Teatr: Seyr və sehr



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə25/54
tarix07.08.2018
ölçüsü1,35 Mb.
#61023
1   ...   21   22   23   24   25   26   27   28   ...   54

və  şərtlərinə  tələb  yaranır    və  bu  tələbə  cavab  olaraq  milli    dramturgiya  mövcud 
olan ənənəvi milli teatr  düşüncəsinin  poetikasını  ədəbi vasitələrlə  əks etdirir.Bu 
səbəb  -nəticə  bağlılığı  milli teatr düşüncəsinin  dominant rolunu  təsdiqləyib üzvi  
və  müstəqil    inkişaf  prosesində  hər  hansı    milli    dramaturgiyanın    inkişafını    və 
özünəməxsusuluğunu    təmin    və  təyin  edir.Bu  halda    hər  hansı    milli  teatr 
düşüncəsini  ənənənin  içində  qaynaqlarına  qədər  izləyib  vahid , parçalanmayan  
milli sənət ətəfkkürünün  tarixi ilə  uzlaşmada  araşdırmaq mümkündür. 
 
Bu mənada  Azərbaycan  milli  prosesi , onun  poetikasının  tarixi  inkişafı  
müəyyən  istisna    təşkil    edir.Çünki  ,  məlum    olduğu  kimi    milli    sənət  
təfəkkürümüzün    institussional    qatında  teatr    bir  təsisat  kimi  hələ  yaranmamış  
M.F.Axundovun  altı komediyasında “ olmayan”  teatr üçün  ədəbi örnək və onun  
poetikası yaradılmışdı.Başqa sözlə , burada  səbəb  və nəticə  yerlərini dəyişmiş  və 
bununla elmi- fəlsəfi , ədəbi düşüncənin dominant rolu  təsdiqlənmişdir.Bu  halda 
bütünlüklə Azərbaycan dramaturgiyası  və teatr düşüncəsinin inkişaf  istiqamətini 
müəyyənləşdirdi,  peşəkar  teatr  prosesinə    ədəbiyyat    və  sırf    teatr    sənətinin 
kateqoriyalarının  nisbət    sistemliyini  təyin  etdi  :  bu  günə    qədər    Azərbaycan 
dramaturgiyasının    başlıca  məzmun    və  forma    yaradan    amili    sözdür    və  teatr  
sənətinin    özəl  strukturları      sözə  tabelikdə  inkişf  etməkdədir.bu  səbəbdən  əksər 
hallarda  özəl teatr  poetikası  ədəbi  dram  poetikasıyla  eyniləşdirilir  və başlıcası 
–  bu    eyniləşdirilmə    məqbul    sayılmalıdır,  çünki    aralarındakı  funksional    və 
tipoloji fərqlər  o dərəcədə  cüzidir ki,  tədqiqat zamanı nəzərə alınmaya bilər. 
 
Məlumolduğu  kimi    mütərəqqi  rus  düşüncəsinin    vasitəsiylə  Dünya 
mədəniyyətinə  yol  açan  M.F.Axundov  xalqın    mədəni    və  mənəvi    tərbiyəsində  
teatr sənətinin  misilsiz  əhəmiyyətini  dərk  edərək  təkbaşına  institussional  teatr  
düşüncəsini    yaratmağa  qalxdı.Bu  gün  tam    məsuliyyətlə  deyə  bilərik  ki,    bu 
nəhəng  işi    Axundov    görə    bildi  və    teatr    tarixinin    özünəməxsus    qanunlarına 
baxmayaraq , məhz  “ Axundov ənənəsi” teatr  prosesimizdə  aparıcı  oldu. 
 
Mirzə  Fətəli      Axundovun      gerçəkləşdirdiyi    misilsiz  adaptasiya  , 
uyğunlaşdırma  əməliyyatının  səciyyələrinə  diqqət  yetirək. 


 
Ən əvvəl o,  heç bir  korrelyasiya  aparmadan Aristotel  poetikasının  özülü 
olan  zaman  –  məkan      vəhdətini    yaradıcı    metodologiyasının    əsası  kimi  qəbul 
etdi.Təbii  olaraq  ,  bu  sistemin    çərçivələrində    hər  hansı    konflikt-  münaqişə  
kauzallıq sistemində ( zaman –məkanda səbəb – nəticə  bağlılığında ) həll olunmalı 
idi. 
 
 Elə  ilk  komediyası    olan  “  Hekayəti  –molla  İbrahimxəlil    kimyagər  “ 
əsərinin  janr  təyinində  müəllif bunu birmənalı bəyan edir : “ Təmsili –qisseyi-
vaqiə ki,  keyfiyyəti  dörd  məclisdə  bəyan  olub  itmamə   yetirir”. Təyinin əsas  
hissəsini  ərəbcədən tərcümə edəndə ( vaqiə- 1)hadisə, əhvalat, məcara;  2) yuxu, 
röya, qüssə- hekayə , povest , novella , təmsil -  I ) bənzər , oxşar,  II ) misal kimi 
işlənən  söz  ;    3)  səhnədə    tamaşa  göstərmə  ,  pyes;  4)  satirik    və  nəsihətamiz  
məzmunlu  kiçik    həcmli    mənzum    (  bəzən    mənsur)  əsər    məlum    olur  ki, 
M,F.Axundov bir ifadəylə Aritotel  poetikasının  başlıca səciyyələrini  göstərməyə 
cəhd  edir :    yəni    elə  buradan  məlum  olmalıdır ki,   təqdim  olunan    əsər   səhnədə  
göstərilmək    üçündür  ,  macəralı  ,  nəsihətamiz,  müəyyən  mənada  məcazi    “  söz” 
lərlə iafdə  olunmuş  hadisələrin  hekayətidir. 
 
Təyinin    ikinci  hissəsi    də  son    dərəcə  informativdir  :    burada  bildirilir  ki,  
hadisələrin    “  necəliyi”,    sifəti    dörd    məclisdə  (  məkanda)    açılaraq  mütləq  
bitiriləcək.Ənənvi    mədəniyyətdə    “  məclis”  institutunun    çoxmənalılığı    burada  
bilərəkdən  istifadə olunur  ki, ənənəylə  bağlılıq  aşkarlansın. 
 
Əsərin    kompozisiyası    göstərir  ki,  hadisələr  zaman  içində    formal  (  
Aristotel)    məntiqlə    inkişaf  edir  və    heç  bir  məqamda  burada    hər  hansı    bədii  
sərbəstliyə  yol verilmir : hadisələr  hacı Kərimin evində  düyünlənir , təkan alır , ( 
“ əvvəlimçi  məclis) iki  həftədən sonra , özü də “ axşama iki saat qalmış “ Xaçmaz 
dağında  davam  olunur  ,  (  “  İkinci  məclis  “)  yenə  Xaçmaz    dağında    üç    gündən  
sonra  “  sabah    vaxtı”  yeni  mərhələyə  keçir    və  “  günorta    namazının    vaxtı 
yetişəndə  “  bir  aylıq    (  30  gün)  fasilə    verilir(  “  üçüncü  məclis”)  .”  Dördüncü  
məclis”- “ vədə  verilmiş  otuzuncu  gündə  sübh  çağı” vaqe olur .Məhz  zaman  
təyiniylə  oyunun nəticəsində ( “ Axır  mən  demişkən  ki,  otuz  gündən  sonra”) 


Molla İbrahimxəlilin  hiyləsi  baş tutur və o, qeyri –müəyyən  vaxta  yeni  görüş  
təyin edir. 
 
Göründüyü kimi , əsərdə  hadisələr  gerçək məkanda   və zamanın  məntiqli  
istiqamətində  sona  yetir. 
 
Bununla  M.F.Axundov    Avropa    modelli    teatrın    etimologiyasında    bəlli  
olan ( txeatron- baxmaq , seyr  etmək )  təbiətini  həssaslıqla  bərpa etmiş olur  və 
konfliktin həllini , mənaların,  məqsədlərin , tip  və xarakterlərin realizəsinin  son  
dərəcə    əyani    şəkildə    komediyaların    daxili    struktur    quruluşu    və  onun  
kompozisiya    təzahürləri    göstərir  ki,  M.F.Axundov    poetikası    ənənəvi  sənət  
təfəkürünün  zamana münasibətini iqnorizə  edir,  ona məhəl qoymur: mif və aşıq 
dastanlarında  zaman nisbidir, hekayətçi onunla necə istəsə  manipulyasiyalar edə 
bilər, zaman – duyum anlayışında  başlıca meyar kimi əbədiyyət  ( sonu  olmayan  
zaman)    və  axirət  (  zamansızlıq  )  kateqoriyaları    çııxış    edir.Eyni    vəziyyət    “ 
məkan”    kateqoriyasıyla    da  müşahidə  olunur  :  M.F.Axundovun    pyeslərində  
məkan  son  dərəcə  konkret, coğrafi  koordinatları olan  ünvanlardır, ənənəvi sənət 
təfəkkürü    isə  bu  cür    dəqiqləşmədən    bir  qayda  olaraq    çəkinib,  göstərilən  
koordinatlar  isə  elə mücərrəd , elə ümumi  xarakter daşıyır ki,  mif,  epos,  dastan  
qəhrəmanlarının “ fəaliyyət “  göstərdikləri  məkanın  lokallaşdırılmasına  ehtiyac  
olmur. 
 
M.F.Axundovun    pyesləriylə    teatr  prosesimizə    kauzal  konflikt  anlayışı 
daxil  oldu  və  uzun  bir  müdət    ekzistensional  konflikt    teatr    poetikasından  
uzaqlaşdı.Bu hal həm də  onunla  bağlıdır ki,  M.F.Axundov  poetikasının konflikti  
sokral ( İlahi)   keyfiyyətlərini  son dətəcə yumşaladaraq  əsasən  icyimai, sosial  
xassəli  mənəvi problematikanı üstün tutdu.Təbii ki,  bu  təsadüfi hal deyildi , bu 
üsul    M.F.Axundovun    fəlsəfi  –  müəllifin    didaktik  (  tərbiyəvi  )    məqsədlərini  
gücləndirməyə xidmət edirdi. 
 
 Xüsusilə  qeyd edək  ki, çox  böyük  ədəbi sitedada  malik olan və  ənənəvi  
sənət    təfəkkürünə    sız    bağlılıqda    yaradıcılıqla    məşğul  olan    M.F.xundov  
gerçəklikdən  çıxış  edərək    pyeslərinin  mənəvi    dəyərlər  sistemini    ənənvi  islam 
mədəniyyətini    mənəvi  dəyərlər  sistemiylə  uyğunluqda  təçkil  etmişdi.Müəyyən 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə