143
bədbəxtliklərdən sonra nəhayət onun özünün istedadına və hərbi ustalığına bərabər
sərkərdə tapmışlar. Diktator Fabi öz legionları ilə Hannibalı izləyir, bir an da olsun
onu gözdən qoymurdu. Karfagenlilər düzənliyə düşəndə Fabi onları yüksəklikdən
müşahidə edirdi. Hannibalın bütün ümidlərinin əksinə olaraq Fabi iri döyüşdən
qaçırdı. Bütün qələbələrinə baxmayaraq, İtaliyanın bir şəhəri də hələ Hannibalın
tərəfinə keçməmişdi. Hannibal bir dəfə quru odundan çoxlu məşəl düzəltdirdi və
onlar Falerna çöllərindən oğurlanıb gətirilmiş öküzlərin buynuzuna bağlandı. Belə
2 min öküz romalıların olduğu təpəliyə tərəf qovuldu. Gecənin qaranlığında Puniya
döyüşçüləri bu buynuzunda məşəl yanan öküz sürüsünü yüksəkliyə qovdu. Alovun
görünüşündən və yanan buynuzlarının və başlarının dəhşətli ağrısından dəli olan
öküzlər ətrafa dağılışdı. Məşəllərdən kollar od tutdu. Lakin qorxudan hər iki tərəf
döyüşə başlamadı.
Fabinin strateji planı Hannibalı çətin vəziyyətə salmışdı. Karfagen qoşunu
taqətdən düşürdü, Cənuba keçmək planı da baş tutmamışdı. O, Karfagen şurasına
kömək barədə xahiş edəndə, bu gülüşlə qarşılanmışdı. Çünki sərkərdə təsdiq edirdi
ki, o, düşməni məğlub etmişdir, həm də qalib kimi doğma şəhərinə qarət etdiklərini
göndərmək əvəzinə yeni adamlar və pul tələb edirdi. Görünür Hannibalın vəziyyəti
o qədər ağır idi ki, ona düşmən olan qrup, onun bu xahişini rədd edə bilmişdi.
Lakin Fabinin də strategiyası Romada dərin narazılıq törətmişdi. Fabini cinayətkar
lənglikdə, az qala satqınlıqda ittiham edirdilər. Onun köməkçisi Munitsiyə
gəldikdə o, nə igidliyi, nə də döyüş məharətinə görə Fabiyə bərabər deyildi.
Diktatorun sakitliyinə və mərdcəsinə təmkininə qarşı süvari rəisinin qorxaq
əsəbiliyi, prinsipsizliyi dururdu. Minutsidən fərqli olaraq Fabi şərəfli, intizamlı,
möhkəm və hakimiyyətə itaət edən adam idi, lakin ona şübhə ilə yanaşanlar da az
deyildi. Romalılar və karfagenlilər əsirləri adama adam qaydasında dəyişirdilər.
Daha çox əsir geri alan tərəf onların hər biri üçün iki funt yarım gümüş verməli idi.
Romalılara karfagenlilərə olduğundan artıq 247 adam qayıtdı, lakin senat onlara
görə pulu verməyi ləngidirdi. Bu vaxt Fabi Romaya öz oğlu Kvinti göndərdi,
Hannibalın toxunmadığı torpaqlarını satdı və öz vəsaitindən həmin verilməli
məbləği ödədi. Munitsi isə açıqca Fabini ləyaqətsizlikdə və qorxaqlıqda ittiham
144
edirdi. O, Fabini ləngiyən deyil, tənbəl, ehtiyatlı deyil, qorxaq adlandırırdı.
Ləyaqətlərə oxşar nöqsanları onun ayağına yazmaqla özünü yüksəltmək, ali olanı
isə alçaltmaq istəyirdi. O, sözdə Romanın tənəzzülünə görə hüzn keçirdiyini qeyd
edərək, İtaliyanın viranə qoyulmasına yol verildiyini, keçmiş Roma enerjisinin və
qətiyyətinin itirilməsini göstərirdi. Fabiyə qarşı çıxaraq o, deyirdi ki, silahı götürüb
vadiyə düşmək və düşmənlə üz-üzə vuruşmaq lazımdır. O, kinayə ilə deyirdi ki,
Roma cəsarəti və fəaliyyəti ilə yüksəlmişdi, qorxaqların ehtiyatlılıq adlandırdığı
ləngliklə yüksəlməmişdir. Fabi isə ona məsləhət görürdü ki, öz qoşunlarını məhv
etməsin, lakin Munitsi bu sözlərə heç bir əhəmiyyət vermirdi. Munitsinin bir
ağılsız əməliyyatından sonra ordu ağır məğlubiyyətlə üzləşmək təhlükəsi
qarşısında qalanda Fabi demişdi ki, hətta hər şey düz olsaydı (yəni Munitsi guya
qələbə çalsaydı), o, onun uğurundan məğlubiyyətinə görə daha çox qorxur. Fabi
deyirdi ki, yaxşı sərkərdə üçün bəxt gətirmək əsas deyil, başlıca məsələ ağılın və
düşüncəliliyin hakim kəsilməsidir, şöhrətdən daha çox vaxtında və biabır olmadan
ordunu qoruyub saxlamaq daha vacibdir, nəinki minlərlə düşməni öldürmək.
Fabinin strategiyasının mühüm nəticələrindən biri Hannibalı hərbi
təşəbbüsdən faktiki olaraq məhrum etmək idi və hadisələrin gedişi xeyli dərəcədə
Roma komandanlığının hərəkəti ilə müəyyən edilirdi. Hannibalın vəziyyəti
günbəgün pisləşirdi. O, hiyləgərliyə əl atmağı qərara aldı. Bu Kann yaxınlığındakı
döyüşdə özünü göstərdi. Hannibal qarşısına qoyduğu məqsədə çatdı. Karfagen
ordusunun say tərkibi 40 min nəfər idi və 10 min nəfərlik süvarisi var idi. Roma
ordusunda isə 80 min adam var idi. Karfagenlilər müstəsna əlverişli mövqe
tutmuşdu. Onların kürəyi küləyə tərəf idi, küləyin qaldırdığı qum və toz romalıların
üzünə vururdu. Döyüşü yüngül silahlı əsgərlər başladılar. Sonra Hannibalın qall-
iberiyalı süvarisi romalıların sağ flanqına hücum etdi. Düşmənin qovduğu
romalılar çay boyu qaçmağa başladılar. Piyadalar döyüşə girəndə Hannibalın qall-
iberiyalı əsgərləri geri çəkilib romalıları öz arxalarınca apardılar və onları
Karfagen döyüşçülərinin yerləşdiyi mövqeyə gətirib çıxardılar. Bu vaxt Liviya
piyadaları hər iki tərəfdən romalılara hücum etdi və onların arxasını bağladı. Roma
piyadası həlqədə qaldı. Sonra 500 Numidiya süvarisi gəlib guya romalılara təslim
145
olduğunu bildirdi və bir qədər sonra gizlətdikləri qılınclarını çıxarıb arxadan
romalıların üzərinə cumdular. Döyüşün taleyi həll edilmişdi. Konsul Emili Pavel
öldürüldü. Romalılar qövsvari müdafiədə durmuşdular, bir-birinin ardınca əsgərlər
yıxılırdı. Polibinin məlumatına görə, 70 min romalı həlak olmuşdu, yalnız 3 min
adam qaçıb canını qurtarmışdı. Livinin məlumatına görə, Hannibal 8 min,
Polibinin yazdığına görə isə vur-tut 6 minə qədər adam itirmişdi.
Kann yanındakı parlaq qələbə müasirlərini sarsıtmışdı. Elə görünürdü ki,
İtaliya bütünlüklə Hannibalın hakimiyyəti altındadır. Buna baxmayaraq Roma hələ
təslim edilməmişdi və Hannibal qarşısında məsələ dururdu: sonra nə etməli? Onun
süvari komandanı Maharbal demişdi: “Əlbəttə allahlar bir adama hər şeyi vermir.
Hannibal sən qalib gələ bilirsən, ancaq qələbəndən istifadə etməyi bacarmırsan”.
Maharbal ona bir dəqiqə də itirmədən Romaya hücum etməyi məsləhət görürdü,
Hannibal isə tərəddüd edirdi, əməliyyatın nəhəngliyinə görə bir qərar verə bilmirdi.
Sonrası günü o, süvari rəisini yanına çağırıb dedi: “Əgər istəyirsənsə, mən atlılarla
səni göndərə bilərəm”. Maharbal buna belə cavab verdi: “Gecdir, artıq onlar
bilirlər”. Yəqin ki, Maharbal qəflətənlik effektinə bel bağlayırdı və doğrudan da
əməliyyat yalnız o vaxt uğurlu ola bilərdi ki, düşmənə dəhşətli məğlubiyyətindən
bir an da olsun özünə gəlmək imkanı verilməsin. Hannibalın həmin gün ləngiməsi
bir çox tarixçilərin qeyd etdikləri kimi, şəhəri və dövləti həqiqətən də xilas etdi.
Qəti qələbə yalnız Kanndan sonra Romaya birbaşa zərbə ilə əldə edilə bilərdi.
Kanndan sonra həqiqətən müharibənin gedişində dönüş nöqtəsi meydana gəlmişdi
və görünür Hannibal parlaq qələbənin bəhrələri ilə risq etmək istəməyərək və hərbi
əməliyyatların müəyyən planına malik olmadığından başlıca amili – strateji
təşəbbüsü ələ keçirə bilmədi və hər şeyi itirdi.
Hannibalın ilk addımları sübut edir ki, o, müharibəni qurtarmış, özünü isə
şübhəsiz qalib hesab edirdi. Hannibal əsirləri azad edəndə romalılara müraciətlə
demişdi ki, o, heç də romalılarla məhvedici müharibə aparmaq istəmir. Hannibal
istəyirdi ki, o, Romanı öz igidliyi və uğuru ilə məğlub etsin. O, əsirlərlə birlikdə öz
yaxın adamlarından biri olan Kartalonu Romaya göndərdi. O, Roma hakimiyyəti
ilə kontakta girib, onların sülh danışıqlarını başlamaq arzusunda olub-olmadıqlarını
Dostları ilə paylaş: |