Təbiət 2009 Təbiətşünaslığın tədrisinin əhəmiyyəti



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə16/25
tarix11.01.2018
ölçüsü0,56 Mb.
#20352
1   ...   12   13   14   15   16   17   18   19   ...   25

Təbiət

2009

Müxtəlif mühitdə səsin yayılma sürəti haqqında informasiya toplayır, onları bir-biri ilə 

müqayisə edir və onlar arasında mövcud fərqlərin səbəbləri haqqında dəlilli hipotezlər 



söyləyir.

Heyvanlar və insanlar tərəfindən başa düşülən səsin tezliyi haqqında informasiya toplayır, 

təhlil edir və onu sütunlu diaqram şəklində təqdim edir.



Sınaq vasitəsilə Dopler effektini müzakirə və müşahidə edir, misallar gətirir.



Təb. IX. 9.   İşığın yayılmasını müşahidə edir.

Nəticə əldə edilmişdir, əgər şagird:

İşığın yayılmasını öyrənmək üçün sınaqlar keçirir, şüanın həndəsi modelindən istifadə edir, 

ölçü nəticələrini cədvəl şəklində təqdim edir, təhlil edir, dəyişən və dəyişməyən kəmiyyətlər 



arasında əlaqəni yaradır.

 Bir növ və müxtəlif növ mühitdə (kölgənin yaranması, əks edilməsi, qayıtması, sınması, 

rənglərə ayrılması) işığın yayılmasını müşahidə edir və təsvir edir.



Bəzi orqanizmlərin (məs., 



məməlilər və həşəratların) gözlərinin optik sistemlərini müqayisə 

edir və sadə sxem şəklində ifadə edir, fərqləri müzakirə edir. 

Müxtəlif optik sistemin (məs., 



mikroskop, teleskop)  təşkili  və inkişafı barədə informasiya 

toplayır, təhlil edir və təqdimatı nümayiş etdirir.



   İstiqamət: kimyəvi hadisələr

Təb. IX. 10. Şagird  kimyəvi reaksiyanın aparılmasının qanunauyğunluqlarını  

 

     təhlil edir.

Nəticə əldə edilmişdir, əgər şagird:

Müxtəlif növ reaksiyaları planlaşdırır və həyata keçirir, temperaturu ölçür, göstəriciləri 

cədvəl şəklində təqdim edir,  təhlil edir və uyğun nəticələr çıxarır.



Kimyəvi reaksiyanın orta sürətini təyin etmək üçün (reaksiyanın başlanğıc maddələrinin 

(və ya məhsulunun) qatılığın dəyişilmə asılılığı zamanı) göstəricilər əsasında əyri xətt qurur 



və orta sürəti hesablayır.

Müxtəlif amillərin (məs., reaksiyalı maddələrin qatılığının və səthi toxunma sahəsinin, 

temperaturun, işığın, katalizatorun) kimyəvi reaksiyanın sürətinə göstərdiyi təsir haqqında 



hipotez irəli sürür. 

Eksperiment aparır, kimyəvi reaksiyanın sürət yanaşmasının müxtəlif amillərini təhlil edir 

(maddələrin qatılığının və səthi toxunma sahəsinin, temperaturun, işığın, katalizatorun). 



Nəticələri cədvəl şəklində təqdim edir və müvafiq nəticə çıxarır.

Təbiət___2009__Təb._IX._11._Şagird_elektrolitik_dissosiasiya_prosesini_təsvir_edir.'>Təbiətdə mövcud katalizatorların misallarını sadalayır, onların xüsusiyyətləri haqqında 

müzakirə aparır.



Problemin həlli üçün miqdar hesablamalarını həyata keçirir.

Təb.E. IX.  - 5




Təbiət

2009

Təb. IX. 11.  Şagird elektrolitik dissosiasiya prosesini təsvir edir.

Nəticə əldə edilmişdir, əgər şagird:

Təcrübələr keçirir və maddələrin məhlullarının elektrik naqilliyini müşahidə edir, göstəriciləri 

cədvəl şəklində təqdim edir, təhlil edir və maddələri elektrolitlərə və qeyri-elektrolitlərə 



ayırır.

Elektrolitlərin istifadəsi haqqında informasiya toplayır və şifahi təqdim edir.

 Elektrolit prosesini təsvir edən ion bərabərliklərini tərtib edir.



Elektrolitləri  zəif  və  güclü  elektrolitlərə  ayırır,  uyğun  cədvəl  tərtib  edir,  qruplaşdırma 

prinsipini izah edir.



Təcrübə  keçirir  və  tanıdığı  elektrolitlərin  suda  həlli  zamanı  məhlulun  temperaturunun 

dəyişməsini müşahidə edir, onları ionların hidratasiyasının istilik effektinə əsasən qruplara 



ayırır.

Təb. IX. 12. Şagird metalları və qeyri-metalları fərqləndirir, onların istifadəsi  

 

     haqqında müzakirə aparır.

Nəticə əldə edilmişdir, əgər şagird:

 

Elementin elektron formulunu tərtib edir və bu elementin metal və qeyri-metal təbiəti 



haqqında müzakirə aparır, onların xassələrini müqayisə edir və fərqləndirir.

Elementin elektron formulu əsasında metal və qeyri-metal təbiət haqqında hipotez söyləyir; 

öz fikirlərini isbat edir.



  Metalın  və  qeyri-metalın  xassələrini  onların  atomlarının  elektron  quruluşu  ilə 

əlaqələndirir.



Metal zəncirini sxematik şəkildə təsvir edir, nəyin əsasında metalların fiziki və kimyəvi 

xüsusiyyətlərini izah edir, hansılar ki, onun hərəkətlərini müəyən edirlər.



Gürcüstanda yayılmış faydalı qazıntıların xəritəsini tərtib edir, qazıntıların istifadəsi haqqında 

müzakirə aparır, referat hazırlayır.



Təcrübələr aparır, metalların duzlarla qarşılıqlı təsirini müşahidə edir. Əldə edilən nəticələr 

əsasında onları sırada aktivliklərinə görə yerləşdirir.



Metalların xəlitələrinin xassələri və istifadəsi haqqında informasiya toplayır. Materialı 

məruzə şəklində təqdim edir.



Qeyri-metalların bəzi birləşməsini təsvir edir, istehsalat və məişət həyatında onların istifadəsi 

haqqında müzakirə aparır.



Təb.E. IX.  - 6


Təbiət

2009

Təb.. IX. 13.  Şagird üzvi birləşmələri təsvir edir, onların əhəmiyyəti haqqında  

 

       müzakirə aparır.

Nəticə əldə edilmişdir, əgər şagird:

 

Müxtəlif siniflərin üzvi birləşmələrinin modellərini hazırlayır/onlardan istifadə edir və onların 



əsasında həmin birləşmələr arasında mövcud genetik əlaqəni müzakirə edir.

Gündəlik həyatdan üzvi birləşmələrin istifadə misallarını və onların istifadəsinə səbəb olan 

xassələri  sadalayır.



Təbii və sintez üzvi birləşmələri haqqında informasiya toplayır, onların təyinatını müzakirə 

edir.



Bəzi qida məhsullarını təhlil edir, xassə reaksiyalarının vasitəsilə onların müxtəlif üzvi 

birləşmə tərkibini təyin edir. Qida rasionunda bu birləşmələrin mövcudluğunun əhəmiyyəti 



barədə müzakirə aparır.

Enerji ehtiyatlarının (neft, təbii qaz, daş kömür) yaranma mexanizmləri və istifadəsi haqqında 

informasiya axtarır. Referat hazırlayır.



Mövcud enerji daşıyıcılarının istifadəsi nəticəsində ətraf mühitin çirklənməsi haqqında 

informasiya toplayır, bu problemin həlli yolları haqqında öz fikirlərini ifadə edir.



Üzvi  birləşmə  xassələrinin  öyrənilməsinin  əhəmiyyəti  barədə  suallar  verir  və  cavab 

axtarır.



Proqramın məzmunu

Nəticələrin əldə edilməsi verilən məzmunun əsasında mümkündür:

Orqan sistemləri, onların ümumi quruluşu və funksiyaları

Yaş xüsusiyyətləri

Genlər – irsiyyət əlamətinin daşıyıcıları, onların nəsillərə ötürülməsi

Gen, xromosom xəstəlikləri

Fenotip


İrsiyyət dəyişkənliyi

Modifikasiya dəyişkənliyi

Cinsi müəyyən edən xromosom mexanizmi.

  

Sabit inkişaf prinsipləri



Ətraf mühit və insanın sağlamlığı

Orqanlar sisteminin təkamül inkişafı

Antropogenez.

Təb.E. IX.  - 7




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə