Tariximizden bir vereq2 Layout qxd



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə24/82
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#31786
1   ...   20   21   22   23   24   25   26   27   ...   82

88
Íàäèð ßùìÿäîâ
izlərini gördüm. Orada yemək tapmaq çətin idi. 
- İndi nə istəsən tapa biləcəksən. Hər gün nahara yanima gəl.
- Yox,mənə belə mərhəmət lazım deyil! Vəhşi dağlı tərki-
dünyadır və təklik sevir.
Xidmətçilər qımız gətirdilər, ancaq alim ondan imtina etdi.
Xaqan dedi:
- Yanimda qal, necə istəyirsən o cür də dolan. Biz səni xüsusi
söhbət üçün çağıracağıq. Getməyə icazə veririk.
Çan Çun yerindən qalxdi, ovuçlarını birləşdirdi, hörmət
əlaməti olaraq əllərini tərpətdi və çıxdı.
Bir dəfə dayandığı vaxt Çingiz xan Çan Çuna xəbər göndərdi
ki, mühüm söhbət üçün gecədən keçmiş onu gözləyəcək.
Düşərgənin uğultusu sakitləşərək qurbağaların qurultusu
qüvvətlənəndə,Axay Tayşi alim Çan Çunu hərəkətsiz dayanmış
gözətçilərin yanından ulu xaqanın sarı çadırına apardı.
Qızıl taxtın hər iki tərəfində hündür gümüş şamdanlarda
yoğun mum şamlar yanırdı.Çingiz xan bardaş qurub ağ kecənin
üstundə oturmuşdu,tülkü quyruqları asılmış girdə parlaq papağı
üzünə kölgə salmışdı,ancaq gözləri pələng gözləri kimi
yanırdı.Yanında,xalça üstündə monqol və Çin dillərini bilən iki
katibə oturmuşdu.
Çan Çun taxtın qabağında xalçanın üstundə əyləşərək dedi:
- Mən dağlar adamıyam və uzun illərdir ki, ən gözəl və böyük
elm olan “dao’nu öyrənirəm. Mən ancaq çox kimsəsiz və sakit
yerlərdə olmağı sevirəm, səhraları dolaşmaq və ya orada durub
düşüncələrə dalmaq istəyirəm. Burada, şah cadırının yanında, əs-
gərlərin, onların atlarının və arabalarının çoxluğundan həmişə
səs olur. Buna görə də ruhi narahatlıq keçirirəm. Bunun üçün də
istədiyim kimi, ya qoşunlardan qabaqda, geridə getməyə icazə
verilərmi? Vəhşi dağlıdan ötrü böyük mərhəmət olardı.


89
Òàðèõèìèçäÿí áèð âÿðÿã
-Necə istəyirsən,qoy elə də olsun, - deyə xaqan cavab verdi.
Sonra soruşdu: - İzah et görüm, ildırım nədir? Cadügərlər və baş
şaman Beki mənə deyirlər ki,guya ildırım goydə buludların arx-
asında yaşayan allahlardır ki,adamlara qəzəblənib nərə
çəkirlər.Onlar o vaxt qəzəblənirlər ki,adamlar onlara lazım
olduğu kimi qara heyvan yox,başqa rəngdən olan heyvanları qur-
ban verirlər.Bu doğrudurmu?
Çan Çun cavab verdi:
- Göy adamlara heç də qurbanın çoxluğuna və ya azlığına görə
qəzəblənmir. Həm də göy qəzəblənmir ki, ona qara yox, sarı, ala
və ya ağ qoyun və ya at qurban verirlər. Bir də sənin şamanlarının
belə bir səhv sözlərini eşitmişəm ki, guya yay vaxtı çayda çim-
mək və suda paltar yumaq,keçə hörmək və göbələk yığmaq
olmaz,guya buna görə göyün bərk qəzəbi tutur və yerə ildırım ilə
tufan göndərir...Adamlarının göylərə hörmətsizliyi təkcə bundan
ibarət deyil. Onların çoxlu cinayətlər törətməsindədir...Mən
qədim kitablardan oxumuşam ki,adamların üç min müxtəlif
cinayətindən ən iyrənci öz valideynlərinə hörmətsizliyidir...Yolda
mən tez-tez görürdüm ki,sənin təbəələrin öz valideynlərinə yaxşı
hörmət eləmirlər. Özləri ziyafətlərdə yeyir-içir,qoca ata,ana və
babalarını isə acından öldürürlər.Qəlbsiz oğullar və qızlar öz
valideynlərini təhqir etdiklərindən,müqəddəs göylərin adamlara
qəzəbi tutur,onları ildırım ilə cəzalandırır.Hökmdar,çalış xalqın
ağıllansın və düzəlsin.
Çingiz xan:
- Alim yaxşı danışır!-dedi və mirzələrə əmr etdi ki,valideyn-
lərə hörmət haqqında qanun vermək üçün Çan Çunun sözlərini
monqol,Çin və turk dillərində yazsınlar.
- Bu vaxt qızıl nimçələrdə müxtəlif yeməklər gətirildi və Çan
Çun ancaq bişmiş düyü və bir az mövüc götürdü.Xaqan soruşdu:
- Müqəddəs alim! Çoxdan öyrənmək istəyirəm görüm səndə


90
Íàäèð ßùìÿäîâ
elə bir dərman yoxdur ki, qocanı cavan eləsin, zəif adama yeni
qüvvə versin? Sən elə edə bilməzsən ki ,böyük çayın fasiləsiz
axan suları kimi, mənim ömrümün də günləri həmişə davam etsin
və dayanmaq bilməsin? Səndə insanı ölməz edən dərman yoxdur
ki?
Çan Çun gözlərini aşağı dikdi və dinməzcə barmaqlarının
ucunu bir-birinə bənd elədi.
- Əgər səndə indi belə bir dərman yoxdursa,-deyə Çingiz xan
davam etdi, - onda bəlkə sən belə bir dərmanı necə düzəltməyi
bilirsən ? Ya da sən mənə necə ölməz olmağın sirrinə vaqif olan
başqa bir alimi və sehrkarı göstərə bilərsən. Əgər əbədi yaşamaq-
dan ötrü sən mənim üçün belə bir dərman düzəltsən,mən sənə
qeyri-adi,görünməmiş mükafat verərəm: mən səni noyon və
böyük bir vilayətin hakimi edərəm ...Mən sənə müxtəlif ölkələrin
yüz gözəl qızını bağışlaram !
Çan Çun cavab vermədən və gözlərini qaldırmadan soyuqdan
əsirmiş kimi titrəməyə başladı,xaqan isə onu şirnikləndirməkdə
davam etdi :
- Mən sən yaşadığın dağın üstündə görünməmiş gözəllikdə bir
saray tikərəm ki, beləsi ancaq Çin boqdıxanında ola bilər və sən
bu gözəl sarayda oturub yüksək həqiqət haqqında düşüncələrə
dalarsan...mənə hec cavanlıq da lazim deyil. Qoy indiki kimi
qoca və ağsaqqal qalım,ancaq mən istəyirəm ki, öz əllərimlə qur-
duğum böyük monqol dövlətini uzun illər,sonsuzluğa gədər öz
çiyinlərimdə saxlayım...
Xaqan susaraq alışıb yanan gözlərini alimin üzgün sifətinə zil-
ləmişdi. O, büzüşərək zəhmli xaqana gözaltı baxıb astadan dil-
ləndi:
-Dağları,sakitliyi və düşüncəyə dalmağı sevdiyim halda, qızıl
nəyimə lazımdır? Özümü necə dolandırmağı bilmədiyim halda
böyük bir vilayəti idarə edə bilərəmmi? Bütün gözəl əsir qızları


91
Òàðèõèìèçäÿí áèð âÿðÿã
yaxşı oğlanlara ərə ver. Mənə saray lazım deyil. Mən daşın
üstündə dayana-dayana fikirləşə bilərəm...Ən məhşur Çin alim-
ləri tərəfindən yazılmış bütün müdrik kitabları oxumuşam və indi
də mənim üçün heç bir sirr qalmayıb. Mən sənə əsl həqiqəti deyə
bilərəm: insanın gücünü artırmaq,onun xəstəliklərini müalicə
etmək və həyatını qorumaq üçün çox vasitə var, ancaq ölməz
etmək üçün heç bir dərman yoxdur və olmamışdır.
- Çingiz xan başını sallayaraq fikirə getdi və xeyli susdu.
Ancaq yanan mum şamların səsi eşidilirdi. Nəhayət, xaqan dedi:
Bizim qoca monqolların belə bir məsəli var: ”Düz danışan
adam öz əcəli ilə ölmür”,doğru danışanı acıqdan vurub öldürür-
lər... Buna görə də bütün adamlar yalan dalınca yalan danışırlar...
Sən isə müdrik qoca, məni görmək üçün uzun yol gəlmisən və
həqiqəti, ölməzlik üçün olmadığını mənə deməkdən təkcə sən
qorxmadın. Sən saf qəlbli və düz adamsan, əgər bir xahişin varsa
de!Söz verirəm ki, yerinə yetirəcəm.
Çan Çun ovuclarını bir-birinə yapışdırdı və xaqanın qarşısında
baş əydi.
- Mənim ancaq bir xahişim var, qarlı yolları, dağları və
səhraları da buna görə keçib gəlmişəm ki, sənə deyim: öz aman-
sız müharibələrini dayandır və hər yerdə xalqlar arasında sülhü
bərqərar elə!
Çingiz xanın qaşları dartıldı və çatıldı.Üzü əyildi.Fısıldayaraq
elə çığırdı kı , mirzələrin əlindəki qələm atılmağa başladı:
- Hər yerdə sülhü bərqərar etmək üçün müharibə etmək
lazımdır! Bizim çöllərdəki qocalar nahaq demirlər: “ancaq öz
barışmaz düşmənini öldürəndən sonra uzaqda və yaxında rahatlıq
olur... Mən isə hələ düşmənim, Tanqut şahı Burxanı məhv et-
məmişəm! Bir də dünyanın ikinci yarısı hələ mənim hökmran-
lığım altında deyil... Mən buna dözə bilərəmmi? Sən alim olsan
da sənin xahişin əsassızdır! Belə xahişlərlə bir daha bizə əziyyət


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə