Teatr: Seyr və sehr



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə53/54
tarix07.08.2018
ölçüsü1,35 Mb.
#61023
1   ...   46   47   48   49   50   51   52   53   54

Yuxarıda  qeyd  etdiyimiz kimi , teatr  islahatının  keçirilməsi  müstəqildir  
və  qaçılmazdır.Ona  görə    də    bu  silahatın    nəzəri    parametrlərini    indidən 
müəyyənləşdirmək  məcburiyyətindəyik. 
Dediyimiz    nəzəri   konsepsiyanın   başlıca    göstəricisi    teatrın   statusudur  – 
teatrın  Dövlət  strukturunda  yerini və əhəmiyyətini  təsdiqləyən hüquqi  normalar  
yaradılmışdır.Fikrimizi  bir qədər  açıqlasaq , deməliyik ki, Dövlət teatrı mühüm  
ideoloji  və mənəvi – mədəni  müəssisə  elan  olunaraq  Dövlət  strukturunu  xüsusi 
element  kimi    müvafiq  ,  hüquqi  ,  iqtisadi  və  təşkilati  qurum  şəklində  
təsdiqlənməlidir.Başqa  tipli  teatrlardan  fərqli  olaraq    Dövlət  teatrlarının  bütün 
fəaliyyət  sahələri    “  teatr    qanunuyla”  tənzim  olunmalı  və  burada  heç  bir 
özbaşınalığa  yol  verilməməlidir  .Heç  şəksiz  ki  ,  “  Teatr  Qanunu”    ölçülüb  , 
biçilmiş  meyarlar  əsasında  tərtib  olunmalı  və  yeni  dövrün  gerçəkliklərini  əks 
etdirməlidir  və sözsüz ki “ Teatr  Qanunu “  konstitusiyada  həkk olunan  hüquqi 
və  mənəvi  dəyərlərə    söykənməlidir.Məhz  bu  dəyərlər  də    öz  –  özlüyündə    teatr 
ideologiyasının  əsasını  təşkil  etməlidir.Onu  isə    demək    artıqdır    ki,  bu 
ideologiyada    keçmiş  ideologiyadan  ,  marksist-leninçi    estetikanın    siyasi 
kateqoriyalarından əsər əlamət belə qalmamalıdır. 
İkinci  mühüm      göstərici  :Teatr    iqtisadiyyatı  ,  ideoloji      məqsəd  və 
vəzifələrini  yerinə  yetirilməsini  təyin  etməli    və  teatr  sosiologiyasının      yeni 
gerçəkliklərinə  uyğunlaşdırılmalıdır.Bazar  iqtisadiyyatına  keçid    cəmiyyətmizin 
sosial qurumunu kəskin surətdə  qütbləşdirmişdir  və hər iki qütb, yəni varlılar  və 
kasıblar öz  növbəsində maddi imkanlarına görə təbəqələşirlər.Dövlət teatrının bu 
baxımdan da  düşünülmüş və  mütəhərrik reperuar siyasəti olmalıdır, çünki ictimai 
–  sosial  təbəqələşmənin      intellektual  və  estetik  təzharüləri  özünü  ,    öz  təsirini  
göstərməmiş  olmayacakdır.Bir  sözlə  reperuar    siyasəti  hər  təbəqənin    vahid  
“  Dövlətçilik    ideyası”  ətrafında  birləşməsinə    yönəldilməlidir.Bundan  ötrü  
mövcud  olan  teatr  sistemi  (  idarə  ,    təminat,  təchizat    və  s...)  köklü  sutədə 
dəyişməli  ,    təhsil  sistemi  durmadan  kamilləşməli  və  teatrın  təşkilat  prinsipi  
dövrün tələblərinə uyğunlaşmalıdır. 


Sadaladımız    məslələr  nisbətən  asan    yəni    inzibati  üsullarla  həll 
olunanlardır .Daha mürəkkəb problem isə  milli teatr poetikasıdır ki,  onun inkişafı  
inzibati yollarla təminedilməzdir  və bu sferada  olduqca  gərgin yaradıcı və elmi 
nəzəri  iş  aparılmalıdır.İlk  addım  kimi    teatr  xadimləri  və  biliciləri  marağı  olan 
təşkilatlarla birlikdə  elmi- praktiki  konfranslar , laboratoriyalar , disputlar keçirib , 
müasir  teatr    prosesini  ,    onun  problemlərini    inkişaf  yönlərini    müzakirə 
etməlidirlər.Əldə olunan  qənaətlər  vahid  bədii- estetik  sistemin əsasına  qoyulub 
praktiki işlər sınandıqdan sonra konsepsiyaya daxil edilə bilər . 
Təbii  ki, burada söhbət  heç də  vahid normativ poetikadan getmir, Dövlət  
teatrları  sistemində  imkan  daxilində  müxtəlif  janr  və  üslublar    fəaliyyət 
göstərməlidir.Məqsəd  vahid elmi-metedoloji  prinsipləri müəyyənləşdirib onları  iş  
prinsipinə  çevirməkdir, deməli belə  olduqda    heç      şühəsiz ki,   bu prinsiplər şərti 
olaraq  yalnız  ümumi  istiqamətləri  bildirəcək,  teatr  sənətçisi  üçün      normativ 
olmayacaqdır. 
Bu    fikri  dəqiqləşdirmək  üçün  deməliyik  ki,  indiyəqədər    çox    təəsüf  ki,  
ətalətimizin sayəsində  teatrlarımız həllə də yaradıcılıq prosesində marksist-leninçi 
esteikanın  kateqriyalarından  faydalanmaqda  favam  edir  ,    tənqidimiz  isə  həmin 
nəzəriyyənin  meyarları  ilə  teatr    prosesini  dəyərləndirir  .Milli  teatr    nəzəriyyəsini  
yaratmağa  hər  cür  imkanımız  olduğu  yerdə  bunu  etməməyimiz  bağışlanılmaz 
haldır . 
...nə  zamansa    aparacğımız  teatr  islahatları    cəmiyyətin  özündə  baş  verən 
ağrılı  dəyişiklikləri əks etdirəcək.Artıq bu gün deyə bilərik ki,ictimai şürumuz  və  
ictimai  varlımız arasındakı  kəskin fərqlər  əriməkdədir .Sabit  quruluşun bir çox 
idealları  yeni kapitalist  formasiyasının  dəyərləri ilə əvəz olunur.Cəmiyyətmizin 
qarşısına çıxan mürəkkəb problemlərin  həllində isə  tearın yardımı misilsizdir. 
Teatrın  məhz  bu  funsyasını  gücləndirmək  üçün  yubanmadan    teatr 
islahatlarını   başlamalıyıq. 
Müstəqillik  günlərimizin  ilk  mərhələsində    teatr    düşüncəsinin    potensial 
imkanları    ictimai-siyasi      prosesləri    məqsədləri  ilə  bağlılıqda    açıq-aydın 
görünürdü.İnqlabi  romantik    pafos  ,  mənəvi  saflıq    gələcəyə  inam  və  s.. 


keyfiyyətlər  inkiaşfın  növbəti  mərhələsində  öz    çılğınlığını  itirib,    yerli  fəlsəfi 
xassəli  keyfiyyətlərə  təhvil veribdir :indi teatr   düşüncəsinin  başlıca    məqsədi 
dərin  təhlil  ,    müfəssəl  analiz  və  sintez    nəticəsində    əldə  olunan    yeni  mənəvi 
dəyrlərin  ənənəvi mənəviyyat sistemində  yerini və əhəmiyyətini göstərməkdir. 
Bunun  üçün    teatr  prosesinin    çağdaş  tələbləri  nəzərə  alınıb    münbit  zəmin 
yaradılmalıdır.Məsələyə    sırf  teatr    prosesinin    universallıq    və  vəhdət  nöqteyi 
nəzərindən baxanda isə  problem öz kəskinliyini itirir  və konseptual şərtlərini önə 
çıxarır  .  Belə  ki,  prosesin    institussional        səciyyələri  yalnız  teatr  təsisatlarının 
fəaliyyətlərinə təsir göstərə bilər.Universal kateqriyalar   isə dağıdıcı  funksyalarını 
yerinə  yetirərək    obyektiv  şəkildə    prosesi    durulaşdırır,    onu  gərəksiz,  süni  
mexaniki müdaxilə edilmiş , məqsəd və vəzifələrdən azad edir. 
Müstəqillik  dövrümüzə  bu  mənada  nəzər  salanda  teatr    prosesinin    üst 
qatında baş  verən hadisələri aşkarlamaq olur. 
Basqıdan  qurtulmuş  teatr    prosesi    ilk  növbədə  artqı    çürümüş  strukturlara 
zərbə  endirdi  :    tarixi  olayların  elə  ilk  mərhələlərində  rrespublikada  canlı  prosesə 
uyğun və yalnız  inzibati şərtlərlə  mövcud olan  teatrların  sayı aşkarlandı. Məlum 
oldu ki sovet  vaxtında çılmış və  əhaliyə mədəni xidmət  göstərən  teatrlar  canlı 
yaradıcı  prosesin    tələbləriylə  deyil  ,    planlı  müəssisə    formasında  fəaliyyət 
göstərirdi.Müstəqil  və  sərbəst    proseslərin  nəticəsində    deformasiya  olunmuş 
poetikanın  bərpası başlanıdı, proseslərin bitmədiyindən bu gün poetikanın  yalnız 
bis səciyyəsinin köklü surətdə də dəyişməsini qeyd edə bilərik :  prosesin təzahürü 
olaraq milli teatr düşüncəmizdə problemə baxım bucağı   tamamilə dəyişdi.Artıq 
yeni  (  və    ya  unudulmuş  əski)    dəyərlər  sistemi    hər  hansı    problemə  baxım 
bucağını təyin edir.Təbii ki, burada  biz  vahid  konseptual  yanaşmadan söz aça 
bilmərik  ,  çünki    baxım  bucağının  dəyişməsi      bir  çox  məqamlarda    əski  sistemə 
kəskin  etiraz      xarakterini  daşıyır.Amma  teatr  prosesinin  universallığını  nəzərə 
alsaq    etirazı  düşünüşlü  və  əsaslandırılmış  mövqe    ilə  əvəz  olunmasını 
proqnozlaşdıra    bilərik  .O  ki  ,  qaldı  konflikt  və  dil  –ifadə  vasitələrinin 
yeniləşməsinə  ,  burada    vəziyyət    daha  mürəkkəbdir  :    Yeniləşməyə  əngəl  olan 
obyektiv    və  subyektiv  amillər  hələ  də    çox  güclüdür  .Obyektiv  amillərdən 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə