün ola
bilən ehtimaldan uzaqlaşırdı. Artıq xülya ümmanında üzürdüm,
yəni ağlıma gələni uydururdum.
İnsan həyatında elə anlar, elə dəqiqələr, elə hallar olur ki,
adam heç bir şeyi öz həqiqi cildində görə bilmir. Bax, mən də
hal-hazırda belə anlardan, belə dəqiqələrdən birini keçirirdim.
Bu dəfə məsələnin axırına çıxmaq qərarına gəldim. Belə yatmaq-
dansa, heç olmasa, bu mülahizələri aydınlaşdırmaq məqsədilə
yataqdan qalxdım, geyinib eyvana çıxdım.
Kürkə bürünmüş, papağını qulaqlarının dibinə qədər basmış
keşikçi ağaca söykənmişdi. Lakin bu adam xoruzu təqlid edənə
qətiyyən oxşamırdı.
Bundan başqa bu mahnı mənim yatdığım yerin yuxarısından
eşidilirdi. Başımı qaldırıb binaya söykənmiş ağaça baxanda bütün
sirlər mənə aydın oldu.
Gur və qalın səsi olan müğənni özünün bütün “hərəmləri” ilə
birlikdə bu ağacın budağında yatır, daha doğrusu, keşik çəkirdi.
Ürəyimdə özümlə zarafat etdim; “deyəsən Nuxada hələlik toyuq
Íàäèð ßùìÿäîâ
274


damı “icad” olunmayıb, ona görə də hər bir xoruz binanın yanın-
dakı baxçanın evlərə yaxın olan ağaclarından birini seçir və öz
toyuqları ilə çıxıb orada yatır, bir də səhər açılanda oradan düşür-
lər.”
Müqəddəs Martən küçəsinin və müqəddəs Döni şəhər
ətrafının sakinləri faytonların səsinə adət etdikləri kimi, Nuxalılar
da məni yuxudan oyadan bu səsə yəqin ki, alışıblar. Mən də bu
yolu seçib yenidən yerimə girdim. 
Belə bir qərar qəbul etdiyim üçünmü, yoxsa nədənsə, deyə
bilmərəm, bir daha xoruzların səsini eşitmədim. Bir də gözlərimi
səhər açdım. Elə o saat da  yataqdan qalxdım.
Burada su problem deyil. Bulaqlardan nə qədər desən su axır.
Lakin Moskvadan çıxandan sonra bu gözəl nemətin,suyun olma-
ması üzündən yataq otağları adamda nifrət hissi oyadırdı.
Moskvadan Potiyə qədər, bir neçə evi çıxmaq şərti ilə, məni ən
çox yoran, həmişə ən çox məyus edən, hövsələdən çıxaran,
canımı boğazıma yığan su problemi idi.
Bizim mədəniyyətimizdən tamamilə bixəbər olan Rusiyanı ,
əlbəttə, bir neçə böyük şəhərlər müstəsna olmaqla, haçansa
mənim kimi səyahət etmək fikrinə düşəcək oxucularımın mənim
çəkdiklərimi çəkməməsi üçün yuxarıda indicə dediklərimə bir
daha qayıdacağam.
İspaniyada olarkən ispanca lüğətim vardı. Mətbəxlərdə axtarıb
tapmadığım şiş sözünü oradan axtarıb tapdım. Bu bir həqiqətdir
ki, mətbəxlərdə mən söz deyil, şey axtarırdım. Rus dilində isə
lüğətim yox idi. Odur ki, ləyən sözünü dili biləndən öyrəndim.
Əgər səyahət zamanı sizə ağırlıq etməzsə, mütləq ləyən götürün.
Mən ondan birini səyahət zamanı şahzadə Tümen gildə gör-
müşdüm. Aftafa-ləyən gümüşdən idi. Onları gizlədikləri yerdən
çıxarıb, böyük qayğıkeşliklə stolumun üstünə qoydular. Lakin
aftafanın suyu yox idi, axşam yatmaq ərəfəsində onlardan su
Òàðèõèìèçäÿí áèð âÿðÿã
275


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə