Tariximizden bir vereq2 Layout qxd



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə76/82
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#31786
1   ...   72   73   74   75   76   77   78   79   ...   82

-Biz bu axşam yola düşürük və ya ən gec sabah səhər, -deyə
ona cavab verdim. 
-Əgər mümkünsə, bu axşam, -Deyə Moyne dilləndi. –Əvvala,
biz sizi bu axşam yola düşməyə qoymayacayıq, sorası da
istəməzdik ki, sizin başınıza yolda bir hadisə gəlsin. Sabahın söh-
bətinə isə hələ sabah baxarıq. 
Mən gənc oğlanın atasını salamladım. O, rusca xoş sözlər
dedi. Uşaq: 
-Mənim atam fransızca bilmir, -dedi. –Lakin mən sizin dil-
mancınız olacağam. Atam deyir ki, siz bizim evimizə çox xoş
gəlmisiniz. Mən də ona cavab verdim ki, siz onun qonaqpərvərlik
iltifatını qəbul edirsiniz. Deyirlər, sizin çox gözəl silahlarınız var.
Mən silahları cox sevirəm. Siz onları mənə göstərəcəksiniz, elə
deyilmi?
-Çox böyük məmnuniyyətlə, mənim knyazım. 
-Gedək, yuxarı qalxaq. Atam deyir ki, çay dəmlənib, bizi göz -
ləyir.
Biz pilləkənin yanına çatdıq, pilləkənin sağında və solunda
açıq aynəbənd vardı.
-Bax, bu otaq sizin adamlar üçün hazırlanıb. Sizinki isə
oradadır. Sizi narahat etməsin deyə şeylərinizi üçüncü bir otağa
yığacaqlar. Buyurun, siz keçin, mənim atam heç vaxt sizdən
qabağa keçməz. 
Mən piləkənlərlə eyvana çıxdım. Otağın qapısını acmaq üçün
üşaq bizdən qabağa qaçdı. Bizi salamlayaraq dedi: -Siz öz
evinizdəsiniz! Bütün bunları burada, Parisdən çox-çox üzaqlarda,
Şirvan torpağında anadan olmuş, öz doğma ölkəsindən heç vaxt
kənara ayaq basmamış, təsəvvürə gəlməz dərəcədə səlis fransız
dilində bülbül kimi ötən, cümlə və ifadələrini izləyə bilmədiyim
bir uşağın dilindən eşidirdim - buna heyran qalmışdım. Bu,
həqiqətən də bu bir möcüzə idi.
Òàðèõèìèçäÿí áèð âÿðÿã
279


Biz üstündə samovar buğlanan bir stolun arxasında əyləşdik,
çay stəkanlarımızı əlimizə götürən kimi, yadıma düşdü ki,
Rusiyada və eyni zamanda Rusiyadan asılı olan bütün ölkələrdə
çay stəkanlarda   icilir, fincanlarda isə ançaq qadınlar çay içə
bilərlər.Çay içməyə başlayarkən mən knyaza öz təşəkkürümü
bildirib,ədəb-ərkan xatirinə ona bir neçə sual verdim. Ağzımdan
söz və ifadələr çıxar-çıxmaz, uşaq onları adamı heyran edən bir
cəldliklə tərcümə edirdi. Elə bil o, bütün ömrü boyu dilmanc
işləmişdi.
Birdən yadıma gecə keşikçisi düşdü. İvana üz tutdum:- yaxşı
yadıma düşdü.- Bu geçə bizim qapının ağzında keşikçi ona
görəmi qoyulmuşdu ki, birdən çıxıb gedərik? – Xeyr! - deyə gənc
oğlan gülümsədi.- (Mən onu artıq uşaq adlandırmağa çürət et-
mirəm) Xeyir, bu sizin əminamanlığınız
üçün idi.Həm də bizə xəbərdarlıq etmişdilər ki,ləzgilər Nuxanın
ipək fabrikinə basqın etmək istəyirlər və onu əlavə etmişdilər ki,
məni... –Axı,kim xəbərdarlıq etmişdi?-bizim çasuslar.Onların
bizim aramızda çasusları olduğu kimi,bizimkilər də onların
arasındadır. –Bəs sonra?- Məsələnin ardı ilə maraqlandım.-
dedilər ki, onlar məni də oğurlamaq niyyətindədirlər.Cunki atam
onlara cox pisliklər etmişdir. Atam öz əli ilə onlardan 30 nəfərinin
başını kəsmişdir. İyirmi ikincisinin başı kəsiləndən sonra imper-
ator Nikolay atama bir üzük göndərib.Ata, üzüyünü göstər, çənab
Düma da görsün. 
Polkovnik gülümsəyərək ayağa qalxdı və cıxdı. Ağzından süd
iyi gələn gənç oğlünün əmrini yerinə yetirdiyi ücün bu zəhmli
qoca şir  özünü cox xoşbəxt hiss edirdi. –Neçə yəni? Bü quldurlar
sənidəmi oğürlamaq istəyirlər, əziz knyaz?
-Belə görünür, -deyə uşaq çavab verdi. –Eh! Başqasının gü-
nahına görə bu gözəl başı kəsməkmi olar?.                                  
Mən üşağın boynunu quçaqlayaraq, onu bağrıma basdım. Bu
Íàäèð ßùìÿäîâ
280


barədə düşünərkən,əsməyə başladım.
-Ah! Mənim başımı kəsmək?! Yox, onlar o qədər də axmaq
deyillər. Böyük məbləğdə pulu daha üstün tuturlar. Atamın məni
nə qədər sevdiyini yaxşı bilirlər. Bilirlər ki, əgər məni aparsalar,
atam dəridən-dırnaqdan çıxacaq, öz paltarının axırıncı düyməsini
satmalı olsa belə, məni onlardan alacaq. Bundan başqa, ləzgilər
adamın başını kəsmirlər, bunu ancaq çeçenlər edirlər.
-Bəs ləzgilər nə edirlər?-deyə maratla soruşdum.
-Adamın sağ əlini kəsirlər.
-Belə də. Bəs bu kəsdikləri əlləri neynirlər, axı?
-Öz qapılarına mıxlayırlar. Kimin ki, qapısının üstündə daha
çox əl var, deməli, o öz aulunda tanınmış adamdır. 
Polkovnik əlində üzük içəri daxil oldu. Bu, ortasında impera-
torun nişanı olan dörd çox qiymətli yaqutun birləşməsindən
ibarət qiymətli bir üzük idi.
-Mən də üç baş kəsəndə, atam onu mənə verəcəyini vəd edib.
-Əzizim, siz səbr edin, iyirmi iki baş kəsəndən sonra, hökmdar
Aleksandra yazarsınız! O da sizə Nikolayın atanıza göndərdiyi
üzükdən göndərər. Bir ailədə iki hökmdar üzüyü olar.
-Eh! Kim bilir, - deyə İvan əvvəlki laqeydliklə dilləndi.- Kim
bilir... Görəsən mən də bu şərəfə nail olacağammı? Bu məsələ
günü-gündən çətinləşir, kəndlərin çoxu döyüşsüz təslim olur.
Görünür, mən elə üç başla kifayətlənəcəyəm.
- Baş kəsməsəniz olmazmı?
- Kim baş kəsməyir ki?
- Məsələn, mən, əziz knyaz.
- Siz bu ölkədən deyilsiniz, bunu sizə aid etmək olmaz.
Siz həyətə girəndə mənim kiminlə danışdığımı gördünüzmü?
Bax, o, on bir baş kəsib və belə hesab edir ki, əgər bizim casuslar
bizi aldatmamışsa, iki-üç günə burada on ikinci başı da
kəsəcəkdir. Onun da müqəddəs Georgi xaç ordeni var. Bir gün
Òàðèõèìèçäÿí áèð âÿðÿã
281


gələcək, mənim də müqəddəs Georgi xaç ordenim olacaq!
Bu sözləri deyərkən uşağın gözləri alov saçdı. Bu balaca
knyazın yanında, hər an quldurlar tərəfindən oğurlanmaq qorxusu
altında dünyada ən ağır bir şey olan baş kəsməkdən danışmaq nə
qədər doğrudur?
Bu yaşda olan bizim uşaqlar isə adi və qayğısız oyunbazlardır-
lar. Onlara deyəndə ki, xortdan gəldi, o saat qaçıb analarına
qısılırlar. 
Bu bir həqiqətdir ki, burada bu yaşda uşaqların belinə xəncər
bağlayırlar. Bizdə isə çörəyi kəsib uşaqların boşqabının yanına
qoyur, bıçağı götürürlər ki, uşaqlar toxunmasınlar.
Mən knyaz Melikovun oğlunun başında özündən yekə ağ
papaq, əynində gözəl çərkəzi çuxa, sinəsində patronlarla dolu
qatar, belində almaz kimi iti xəncər olduğunu öz gözlərimlə gör-
müşdüm. O, hələ lap uşaq idi. Lakın xəncərinin ağzını göstərmək
üçün onu qınından çıxarırdı. O, adını qürurla çəkdiyi məşhur usta
Murtazalın üstündə möhürü olan xənçər gəzdirirdi.
Fransız qadını hələ “ata”, ana” sözünü güçlə deyən bir kör-
pənin əlində bu cür silah görsəydi, huşunu itirərdi.
Knyaz Melikov isə gülümsəyir və ona hamıdan əvvəl deyirdi:
-Göstər xəncərini, Jorqi. 
Odur ki, bu uşaqlar on yaşında olanda özlərini kişi kimi aparır-
lar.
Mən yenə ləzgilərin üstünə qayıdıram. Bu əlkəsmə məsələsi
mənim üçün yeni bir şey idi. Knyaz mənə dedi ki, Nuxada sağ
əli kəsilmiş 12–dən çox adam var. “Min bir gecə nağılları”nda
üç korun üçünün də sağ gözü olmadığı kimi, bunların da sağ əli
yoxdur.
Ləzgilər Şilda kəndinə basqın edərkən kəndin başçısı Do-
dayevin evinə soxulurlar. Bu adamın Jefrem Sukyazov adlı bir
erməni katibi varmış. Döyüşün şiddətli yerində o xilas olmaq
Íàäèð ßùìÿäîâ
282


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə