Təbiət
2009
Xronoloji nöqteyi-nəzərdən təbii materialların süni materiallarla əvəzedilmə prosesini
•
konkret misallara əsaslanaraq müzakirə edir. Həmin prosesin müsbət və mənfi tərəflərini
analiz edir.
Kim. X. 2. Şagird ətrafında və təbiətdə baş verən kimyəvi çevrilmələri təyin
edir və təsvir edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
Gündəlik həyatda baş verən kimyəvi hadisələr barədə misallar gətirir /yanma, paslanma,
•
korroziya/, bir-biri ilə müqayisə edir, həmin kimyəvi hadisələrin əhəmiyyəti və onlara təsir
göstərən amilləri müzakirə edir.
Bəzi elementlərin (məs.,
•
azot, oksigen, karbon) dairə dövranını sxematik şəkildə təsvir edir,
həmin proseslərə şərait yaradan amillər və əhəmiyyətləri müzakirə edr.
Kim. X. 3. Ətraf mühitin təmizliyi və yeyinti məhsullarının keyfiyyətini
insanın sağlamlığı ilə əlaqələndirir.
Nəticə əldə edilmişdir, əgər şagird:
Ona münasib informasiyanın işlənilməsi əsasında toksik maddələrin, ximikatların insan
•
orqanizminə təsirinin gözlənilən nəticələrini təhlil edir (məs., hər hansı bir toksik maddəni
seçir və həmin maddənin insan sağlamlığına göstərdiyi təsir barədə referat hazırlayır).
Təsvir edir ki, mühiti çirkləndirən maddələr, məişət və sənaye tullantıları necə yaranır (məs.,
•
yanacağın yanması ilə çıxan tüstü, çürüyən məhsullar və s.) və həmin prosesləri kimyəvi
reaksiyalar zamanı atomun dəyişməzliyi ilə əlaqələndirir.
Kimyəvi tullantılarla ətraf mühitin çirkləndirilməsi ilə əlaqədar problemlərin həlli üçün
•
yollar axtarır.
Yerli mühitin çirklənmə səbəbləri haqqında informasiya toplayır və ehtimalını söyləyir ki,
•
onlardan necə yan keçmək mümkündür.
Etiketin üzərindəki yazıların, lazımi mənbələrin axtarılması və təhlili əsasında müxtəlif
•
qida məhsullarını insan sağlamlığı üçün zərərli maddələrdən ibarət olması nöqteyi-nəzərdən
təhlil edir.
İnsanın iş fəaliyyəti nəticəsində havanın, suyun və torpağın kimyəvi çirkləndirilmə misallarını
•
gətirir. Çirkləndirmə nəticələrini insan sağlamlığı ilə əlaqələndirir.
Ətraf mühitin çirkləndirilməsi baxımından müxtəlif növ yanmanı qiymətləndirir və nəqliyyat
•
yanacağı və mənzillərin isidilməsi üçün enerjinin ən optimal mənbəsini müəyyən edir.
Təb.E. X. - 6
Təbiət
2009
Kim. X. 4 Tarixdə kimyəvi kəşflərin əhəmiyyətini, kəşf edilməsinin ilkin
şərtlərini, müasir insanın məişət həyatında və sənayedə onların
əhəmiyyətini müzakirə edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
Müasir texnologiyaların kimya və sənayenin müxtəlif sahələrinin inkişafı işinə göstərdiyi
•
təsiri təsvir edir və analiz edir (məs., niyə insan üçün çoxlu metal və ya ərintilər müasir
şərtlərdə daha əlçatandır, nəinki 200 il öncə), referat hazırlayır və onu təqdim edir.
Izomeriyanın əhəmiyyətini qiymətləndirir və bu kəşfin müasir kimyanın inkişafında rolunu
•
müzakirə edir, təqdimatı nümayiş etdirir.
Tarixdə ona maraqlı olan kəşfi öyrənir və onun sənayedə və gündəlik həyatda əhəmiyyətini
•
dəyərləndirir. Referat hazırlayır və onu təqdim edir.
Proqramın məzmunu
Nəticələrin əldə edilməsi verilən məzmunun əsasında mümkündür:
Maddələrin fiziki və kimyəvi xassələri.
Müxtəlif siniflərin qeyri-üzvi birləşmələri arasında əlaqə. Qarışıqlar. Minerallar.
Kimyəvi elementlərin dövri sistemi. Dövriliyin qanunu. Onun kəşf edilməsi.
Atomun quruluşu. İzotop. Elektronların bölünməsi. Elektron formulları/dövri sistemin ilk 20
elementi.
Təbii boyalar.
Kimyəvi reaksiyalar: yanma, paslanma, korroziya.
Kimyəvi reaksiyaların növləri (parçalanma, birləşmə, çevrilmə, polimerizasiya) – yeni birləşmələrin
əmələ gəlməsi.
Ənənəvi və müasir xammal. Təbii və süni materiallar.Onların xassələri və istifadəsi.
Biosferin, litosferin, hidrosferin və atmosferin tərkibi.
Hava, su, torpaq – tərkibi (norma), çirkləndirmə amilləri. İnsanın sağlamlığına təsiri.
Qidanın yeyinti dəyərlərinin saxlanılmasında və yaxşılaşdırılmasında ximikatların rolu. Onların
istifadəsi ilə əlaqədar təhlükə. Qida örtüyü materialının ətraf mühitə zərərli təsiri.
Qidanın səviyyəsini və məhsullarda ximikatların tərkibini tənzimləyən qanunatabe normativ
aktlar.
Təb.E. X. - 7
Təbiət
2009
XI sinif
Fizika
İlin sonunda əldə edilən nəticələr:
İstiqamət: fiziki hadisələr
Fiz. XI 1. Şagird texnoloji prosesləri mexanikanın əsas qanunları ilə əlaqələndirir.
Fiz. XI 2. Şagird mexaniki dalğaların xassələrini təhlil edir.
Fiz. XI 3. Şagird işığın ikiqat təbiətini öyrənir.
Fiz. XI 4. Şagird termodinamika qanunlarından istifadə etməklə istilik proseslərini izah
edir.
Fiz. XI 5. Şagird elektrik və maqnitin qarşılıqlı təsirlərini təhlil edir.
Fiz. XI 6. Şagird nüvə enerjisinin alınma və istifadə yollarını təsvir edir.
Fiz. XI. 7. Şagird müasir fizikanın inkişafının əhəmiyyətini dəyərləndirir.
İlin sonunda əldə edilən nəticələr və indikatorlar
Fiz. XI 1. Şagird texnoloji prosesləri mexanikanın əsas qanunları ilə
əlaqələndirir.
Nəticə əldə edilmişdir, əgər şagird:
Nəqliyyat vasitələrinin inkişafında onların sadə növlərindən mürəkkəb elektrik maşınlara
•
qədər elmi tədqiqatların rolunu müəyyən edir və informasiya toplayır. Onların xərclərini
dəyərləndirir və iqtisadi nöqteyi-nəzərdən müqayisə edir, təqdimatı nümayiş etdirir.
Eksperimental və nəzəri araşdırmalar haqqında informasiya toplayır, analiz əsasında texnoloji
•
proseslərin inkişafı və təkmilləşməsində elmin rolunu təsvir edir (məsələn, süni peyklər, qan
komponentlərinin sentrifuqa vasitəsilə tərkib hissələrinə ayırmaq, əyləncə karusellərinin
modelləşdirilməsi-dizaynı).
Praktiki problemlərin həlli və məsələlərin həllində mexanikanın əsas qanunlarından adekvat
•
şəkildə istifadə edir.
Fiz. XI 2. Şagird mexaniki dalğaların xassələrini təhlil edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
Mexaniki dalğaların xassələrini təyin etmək üçün təcrübələr planlaşdırır və həyata keçirir,
•
göstəriciləri və müvafiq nəticələri təhlil edir.
Təb.E. XI. - 1