Teatr: Seyr və sehr



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə45/54
tarix07.08.2018
ölçüsü1,35 Mb.
#61023
1   ...   41   42   43   44   45   46   47   48   ...   54

3.Teatr  prosesinin  institussional  və peşəkar təzahür  və təcəssümü  1883-cü  
ildə  məxsus    teatr  üçün    tikilən  binada    göstərilən  tamaşadan    başlanır    və 
konseptual  poetikanın  inkişafı üçün  obyektiv  şərtlər yaranır. 
 
4.  1918-ci  ildə  müstəqillik əldə etmiş  Azərbaycan  mədəniyyəti  və sənət  
təfəkkürünün    ayrılmaz    tərkib  hissəsi    olan  teatr  sənətinin    yaradıcı    prosesi    və 
poetikasının  inkişafında  faktiki  olaraq  baxımsız , müstəqil  inkişaf  mərhələsi  
başlandı. 
 
5. 1920-ci  ildə  bu proses üzvi  yaradıcılıq  inkişafı  imkanlarından  məhrum 
olunur    və  hakim    siyasi-ideoloji    nəzəriyyənin    çərçivəsində    mövcud  olmağa  
məcbur olur. 
 
6.Siyasi –iqtisadi  , tarixi  proseslərə  bağlılıqla  teatr  prosesinin  aşağıdakı  
ideya    mərhələlərini    göstərmək    olar    :    müstəmləkə  düşüncəsi    ,  feodalizmdən  
kapitalizmə    keçid    düşüncəsi  ,  müstəmləkə  düşüncəsindən    müstəqillik  
düşüncəsinə  keçid , müstəqillik  düşüncəsi. 
 
7.  1850-  1920 ci illərdə  Azərbaycan  səhnəsi  üçün  yazılmış  , tərcümə  və  
təbdil  ( iqtibas)  edilmiş  500 -ə  yaxın  pyeslər  qeydə  alınıb.Pyeslərin  müəllifləri  
arasında  Şekspir  , Molyer , Şiller , Lessinq , Brion , Qutskov  , Heyne  , Puşkin , 
Qoqol,  Qriboyedov    ,  ostrovski  ,  Fonvizin    ,  Tolstoy  ,  Çexov  ,  Tiqranyan  , 
Sundukyan , Çavçavadze  , Mçedivşili  və başqa dünya  teatrlarının  korifeylərinin 
adı  var.Bu  dramaturqların    əsərləriylə    yaradıcı  təmas    milli    teatr      poetikasına  
güclü  təsir göstərmiş  və onun konsepsual  səciyyələrini  müəyyənləşdirmişdirşBu 
səciyyələr    milli    dramaturqların    (  N.Vəzirov,  Ə.B.Haqverdiyev  , 
Y.V.Çəmənzəminli  ,  C.Məmmədquluzadə  ,  S.M.Qənizadə,  S.S.Axundov, 
Ü.Hacıbəyov  ,    İ.Aşurbəyli  ,  H.Cavid  ,  N.Nərimanov  ,  H.  Sarabski    , 
M.A.Vəlizadə  , Abdulla    Şaiq  , R.Əfəndizadə    , V.Mədətov    ,  İsmayıl    Həqiqi  ,  , 


İsmayıl  Rüstəmbəyov , M.M. Kazımovski , Z.Hacıbəyov , ŞƏmsəddin Sami  və 
b. )  canlı  teatr  prosesində  əldə  etdikləri  yaradıcılıq  uğurlarıyla  bağlıdır. 
 
8. Araşdırılan  dövrdə  hər üç poetika  - “ seyr” , “sehr”  və “ sehrli  seyr”  
sərbəst,    üzvi  ,  özünəməxsus    inkişaf    edərək    öz    zirvəsini    M.F.Axundzadənin  
dramaturji  yaradıcılığında   tapmışdır. 
 
9.Hər üç  poetika  müəyyən  fərq  və dərəcədə üç təmələ  söykənərək  türk  
mədəniyyəti  ,  İslam    mənəvi    dəyərləri    və  dünya  demokratik    düşüncəsinin  
məzmun  çərçivəsində  inkişaf  etmişdir. 
 
10.Bütün  bunları  v\ə təkrarladığımız  mətləblərin  nəzərə  alaraq  bu fəsildə  
araşdırdığımız    teatr    prosesini    həm  ictimai    şüurumuzun    və  sənət  
təfəkkürümüzün   fəlsəfi  , mənəvi-əxlaqi , sosial- psixoloji , bədii-  estetik  və həm  
də  özəl  teatr düşüncəmizin  mühüm  tarixi  hadisəsi  kimi  dəyərləndirə bilərik. 
 
Bəşər    svilizasiyasının    universal    qanunlarıyla    bağlılıqda    inkişaf    etmiş  
Azərbaycan  milli teatr  prosesi  nəticəsində  teatr  düşüncəmizin  fenomeni  -  milli 
teatr  poetikası  araşdırdığımız  dövrdə  ziddiyyətli  , mürəkkəb , lakin  səmərəli  və 
məhsuldar  tarixi  inkişaf  yollarında  özünəməxsus  mövzu , dil- ifadə  vasitələri  , 
estetik    sistemlilik    və  s.    önəmli    səciyyələrini    əlləri,    estetik    sistemlilik    və  s. 
önəmli  səciyyələrini  əldə etmişdi. 
Yetmiş il (!)  ərzində  baş verən  canlı  teatr prosesi XX  əsrin  əvvəllərində  
köklü  tarixi  hadisələrin  nəticəsində  yeni  inkişaf  mərhələsinə - sovet  dövrünə  
yönəldi... 
Mədəniyyət və incəsənətimizin üzvi  tərkib  hissəsi  olan  teatr sənəti  məhz  
bu  dövrə    qədər    ideoloji    basqı  bilmədən    yaradıcı    proses    kimi    inkişaf  edə 
bilərdi.Bu  proses    ictimai  –tarixi    proseslərə    vəhdəti    ,  onun    sintetik  xarakteri  , 
prosesi  aktuallaşdıran  şəxsiyyətlər  individual  yaradıcılığı  və sənət  qarşısında  
məsuliyyəti  ,  institussional    səciyyələri    onun    sivilizasiyanın    inkişafını    təmin 


edən    universal    qanunlarla    bağlılığını    açıq-aşkar      göstərir.Bu    mənada  , 
Azərbaycan    milli  teatr    prosesi    dünya  teatr  prosesindən    təcrid  olunmayan  
mədəni      fenomen  kimi    anlaşılmalıdır.Fərq    bircə    ondadır  ki,  başqa    milli    teatr  
proseslərinin    əsrlərlə  keçdiyi  yolu    Azərbaycan    teatr    prosesi    70  ilə    keçdi  və  
“məcburiyyət  “  burada  subyektiv    şərtlərdən    deyil,    ictimai-tarixi    proseslərin  
dinamika  və  xronologiyasından    asılı  oldu.Gördüyümüz  kimi    ,  bir  şəxsiyyətin  – 
M.F.Axundovundüşüncə  və    və  iradəsindən      təkan    almış  fomal  proses    tarixi 
nöqteyi –nəzərdən  çox  tez bir zamanda  canlı , yaşarlı  prosesə  dönür və sonrakı  
(sovet )  dövründə  də  yaşarlılığını  itirmir. 
Bu  məsələni  müfəssəl  olaraq  növbəti bölmədə  araşdıracayıq , burada isə 
xüsusi  vurğulamaq  istəyirik ki,  teatr  sənətimizin  tarixinə  universal  və sintetik  
proses  kimi  baxış  sonrakı  mərhələlərin doğru  və obyektiv  dəyərləndirilməsinə  
imkan  yaradır  .Əks    təqdirdə  ,  1920-ci    ildən    sonrakı    milli    teatr    prosesinin  
ideoloji    aspektləri      onun  institussional    səciyyələrini    kölgədə    qoyub    yalnış 
nəticələrə    gətirib    çıxarır  .Milli  teatr  prosesimizin    təkan    aldığı    dövrdən    milli  
sənət    təfəkkürünün  idealına    bağlı    olduğunu    nəzərə    alsaq,    onu    təfəkkürünün  
idealına  bağlı  olduğunu  nəzərə  alsaq ,  onu vahid yaradıcı inkişaf  prosesi   kimi 
dəyərləndirməliyik  .Bu  isə  o    deməkdir  ki,    dəfələrlə    ictimai    tarixi    prosesin  
keçidləri  ilə  qarşı-qarşıya  gəələn  teatr  prosesi  məhz  bu  çətin  sınaqlarda öz  
yaşarlılığını    həm  təsdiq  ,  həm  yeni    mərhələlərdə    inkişaf    üçün    enerji    əxz  
etməyə  özündə  güc  və  təkan tapdı. 
Məhz    bu  prosesin    nəticəsində    teatr    sənətimiz    peşəkar  ,  institussional  
səviyyəyə  yüksəlib  konseptual  poetikasına  yiyələnə bildi .Bu  isə  öz növbəsində  
teatr nəzəriyyəsinin  elmi  predmet  kimi  qəbul  edilməsinə  tam  şərait   yaratdı. 
 
 
 
 
 
 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə