Tariximizden bir vereq2 Layout qxd



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə22/82
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#31786
1   ...   18   19   20   21   22   23   24   25   ...   82

81
Òàðèõèìèçäÿí áèð âÿðÿã
dastanlarından rəvayətlər söyləyir, sələfləri olan monqol xan-
larının qəhrəmanlıqlarından danışırdı. Böyük öğlu Temuçini
inandırmağa çalışırdı ki, onun düşdüyü ağır vəziyyət müvəqqə-
tidir, bir qədər böyüyəndən sonra ailəyə əvvəlki şan-şöhrətini
qaytara biləcək. Atasının ölümündə günahkar olan tatarlardan və
habelə Yesugeyin ölümündən sonra onları tənha qoyub qaçan
yaxın adamlardan qisas alacaq. Temuçin anasının sözlərindən
ruhlanır və öz böyük gələcəyi barədə düşünürdü. Boy-buxunlu,
pəhləvan cüssəli, şücaətli, iti baxışlı gəncə çevrilmiş Temuçin öz
düşmənlərini qorxuya salmışdı. Onlar Temuçini aradan götürmək
barədə düşünürdülər. Həmin düşmənlərin Tarqultay adlı başçıları
vaxtilə Yesuqeyin əlində olan torpaqlara sahib çıxmış, özünü
bütün torpaqların hakimi elan etmişdi. O, gənc Temuçini məhv
etmək üçün plan hazırladı. Bir dəfə silahlı adamlar Temuçinin
köçəbəsinə (daimi olmayan yurduna) hücum etmişdilər .
Temuçinin düşmənlərdən yaxa qurtarması cəhdi baş tutmamışdı.
Onu tutub əl-ayağına ağır taxtadan kündə keçirmişdilər. Temuçini
gözətçiyə tapşırıb ona səhərəcən nəzarət etməsini tapşırmışdılar.
Gecənin bir vaxtı gözətçinin diqqətsizliyindən itstifadə edən
Temuçin onun başına zərbə endirərək aradan çıxmışdı. Təqibə
başlamış silahlıların əlinə keçməməkdən ötrü Onon çayının
ətrafında qamışlıqlarda gizlənmişdi. Təqib edənlərdən Sorqan
Şira adlı birisi Temuçinin qamışlar arasından çıxan başını görmüş
və yaxınlaşaraq belə demişdi:
"Düşmənlərin sənin bu qabiliyyətindən qorxurlar, gözlərinin
od saçması, üzünün şəfəqli olması onları vahiməyə salır. Mən
səni onlara satmaram, arxayın ol".
Təqib qurtaran kimi həmin adam Temuçinin kündəsini sındırıb
onu azad etmişdi.
Yetkinləşmiş Temuçin evlənmək qərarına gəldi. Qardaşları ilə
birlikdə atası Yesugeyin vaxtilə onu nişanladığı Börtegilə getdi.


82
Íàäèð ßùìÿäîâ
Gənclərin nigahı baş tutdu. Börte Temuçinə toy cehizi olaraq qara
samur dərisindən tikilmiş kürk bağışladı. Gəlinin bu cehizi varlı
olmayan Temuçin üçün əsl var-dövlət idi. Bundan ruhlanan
Temuçin vaxtilə atası Yesugey Bahadurla qardaşlıq etmiş Toğrul
xanla dostluq əlaqələri yaratmaq qərarına gəldi. Həmin vaxtlar
Toğrul xanın tabeliyində olan qəbilələr böyük torpaq ərazilərinə
sahiblik edirdilər. Temuçin qardaşlarının müşayiəti ilə qüdrətli
Toğrul xanın iqamətgahına getdi. Mərhum atası Yesugeylə qar-
daşlıq dövrlərini xanın yadına saldı və xahiş etdi ki, onu oğulluğa
götürməsinə razılıq versin. Sonra da xana cavan arvadının ce-
hizini – qara samur dərisindən tikilmiş kürkü bağışladı. Toğrul
xan gəncin bu hərəkətindən məmnunluq hissi duyduğunu dilə
gətirdi və Temuçini oğulluğa götürməyə razılıq verdi. Həm də
bildirdi ki, lazımi anda Temuçinə hər cür yardım göstərməyə
hazırdır. Temuçin evlənəndən bir qədər sonra şimalda yaşayan
merkit qəbiləsinin qoşun dəstələri onun çadırına basqın etdi.
Basqınçılar Yesugey Bahadurun qatı düşmənləri idi. Çünki
Yesugey on səkkiz il öncə merkitlərin qəbilə başçısının arvadı
Oelunu qaçıraraq özünə baş hərəm etmişdi. Oelun, yuxarıda dey-
ildiyi kimi, bir müddət sonra Temuçini doğmuşdu. Basqın çox
gözlənilməz olduğundan Temuçin əsir düşməkdən yaxasını bir
təhər qurtara bilmiş, lakin arvadı Börte əsir alınmışdı. Bir müd-
dətdən sonra Temuçin onu oğulluğa götürmüş Toğrul xanın
yardımı ilə arvadını geri almağa müvəffəq olmuşdu. Temuçin ar-
vadı Börtenin əsirlikdən sonra doğduğu ilk övladının məhz onun
oğlu olmasına şübhə ilə yanaşırdı. Buna görə də Temuçin Cuçi
adlı oğluna soyuq münasibət göstərirdi, lakin arvadı Börteni dərin
məhəbbətlə sevirdi.   
Szin Çin dövləti özünün köçəri qonşularını zəiflətmək üçün
aralarında nifaq salır və daxili qarışıqlıq törədirdi. Szin impera-
torunun yeritdiyi siyasət nəticəsində şimal-şərqdəki tatarlar


83
Òàðèõèìèçäÿí áèð âÿðÿã
əvvəlki qüdrətini xeyli dərəcədə itirmişdilər. O, onları silahlı mü-
daxilə yolu ilə darmadağın etmək qərarına gəlmiş, tatarlara arxa -
dan zərbə endirmək üçün Toğrul xanı köməyə çağırmışdı.
Temuçin atasının ölümündə günahkar olan tatarlardan qisas
almaq üçün yaxşı fürsət düşdüyünü bildiyindən Toğrul xandan
çinlilərin təklifinə razılıq verməsini xahiş etmiş və xanın
razılığını almışdı. Özü isə Toğrul xanın müttəfiqi kimi
müharibədə fəallıq göstərmişdi. Tatarlar darmadağın edilmiş, qə-
bilə öz müstəqilliyini birdəfəlik itirmişdi. Tatarlar monqolların
tabeliyinə keçmişdi.
Tatarlar üzərində qələbənin səbəblərindən biri Temuçinin
düşmən torpağında və qoşunlarında vəziyyətin necəliyini aşkara
çıxarmaq üçün əvvəlcədən təşkil etdiyi hərbi kəşfiyyat idi. Həmin
vaxtdan başlayaraq monqolların apardıqları bütün müharibələrdə
hərbi kəşfiyyata xüsusi diqqət yetirilirdi. Tatarlara qarşı
müharibədə göstərilən yardıma görə Toğrul xan və Temuçinə
fəxri adlar verilmişdi.Toğrul xan Çin imperatorundan "Vanq xan"
titulu, Temuçin isə Çinin sərhəd məsələlərinə baxan nazirindən
"Sərhəddə səlahiyyətli bozqır sərkərdəsi" adı almışdı. Müstəqil-
liklərini həmişəlik itirmiş tatarlar monqolların tabeliyində
qalmışdılar. Onlar sonralar Çingizin nəvəsi Batının monqol
qoşunlarının tərkibində Rusiyayadək gedib çıxmışdılar. Özünün
tərəfdaşlarını çoxaltmaq məqsədilə müxtəlif nəsillərdən və qə-
bilələrdən qulluğa götürdüyü adamlara mal-dövlətindən
hədiyyələr verirdi. Beləliklə, Temuçinin ulusu (yurdu) tədricən
yaranmaqda idi. Getdikcə aydın olurdu ki, Temuçin bütün Mon-
qolustanda hakimiyyəti əlinə alacaqdır. Bu qələbələrdən sonra
bütün Monqolustanda Temuçinin hakimiyyəti bərqərar oldu.
Monqol qəbilə başçılarının çoxu öz iclaslarına toplaşaraq
Temuçinin xaqan elan edilməsi vaxtının çatdığını bildirdilər. Qa-
nunçuluğa dərindən hörmət edən Temuçin xaqan adının rəs-


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə