Teatr: Seyr və sehr



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə24/54
tarix07.08.2018
ölçüsü1,35 Mb.
#61023
1   ...   20   21   22   23   24   25   26   27   ...   54

,  bədii-estetik    və  psixoloji    səciyyələri    əski  Yunan  teatr  düşüncəsindən  
qaynaqlanıb    Avropa    mədəni    məkanında    tarix    boyu    təkmilləşərək    öz    elmi  
konseptual    formasını    XX  əsrin  əvvəllərində    böyük    teatr    reformatoru    və 
nəzəriyyəçi    K.S.Stanislavskinin  (  Alekseyev)  teatr    praktikasında    əldə  
etdi.Mübaliğəsiz demək olar ki,  “ stanislavski sistemi” XX əsr teatr  prosesinə  , 
onun  inkişafına  ,  yeni  poetikaların    yaranmasına  misilsiz  təsir  göstərmişdir  :  Bu  
poetikanın  təməli-fəlsəfi  əsasları  zaman-  məkan  vəhdəti  rasional analiz ( əməli  
analiz )  olduğundan  o,  həm də  realistik  teatr düşüncəsi  kimi  qavranılıb. 
 
XX    əsrin    dərin    siyasi-    ictimai    proseslərindən  qaynaqlanan    “  qeyri  – 
aristotel”  və  “  qeyri  –  stanislavski”  teatr  düşüncəsinin    yaranması    və  inkişafı  
böyük    alman  rejissoru,  dramaturqu    və  nəzəriyyəçisi    Bertold    Brextin    adıyla 
bağlıdır.Öz  sistemini  məşhur  “ Berliner  Ansambl “teatrında  sınaqdan  keçirib 
təsdiqləyən    B.Brext    XX  əsrin  ikinci    yarısında    teatr  prosesinə    güclü    təsir  
göstərib.Daxili  struktur  qurumunu  Uzaq Şərq  sənət  düşüncəsinin  ənənəvi  sənət  
növlərindən    mənimsəyən  B.Brext  öz    “  eoik  teatr”  nəzəriyyəsinin    əsasına  “ 
nəqletmə zaman- məkanı” prinsipini   qoyaraq  və başlıca  dil-  ifadə  vasitəsi  kimi 
“  yabancılaşdırma”  üsulunu    götürərək    “  siyasi    teatr”  düşüncəsi    və  prkatiasını  
yaratmağa müyəssər oldu. 
 
XXəsrin  ikinci  yarısında , İkinci Dünya  Müharibəsindən  sonrakı  kəskin  
siyasi  ,  ictimai  və    sosiopsixoloji  proseslərə    reaksiya  olaraq    teatr    prosesinin  
daxilində  iki poetika  növü yarandı  ki,  hərəsinin ənənəyə  söykənməkdən  daha  
çox avanqard , gələcəyə  yönəlmiş  inkişaf tendensiyaları gözə çarpır. 
 
Xronologiya  baxımından  birinci olaraq  mədəniyyət meydanında  çıxmış “ 
absurd”  və  ya    “  eksiztensional    teatr  poetikası  “  Sartr,  Kyerk-yeker,  Orteqa  –i-
Qasset  və    başqa  filosofların    nəzəriyyələriylə  S.Bekket    və  E.İoneskonun  
dramaturji yaradıcılığıyla bağlıdır.Birbaşa eksiztensional ( varolma ) konfliktə  və 
onun  özəl  realizəsinə müraciət edən  “ absur teatr poetikası “ konflikti  zaman-
məkan  vəhdəti    dışında  ,  xaricində    aktuallaşdırmaqla    ekzistensional    qatın 
dominantlığını  iddia edir,  insanın  var olma problemlərini hər şeydən vacib sayır 
.İnkişaf  prosesində  bir çox radikal  məqamlardan imtina  edən  ekzistensionalizm  


teatr düşüncəsi  bitkin –fəlsəfi estetik,  bədii –yaradıcı  parametrləri olan  poetikaya   
yiyələnmişdi. 
 
XXəsrin    sonlarında    meydana  çıxmış    və  “  müqəddəs,    ritual  teatr”  adı 
altında    tanınan    teatr    poetikası    Yeji  Qrotovskinin    fəlsəfi    və  bədii  –estetik  
baxışlarına əməli  cavab olaraq  bu poetika  son  dövrlərdə Qərbə  geniş  yayılmış  
“ performans “  ,  “ heppenik “,  “  əkşn”( aksiya) və bu kimi teatr  janrlarında  öz  
həllini  tapmaqdadır.Ritual  və mərasimlərin  struktur  və sistemlərdən  faydalanan  
bu poetika  yalnız  “ sokral  zaman – məkan “ və “ psixoloji zaman- məkanda “ baş  
verən    konfliktlərə    müraciət    etdiyindən    bu  teatr    düşüncəsi    yeni    çağda  , 
postindustrial    cəmiyyətdə    ritualların    funksyalarını    yaradıcı    və  fəlsəfi    qərzdə 
bərpa  etmək  iddiasındadır . 
 
Bu  poetikaların    sadalanmasıyla    kifayətlənərək    qeyd  edək  ki,    Asiya  və 
Şərq    mədəni    məkanında    bu  və  ya    digər  fərqlərlə  “  Avropa    teatr    modelinə 
qovuşmaq  “    prosesi  baş  verib    və  bunun  nəticəsində  vahid  teatr    prosesindən 
danışarkən    sadaladığımız  poetikaların    milli  təzahürlərindən  söhbət  gedə  bilər 
.İstisna olaraq Yaponiyada  əski mədəni ənənin  intitussional  hadisəsi olan  və özəl  
tarixi  konseptual  poetikaya malik  “ NO”  və “ Kabuki” teatrlarını göstərə bilərik , 
amma onlarla yanaşı Yaponiyada göstərdiyimiz  poetikalardan  faydalanan  müasir  
teatr  düşüncəsi    də  mövcuddur.Çox  nisbi,  şərti    olaraq  teatr    sənətinə  aid    oluna 
biləcək  “ Pekin  operası” min  illərcə hesablanan  Çin  sənət  təfəkkürünün  nadir  
hadisəsidir  ki,  onun  qavrayış    və  psixoloji    mexanizmi    yadellilər    üçün    dümək  
olar ki,  qapalıdır. 
 
Bu    qısa  informativ    oçerkdən    kənarda    bir  çox  nisbətən    xırda  ,  amma  
maraqlı    ekperimental    xarakterli    poetikalar    və  onların    janrları  qaldı  ki  ,  bunu 
yalnız  onların  ortaq    və  ya    oxşar    təməli  əsaslara    söykəndikləri  üçün  
göstərməmişik  .Araşdırma  predmetimiz    Azərbaycan  milli  teatr    prosesinin  
institussional  qatda    mövcud  olan  teatr    poetikasının    təməli  əsasları  olduğundan  
bir  çox  aktual  tendensiya    və  teatr  eksperimentlərinin    axtarıış    istiqamətlərinə 
toxunmadıq  .Araşdırmamızı    daha  əyani  ,  aydın  etməkdən    ötrü    sadaladığımız  
poetikaları başlıca  funksyalarına  görə şərti olaraq  “ seyr”  və “ sehr”  prinsipiylə  


iki  qütbə  bölmüşük.Fikrimizcə  , bu  təsnifat  həm dünya  Dünya teatr  prosesinin  
başlıca    inkişaf  tendensiyalarını    aşkarlamağa    kömək  edir  ,  həm  də  azərbaycan 
milli teatr  poetikasının araşdırma  meyarlarını dəqiqləşdirməyə  imkan verir.Təbii 
ki,  başqa  meyarlardan  da istifadə etmək mümkündür və çox dəyərli  qənaətlərə  
gəlmək olar , amma  teatr prosesimizin  bu inkişaf  mərhələsində  təməli  əsasları  
tədqiq    etmək    bizdən  ötrü  daha  məqsədəuyğundur.bu    üsul  həm  də    Azərbaycan 
milli  teatr  prosesini    Dünya  teatr  prosesinin  məzmun    kontektində  araşdırmaq  
imkanını yaradır. 
 
 
 
 
1.  AZƏRBAYCAN  TEAR  PROSESİNDƏ  
   “ SEYR “ POETİKASI  
                                            “...KÜR  QIRAĞININ  ƏCƏB    SEYRANGAHI  
VAR...” 
 
                                                                    M.P.VAQİF 
Azərbaycan  milli  teatr  düşüncəsinin    institussional    mərhələsinin    birinci    pilləsi 
M.F.Axundovun dramaturji  yaradıcılığıbdan hesablanmağa  başlanır-  bu danılmaz  
fakt sənətşünaslığımızın  başlıca tezisidir.Elə buradaca  teatr sənətinin  yaranma və  
inkişafının paradoksal  bir  məqamını  göstərək .dünya  teatrlarının  tarixi peşəkar 
və  ya  yarımpeşəjar    teatr  truppalarının    yaranmasıyla  ,  yəni  teatr    institussional  
mədəniyyətin  faktına , hadisəsinə  çevriləndən sonra  başlanmış sayılır.Bir qayda 
olaraq,  yalnız  bu  mərhələdən    sonra    poetikanın    təcrübi    inkişafı    ilə    bağlılıqda 
özəl    drmaturji    ədəbiyyatın  –  tamaşaların    ədəbi    əsaslarının  yaranması    qeyd 
olunur.Qədim  Yunan    teatrını    çıxmaq  şərtilə  ,  bütün    Avropa    milli  
mədəniyyətlərində  drmaturgiyanın  və  drmaturji    poetikanın    yaranmasına  səbəb  
məhz  teatrın  mərasimdən , rituallıqdan  yüksəlib  rəsmi mədəniyyətin özəl  sənət 
növünə dönməsidir.Yalnız  bu halda  ədəbi örnəkdə bərkidilmiş oyun qaydalarına  


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə