TariXİn küSÜFLƏRİ 3- cü məqalə Azərbaycan Toponimlərinin kök Araşdırması (2-ci Bölüm)



Yüklə 290,98 Kb.
səhifə3/3
tarix17.10.2017
ölçüsü290,98 Kb.
#5169
1   2   3

DÜNYANIN BÜTÜN MƏDƏNİYYƏTLƏRİ OĞUZ MƏDƏNİYYƏTİNİN BAZASINDA YARANIB...

OĞUZ MƏDƏNİYYƏTİNİ ANLAMADAN TÜRKLÜYÜ-TURANI DA ANLAMAQ OLMUR... OĞUZ MƏDƏNİYYƏTİNİ ANLAMAQ ÜÇÜN MÜASİR TARİX KİTABLARI YETMİR... ONLAR DÖVLƏTLƏRİN DİNLƏRİN TARİXİNİ TƏHRİF OLUNMUŞ ŞƏKİLDƏ BEYİNLƏRƏ GEYDİRİBLƏR... OĞUZ MƏDƏNİYYƏTİ ELƏ BİR DƏRYADIR Kİ MÜASİR ELM MƏDƏNİYYƏT VƏ DİNLƏR ONUN HEÇ KİÇİK BİR MİSLİNİ TƏŞKİL ETMİR.... MÜASİR ELM YALAN ÜZƏRİNDƏ QURULUB... SƏBƏB İSƏ ONDAN İBARƏTDİR Kİ MİN İLLƏRLƏ OĞUZ MƏDƏNİYYƏTİ XALQDAN GİZLƏDİLİB....

Bu oğuzşunasın əlbətdə bə`zi nəzəriyyələri və fikirləri dünya xalqlarının etnogeneziyası ilə uyğun gəlmir özəlliklə də bu konusu ki deyir:...BÜTÜN XALQLARIN MİLLƏTLƏRİN KÖKÜ BİRDİR -OĞUZ.. DÜNYADA OĞUZ OLMAYAN BİR MİLLƏT YOXDUR. 53 Bizcə məntiqi fikir bu ola bilər ki ilk gündən çeşitli soylarda və rənglərdə və dillərdə dünya xalqları yer üzündə var imiş və çox bədəvi və tam vəhşiliklə müxtəlif bölgələrdə və quruluqlarda yaşıyırmışlar. Artıq oğuz göydən ,başqa bir planetdən (tək başına ya bir ekip olaraq) yerə enəndə , yerdəki insan gruplarını yoxlamış və ən zəkisini və hüşlü-başlısını seçib lazim olan və gərəkən planları o xalqın əlilə piyadə etmək istəmişdir və bu seçilmiş , bəyənilmiş və aparıcılıq şəraitinə malik olan və layiq görünən xalq da türklərin ulu əcdadı sayılan ilkin türklər ya TUR-lar (Tur.uqlar=Tur nəsli) və başqa adla desək "protürklər" olmuşlar və elə bu səbəbdən də bu Türklərə "oğuz türkləri" demişlər və tarixdə də az-çox izi-tozu qalır . yaxşı əyər belə deyilsə , onda nə yaxış başqa xalqların etnik adlarının tərkibində bu "oğuz" birləşməsi yoxdur və görünməyibdir.

Bu oğuzşunas Türkadını açıqlayarkən onun etimologiyasını belə yazır : ... TÜRK-TURAN SÖZÜ ÖZÜ DƏ TUR =BUĞA=ÖKÜZ SÖZÜNDƏN YARANIB ANLAMI DA YENƏ DƏ OĞUZ DEMƏKDİR... MƏN TÜRKƏM AMMA BABALARIM OĞUZDUR...54



Halbuki "Türk" sözü əslində "Tur" /"Tür"+"uq"/"uk" = Tur.uq // Tur.uk deməkdir və anlamı da "Tur nəsli" deməkdir. Turan sözü isə Tur+an= Turlar , Tur//Türk tayfaları deməkdir. Turlar ya Türklər Asyadan başqa,dünyanın digər bir bölgələrinə də köç edib məskunlaşıblar və o sıradan Avropanın bir çox bölgələrini özlərinə yurd seçiblər. Misal üçün Etruskları ad aparmaq olar. Etrusk etnonimi əslində E.Tur.us.uk deməkdir. Bu etnonimdə E=Ev ,Tur= etnos adı , Us= Od,Günəş/ cəm bildirən şəkilçi , Uk=nəsil,evlad,soy deməkdir. Us sözünü etnosların sonluğunda olan cəm şəkilçisi "ud"//"ut" hesab etsək,deyə bilərik "ud" şəkilçinin "d" səsi "z"ya çevirilib və "z"da, "s"ya çevirilib: ut//ud ---- uz ---- us . Etrusk adı əslində Ev.Tur.Ut.Uk və anlamı "Turlar nəslinin yurdu" (=Türk nəslinin yurdu) deməkdir. Digər güclü ehtimal bu ki bu etnosun adı əslində "Ot.Ruz.Uk" kimi bərpa edək ki bu halda ot//od//oy =ev,yurd,məskən anlamında , Ruz(orod)= gün//günəş anlamında və "uk" isə nəsil,soy,tayfa anlamında olar və külliyyətdə bu etnosun adı "Od və Günəş nəslinin yurdu" deməkdir ki bu da türklərdən (çox güclü ehtimala görə Azər nəsli)başqa kimsə deyil. Burada yeri gəlmişkən qeyd etməliyik ki Ruz(= od,günəş) sözü hamının sandığının əksi olaraq farsca söz deyil. Zahirdə farsca görünən söz əslində türkcə "or.ud" sözünün fonetik variantıdır və türkcə olan "or"(çırtdama/ günün vurması) + uz/ut /ud (günəş/od/zamanın keçməsi) sözlərinin tərkibindən yaranmışdır və anlamı "günün vurması" ya "gündüz","günəş//gün"deməkdir.Etruskların mədəniyyətinin kökü Türk uygarlığında yatıb və onların vasitəsilə türk mədəniyyəti Rum-İtaliya bölgəsinə aparılıb. Etruskların və başqa türk tayfalarının Avropa uygarlığına tə`siri danılmazdır. Avropa bu həqiqəti düşünmək istəmir və Avropadaki mədəniyyətin kökünü başqa yerlərdə axtarır.Bu kökü düşünmək və həqiqi ünvanda axtarıb tapmaq üçün gərəkdir türkün tarixinə ,dilinə ,kültür , mədəniyyət və mifologiyasına dərindən bilmək və müsəllət olmaq lazimdir. Avropa tədqiqatçıları və araşdırıcıları bu şərti yerinə yetirməlidilər,yoxsa tarixin susuz çölündə avarə və sərgərdan qalacaqlar və öz başlarına fırlanacaqlar və bir çıxış yol tapmayacaqlar.Tarix məsələsində tədqiqat aparma cür`ət , cəsarət və heç bir tərəfkeşlik və kin axtarmadan gərçəkləri qəbul etmək gərəkir. Tarixə atdim basan Avropalı tarixçi və tədqiqatçı türkün dil,tarix və mədəniyyətindən başqa yuxarıdakı şərti də qəbul edəndən sonra ,Tarix səhnəsinə atlım ata bilər , yoxsa kin-küdürət saxlamaq , nifrət və keçmişdəki türk önündə yenildiklərinin acıqlarını saxlamaqla düzgün nəticəyə çatmayacaqlar və tarixin önündə hərzaman üzüqaralıqdən başqa bir nəsibləri olmayacaq. Avropalılar türk dilinin çeşitli ləhcələrini bilmədən , tarixi olayları açıklamağa haqqları yoxdur. Avropalı tarixçi və tədqiqatçı ,türk dili və onun çeşitli ləhcələrini Avropa tarixinin düyünləri və gizlərini açmaqda , nə qədər önəmli olduğunu bildiyinə rəğmən , onu püküb qoyub bir qırağa və görməkdə istəmir və bunun qarşısında başlayıblar 1500 illik türkə qarşı kin-küdürətin becərtməsinə. Onlar bu həqiqətə ki türk dili və kültürü və mədəniyyəti və onun çeşitli ləhcələrinin Avropa mədəniyyətinin gizlərini açmaqda yeganə qurtuluş yol olduğunu biliblər,amma çün bu dil və mədəniyyətin üzündə "Türk məhsulu və istehsalı "yazılıbdır, gərəkdir tullayasan bir kənara. Avropa 1780 illərində Etrusklar tapılandan sonra onların yazılarını oxumaqdan və kökünü tapmaqdan aciz qaldı və türkə , onun tarixinə ,dilinə müraciət etmədən , Etrusk dilinin ölü bir dil və ölü bir nəslə ayid olduğunu nəzər verdilər. Avropa tarixşunaslığı və alimləri bu dilin iyəsinin kim olduğu haqda hər bir yerə və hər bir kəsə müraciət etdilər, və hər kəsə gümanları gedirdi , yalnız türkdən başqa. Avropalılar bu yazıların (ki oxumaqından aciz idilər) dilinin kökünü bütün dillərdə axtarmışdılar yalnız türk dilindən başqa. Və sonda bütün çalışdıqları puça çıxıb bir düzgün sonuc əldə etmədilər və bu yazıları gahdan bir dilə mənsub edirdilər. Avropa çalışırdı ki bu yazıları sanskrit , latin və ən başlıcası qədim Yunan dili əsasında oxuyub açıklasın və ləjlikdən istəmədilər bu həqiqəti qəbul etsinlər ki bu dillərin bəşər mədəniyyəti baxımından ,tapdıqları yazılara görə çox cavan və yaşsızdır və ən önəmlisi bu ki yazı iyəsinin adını çəkəndən sonra da, özlərini karlığa vurdular.Avropa günün günorta çağında , göz görəsi və açıq aşkara e.ö 600 il qabaq Yunanda yaşamış və məskun "pelasg"adlı türk xalqının yazılarını danmaq istəyir və onları etrusk türklərinə bağlı olduğunu qəbul etmək istəmir. Avropa tədqiqatçıları çoxlu yazı tapıntılarının oxumasından aciz qalıb və sonra deyir ki bu yazıların sözlərinin kökü və mənşəyi bəlli deyil , o sıradan Fransalı dilçi və filologiya alimi "Andre Martinet"i ad aparmaq olar ki Etrusk kökənli "plaseg"lərin yazısından baş çıxartmadıqda deyir ki kələmənin kökü bəlli deyil. Səbəb də budur ki bu sözlərin Pelaseg türklərinə ayid olduğunu bilməyirlər və buradan türk dili və onun çeşitli ləhcələrinin ,Avropa alimləri tərəfindən öyrənməsi əhəmmiyyətini avropada tapılmış qədim yazıları oxumaq haqqında ,başa düşmək olar. Avropa uşaqsayağı ləjliyindən əlçəkən deyil və tarixin bütün başqa sahələrində bu Anti-Türk yolu tutub davam etməkdədir və hətta tarixi gerçəklərin qarşısında utanıb-qızarmaqdan da və başalçaq olmasından da qorxusu yoxdur və hər utancı gözünün önünə alıbdır "Arı yeyib ...,bağlayıb . Avropa türkdən qalma od kültünü də kökdən ,qədim Yunana bağlayır ,və hətta ölü yandırma dəb və dini adət-ənənəni , kurqanları da qədim Yunana bağlayıb,mənsub edir və kurqan sözünü də Rusca söz bilirlər və bununla çalışırlar ki tədqiqatlarını bir Hind-Avropa dili əsasında göstərmiş olsunlar və elə bu əsasda da Türk soylu Hititləri (Hetləri) çünki kurqanlarla od mədəniyyətilə bağlıdılar və kurqan da (öz dediklərinə görə)bir Rusca sözdür, Hind-Avropalı dilli bir xalq kimi tanıddırırlar. Halbuki kurqanın türklərdə yaranma tarixi ilə Rusların tarixdə peyda olmalarının arasında ,ən azı 8000 il fasilə var. Batı və Avropanın öz tapdığı yazılarının oxunulmadığı düyünü və o yazıların kök araştırmasında aciz qalması , Avropanın səhv tədqiqat və araşdırma sistemindən irəli gəlir. Bizim öz soydaş tədqiqatçılarımız da onların zəvzədiklərinə inanaraq və uyaraq , bilmədən suyu onların dəyirmanına axıdırlar və türkün dili və yazısının tarixini eradan sonra 800 – ci ilə çixardırlar , halbuki tarixçı "Haluk Tərcan"ın dediyinə görə , Rus alimlərinin türklərin zağalarda və köhüllərdə daşlar üzərində cızdıqları rəsmli xəttlərin "Karbon 14" testi ilə e.ö 12000 –və bə`zəsini də 14000 il yaşları olduğunu isbat ediblər54. Baxın arada olan fərqə . 1200 il yaş hara , 16000 il yaş hara ?! Bu 12000 il və 14000 il e.ö yaşı , türk dili və yazı xəttinə malik olduğunu biz demirik , bunu Rus alimləri subut edib deyirlər. Da buna nə söz var ? Avropa və Batı ancaq gücünü verib bu məsələyə ki dünya xalqlarının beyinlərinə yeritsin ki türklər köçəri və çadlrlarda yaşayan bir xalq olub və onun mədəniyyəti ola bilməz və bunu demir ki türklər başqa yurdlara köç ediblər , amma "köçəri yaşayışlı" bir xalq olmayıb. Türklər öz köçlərilə Asyadan öz yurdlarını tərk edərkən , xətt və mədəniyyət sahibi idilər. Bunlar zəngin mədəniyyəti özlərilə Asyadan , Talas vadisi və Qırqızıstan dan yola düşüb "Suis"(Şevetsariya)ALP dağlarında məskunlaşdılar. Bu muhacirlər (köç edənlər) həmən qədim türklərin ulu əcdadı protürklər idilər ,nə köçəri və çöllərdə çadırlarda yaşayan xalq , necə ki çağdaş və muasir dövrdə Avropa və Amerkaya gedib məskunlaşan türklər də ,muhacirdilər yəni köç ediblər ,nə köçəri yaşayan türklərdilər. Bunlardan biri yoxdu soruşa ki görəsən Türkistanda (qərbi-şərqi) və Azərbaycanda bir böylə tarixi və yaşları 3-4 minili aşan şəhərləri,çadırda yşayan köçəri çobanlar düzəldibdirmi? !Böyük türk tarixçi və yazarı Haluk Tərcan gözəl şəkildə Avropalıların hiləli və məkirli siyasətlərini Türkistan haqqında açıqlayarkən qeyd edir ki Avropa və batının şərq və şərqşunaslıq elmlərinin alimləri və tarixçilərinin məharəti və bacarıqları ucubatından ,Xəzərdən Çinə qədər uzanan türk ərazisinin Türkistan adının silinməsinə tamam oldu və bu xəyanətli və tarixi suç işləmələrilə Türkistanın iki yerə bölünməsinə səbəb oldular və sonrada öz mənafeyini qorumaq üçün çeşitli etnik gruplar yaratmağa başladılar (özbək,qazaq,qırqız,türkmən...) və bu iş ilə bu ikiyə bölünmüş ərazinin çin və rus tərəfindən qəsb və işqal olunmasına səbəb oldular55. Tarix boyu türkün bir nümrəli duşmanı olan Ruslar, qərbi Türkistanda ,Türkistan adının bu nəhəng ərazidən silinməsi üçün və o addan heç bir əsər və nişanə qalmasın deyə ,və eyni halda türk tarixi ,dili , və mədəniyyətindən ad getməsin deyə Türkistan adını ,"Orta Asya" adı ilə dəyişdirdi və zaman sürəsində hamı bu uydurma,qondarma və saxta ada adət və vərdiş elədi və bu ad yerinə düşdü və indi hamı bu adı öz əsl və həqiqi "Türkistan" adında yox , bəlki də rusun qondarma və saxta "orta asya"adı ilə tanıyır. Beləliklə anti-türk rusun bu hərbə və fəndi ilə "Türkistan" adı və "Türk" adı ağızlardan düşdü ,silindi və bu şərait də bu adın silinməsilə ,da bundan belə türk tarixinin rədd və inkar edilməsi və tarixdə onun kültürü, mədəniyyəti və tarixinin olmadığı iddianı yürütmək və zehinlərdə yerləşdirilməsi çox rahat oldu və bu hilələrlə bu türk xalqının ən azı 16000 illik tarixinin stajını e.ö 3- cü yüzilliyə yendirdilər və beləliklə dünyaya göstərdilər ki türkün tarixi çox gənc və yeni ayaq tutmuş bir tarixdir və Ruslar belə göstərdilər ki bir zamanlar Türkistan deyilən ərazilərdə heç türk olmayıbdır. Eyni halda Türkün tarixən qəddar duşmanı olan Çin də Ruslar kimi əməl etdi və Rusların qərbi türkistanın başına gətirdiyi bəlanı da ,onlar şərqi türkistanın başına gətirdilər və bir az müddət işqaldan sonra şərqi türkistan adını götürdülər və onun yerinə çin türkistanı və sonra "Sinkianq" və ən sonda da "Sincan" adına çevirdilər. Bu cinayətlərin qarşısında bütün tarixçilər susdular və heç bir reaksiya göstərmədilər və hətda öz soydaş tarixçilərimiz belə bu cinayətli prosesi qəbul etdilər və hətda dərslik və tarix kitablarında da onların dediklərini və istədiklərini yerləşdirdilər. Çin anti-türk hakimiyyəti beləliklə istədiyini yəni şərqi türkistan dediyimiz xalqın tarixi çin mədəniyyətilə başlanır ideyasını ,yürütmək istədi. Anti-türk Ruslar ilkin türklərin(protürklərin) tarix və mədəniyyətini ki Skitlər (sakalar) ona daxil olaraq , çox sərt və şiddətlə rədd edirlər və hətda batı və Avropa alimlərinin iddialarına, məhz əli-qolu bağlı təslim olan bizim öz soydaş türk müəlliflərimiz də ,ilkin türklər (protürklər) belə narahat edir və Avropalı alimlərin dediyinin peşindən gedirlər və onların dediyi sözlər və nəzəriyyələri ayey-i quran bilir. Rusların türk və Türkistan haqqında olan iddiaları ,onların indiki russiya ərazisinə 9-cu yüzillikdə köç və muhacirət etdikləri kimi bir o qədər qeyr-i elmi və qeyr-i realdır. Rusların kiril əlifbasının kökü ilkin türklərin tarix və mədəniyyətində bulunur və türkün zəngin xəzinəsindən götürüb yararlanır və bu həqiqəti gizlətmək üçün başladılar "türk-rus" adında bir yeni soy yaratmağa. DNA testləri etdilər və özlərini türkistanın ilkin xalqları ünvanında göstərmək üçün ,olmasın işlərə,testlərə və qalmasın oyunlara ,əl atdılar , amma bir yerə çatdıra bilmədilər. Avropalılar da Anadoluda bu oyuna əl atdılar və Türkləri anadoluya sonradan gəlməsini isbatlamak üçün DNA testi yapdılar və çox heyrət edici əks cavab və sonuca çatdılar və onların umduğunun əksi olaraq oldu və onların da Ruslar kimi oxları daşa dəydi. Avropa bu testlər və analizlər əsasında , Anadoluda Yunanların izini axtarmaq və peşində idi ,amma əksinə yerli türkə ayid olduğunu gördü. Türk alimi haluk Tərcan bu haqda deyir ki Batı və Avropa "Türk" adını çəkməmək və dilə gətirməmək üçün , "Türk" adı və sözünü işlətməkdən imtina edərək , "Türkik" deyib çağırır və bu sözün anlamı yə`ni "türkvarı" , "türkə sayaq" ,"türkə oxşar" ,"türkə bənzər"dir və belə deməklə bir-başa açıq-aşkar türk deməkdən canını qurtarır və bir qaçaq yolu bulur və eyni halda bu əməli ilə Anadolu və digər türklər arasında ayrılıq, təfrəqə və soyuqluq salır ,əlbət də başqa dolayi yolu ilə , sim altdan su yeridərək. Bir başqa taxma və qondarma ad da Avropa və batı ,türk xalqının təfrəqə və pərakəndəliyi üçün də özündən yaradıb və o da "Azyanik" (Asyanik) terminidir və "Asyalı" anlamını verir və bəlli deyil haçan bu termini yaratdılar.Hədəf və amac budur ki türkü təkcə zamanda yox bəlki də məkanda da sıxışdırıb və bir bəlli olmayan coğrafiyada gözdən və zehinlərdən itirsinlər. Onlar özləri bilmədən türklərlə şumerləri bir-birinə bağlayıb düyünləyiblər , çünki şumerlərə də Azyanik deyirlər. Anadolu yerli türkünün neçə minillik stajı olaraq ,ona deyirlər sən orta asyadan gəlibsən , elə isə qayıt öz yerinə və onun qaçağını salmaq istirlər və elə davranırlar ki deyəsən Anadolunun milki sənədi onların(Avropa) adınadır və bununla əyər bir yeraltı türk əsərini göstərmək istərsən , tez ona bir "18-ci əsr Asya Minore" üzərinə yapışdıracaq , yəni "18-ci əsr kiçik asya əsəri" və beləliklə də türkün Anadoluda olmağını inkar və rədd edir. Gahdan da yeri gələndə türk adının yerinə müsəlman kələməsini kullanır və yazılarında yazırlar ki misal üçün :"səmərqənd , Turfan və yarkənddə müsəlmanlar məskundular" , "Orta asya müsəlmanları" , "Bulğar müsəlmanları" ,"Yunan müsəlmanları" və beləliklə də burada bu dəfə müsəlman adına sığınırlar ta ki "Türk" sözünü ağzında rəsmən ifa etməsin deyə. İndi onlardan soruşmaq lazimdir ki bu hesabla xristyan türkləri , yəhudi türkləri və budist türkləri necə olacaq ? Onları necə çağıracaqsınız ? Avropa Qırqızıstana "müsəlman sakinli Qırqızıstan" deyir və bu müsəlman adı verməklə amacı türkün kimliyini müsəlmançılıq və islam dini ünvanı altında rəngsiz göstərmək və ərəb-islam kültür və mədəniyyətində əritmək və din adını ,türk adından qabarıq göstərməkdir ,amma özlərindən söz gedəndə ,öz ölkə adlarını dini görüşlər əsasında gruplaşdırmırlar və misal üçün Yunan`a "Ege ortodoks cumhuriyyəti"və ya İtalia`ya "Mediteranə katolik cumhuriyyəti" və yaxud Almaniya`ya "mərkəzi Avropa protestan cumhuriyyəti" demirlər. Dedi "qonaqlıq xoşdur , bir gün bizdə , bir gün də sizdə" . Batı və Avropa hər bildiyini türkün məhv olduğu üçün və adının tarixdən silinməsi üçün edir. Orta asya türklərini tayfa və qəbilə adları ilə çağırır : kazak, Qırqız ,Türkmən , özbək ,uyğur , çuvaş, yakut və ... deyir amma Anadolu türklərinə yetişəndə "OĞUZ" adını işlətmir və onlara təkcə "Türk" deyir. Türk xalqı Alaska-kamçatkadan tutmuş ta Anadolu , Balkan yarım adası , Yunan , italiya , macaristana qədər parçalanıb , hissə-hissəyə bölünüb , bütövlükdən çıxardılıb və bu yüz tikəyə parçalanmağa rəğmən təkcə bunları qovuşduran ortaq nüqtə "Türk dili" və "Türk təfəkkür və düşüncəsi"dir.

Yazar : Fərhad Cavadi Abdulla oğlu / Urmiya / 31-May 2014

1 – M.Azərlu,T.Musavi,Z.Yampolski – "Azərbaycan" luğəti sözü barədə ,1974,Səh. 82

2 – Yenə orada ,Səh. 83

3 – Yenə orada , Səh. 83

4 – Yenə orada , Səh. 83

5 – İqrar Əliyev , Bir sıra skif-sak luğəti problemi barədə mulahizə 6 – R.Qurban , "Azəri","Azərbaycan","Atrupaten" sözləri haqqında – Az.SSR elmlər Akademiyası xəbərləri seriyası 1968 ,No 3,səh. 85

7 – M.Kaşğəri , Divan luğat türk , Taşkənd 1960 , I-ci cild,səh.108

8 – S.D.Yeremiyan – Ermənistan coğrafiyaya görə - irəvan 1963

9 – Mir Əli Seyidov ,Azərbaycan xalqının soy kökünü düşünərkən – Tərcümə:R.Şavanlı , Əxtər nəşri ,Təbriz 2006 ,səh 26

10 – Mir Əli Seyidov ,göstərilən qaynaq , səh. 29

11 – Yenə orada ,səh. 30

12 – Firudin Ağası oğlu (Cəlilov) 13 – Mir ALİ Seyyidov – Gösterilen kaynak – p.47-48

14- Şemseddin Sami , Gösterilen kaynak , p.240

15 – Jack. Duchesne Guillemin , Gösterilen kaynak , p.288 : Ananikian , Armenia , ERE .I 794

16 – Jack. Duchesne Guillemin , Gösterilen kaynak , p.287

17 – Jack. Duchesne Guillemin , Gösterilen kaynak , p.287 : Markwart , Wehrot .u.Arang , Leiden , 1938 , p.186

18 – Reşideddin Fezlullah , Gösterilen kaynak , cilt III , (Ayğag sözünün izahı) p.2309 19- Mircea , Eliade - Gösterilen kaynak 20 – Giyaseddin Geybullayev , Eski Türkler ve Ermenistan , Azerbaycan Dövlet Neşriyyatı , Baku 1992 ,p.29

21 – G.A.Kapansiyan , Xayasa(Hayasa) – Kolıbel Armiyan Erevan , 1948 , p.163

22 – Diyakonov , Predstoriya Armyanskogo Naroda , Erevan, p.235

23 - Giyaseddin Geybullayev , Gösterilen kaynak , p.29

24 - Oscar White Muscarella , The Elghth Campaign of Sargon II , Tr.By : Samad Elliyoun , Ahter Yayınevi , Tebriz 2011 , p.27 : Stephan Kroll , Translated Collected Papers With An Introduction

25 – Şemseddin Sami , Gösterilen kaynak , p.28

26 - Şemseddin Sami , Gösterilen kaynak , p.28

27 –, Q.Qeybullayev ,Azərbaycan xalqının Təşəkkülü Tarixi ,Azər nəşr ,Bakı 1994

28 - Ammian Martellin , Kiyev Tarixi , 1907,31-ci kitab,başlıq , səh. 13

29 - B.A.Ulubabayan , Albaniya ,Ağvanq və Aran yer adları (Erməni dilində) , Tarixi Fililogiya Jurnalı,1971,No3,səh. 116

30 - V.V.Latişev , Qafqaz və Skifiya haqqında qədim yazıçıların məlumatları ,1904,cild 2, birinci hissə

31 - M.Xorenski , İrəvan , 1961 , səh. 153 32 - Y.Yusifov , Albaniya və Aran adları haqqında , 1961 , No 10 , səh. 24

33 – Ə.Bakıxanov , Golestan –e Erəm , Bakı , 1951 , səh.20

34 – İ.Şopen , Qafqaz və onun əhalisinin qədim tarixi haqqında yeni qeydlər, 1866 , səh. 374

35 - K.V.Terever ,Qafqaz Albaniyasının... ,1959 , səh. 5

36 - Y.Yusifov , göstərilən əsəri , 1961 , No 10,səh. 24-25

37 – Y.Yusifov , göstərilən əsəri ,səh. 26 38 - Y.Yusifov , göstərilən əsəri ,səh. 28 39 - Ə.Dəmirçizadə , 50 söz , Bakı , 1968 , səh. 20 40 - Ə.Dəmirçizadə ,göstərilən əsəri , səh. 22-23 41 - Ulubabayan , göstərilən əsəri , səh. 117

42 - K.V.Terever , göstərilən əsəri , səh. 5

43- Mir Əli Seyidov ,göstərilən qaynaq , səh. 120

44 - Mir Əli Seyidov ,göstərilən qaynaq , səh. 120

45 - Mir Əli Seyidov ,göstərilən qaynaq , səh. 118

46 - Mir Əli Seyidov ,göstərilən qaynaq , səh. 635

47 - Qordlevski , Seçilmiş əsərləri , cild3,Moskva, 1962 , səh.312 -315

48 - F.Porşanski , Yaqutlarda qara inamın aşınması,1902

49 - Mir Əli Seyidov ,göstərilən qaynaq ,səh.637

50 - Mir Əli Seyidov ,göstərilən qaynaq

51 - Ə.Dəmirçizadə ,göstərilən əsəri

52 - B.Budaqov , Türk uluslarının yer yaddaşı, köçürən H.Şərqi-R.Safəri,Təbriz 2006 , səh. 58

53 – Qalib Quliyev –www.facebook.com/galib.guluyev

54 – Haluk Tərcan ,Ön Türk Uygarlığı ,2-ci baskı ,istanbul 2006

55 – Haluk Tərcan , həmən qaynaq




Yüklə 290,98 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə