Təbiət
2009
X sinif
Fizika
İlin sonunda əldə edilən nəticələr
İstiqamət: fiziki hadisələr
Fiz X. 1.
Şagird elektrik və maqnit sahələri araşdırır.
Fiz. X. 2.
Şagird fizika üzrə elmi kəşfləri gündəlik həyatla əlaqələndirir.
İlin sonunda əldə ediləcək nəticələr və onların indikatorları
İstiqamət: fiziki hadisələr
Fiz. X. 1. Şagird elektrik və maqnit sahələri araşdırır.
Nəticə əldə edilmişdir, əgər şagird:
Kulon qanunlarını nümayiş etdirmək üçün eksperimentləri planlaşdırır və həyata keçirir.
•
Naqillərinin paralel və ardıcıl birləşməsi üçün elektrik xəttini düzəldir, elektrik xəttinə
•
xarakterik parametlər arasındakı kəmiyyət əlaqəsini təhlil edir.
Müxtəlif növ problemləri həll etmək üçün dövrə hissəsi/tam dövrə üçün Om qanunundan
•
istifadə edir.
Gündəlik həyatda elektriklə əlaqədar problemin həlli yolunu tapır (məs.,
•
konkret ehtiyacdan
irəli gələrək elektrik sxemini tərtib edir).
Gündəlik həyatda istifadə olunan elektrik avadanlıqlarının iş prinsipini izah edir.
•
Elektrik maqnitindən istifadə etməklə sadə cihazın modelini düzəldir və nümayiş etdirir.
•
Eksperimentlərin planlaşdırılması və keçirilməsində, eləcə də gündəlik həyatda elektrik
•
avadanlıqlarının istifadəsində təhlükəsizlik qaydalarının biliyini üzərə çıxarır.
Fiz. X. 2. Şagird fizika üzrə elmi kəşfləri gündəlik həyatla əlaqələndirir.
Nəticə əldə edilmişdir, əgər şagird:
Müxtəlif növ elektrik avadanlıqlarının yaradılması və inkişafı haqqında informasiya əldə
•
edir, onların cəmiyyətin inkişafına və ətraf mühitə göstərdiyi təsirini təhlil edir, layihə
şəklində təqdim edir.
Yarımkeçiricilərin kəşfinin əhəmiyyətini qiymətləndirir və texnoloji proseslərin inkişafında
•
kəşfin rolunu müzakirə edir, təqdimatı nümayiş etdirir.
Təb.E. X. - 3
Təbiət
2009
Proqramın məzmunu
Nəticələrin əldə edilməsi verilən məzmunun əsasında mümkündür:
Elektrostatika
Elektrik sahəsi, yüklü cisimlərin qarşılıqlı təsiri.
Kulon qanunu. Dielektrik nüfuzluğu. Elektrik sahəsinin gərginliyi. Superpozisiya prinsipi. Elektro
statik sahənin işi. Elektrik sahəsinin potensialı. Potensialların fərqi.
Elektrik tutum, kondensator, nazik kondensatorun elektrik tutumu.
Elektrik cərəyanı.
Cərəyanın gücü, gərginliyi, naqilin elektrik müqaviməti. Müqavimətin temperaturdan asılılığı.
Dövrə hissəsi üçün Om qanunu. Naqillərin paralel və ardıcıl birləşdirilməsi. Cərəyanın işi və gücü.
Coul-Lens qanunu. Elektrik mənbəyi, elektrik mənbəyinin daxili müqaviməti. Tam dövrə üçün Om
qanunu.
Mayedə, havada və vakuumda elektrik cərəyanı.
Yarımkeçiricilər, yarımkeçiricilərdə elektrik cərəyanı.
Maqnit sahəsi
Maqnit sahəsi, cərəyanlı naqillərin qarşılıqlı təsiri.
Təb.E. X. - 4
Təbiət
2009
X sinif
Kimya
İlin sonunda əldə edilən nəticələr
İstiqamət: kimyəvi hadisələr
Kim. X. 1. Şagird insan fəaliyyətinin başqa-başqa sahələrində kimyanın rolunu təhlil
edir.
Kim. X. 2.
Şagird ətrafında və təbiətdə baş verən kimyəvi çevrilmələri təyin edir və təsvir
edir.
Kim. X. 3.
Ətraf mühitin təmizliyi və yeyinti məhsullarının keyfiyyətini insanın sağlamlığı ilə
əlaqələndirir.
Kim. X. 4
Tarixdə kimyəvi kəşflərin əhəmiyyətini, onların kəşf edilməsinin ilkin
şərtlərini, müasir insanın məişət həyatında və sənayedə onların əhəmiyyətini
müzakirə edir.
İlin sonunda əldə ediləcək nəticələr və onların indikatorları
İstiqamət: kimyəvi hadisələr
Kim. X. 1. Şagird insan fəaliyyətinin başqa-başqa sahələrində kimyanın
rolunu təhlil edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
Incəsənətin başqa-başqa sahələri ilə kimyanın əlaqəsini təsdiq edən informasiyanı əldə edir
•
və təhlil edir. Müasir təcrübəni keçmiş təcrübə ilə əlaqələndirir. Misallar gətirir.
Məhkəmə ekspertizasında araşdırmanın fiziki-kimyəvi metodlarının (məs.,
•
xromatoqrafiya,
mas-spektrometrik analiz, xassə analizi və sairə) istifadə imkanları haqqında informasiya
toplayır, konkret misallar çəkir və onları araşdırmanın mərhələləri ilə (məqsəd, prosedur,
nəticələrin təhlili və yekun nəticə) uyğunlaşma nöqteyi-nəzərdən müzakirə edir.
Metalların və ərintilərin xassələrini onların istifadə sahələri ilə əlaqələndirir.
•
Müxtəlif minerallar (məs.,
•
silikatlar, fosfatlar, sulfidlər) haqqında informasiya toplayır,
onların tərkibləri, əmələ gəlməsi və istifadə yolları barədə müzakirə aparır.
Tanıdığı müəyyən bir sinfin hansı üzvlərinin bu və ya digər kosmetik vasitələrdə, yeyintidə,
•
gündəlik istifadə əşyalarında istifadəsini təhlil edir.
Xammaldan hazır məhsula qədər bəzi məhsulların alınma mərhələlərini sxematik şəkildə
•
təsvir edir (məs., buğda – çörək, odun –kağız, üzüm – şərab, dəri istehsalı) və müvafiq
texnoloji proseslərdə kimyanın rolunu müzakirə edir.
Tanıdığı materialları təbii (məs.,
•
ipək, odun) və süni (məs., kapron, şüşə lif) materiallarla
müqayisə edir. Hər birinin üstün cəhəti və istifadə sahəsini müzakirə edir.
Təb.E. X. - 5