Təbiət 2009 Təbiətşünaslığın tədrisinin əhəmiyyəti



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə19/25
tarix11.01.2018
ölçüsü0,56 Mb.
#20352
1   ...   15   16   17   18   19   20   21   22   ...   25

Təbiət

2009

Xronoloji  nöqteyi-nəzərdən  təbii  materialların  süni  materiallarla  əvəzedilmə  prosesini 

konkret misallara əsaslanaraq müzakirə edir. Həmin prosesin müsbət və mənfi tərəflərini 



analiz edir.

Kim. X. 2.  Şagird ətrafında və təbiətdə baş verən kimyəvi çevrilmələri təyin  

 

   edir və təsvir edir.

Nəticə əldə edilmişdir, əgər şagird:

Gündəlik həyatda baş verən kimyəvi hadisələr barədə misallar gətirir /yanma, paslanma, 

korroziya/, bir-biri ilə müqayisə edir, həmin kimyəvi hadisələrin əhəmiyyəti və onlara təsir 



göstərən amilləri müzakirə edir.

 Bəzi elementlərin (məs., 



azot, oksigen, karbon) dairə dövranını sxematik şəkildə təsvir edir, 

həmin proseslərə şərait yaradan amillər və əhəmiyyətləri müzakirə edr.



Kim. X. 3.  Ətraf mühitin təmizliyi və yeyinti məhsullarının keyfiyyətini   

 

    insanın sağlamlığı ilə əlaqələndirir.

Nəticə əldə edilmişdir, əgər şagird:

Ona münasib informasiyanın işlənilməsi əsasında toksik maddələrin, ximikatların insan 

orqanizminə təsirinin gözlənilən nəticələrini təhlil edir (məs., hər hansı bir toksik maddəni 



seçir və həmin maddənin insan sağlamlığına göstərdiyi  təsir barədə referat hazırlayır).

Təsvir edir ki, mühiti çirkləndirən maddələr, məişət və sənaye tullantıları necə yaranır (məs., 



yanacağın yanması ilə çıxan tüstü, çürüyən məhsullar və s.) və həmin prosesləri kimyəvi 

reaksiyalar zamanı atomun dəyişməzliyi ilə əlaqələndirir.

Kimyəvi tullantılarla ətraf mühitin çirkləndirilməsi ilə əlaqədar problemlərin həlli üçün 

yollar axtarır.



Yerli mühitin çirklənmə səbəbləri haqqında informasiya toplayır və ehtimalını söyləyir ki, 

onlardan necə yan keçmək mümkündür.



Etiketin üzərindəki yazıların, lazımi mənbələrin axtarılması və təhlili əsasında müxtəlif 

qida məhsullarını insan sağlamlığı üçün zərərli maddələrdən ibarət olması nöqteyi-nəzərdən 



təhlil edir.

İnsanın iş fəaliyyəti nəticəsində havanın, suyun və torpağın kimyəvi çirkləndirilmə misallarını 

gətirir. Çirkləndirmə nəticələrini insan sağlamlığı ilə əlaqələndirir.



Ətraf mühitin çirkləndirilməsi baxımından müxtəlif növ yanmanı qiymətləndirir və nəqliyyat 

yanacağı və mənzillərin isidilməsi üçün enerjinin ən optimal mənbəsini müəyyən edir.



Təb.E. X.  - 6


Təbiət

2009

Kim. X. 4  Tarixdə kimyəvi kəşflərin əhəmiyyətini, kəşf edilməsinin ilkin  

 

   şərtlərini, müasir insanın məişət həyatında və sənayedə onların  

    

   əhəmiyyətini müzakirə edir.

Nəticə əldə edilmişdir, əgər şagird:

Müasir texnologiyaların kimya və sənayenin müxtəlif sahələrinin inkişafı işinə göstərdiyi 

təsiri təsvir edir və analiz edir (məs., niyə insan üçün çoxlu metal və ya ərintilər müasir 



şərtlərdə daha əlçatandır, nəinki 200 il öncə), referat hazırlayır və onu təqdim edir. 

Izomeriyanın əhəmiyyətini qiymətləndirir və bu kəşfin müasir kimyanın inkişafında rolunu 

müzakirə edir, təqdimatı nümayiş etdirir.



Tarixdə ona maraqlı olan kəşfi öyrənir və onun sənayedə və gündəlik həyatda əhəmiyyətini 

dəyərləndirir. Referat hazırlayır və onu təqdim edir.



Proqramın məzmunu

Nəticələrin əldə edilməsi verilən məzmunun əsasında mümkündür:

Maddələrin fiziki və kimyəvi xassələri.

Müxtəlif siniflərin qeyri-üzvi birləşmələri arasında əlaqə. Qarışıqlar. Minerallar.

Kimyəvi elementlərin dövri sistemi. Dövriliyin qanunu. Onun kəşf edilməsi.

Atomun  quruluşu.  İzotop.  Elektronların  bölünməsi.  Elektron  formulları/dövri  sistemin  ilk  20 

elementi.

Təbii boyalar.

Kimyəvi reaksiyalar: yanma, paslanma, korroziya.

Kimyəvi reaksiyaların növləri (parçalanma, birləşmə, çevrilmə, polimerizasiya) – yeni birləşmələrin 

əmələ gəlməsi.

Ənənəvi və müasir xammal. Təbii və süni materiallar.Onların xassələri və istifadəsi. 

Biosferin, litosferin, hidrosferin və atmosferin tərkibi.

Hava, su, torpaq – tərkibi (norma), çirkləndirmə amilləri. İnsanın sağlamlığına təsiri.

Qidanın yeyinti dəyərlərinin saxlanılmasında və yaxşılaşdırılmasında ximikatların rolu. Onların 

istifadəsi ilə əlaqədar təhlükə. Qida örtüyü materialının ətraf mühitə zərərli təsiri. 

Qidanın  səviyyəsini  və  məhsullarda  ximikatların  tərkibini  tənzimləyən  qanunatabe  normativ 

aktlar.

Təb.E. X.  - 7




Təbiət

2009

Təb.E. X.  - 8




Təbiət

2009

XI sinif 

Fizika 

İlin sonunda əldə edilən nəticələr:

İstiqamət: fiziki hadisələr

Fiz. XI 1.  Şagird texnoloji prosesləri mexanikanın əsas qanunları ilə əlaqələndirir.

Fiz. XI 2.  Şagird mexaniki dalğaların xassələrini təhlil edir.

Fiz. XI 3.  Şagird işığın ikiqat təbiətini öyrənir.

   

Fiz. XI 4.  Şagird  termodinamika qanunlarından istifadə etməklə istilik proseslərini izah 

edir.

Fiz. XI 5. Şagird elektrik və maqnitin qarşılıqlı təsirlərini təhlil edir.

Fiz. XI 6. Şagird nüvə enerjisinin alınma və istifadə yollarını təsvir edir.

Fiz. XI. 7. Şagird müasir fizikanın inkişafının əhəmiyyətini dəyərləndirir. 

İlin sonunda əldə edilən nəticələr və indikatorlar

Fiz. XI 1.  Şagird texnoloji prosesləri mexanikanın əsas qanunları ilə     

 

  əlaqələndirir.

Nəticə əldə edilmişdir, əgər şagird:

Nəqliyyat vasitələrinin inkişafında onların sadə növlərindən mürəkkəb elektrik maşınlara 

qədər elmi tədqiqatların rolunu müəyyən edir və informasiya toplayır. Onların xərclərini 



dəyərləndirir və iqtisadi nöqteyi-nəzərdən müqayisə edir, təqdimatı nümayiş etdirir.

Eksperimental və nəzəri araşdırmalar haqqında informasiya toplayır, analiz əsasında texnoloji 

proseslərin inkişafı və təkmilləşməsində elmin rolunu təsvir edir (məsələn, süni peyklər, qan 



komponentlərinin sentrifuqa vasitəsilə tərkib hissələrinə ayırmaq, əyləncə karusellərinin 

modelləşdirilməsi-dizaynı).

Praktiki problemlərin həlli və məsələlərin həllində mexanikanın əsas qanunlarından adekvat 

şəkildə istifadə edir. 



Fiz. XI 2. Şagird mexaniki dalğaların xassələrini təhlil edir.

Nəticə əldə edilmişdir, əgər şagird:

Mexaniki dalğaların xassələrini təyin etmək üçün təcrübələr planlaşdırır və həyata keçirir, 

göstəriciləri və müvafiq nəticələri təhlil edir.



Təb.E. XI.  - 1


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə