Teatr: Seyr və sehr



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə23/54
tarix07.08.2018
ölçüsü1,35 Mb.
#61023
1   ...   19   20   21   22   23   24   25   26   ...   54

etmişdir .Bundan  çıxış  edib deyə  bilərik  ki,  komediya  düşüncəmizdə  “İlahi 
gülüş  ,  sokral  gülüş”    anlayışı    Molla  Nəsrəddinin  anonim    lətifələri  və  Sabirin  
“ hophopnamə”siylə  sıx  bağlıdır .bu meyar olmayan  komik əsərlər  isə  “ yüngül  
gülüş” : lağlağı , məzhəkə , masqara , həcv,  zarafat  janrına  aid  edilir və təsadüfi  
deyil ki,  70  ildə Azərbaycan  teatr  düşüncəsi  yüksək  səviyyəli milli  komediya  
yaratmamışdır .” Göz yaşı arasında gülüş “  və ya əksinə  “ gülüş  gülüş arxasında 
göz yaşı “ prinsipləri Füzulinin  “ işıqlı  kədərinə” çox  yaxın olduğundan  milli 
sənət təfəkküründə  bu iki dahi bu qədər yaxın  durub  teatr düşüncəmizə  də güclü 
təsir göstərmişlər  .Əslində    yalnız    canlı  teatr   sənəti bu iki    əzabkeşin  arasındakı  
yüzillikləri    yox  edib  ,  onların    yaradıcı  dialoqu    üçün    səmərəli    zəmin    yarada  
bilir.Ümidvarıq  ki,    özünün  yeni    dövründə    teatr    sənətimiz    bu  qutlu    hadisəni  
gerçəkləşdirəcək. 
Monoqrafiyamızın    birinci    fəslini    yekunlaşdıraraq    deyə  bilərik  ki,    teatr  
düşüncəsinin  Azərbaycan milli  sənət  təfəkküründə  özünəməxsus  yeri  vardır.Bu  
özünəməxsusuluq  milli  mifoloji  düşüncədən    qaynaqlanır  ,  epik  yaradıcılıq  
ənənsiylə  inkişaf  yolunu  keçib  , ənənvi  İslam  mədəniyyətinin  mənəvi  dəyərlər  
sistemində    qutlandırılıb  ,  sokral    və  arxetip    qatlarını    uzaqlaşdırılıb  ,  sokral    və 
arxetipik  qatlarını  uzaqlaşdırıb , vahid  mənəvi  kodeksini  yaratmağa  müyəssər  
olub.Bu kodeks  “ uzaq  proqnoz”u – teatr düşüncəmizin  İdealını  müəyyənləşdirib, 
ideya    və  mənəvi    parametrlərini  dəqiqləşdirib.  Milli  teatr    düşüncəmizin  tarixi  
inkişaf  prosesində  sənət  təfəkkürünün  bütün səciyyələri  üzvi  şəkildə  iştirak 
edib    və  müstəqil    teatr    poetikasının    yaranması    üçün  səmərəli    şərait  
yaradıb.Milli sənət  təfəkkürü  kontekstində inkişaf  edən  teatr  poetikası  ənənəvi  
sənət    növlərinin    poetikalarından    yaradıcı    formada    faydalanıb  , vahid    zaman-  
məkan,  dil-  ifadə  ,  baxım    bucağı  ,  çıxış    nöqtəsi    çərçivəsində    özünəməxsus  
psixoloji  təsir  və  bədii- yaradıcı  estetik  formalar  yaratmışdı. 
Növbəti  fəsillrdə  Azərbaycan    milli  teatr    düşüncəsinin  institutssional  
səciyyələri  ,  təsir    və    faydalanma  prinsiplərinə    diqqət    yetirəcəyik  ,  burada    isə  
xüsusilə    vurğulamaq  istədiyimiz    tezisi  göstərək  :Azərbaycan  milli  sənət 
təfəkküründə  özəl    teatr    düşüncəsi    fenomeni    olmasıydı  ,  teatr  heç  bir  inkişaf 


tarixi  keçməsəydi və onun  başqa sənət  növləriylə genetik  bağlılığı   olmasaydı  
çağdaş  mədəniyyətimizdə  milli teatr  sənəti , onun  poetikası  və  bədii- estetik  
nəzəriyyəsi  yarana bilməzdi. 
Atalar sözüylə  desək  : “ ot  kökü  üstə bitər”.Azərbaycan  milli teatrının  
kökləri  qədimdir , canlıdır  və onların  üstündə  müstəqil  Azərbaycanın  müstəqil  
teatr sənəti  boy  atıb  çiçəklənməyə  layiqdir ! 
 
 
 
 
İ K İ N C İ     F Ə S İ L 
 
 
 
AZƏRBAYCAN  MİLLİ TEATR  PROSESİNİN  
     TƏZAHÜR  OLAN  TARİXİ   
POETİKASININ  TƏMƏLİ  ƏSASLARI 
 
                                                           “...MƏN  TƏZAD  ELÇİSİYƏM  ,  HƏR  
QAYĞI, 
                                                                   MƏNƏ 
SAÇMAQDA 
SƏADƏT  
İŞIĞI...” 
 
                                                                                                      HÜSEYN CAVİD 
 
                                                                                                         “ XEYYAM” 
 
Azərbaycan  milli  teatr  poetikası  sözün  hərfi  mənasında  təzadlı inkişaf  yolunu  
keçib  ,  amma    məhz    bu  təzadlar    nəticə    etibarı  ilə    teatr    düşüncəmizi  
zənginləşdirib,  müəyyən  mənada  mürəkkəbləşdirib  və  demək  olar  ki,  onu  
adilikdən  ,  bəsitlikdən    elmi  predmet  səviyyəsinə  yüksəldib.XX    əsrdə  artıq  


müstəqil    elm  kimi    təsdiqlənən    teatrşünaslığın  teatrşünaslığın    ciddi    tədqiqat 
predmetinə çevrilmiş  teatr  prosesinin üzvi məhsulu  olan  teatr  poetikası  məhz 
yeni   və  ənənəvi elmlərin ( ədəbiyyatşünaslıq, estetika , psixologiya , semiotika , 
tarix    və  etnoqrafiya    və  b..)”  maraqlarının  “  kəsişmə    sahəsində    öyrənilir      və 
sadaladığımız    elmlərin    araşdırma    aparatı    və  alətlərindən    faydalanır.Tarixi  
inkişaf  prosesi  bu  elmlərin  siyahısına  sosilogiyanın  araşdırdığı  aspektləri  də 
əlavə etdi, çünki canlı  siyasi- ictimai  proseslərə  bağlı  teatr prosesi  özündə bu 
məqamları  da  üzvi  şəkildə  cəm  etməkdədir. 
 
Azərbaycan  milli  teatrının    tarixi    nisbətən  gənc    olduğundan    poetikanın 
tarixi  aspekti    aspekti  tədqiqatlar  üçün    o  qədər  də    mühüm    elmi    məsələ  
olmamışdı.Milli    sənətşünaslığımızın    diqqət    mərkəzində    daha  ciddi  aktual  
məsələlər  durmuşdu    ki,  bu  hal  teatr    prosesimizn    inkişafının    kəskin  surəti  və 
olaylarının    daxili    və  zahiri  dinamikasıyla    izah  olunur,  amma  bu  gün  əsrin    və 
miniliyyin bitəcəyində teatr  prosesini düşünəndə  poetika problemləri  önə çıxır və 
həllini  tələb  edir.  Sirr    deyil  ki,  yeni  əsr    və  minillikdə    xassəsi,  təbiəti    və 
ideologiyası tam yeni  olan  proseslərlə üz- üzə  qalacağıq .Düşüncəmizin  bütün  
sahələrində  olduğu kimi , teatr  düşüncəmizi  inqlabi sarsıntılar  gözləyir , odur ki,  
vaxt  var ikən “ əski borclarımızı” ödəyib  yeni çağlara  həll olunmamış  problem 
yüküylə addımlamaq  məcburiyyətindən qurtulaq. 
 
Teatrşünaslığımızda    poetika    problemlərinin    cari.  Aktual    məsələləri  
kifayət    qədər    öyrənildiyindən    geniş    honseptual    poetika    probleminin    bəzi  
önəmli,    təməli  xarakter    daşıyan    məsələlərini  elmi  sual    kimi      qoymağa    artıq 
əsasımız və  imkanımız var.Təbii  ki , elmi mülahizə  və əldə etdiyimiz  qənaətlər  
işin  başlanğıcıdır, təqdim   olunan   metodoloji üsullar   isə  iş alətləridir və buna 
görə təbii ki,  danılmaz deyil.Yetər  ki,  problemin qoyuluşu  gələcək  tədqiqatlar  
üçün  elmi-yaradıcı təkan olsun..... 
 
Məsələyə    keçməzdən  əvvəl    Dünya  teatr  düşüncəsində    mövcud  olan  və 
aparıcı  rol    oynayan    tarixi    poetikalara    qısaca    nəzər    yetirək.Ən  qədim    tarixə  
malik  Aristotrlin  adıyla    bağlı    olan    Qərbi    Avropa    teatr    modelidir    ki,  
poetikasının  nəzəri , konseptual  , bədii-  estetik  poetikasının  nəzəri , konseptual  


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə