yaşayır .Bu “ sirlər “ in açılmasıyla məşğul olan teatr düşüncəi özəl forma və
üslublarla insanı Allaha-işığa , məhəbbətə, müdrkliyə, azadlığa sarı aparan yolu
kəsən hər cür ortodoksal, totalitar sistemə qarşı mübarizəyə
həvəsləndirir.Alleqorik , metaforik formada , ekstatik dildə və canlı əməllərdə
təsvir olunan “ Leyli və Məcnun”, “ Xosrov və Şirin”, “Yeddi gözəl “ və
“ İsgəndərnamə”nin mövzuları, mənəvi və estetik dəyərləri teatr düşüncəmizin
inkişaf
tendesiyalarını,
xassəsini
və
kompozisiya
prinsiplərini
müəyyənləşdirmişdir.
Nizami yaradıcılığının fəlsəfi aspektlərini araşdırarkən Z.Quluzadə yazır :
“ Nizami dünyagörüşünün kökləri Şərq və Yunanıstan mənəvi
mədəniyyətindədir, xüsusən Azərbaycanın mədəni keşmişində, elmində ,
fəlsəfəsində , klassik ədəbiyyatı və folklorundadır...”
Orta əsrlərdəki kalssik poeziyanın lirik , etik və fəlsəfi modellərinə bağlı
olan teatr düşüncəsi üzvi şəkildə ənənəvi İslam mədəniyyətində gedən bədii-
fəlsəfi proseslərə cavab verirdi.Dini qatda gedən müxtəlif proseslər də o
cümlədən öz təsirini göstərirdi.Müxtəlif təriqətlərin mərasim və məclisləri
müyyən “ teatrlaşmış” qanunlarla icra olunduğundan teatr düşüncəsi zəngin
mənəvi-əxlaqi, istik səciyyələr əldə edirdi.Bu səciyyələri sitemləşdirmək ,
formalaşdırmaq , sözlə , özü də poetik sintaksislə uzlaşan mətnlə ifadə etmək
problemi yox idi : bu işi böyük şairlər və mütəfəkkirlər öz əsərlərində ən yüksək
səviyyədə görürdülər .Bu hal özünü daha parlaq tərzdə sufiliyin nəzəriyyə və
mənəvi praktikasında gpstərir.Paradoksallıq , sukkestiya ( təlqin), ekstaz( vəcd),
alleqoriya ( məcaz) , ritmik ahəngdarlıq , əlvan obrazlılıq teatr düşüncəsinə sufi
dərviş teosofiyasında ( ilahi himət), mərasim və oyunlarından təbii olaraq köçüb.
Bu səbədən milli teatr düşüncəsi quru, rassional, formal məntiqlə qurulan
və təsvir edilən ənənələri qəbul etmədi.Bunun təzahürlərini çağdaş teatr
düşüncəmizdə də görə bilərik, teatr düşüncəmizin romantik pafosu da məhz
oradan aynaqlanır.Haşiyəyə çıxıb deyə bilərik ki, məhz bu səbəbdən dünyanın bir
çox görkəmli sənətkarlarını( Tolstoy, Çexov, İbsen, Ostrovski və b.) əsərləri teatr
düşüncəmizə yabancı göründü, səhnəmizdə özünə yer tapmadı. M.F.Axundovdan
sonra yaranan dram əsərləri isə bir qayda olaraq ənənəvi dəyərlərə söykənib
onlara müvafiq formada tamaşaçılara təqdim olundu və beləliklə ənəndə yaranmış
boşluq aradan götürüldü.Sosializm realizmi hakim yaradıcı metod elan
olunanacan bu ənənə davam etdirildi, hərçənd sosrealizm xassəli əsərlərdə də
əski ənənə gizli , yumşaldılmış tərzlə öz işini görürdü: əks təqdirdə teatr
düşüncəsi havadan asılmış ağac kimi qurumağa məhkum idi.
Böyük Füzulinin “ Leyli və Məcnun” poeması bu mənada bəlkə də ən çox
təsir göstərmiş mədəni hadisədir.İslamın bütün dini dəyərlərini sufi
dünyagörüşü və insani hiss və duyğularıyla uzlaşdırmağa müyəssər olmuş dahi
şair teatr düşüncəmizin singremik xarakterini də təyin etdi.Sovet dövründə
qeyri- rəsmi yasaqlanmış Füzulinin “ Həqiqətül – süəda” risaləsi də məhz öz
sikgretikliyiylə səciyyələnir : bu əsərdə şair İslamın tərkib hissəsi olan şiyə
məzhəbinin başlıca dəyərlərini ali insani dəyərlərlə uzlaşmada özü də
sondərəcədə estetik və emosional formada təsvir etmişdi.Şəbih tamaşalarında
icra olunan müxtəlif “ müsibətlər” xalq yaradıcılığının məhsulu olaraq formaca
və intellektual səviyyəsinə görə ilgəl, primitivdir.Füzulinin “ Həqiqətül –
süəda”sında din uğrunda şəhid olan böyük şəxsiyyətlərin obrazları, motivləri,
bəyənatları ənənəvi İslam mədəniyyətinin ən yüksək səviyyəli struktur və
modellərində realizə olunur.
Teatr düşüncəmizin faciəvi təbiətinə güclü təsir göstərən şəbih tamaşaları
ənənəvi İslam mədəniyyətinin mərasimlərinə xas olan qabarıqlıq , birmənalılıq
və kütləvilik prinsiplərinə bağlı tərzdə ifadə edirdi.Burada geniş kütlənin
qavrayışı üçün asan olan” hərəkətlər diliylə”ən mürəkkəb , “ sirli” mətləblər
açılırdı, bu siə teatr düşüncəmizin demokratikliyini təyin etdi.Nəzərə alaq ki,çıxış
nöqtəsində Allahın mərhəməti və rəhmdilliyinə söykənən hər hansı dini faciə
nəticə etbarı ilə bədbin, üzücü , ümidsiz deyildi, əksinə hər hansı ədalətsizliyi
ifşa edib, insanlara yaşamaq qüvvəsini bəxş etdirdi.
Buradaca bu modelin “ tərs üzünü “ təzahür etdirən mənəvi
mədəniyyətimizin bir böyük hadisəsinə diqqət yetirək.Söhbət XX əsrin
Azərbaycan mədəniyyətinin “ qocaman dağı” Mirzə Ələkbər Sabirdən gedir , o
Sabirdən ki, , düşüncəmizdə Füzuliylə”...bir maqnit xəttinin eyni cazibə
qüvvəsinə malik qütblərdir.Biri Azərbaycan ədəbiyyatının ən böyük liriki, digəri
ən böyük satiriki....İkinci qütb- satirik tərəf həmişə gah aşkar , gah da daxili
yollarla birinci tərəfdən- lirik qütbdən cazibə qüvvəsi toplamış və nəhayətdə sabit
bir qütb kimi formalaşmışdır.” Sabirşünaslıqda çoxdandır qəbul olunmuş Füzuliyə
Sabirin “ doğmalığı” ideysı qısaca belə ifadə olunur.” Füzuli poeziyasındakı
yüksək bəşəri duyğular , humanizm idealları , kamil söz ustalığı daim sabiri cəzb
etmiş , onun üçün əsl sənətkarlıq örnəyi olmuşdu”.Biz də bu tezisə şərik oluruq
amma bir şərtlə .Bu şərt ondan ibarətdir ki, , Sabiri Füzuli yaradıcılığında cəzb
eləyən bir mətləb də var, bu mətləb böyük şairin mənəvi dəyərlər sistemidir ki,
Sabir ona şərtsiz şərik olub , onun prizmasından çağdaş cəmiyyətə baxanda
“ daşqəlbli insanların” mənəviyyatsızlığını görür və “ həmvar yazır “.Karnaval
estetikasının , gülüş mədəniyyətinin yaradıcılıq metodikasının obyektiv bir
səciyyəsi var: anlayışları , mənaları , ideyaları və s.. astar üzünə çevirəndə
başlıca niyyəti mövcud olan idealları bərkitmək .Meyarı da həmin mənəvi
idealdır ki, onun işığında astar üzü ya iyrənc , ya da məzəli olur .Sabir
yaradıcılığında Füzuli mənəvi meyarı özünün qəsidə , mərsiyə və “ ciddi
mövzulu” şerlərində təsdiqlənir və “ astar üzünə çevrilmiş dünyanın” güzəştsiz
aynasına – dönür.Danılmaz faktdır ki, Sabir mömin olub, amma özünə qədər ki
mənəvi-estetik ənənin yaradıcı davamçısı kimi o, Ali dini dəyərlərin təhrif
olunmasını , konfessional tələblərin mənəviyyatdan üstün tutulmasını ,
riyakarlığı qəbul edə bilməzdi.Yalnız qərəzli tədqiqatçı Sabiri ateizmdə suçlaya
bilər , necə ki, yalnız qərəzli publisist Füzulinin ənənvi islam mədəniyyətinin
kontektindən ayıra bilər .Sabirin “ Molla Nəsrəddin” jurnalında özünəməxsus yeri
və Mirzə Cəlillə o qədər də sadə olmayan münasibətləri və məhz onu göstərir ki,
“ Molla Nəsrəddin” anlayışı Sabir üçün orta əsrlər mədəniyyətindən
qaynaqlanırdı və inqilabçı demokratların radikal dünyagörüşü sabirə tam mənada
yaxın deyildi.” Hophopnamə” adı altında toplanan şerlər, əslində “ Leyli və
Məcnun “ kimi poemaların “ tərs üzüdür” və bu möhtəşəm əsər teatr
düşüncəmizin poetika baxımından “ karnaval , gülüş “ qatını təşkil
Dostları ilə paylaş: |