Teatr: Seyr və sehr



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə49/54
tarix07.08.2018
ölçüsü1,35 Mb.
#61023
1   ...   46   47   48   49   50   51   52   53   54

təsir göstərir ( bu ifadəyə  görə Cəfərov  5 il əvvəl”  formalist” olaraq  damğalanaıb 
“  xalq  düşməni”  adını  qazana  bilərdi-M.Ə.)  ,    təsvirçilik    ,  təfsilat    informasiya 
tələbini məhdudlaşdırır , ümumiləşdirici  vasitələrdən  yeri gəldikcə  şərtiliklərdən 
və  rəmzlərdən  (  qabartma  mənimdir  –  M.Ə.)  istifadə  edilir  “.  Daha  sonra  
C.Cəfərov  o  çağlar üçün “ ideoloji  küfür”  sayıla biləcək bir tezis irəliyə sürür ki, 
bu    sözün  əsil  mənasında  inqlabi  xarakter  daşıyan    fikir    heç  zaman  aktuallığını 
itirməyəcək. O,  yazır :” Unutmaq olmaz ki, sənətkar yaradarkən özndən çıxış edir 
və  yenə  də  özünə qayıdır    və  bu    “  sirli”   dairənin  ( qabartma  mənimdir  –  M.Ə.) 
tükənməz  imkanları  vardır  .Onları  məhdudlaşdıra      biləcək  bütün  doqmatik  
təsəvvürlər,  stereotiplər  ,sxemlər  dağıdılmalıdır  “  .Azərbaycan  teatrında 
müasirliyin  təsirinin  ən    “  istedadlı  və  bilikli”    qüvvələrin  yaradıcılığında  əks  
olunmasını  vurğulayan  C.Cəfərov  belə  bir  qənaətə  gəlir  ki,  müasirləşmə  meyli 
“ 50-ci  illərin ortalarından başlamış, teatrın son tamaşalarından bir neçəsində isə 
özünü  aydın    göstərməkdədir”.Bunun  səbəbini  alim  “    ümumiyyətlə    milli  bədii 
inkişaf    prosesi  ilə”    bağlayır  ,    konkret  olaraq  isə  T.Kazımovun  quruluşundakı” 
Ölülər  “  tamaşasının    müfəssəl  təhlilinə  keçir  .Bütün  irili-  xırdalı    qüsur  və 
fərqlərinə  baxmayaraq    bu  çağın  teatr  prosesi  ictimai-siyasi  dəyişikliklərə 
özünəməxsus    formada  reaksiya  verdi  və  müəyyən  mənada    Dünya    teatr  
prosesinin    axarına    müvəqqəti  olsa  da  qoşuldu.Teatr    poetikası  isə  bu    çağlarda  
daha  çox    “  sehrli  seyr”  keyfiyyətləri  ilə    yeni  janr  və  üslubların  (  şərtilik  , 
rəmzçilik...)  sintezi ilə səciyyələnir.Bu səciyyələr artıq ənənəyə  dönmüş “  sovet 
teatrı”  poetikası  ilə      polemik  münasibətlərdə  təsdiqlənir  ,  mübarizə  şəklində  
formalaşırdı.Nisbi  olsa  da  ,    müəəyən  demikratişlənmə,  yeniləşmə,  müasirləşmə 
şəraitində  keçən  bu  mübarizəyə  tezliklə  son  qoyuldu  :  “  Xruşşov  ilk  baharı”  
sonradan  “  durğunluq  “    adlandırdığımız  zaman  ilə  əvəz  olundu,  amma  teatr  
prosesini artıq əvvəlki  keyfiyyətinə qayıda  bilmədi və  Azərbaycan teatr  prosesi 
inkişafının  yeni axarından  dönmədi... 
 
 
 


 
 
3.
 
     DURĞUNLUQ ( ЗАСТОЙ) ZAMANI  
        TEATR PROSESİNİN  XASSƏSİ  VƏ  
        POETİKANIN MİMİKRİYASİYASI 
  
İctimai  –siyasi,  sosial  –iqtisadi  prosesləri    staqnassiyası  (  durğunluq  )  
nəticədə  sovet  rejiminin süqutuna   başlıca səbəb  oldu.Hər  hansı  prosesin  süni  
üsullarla  durdurulması  ilk  əvvəl  təbiətin  qanunlarına ziddir , odur ki,  rejimin  
iqtidarında  olan sahələri ( hərbi sənaye, kosmos , silah satışı  və s.)  çıxma şərti  ilə  
bütün  başqa  sahələrdə    proseslər  ya    yönünü    ya  xassəsini  dəyişmişdi,    ya 
pərdələnmiş  ya  da    gizli  qatlarda    baş  verməkdə  idi.Mədəniyyət  və  incəsəntdə 
gedən  proseslər    iki  xassəli  olaraq    durğunluq    zamanı    ictimai-  siyasi,  mənəvi 
əxlaqi  dəyərlər sisteminin riyakarlığını ikiüzlülüyünü  özündə əks etdirirdi.Birinci 
xassə  rəsmi  mədəniyyət  və  incəsənət  qatının  aparıcı  meyarı  idi.  Maksimal  
dərəcədə  siyasiləşmiş  metodla    -    rejimin  hər  hansı  ideyaya    tədbir    və  planları 
operativ surətdə bədii formalarda ( şer , nəsr , kino, tamaşa , publisistika) təcəssüm 
və tərənnüm olunurdu.Bu  “ məhsul”  da  iki yerə bölünürdü :  birbaşa tərrənnüm 
və  müvafiq  vasitələrlə  ifadə  olunmuşlar  .Nəticə  etibarı  ilə    hakimiyyət  hər  ikisini  
eyni  dərəcədə    qiymətləndirib    dəstəkləyirdi.İkinci  xassəli  proseslər    mürəkkəb 
“  işarələr  sistemi  “  ilə  şifrələnmiş  ,  rəsmi  ideologiya  cildində  müstəqil  sənət  
düşüncəsinin  nəzəri  və  praktiki  fəaliyyətində baş verirdi. Bu  proseslər bir qayda 
olaraq    rəsmi    sənətlə  pararlel  ,  bəzən  kəsişərək  ,  bir  çox  hallarda  isə  gərgin  
neytralitet    vəziyyətində  gedir  ,  kompromist  “  Ezop  dilinin  “  istifadəsi  ilə 
səciyyələnirdi. 
Məhz    durğunluq    zamanı  SSRİ    mənəvi-  mədəni  mühitində  “  dissident 
“  (lat.dissidentis –razı olmayan  olmayan  ,  etiraz edən -  hakim ideologiyaya razı 
olmayan , başqa  cür düşünən...) hərəkatı  güclənib bir çox hallarda  rejimlə açıq 
qarşıdurmaya  qalxırdı.  Təbii  ki,  bu  proses    daha  çox    siyasi  publisistika    və 
ədəbiyyattda  yayılmışdı,  çünki  dissidentlərin  öz  əsərlərini    Qərbdə  çap  eləmək 


imkanları  var  idi.Teatrda  və  kinoda  nəzarət  daha  sərt  və  asand  olduğuna    görə 
dissident xassəli tamaşa və filmlər tamaşaçı üzü görməmiş qadağan edilirdi. 
Azərbaycanda    teatr  prosesi  və  poetikanın  vəziyyətinə  keçməzdə  öncə  bir 
mübahisəli  məsələyə  toxunmağı  lazım  bilirik,  çünki  sonrakı  mülahizələrimiz  bu 
məsələ  ilə  köklü  surətdə  bağlıdır.Azərbaycan  mədəniyyəti  və  incəsənətini  radikal  
mövqelərdən  tənqid  edənlər  Azərbaycanda  durğunluq  zamanında  dissident  
hərəkatı  və  ya  hallarının    olmamasını    naqislik  kimi  dəyərləndirirlər.  Bu  cür 
ittihamları  qəbul  etməyib,  bir  neçə  kontrarqument    gətirmək  istərdik  .  Birinci  : 
müxtəlif  ənənəvi  təməllərdə  duran  mədəniyyətlərdə  gedən  prosesləri    universal 
meyarlarla    dəyərləndirmək,  elmi  baxımdan    qənaətbəxş    deyil-    Rusiyada  baş 
verən    proseslər  heç  də  metləq    Azərbaycanda  baş  verməli  deyil,  çünki    bu 
proseslərin  dərin  və  özünəməxsus  tarixi  kökləri  və  ənənəvi    mövcudolması 
şərtdir.İkincisi    :  dövlət    ideoloji  aparatı    mərkəz    və  müstəmləkələrə  ikili  
standartlarla  yanaşır    ,  təbii  ki,  yerlərdəki  proseslərə    daha  sərt  və  amansız  təsir 
göstərirdi.Üçüncüsü    hər    hansı  mədəniyyətin    etnopsixoloji    təməllərindən  
qaynaqlanan    fərqli  üsullar    mövcuddur  .Bunu    və  milli  mentalitetin  özəlliklərini  
nəzərə  alaraq  demək  olar  ki,  məmləkətimizdə  demokratik  düşüncə    dərin  köklər 
salmamışdı,  çünki  planlı  represiyalar  nəticəsində  cəmiyyətimizin  kübar  və  ziyalı 
təbəqələrinə      dəhşətli  zərbələr  endirilmiş  və  dissident    düşüncəsi  kökündən 
kəsilmişdi.Nəhayət    dördüncüsü  :    milli  sosiopsixologiyamızda  ənənəvi    olaraq, 
hakimiyyətə loyal olmaq  vərdişi aparıcı haldır , hökmdarı mədh etmək isə klassik 
poeziyanın    genetik  və    tipoloji  səciyyəsidir.Eyni  zamanda  başqa  bir  ənənə  
mövcud idi-  gülüş mədəniyyətinin trixterlik(hiyləgərlik) tipologiyası və  lətifəçilik 
dəyərlər sisteminə görə hakimiyyətlə bağlı bir çox  mənfi  mənəvi hərəkətlər tam 
tərs  “işarələr”lə  müsbət  hala    döndərilirdi,  (  qorxaq-  ayıq,    yaltaq-tədbirli,  
nökərçilik – sədaqət , rüşvət- hörmət  və s..) 
Bu  və    başqa    obyektiv  və  subyektiv  şərtləri  nəzərə  alsaq,  Azərbaycan 
mədəni  -mənəvi mühitində dissitentlik hərəkatının baş verməməsi o qədər də əcaib 
və ya naqis  hal kimi görünməməlidir.Digər  tərəfdən  tarix boyu ikili standartlarla 
yaşamağa  vərdiş etmiş, milli psixologiya bu ikiliyi istədiyi yerdə  tapa bilirdi.Bu 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə