Teatr: Seyr və sehr



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə47/54
tarix07.08.2018
ölçüsü1,35 Mb.
#61023
1   ...   43   44   45   46   47   48   49   50   ...   54

 
2.Stalinizm  dövrü  
 
3.Xruşşov ilkbaharı ( mülayimləşmə)çağı(отеппель) 
 
4.Durğunluq  zamanı (застой) 
 
5.Yenidənqurma  (перестройка)dönəmi 
 
Burada    xüsusilə    vurğulamalıyıq  ki,    araşdırmamızın    məqsədi  teatr  
prosesinin    universal    və  institussional    səciyyələri    olacaq  ,  çünki  ,  fikrimizcə  
konkret  və  predmetli təhlil  çox  mürəkkəb  əməliyyat olduğundan  bu  olduqca  
məsuliyyətli  əməliyyat  kollektiv  tədqiqatlar  tərəfindən görülməlidir.Bir səbəb də 
ondan  ibarətdir    ki,  bu  gün    ümumi  tarixi    konsepsiya  hələ  ki,    yaradılmayıb.Bir 
çox fakt və hadisələrin  dəyərləndirilməsində  kəskin fərqlər var , odur ki, vəziyyəti  
tündləşdirməmək  üçün    yalnız  aşkarıadımız    səciyyələrin    konstotassiyasıyla  
kifayətlənəcəyik.Əlvə  edək  kiŞ      insan  amili  də    bizim  üçün  çox  əhəmiyyətli 
olduğundan  prosesin personaliyalarının ,  subyektlərinin dəyərləndirilməsini  daha 
müvafiq tarixi şəraitdə  və daha bağımsız , daha müstəqil tədqiqatlara tapşırırıq.Bu 
qənaətə    kimdənsə    qorxmağın    və  ya    üzgörənlik  eləməyin  nəticəsində  
gəlməmişik :  sadəcə olaraq , ənənvi  milli  və obyektiv  elmi  ədəb  qaydaları  bizi  
bu  mürəkkəb  ,  ağrılı    və  incə  əməliyyatdan    müvəqqəti    imtina  etməyə  vadar 
edir...Bu əsaslandırmalarımız  qənaətbəxşdirsə , araşdırmamıza keçək.. 
 
 
 
1.SOVETLƏŞMƏ  MƏRHƏLƏSİNDƏ  TEATR  PROSESİ 
 
Azərbaycanda    Sovet    hakimiyyətinin  qurulmasından  az    keçməmiş    yeni 
rejim  strukturlaşdırılma  işini  aparmağa  başladı : “...inqlabın  ikinci  günündən 


etibarən  (  qabartam    mənimdir  –  M.Ə.)  müsəlman    artistlər  dəstəsi  maarif  
komissarlığının  sərəncamına  qəbul edilmişdir...Komisarlıqda  incəsənət  şöbələri 
təşkil  edilir ( 7 may, 1920-ci il  “ Kommunist”  “...Maarif komissarlığı  yanındakı 
teatr    heyəti    bütün  teatr    və  kinoların    milliləşdirilməsi    haqqında    qərar    qəbul  
etmişdir.( “4  may, 1920-ci il “ Əxbar” qəzeti ).Bu  tədbirlərin  başlıca  məqsədi  
teatr    prosesinin  ideoloji    məqsədlərini    yeni  siyasi  –iqtisadi    rejimin  məqsəd    və 
vəzifələrinə    bağlamaq  idi.Məhz    həmin  ildə    ədəbi  –bədii  tənqid    siyasiləşməyə  
başlayır    və  “ictimai  məhkəmələr  “    dramaturji  personajları    mühakimə 
edirdi,amma    tarix    göstərdi  ki,  əslində  bunlar  gələcək    siyasi  məhkəmə  
proseslərinin    bir    növ  məşqi    idi  :    yeni  meyarlar  ,  yeni  ritorika    və  yeni 
movitassiyalar    sınaqdan  keçirilmiş...İlk    hücumlara  məntiqli  olaraq    “sehr”  
poetikasından    qaynaqlanan    əsərlər    məruz    qaldı  :  birinci  məhkəmə  20-ci  il  
iyulun 23-də “Ölülər”in qəhrəmanı  Kefli İsgəndər  üçün  qurulmuşdu  26-dekabr 
sayında    isə  “Kommunist”    qəzetində  əlamətdar    məlumat  dərc  olunmuşdu  :” 
Dövlət  teatrında  oynanmış olan möhtərəm  şairin Hüseyn Cavidin  “İblis “ adlı  
pyesinə  bir  çox    şəxslər  tərəfindən    yazılmış    və  idarəmizə      göndərilmiş  olan 
tənqidlər  növbə ilə qəzetimizdə dərc ediləcəkdir”.Bu təsadüfi deyi” çünki  həmin 
dövrdə adı çəkilən  pyeslər geniş tamaşaya  hazırlanmaqda idi, hətta 17 dekabr  20-
ci il  sayında “Azərbaycan füqərası”  qəzeti yazdığı kimi  : 
“Gərək  bizim  məmləkətdə    bir  teatr,  bir  klub    və  bir  səhnə  qalmasın  ki,  
“Ölülər “ orda oynanmasın “. 
Bu cür şəraitdə teatr  prosesi  yeni səmtlərə yönəlirdi..1923-cü  ilin aprelində  
Azərbaycan  teatrının    əlli  illiyi  münasibəti  ilə    Azərbaycan  Kommunist  Partiyası  
Mərkəzi Komitəsinin təbrik məktubunda  isə teatrın ideoloji  vəzifələri açıq bəyan 
olundu:      “..Teatr    fəhlə  -  kəndli    sinfi  ideyasını  yayan  qüvvətli    vasitələrdən 
biridir....Bizim  təbliğatın    ən  yaxın  və  sınanmış    vasitələrindən  biri    teatrdır 
(  qabartmalar  mənimdir  –  M.Ə.)  “  “  Tənqidçi-təbliğ  teatrı”  yaradılması    da  bu  
dövrə təsadüf edir. 
 İiyirminci  illərdə    Kommunist    Partiyası    və  Sovet    hökümətinin  vahid 
planıyla    Bakıda  teatr    şəbəkəsi    yaradılır  :  :  opera  ,  dram  ,  tənqid-  təbliğ  ,  işçi-


kəndli , işçi,  gənc tamaşaçılar , uşaq teatrları  əhalinin  bütün  təbəqələrini  əhatə 
etməli  idi.Gəncə,    Naxçıvan,  Şəki,  Quba  ,  Ağdam  ,  Qazax    və  digər  şəhərlərdə  
dövlət  teatrlarının    açılması  teatr    prosesinin    imkan  və  təbəqələrini    nəzərə 
almadan    ,  yalnız  siyasi    motivlərdən  baş  verirdi.  “  Qardaş  respublikalarda    : 
Gürcüstan  ,  Ermənistan  ,  Dağıstan,  Türkmənistanda  açılan    və  Azərbaycan 
türkcəsində    fəaliyyət  göstərən    teatrların    fəaliyyəti  də    süni  siyasi  məqsədlər  
güddüyündən  nəticə  etibarı    ilə    uzun  müddətli  olmadı    :  hazırda  onların  heç  
birində  Azərbaycan  teatrı  yoxdur.Teatrşünaslığımız    Azərbaycan  teatrının  
inkişafında  böyük  rol  oynamış    rus  əyalət    rejissorlarından    A.A.    Tüqanov  , 
A.A.İvanov , Uqryumıy, A.S.Varşavski və b.  Adlarını  hörmətlə çəkir.Həqiqətən 
bu  adamlar    zəhmətlərinə  görə    hər    cür  hörmətə  layiqdirlər    ,  amma  onların 
fəaliyyəti  obyektiv  olaraq    teatr    prosesimizin  rus  teatr    düşüncəsinə  
uyğunlaşdırmağa  yönəltmişdi.Nə  yaxşı  ki,  bizim  Üzeyir    bəyimiz  var  idi  ,  əks 
təqdirdə  ,Azərbaycan  milli    musiqisinin  əsaslarını    da  mərkəzdən    ezam  olunmuş  
bir ortabab bəstəkar yaradacaqdı.” 
Sovetləşdirmə    mərhələsində    teatr    prosesi    hələ    “müsəlman”  və  “türk”  
ifadələriylə  təyin  olunurdu və  özünəməxsus  qanunlarıyla  bağlılıqda  poetikanı  
sosial-siyasi    mövzularla    zənginləşdirirdi.Amma    məhz    bu  mərhələdə    qalib 
gəlmiş , amma hələ tam hakim  olmamış  yeni düşüncənin müntəzəm  tələbləriylə  
teatrımız  ona xas olmayan  ideloji  tənqid  və təbliğ  funksyalarını  qəbul  etməyə  
başlayır. 
Biz  ona    görə    bu  mrəhələyə    bu  qədər    diqqət  yetirdik  ki    sonrakı  tarixi 
inkişaf  prosesində  burada bəyan olunan  tendesiyalar  aparıcı  oldular  və teatr 
prosesini  sözün  hərfi  mənasında  “ vasitəçi”  səviyyəsinə endirdilər. 
 
 
 
 
2.
 
STALİNİZM  DÖVRÜNDƏ  TEATR  PROSESİ VƏ POETİKANIN 
DEFORMASİYASI. 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə