Teatr: Seyr və sehr



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə44/54
tarix07.08.2018
ölçüsü1,35 Mb.
#61023
1   ...   40   41   42   43   44   45   46   47   ...   54

(Hüseynbala    Məmməd    oğlu    Xələfov)    öz  dayısı    oğlu    Əbdülxalq    Hacı  
Əbdülkərim  oğlu  tərəfindən  güllə  ilə  öldürülmüşdür.” 
Məhz  bu dövrdə  Ü.Hacıbəyovun  Avropa  teatr  prosesinin  institussional  
sənət    faktı    olan  balet    tamaşası  poetikanı    teatr    düşüncəmizdə    realizə  etməyə  
cəhd    göstərirdi  :  1919-cu  ilin    fevralında    “Üzeyir    bəy    Hacıbəyov    tərəfindən  
“Dağıstan”  adlı  balet –rəks  təsnif  edilmişdir.”  Üzeyir  Hacıbəyov  tərəfindən  
digər  bir  balet-rəks yazılıbdır ki, bunun da adı  “Azərbaycan”dır.Keçən  günlərdə  
yazmış    olduğu    “Dağıstan”baleti    Lezginka    sayağında    olduğu  halda    bu  yeni  
Azərbaycan” baleti tərəkəmə  səpkisindədir. 
Bu  dövrdəki  teatr  düşüncəsinin  yüksək  intellektual  səviyyəsini  , peşə 
ləyaqətini  və mənəvi bitkinliyini  təsdiq eləyən  bir faktı  göstərmək  istəyirik .Bu  
fakt həm də  Türkiyə-Azərbaycan  teatr  əlaqələrinin  tarixinə  işıq salır . Türkiyə 
teatr sənətinin  görkəmli nümayəndəsi  Ərtoğrul  Möhsün  1919-cu ilin aprel-mart  
aylarında    İstanbula    qastrola    gəlmiş  Azərbaycanın    Tiflis    aktyorlarından    belə 
yazır:  “Onların  vəzifəsi  uyuyan diyarın  xalqına bir parça  zövq  , bir parça  nəşə 
bir parça sənət , bir parça  gözəllik  gətirməkdir.Onlar bizə kafi  dərəcədə  bunları 
gətirdilər  .Çox    təşəkkürlər    edirik.İstanbulun    sənətə  biganə    xalqına    gəlincə  ,  
onlara alman filosofu İnştenin  Zərdüştə  söylətdiyi  sözü təkrar edirik : Gözəlliyin  
səsi  qayət    pərdə    arxasında    çıxar.Bu  səsi    ancaq  ən  oyanıq  ,  ən  həssas    ruhlar  
duyalar və analar  ( qabartmalar mənimdir –M.Ə.) “.Tamaşa  zamanı  zaldan” Dans 
istəyirik  ,  komedi    istəyirik  “    səslənən  tələblərə    aktyor    Mir  Seyfəddin  
Kirmanşahlının  cavabı çox əlamətdardır : “...Məcburəm  məlum etməyə ki ,  biz 
Azərbaycandan buraya dans  etməyə,  ya komedi  çıxatmağa  gəlmədik .bu qədər  
zəhmətə    qatlaşçağımızın  səbəbi    Azərbaycan  həyatını    və  teatrını    göstərmək  
üçündür.Teatr   oyunbazxaba  deyil  ....Bizim  məqsədimiz  xalqı   əyləndirmək,    pul 
qazanmaq    olsaydı    ,  bir  neçə    rəqqas  tapıb    ,  həm  də  yaxşı    pul  qazanardıq 
“.( qabartma  mənimdir  – M.Ə.) İstanbulda  çıxan   “Tamaşa  “ jurnalının  1 aprel 
sayında   dərc olunmuş   yazıda   qeyd olunur  ki,    Ərtoğrul    Möhsün   Azərbaycan  
incəsənətini  öyrənmək üçün  Qafqaza  üç  aylıq  səyahətə  getmişdir... 


Bu faktlardan  açıq-aydın  görünür ki,  o dövrün teatr prosesini  idarə edənlər  
və  icraçılar  artıq    teatr  sənətinin    ictimai-siyasi      tərbiyəvi    və  bədii  –estetik  
məqsəd  və  vəzifələrini    dərk  etmişdilər    və  sənətkar-peşəkar    ləyaqətini  çox  
yüksək saxlayırdılar. 
Təbii  ki,    teatr    prosesi    ziddiyyətli    bir    prosesdir    və  onun 
dəyərləndirilməsində    fikir  və  mövqe    müxtəlifliyi    məntiqə  uyğundur.Belə  ki,  
müsavat  lidelərindən  Mirzəbala Məmədzadə “ İstiqlal “ qəzetinin 1919-cu  il  14 
fevral sayında   dərc olunan məqaləsində azərbaycan teatrının yeni  üsuli-  idərəyə 
yaxşı xidmət göstərmədiyini  etiraf edir : “ Əlan xalqımızın yeganə  toplaşan yeri 
teatrıdır .O da bir yenilik vermir.Onda da  yeni həyata doğru bir dəvət  bir tərpəniş 
yoxdur, həmin köhnə hamam  , köhnə tas”. Çox keçmədi ki,  başqa  yeni  üsuli –
idarə  ,teatrı    partiyalılıq    və  xəlqilik  naminə    ideoloji  alətə  çevirərək    istədiyinə  
nail ola bildi. 
Araşdırdığımız  dövrdə    siyasi  –iqtisadi   proseslə bağlılıqda   teatr prosesini 
qarşılaşdığı    problemlər  içində  ən  önəmlilərindən  biri  də    teatr  iqtisadiyyatı  və  
sosiologiyası  problemi idi. 1919-cu il 21 dekabr sayında  “ Azərbaycan  füqərası”  
qəzetində    dərc  olunmuş    “    Q”  imzalı    müəllifin  yazısından  çıxarışlar  
dediklərimizə aydın  illustrasiyadır: “Böyük  bir  möhtəkir, böyük  bir fəhlə qatili 
səhnədə      zəhmətkeşə    nə  verəcəyini      və  səhnədə    oynanılan  dramlar    və  ya 
tragediyaların    qiymətini  bilərmi  ?  “      İndi  bunu    heç  kim    inkar  edə  bilməz  ki, 
milyoner  heç   vaxt o səhnəyə  lazımi  qədər  qiymət verə bilməz və səhnədə kim 
yaxşı  və kim yaman  oynadığını düşünə bilməz . 
....səhnə  milyonerin  əlindən  alınıb  səhnə    xadimlərinin  öz  əllərinə 
verilməlidir. 
Son  dərəcə    kəskinləşən    siyasi  proseslərin    içində    teatr    sənəti    öz    siyasi  
baxımsızlığını  müdafiə etməli olurdu.Aktyor  Hacıağa  Abbasovun  “Azərbaycan 
“  qəzetində ( 1920,  7 mart) irəli sürülən  ittihamlara   cavabı diqqətə layiqdir : 
“N.B.cənabları  məni bolşeviklərin  Bakıda olan  lideri  Şaumyan  tərəfindən  təyin 
olunan    göstərir  ..Bu  sözə    mən    razıyam  .Çünki    14  il    sevdiyim    müsəlman  
səhnəsində , xeyirli  və faydalı  rollarda , tərtib  olunan  teatrlarda  iştirak etmişəm  


və teatrçılıq  və aktyorluqda (qabartma mənimdir – M.Ə.)  heç  bir din ,  məslək və 
yaxud  miilət ayrılmaz , məqsəd  gözəlliyi sevib , ona xidmət etməkdir .Ola bilərdi 
ki,    Şaumyan    və  ya  Nərimanov    tərtib  etdiyi  bir    müsamirədə    mən  iştirak 
edəydim  , indi  də etməkdən çəkinirəm”.Bir azdan bu cür   mövqe  opportunistlik  
adlandırılacaq    və  bir  çox  sənət  xadimlərimiz    represiyaların    qurbanına  
dönəcəkdir , indi isə yalnız  H.Abbasovun  sözlərində  açıqlanan  “uzaq proqnoz”u- 
İdealı  xüsusi  vurğulayaq : “  məqsəd  gözəlliyi sevib , ona xidmət etməkdir!” 
“XI  Qızıl  Ordunun  hücumu  ilə eyni vaxtda, aprelin 27-si  gündüz saat 12-
də  azərbaycan  parlamentinə  A.K.(b)      P    MK  və    RK  (b)    P-nin    Qafqaz    ölkə  
Komitəsinin  Bakı  bürosu    adından    hakimiyyəti  təhvil  vermək    haqqında  
ultimatum    verildi.Dinc    əhali    arasında    qurbanlara    və  qan    tökülməsinə    yol 
verməmək    üçün    Azərbaycan    parlamenti    həmin    gün    axşam    saat    11-də  
hakimiyyətin  Azərbaycan  kommunistlərinə  verilməsi  barədə  qərar  çıxardı.... 
Azərbaycanın  Rusiya  tərəfindən  ilhaqı  ilə əlaqədar  tariximizin  yeni  bir 
faciəli  səhifəsi ( qabartma mənimdir – M.Ə.) açılmış oldu”. 
Araşdırma    predmetimiz    teatr  prosesi    və    poetikanın    formalaşması  
olduğundan  siyasi emosiyalara  yol  vermədən  elmi obyektivliklə  tarixi , siyasi-
iqtisadi  ,    sosial-  ictimai    proseslərə    yalnız  bu    prizmadan    baxıb    aşağıdakı  
qənaətlərimizi  göstərə bilərik  :  
 
1.Azərbaycanda    teatr    prosesinin  ilk  ədəbi  –nəzəri    mərhələsi    1850-ci 
ildə ,Azərbaycanın  rue imperiyasına  müstəmləkə halında  daxil olmasından  22 il  
sonra  M.F.Axundovun  pyesinin yazılmasıyla  başlanır. 
 
2.Teatr  prosesinin    praktiki    təzahürü    və  poetikanın    canlı    prosesdə  
formalaşması  tarixi  1873-cü  ilin  mart  və iyul  aylarında  göstərilən  “Lənkəran 
xanın   vəziri “ və  “Hacı Qara”  tamaşalarının  gerçəkləşdirilməsindən  başlanır. 
 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə