Təbiət 2009 Təbiətşünaslığın tədrisinin əhəmiyyəti



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə25/25
tarix11.01.2018
ölçüsü0,56 Mb.
#20352
1   ...   17   18   19   20   21   22   23   24   25

Təbiət

2009

XII sinif

Fizika

Seçim kursu

İlin sonunda əldə edilən nəticələr:

İstiqamət: fiziki hadisələr

Fiz. XII 1.  Şagird texnoloji prosesləri mexanikanın əsas qanunları ilə əlaqələndirir.

Fiz. XII 2. Şagird mexaniki dalğaların xassələrini təhlil edir.

Fiz. XII 3. Şagird işığın ikiqat təbiətini öyrənir.

   

Fiz. XII 4.  Şagird  termodinamika qanunlarından istifadə etməklə istilik proseslərini izah 

edir.

Fiz. XII 5.  Şagird elektrik və maqnitin qarşılıqlı təsirlərini təhlil edir.

Fiz. XII 6.  Şagird nüvə enerjisinin alınma və istifadə yollarını təsvir edir.

 

Fiz. XII. 7. Şagird müasir fizikanın inkişafının əhəmiyyətini dəyərləndirir. 

İlin sonunda əldə edilən nəticələr və indikatorlar

Fiz. XII 1. Şagird texnoloji prosesləri mexanikanın əsas qanunları ilə     

 

  əlaqələndirir.

Nəticə əldə edilmişdir, əgər şagird:

Nəqliyyat vasitələrinin inkişafında onların sadə növlərindən mürəkkəb elektrik maşınlara 

qədər elmi tədqiqatların rolunu müəyyən edir və informasiya toplayır. Onların xərclərini 



dəyərləndirir və iqtisadi nöqteyi-nəzərdən müqayisə edir, təqdimatı nümayiş etdirir.

Eksperimental və nəzəri araşdırmalar haqqında informasiya toplayır, analiz əsasında texnoloji 

proseslərin inkişafı və təkmilləşməsində elmin rolunu təsvir edir (məsələn, süni peyklər, qan 



komponentlərinin sentrifuqa vasitəsilə tərkib hissələrinə ayırmaq,əyləncə karusellərinin 

modelləşdirilməsi-dizaynı).

Mexanikanın əsas qanunlarını praktiki problemlərin həlli və məsələlərin həllində adekvat 

şəkildə isitfadə edir. 



Təb.E. XII.  - 7


Təbiət

2009

Fiz. XII 2. Şagird mexaniki dalğaların xassələrini təhlil edir.

Nəticə əldə edilmişdir, əgər şagird:

Mexaniki dalğaların xassələrini üzə çıxarmaq üçün təcrübələri planlaşdırır və həyata keçirir, 

göstəriciləri təhlil edir və müvafiq nəticələri təhlil edir.



Canlı  orqanizmlər  tərəfindən  ifadə  edilən  səslərin  müxtəlif  tezlik  diapozonu  haqqında 

informasiya toplayır və təqdimatı nümayiş etdirir.



Dopler effektinin misallarını adlandırır və Dopler effektinin xassə və miqdar cəhətdən təhlil 

etmək üçün təhlilləri həyata keçirir, müvafiq nəticələri əldə edir.



Məsələləri həll etdikdə dalğa üçün xarakterik kəmiyyətlər arasında əlaqəni adekvat şəkildə 

istifadə edir.



Enerjinin dalğa vasitəsilə (məsələn, 



zəlzələ nəticələrinin təhlili) müxtəlif mühitə  keçirilməsi 

haqqında informasiya əldə edir, təqdimatı həyata keçirir.

Fiz. XII 3. Şagird işığın ikiqat təbiətini öyrənir.

Nəticə əldə edilmişdir, əgər şagird:

İşıq dalğalarının təbiətini öyrənmək üçün təcrübələri planlaşdırır və həyata keçirir (məs., 

difraksiya, dispersiya, interferensiya, polyarizasiyası).



Sxematik  şəkildə  elektromaqnit  dalğalarının  şkalasını  təqdim  edir  və  xassəyə  əsasən 

elekromaqnit şüalanmasını onların dalğalarının uzunluğuna əsasən fərqləndirir, onların 



praktiki tətbiqi haqqında müzakirə aparır.

İşığın kvant nəzəriyyəsi vasitəsilə fotoeffekt hadisəsini izah edir və informasiya əldə edir.

Fotoeffektin praktiki praktiki tətbiqi nümunələrini təsvir edir (məs., 





qapıların avtomatik 

açılması, tüstü indikatoru)

 İşıq təsəvvürləri haqqında informasiya əldə edir (məs., 



Aristotel, Höte) və təqdimatı nümayiş 

etdirir.


Fiz. XII 4. Şagird  termodinamika qanunlarından istifadə etməklə istilik  

 

   proseslərini izah edir.

Nəticə əldə edilmişdir, əgər şagird:

İstilik dəyişmə proseslərini müşahidə edir və təhlil edir, temperaturun, daxili enerjinin və 

molekulyar xaotik hərəkət arasında əlaqəni təsvir edir.



Sadə təcrübələr vasitəsilə termodinamikanın I qanununu nümayiş etdirir, onun əhəmiyyətini 

müzakirə edir.



İstilik mühərrikinin iç prinsipini təsvir edir və informasiya əldə edir.

Kelvin və Selsius şkalaları arasında münasibətləri sxematik şəkildə təqdim edir, absolyut 



Təb.E. XII.  - 8




Təbiət

2009

sıfır barədə müzakirə aparır.

Problemlərin həlli və məsələlərin izah edilməsi üçün termodinamika qanunlarından adekvat 

şəkildə istifadə edir.



Fiz. XII 5. Şagird elektrik və maqnitin qarşılıqlı təsirlərini təhlil edir.

Nəticə əldə edilmişdir, əgər şagird:

Elektrik  xəttini  hazırlayır  (müxtəlif  kombinasiyalarla)  və  elektrik  dairənin  xarakterik 

parametləri arasında əlaqəni təhlil edir



Praktiki problemləri həll etmək və məsələləri izah etmək üçün formullardan düzgün şəkildə 

istifadə edir.



 Elektrik sxemi təqdim edir (



cərəyanın generatoru, mənzil elektrik şəbəkə sistemi) və onun 

iş prinsipini izah edir.

Sənayedə və ümumi şəraitdə istifadə olunan texnoloji sistemlərin inkişafı haqqında (məs., 



elektrik mühərrik, generator, kompüter, tibbi aparatlar, mikrofon) informasiya əldə edir və 

təqdimatı nümayiş etdirir.

Qrup  işi  prinsipi  ilə  sadə  modelin  konstruksiyasını  (məs.,  elektromühərrikin,  elektrik 

zənginin) tərtib edir, hissələri hazırlayır, onu qurur və nümayiş etdirir.



Təcrübələr vasitəsilə elektromaqnit induksiya hadisəsini müşahidə edir və analiz edir.

Elektrik xəttini hazırlayır, öz-özünə induksiya hadisəsini müşahidə edir, təhlil edir və onu 



ətalətlə əlaqələndirir.

Müxtəlif sahənin (elektrik, maqnit, qravitasiya) xassəsini öyrənmək üçün təcrübələr aparır, 

təhlil edir və nəticələr çıxarır.



Fiz. XII 6.  Şagird nüvə enerjisinin alınma və istifadə yollarını təsvir edir.

Nəticə əldə edilmişdir, əgər şagird:

Atomun planetar modelini təsvir edir və sxematik şəkildə təqdim edir. 

Nüvə qarşılıqlı təsiri haqqında informasiya əldə edir və onu elektrik və qravitasiya ilə 



müqayisə edir.

Zəncir nüvə reaksiyasını sxem şəklində təsvir edir, analiz edir.

Nüvə enerjisinin istifadəsi haqqında informasiya toplayır, həm sülh, eləcə də hərbi məqsədlər 



üçün, onun müsbət və mənfi tərəfləri haqqında danışır.

Başqa-başqa alimlərin eksperimental təhlilləri əsasında alfa, betavə qamma şüalanmasını 

xarakterizə edir, göstəriciləri cədvəl şəklində təqdim edir, onların istifadəsi barədə müzakirə 



edir.

Radioaktivliyin kəşfi haqqında informasiya əldə edir, həmin kəşfin müsbət və mənfi tərəflərini 

müzakirə edir.



Təb.E. XII.  - 9


Təbiət

2009

Gürcüstanda və ona qonşu ölkələrdə nüvə reaktorlarının olması haqqında xəritə tərtib edir, 

onlarıın iş prinsipini xarakterizə edir.



Qrup  işi  prinsipi  əsasında  radiaktiv  preparatlarla  işin  təhlükəsiz  davranış  qaydalarını 

hazırlayır və təqdimatı nümayiş etdirir.



Anket tərtib edir və əhalinin nüvə silahına olan münasibətlərini təyin etmək üçün rəy sorğusu 

aparır, nəticələri diaqram şəklində təqdim edir.



Fiz. XII. 7. Şagird müasir fizikanın inkişafının əhəmiyyətini dəyərləndirir.

Nəticə əldə edilmişdir, əgər şagird:

Müasir kommunikasiya sistemlərində istifadə olunan texnoloji proseslər barədə informasiya 

əldə edir, onların cəmiyyətə götərdiyi müsbət və mənfi təsirini qeyd edir (məs., süni peyklər, 



mobil telefonlar)

Lazerin istifadə misallarını adlandırır, lazerin quruluşunun elmi və praktiki əhəmiyyətini 

qiymətləndirir və müzakirə edir.



  Nisbilik nəzəriyyəsinin kəşfi haqqında informasiya toplayır və müasir fizikanın inkişafı 

üçün bu kəşfin rolu haqqında söhbət aparır.



Fizikanın müasir naiiyyətlərə əsaslanaraq dünyanın vahid surəti barədə referat hazrlayır.

Proqramın məzmunu



Nəticələrin əldə edilməsi verilən məzmunun əsasında mümkündür:

Mexanikanın əsas qanunları (Nyuton qanunları, enerjinin saxlanma qanunları, ümumdünya 

cazibə qanunları, impulsun daimilik qanunu), texnoloji proseslərin inkişafı.

Dalğaların əks-sədası, sınması, interferensiya, difraksiya. Dopler effekti.

İnfrasəs və ultra səs. Rezonans.

İşığın yayılma sürəti (başqa-başqa tədqiqatçılar tərəfindən aparılan ölçülər), işığın dalğa təbiəti, 

elektromaqnit dalğalar şkalası, fotoeffekt, işığın kvant təbiəti.

Daxili enerji. Termodinamikanın I və II qanunları, dönən və dönməyən proseslər, istilik mühərrikləri, 

mühərrikin f.i.ə, absolyut dərəcə, absolyut sıfır.

Cərəyanın gücü, gərginlik, müqavimət: dövrə hissəsi üçün Om qanunu; elektrik sxemlər; dəyişən 

cərəyan, dəyişən cərəyanın generatoru, elektro maqnit induksiya hadisə, öz-özünə induksiya.

Rezerford təcrübəsi, atomun planetar modeli, Bor postulatları, atomun nüvəsinin quruluşu, nüvə 

qüvvələri, nüvə reaktoru, zəncir reaksiyası, termonüvə reaksiyaları. Radioaktivlik, alfa, beta və 

qamma şüalanması.

Nisbilik nəzəriyyəsinin elementləri. Müasir kommunikasiya sistemləri. Lazerdən istifadə. 

Təb.E. XII.  - 10




Təbiət

2009

XII sinif

Biologiya

Seçim kursu

İlin sonunda əldə edilən nəticələr:

İstiqamət: canlı aləm

Biol. XII. 1. Şagird ekosistemdə maddələrin dövranını və enerji mübadiləsi proseslərini 

xarakterizə edir. 

Biol. XII. 2. Şagird ekosistemin formalaşmasında ekoloji amillərin göstərdikləri təsiri təhlil 

edir.

Biol. XII. 3. Şagird hüceyrənin strukturu, kimyəvi tərkibi və funksiyasının arasında əlaqə 

qurur.

Biol. XII. 4.  Şagird irsiyyəti və dəyişkənliyi xarakterizə edir.

Biol. XII. 5. Şagird üzvi aləmdəki dəyişiklikləri izah etmək üçün təkamül konsepsiyasından 

istifadə edir.   

İlin sonunda əldə edilən nəticələr və onların indikatorları:

Biol. XII 1. Şagird ekosistemdə maddələrin dövranını və enerji mübadiləsi  

 

    proseslərini xarakterizə edir. 

Nəticə əldə edilmişdir, əgər şagird:

Hazır  göstəricilərdən  istifadə  edir,  uyğun  enerjinin,  biokütlənin  və  ekoloji  miqdar 

piramidalarını qurur, konkret ekosistemi xarakterizə etmək üçün onlardan hansının daha 



münasib olmasını dəyərləndirir.

Misalları sadalayır və təsvir edir ki, orqanizmlər energetik balansı (yeməkdən alınan və 

hərəkətdə xərclənən enerjini) saxlamaq üçün (məs., fəsil miqrasiyalarıqış yuxusu, dəstələrdə 



birləşmək, bitkilərin dağlarda yastıq şəklində yetişməsi) hansı yola, imkanlara müraciət 

edirlər.


 Diaqramlardan istifadə edir və maddələrin (oksigen, karbon qazı, azot və suyun) ekosistemdə 

dövranını müzakirə edir və bu proseslərin əhəmiyyətini müzakirə edir.



Yerli ətraf mühitdə çirkləndirici maddələr haqqında informasiya toplayır və sxem şəklində 

həmin maddələrin ekosistemdə dövranını və toplanmasını təsvir edir (məs., metallar, bəzi 



pestisidlər, gübrələr).

İnsan orqanizminin fizioloji proseslərindən irəli gələrək enerjinin verilməsi və maddələrin 

dövranında insanın (xüsusi) yeri haqqında ehtimalını söyləyir.



Təb.E. XII.  - 11


Təbiət

2009

Biol.XII 2.  Şagird ekosistemin formalaşmasında ekoloji amillərin      

 

    göstərdikləri təsiri təhlil edir.

Nəticə əldə edilmişdir, əgər şagird:

Misalları  sadalayır  və  ekosistemdə  orqanizmlərin  bir  yerdə  yaşama  formalarını  (məs., 



rəqabət, parazitizm) təsvir edir və onlar arasında fərqləri müzakirə edir.

Orqanizmlərin inkişafı və ekoloji amilin tezliyi arasında asılılığın (optimum, dözümlülüyün 

yuxarı və aşağı səddi) təyin edilməsi üçün təcrübə aparır (məs., buğdanın cücərtisi və suyun 



miqdarı arasında asılılığı təyin etmək üçün). Göstəriciləri qrafik şəkildə təqdim edir.

Təbii şərtlərin müxtəlifliyi haqqında göstəricilər axtarır və təhlil və ehtimal edir ki, konkret 

ekosistemdə hansı növ həyat formaları mövcud ola bilər.



Yerli ekosistemdə antropogen amilin mənfi təsiri haqqında informasiya toplayır, materialı 

referat, fotomaterial və ya rəsm şəklində təqdim edir, həmi problemdən uzaqlaşmaq yolları 



haqqında öz fikirlərini söyləyir.

  Müxtəlif  amillərin  təsiri  nəticəsində  (məs., 



sosial,  ekoloji)  zaman  keçdikcə  insan 

populyasiyalarının  strukturunun  necə  dəyişdiyi  haqqında  tədqiqatı  (məs.,  müsahibəni, 



statistik göstəriciləri) planlaşdırır və həyata keçirir və nəticələri qrafik şəklində təqdim 

edir.


Müxtəlif qrafik vasitələrlə təqdim olunan göstəricilər əsasında (məs., 



yaş və ölüm sayı, 



zaman və orqanizmlərin sayı, sıxlıq və orqanizmlərin sayının qarşılıqlı asılılıq qrafiki

populyasiyaların vəziyyətini dəyərləndirir.



Biol.XII 3.  Şagird hüceyrənin strukturu, kimyəvi tərkibi və funksiyası    

    arasında əlaqə qurur.

Nəticə əldə edilmişdir, əgər şagird:

Sadə modeldən/sxemdən istifadə etməklə membran vasitəsilə hüceyrənin mühitlə (məs. 



seçilən keçiricilikaktiv nəqliyyat, osmos, özünü və başqalarını tanımaq) necə əlaqələndiyini 

təqdim edir.

Hüceyrənin struktur xüsusiyyətləri və əsas həyat prosesləri arasında əlaqə qurur (ciyərlərdə 

qazların mübadiləsi, bağırsaqlarda maddələrin sorulması) və nümayiş sxemləri (şəkillərini)



yaradır.

Suyun fiziki və kimyəvi xassələrindən irəli gələrək həyat üçün zərurətini təsdiq edir.

Müxtəlif hüceyrələrdə zülalların, yağların və karbon qazlarının olmasını göstərmək üçün 



təcrübələr aparır (məs., xassələr reaksiyası ilə eyniləşdirmə) təcrübələrin nəticələrini protokol 

şəklində təqdim edir.

İllustrasiya və ya modelin vasitəsilə  biopolimerlərin quruluşları arasında oxşarlıq və fərqləri 

nümayiş etdirir və onların struktur və funksiyası arasında əlaqələrini müzakirə edir.



Katalizasiya prosesinə təsir göstərən amillər və katalizator aktivliyi arasında asılılığı (məs., 



temperatur və katalaza hərəkətinin intensivliyi) göstərmək üçün təcrübələri planlaşdırır və 

həyata keçirir və göstəriciləri qrafik şəklində ifadə edir və nəticələri təhlil edir.

Təb.E. XII.  - 12




Təbiət

2009

Hüceyrənin matrisa sintezi reaksiyalarını nümayiş etdirmək üçün modellərdən istifadə edir 

və ya modellər hazırlayır, onların əhəmiyyətini müzakirə edir.



Hüceyrələrin normal funksiyasına zərərli təsir göstərən amilləri misal gətirir (məs. nikotin, 

narkotik, narkotik maddələr, alkohol, dərman preparatlarının həddən artıq qəbul edilməsi) 



və sağlam həyat qaydalarının əhəmiyyətinə dair müzakirələr aparır.

Biol. XII 4.   Şagird irsiyyəti və dəyişkənliyi xarakterizə edir.

Nəticə əldə edilmişdir, əgər şagird:

Misallar sadalayır və cinsi və qeyri-cinsi yolla çoxalma zamanı irsi informasiyasının verilmə 

xarakterini müqayisə edir.



Monohibrid, və dihibrid çarpazlaşma sxemlərini hazırılayır.

Misallar sadalayır və əlaqəni izah edir: gen – konkret zülal sintezi – həmin zülala səbəb 



olan əlamət.

İnformasiya axtarır və hər hansı bir genetik xəstəliyin (məs., 



hemofiliya, albinizm) nəsildən-

nəslə  ötürülməsinin  ehtimal  olunan  sxemini  tərtib  edir.  Gələcək  nəslin  əlamətlərinin 

əvvəlcədən  müəyyən edilməsi inkanları və əhəmiyyətini müzakirə edir.

Biopolimerlərin modellərindən istifadə etməklə gen mutasiyasının zülalın mollekulunun 

strukturuna təsirini nümayiş etdirir.



Sadə sxem vasitəsilə gen mühəndisliyinin tədqiqat prosedurunu təqdim edir və müzakirə 

edir ki, o, hansı nəticəni verir, gen mühəndisliyinin mənfi və müsbət tərəfləri barədə öz 



fikrini söyləyir.

Təcrübə obyektini seçir (məs., 



eyni bitkinin meyvəsi, toxumu) və modifikasiyalı dəyişkənliyin 

statistik xassələrini təhlil edir. Lazımi cihazlardan istifadə edir, miqdar göstəricilərini (məs., 



ölçü, çəki, həcm) qeydə alır, dəyişkənlik arasında asılılığı tərtib edir və qrafiklər qurur.

Biol. XII 5.  Şagird üzvi aləmdəki dəyişiklikləri izah etmək üçün təkamül  

 

     konsepsiyasından istifadə edir.  

Nəticə əldə edilmişdir, əgər şagird:

Filogenetik sxemlərdən istifadə edir və taksonom vahidlər arasında əlaqələri təyin edir.

Mikirotəkamül  proseslərini  nümayiş  etdirmək  üçün  (məs., 





müxtəlif  amillərin  təsiri  ilə 

populyasiyada alellərin tərkiblərinin dəyişikliyi)  modellər hazırlayır və ya modellərdən 

istifadə edir.

Antropoloji kəşflər (məs. 



Homo ereqtus) və onların əhəmiyyəti barədə informasiya toplayır 

və təqdimat keçirir.

Antropogenezin hərəkətverici qüvvələri haqqında suallar verir, informasiya toplayır və 

işləri təqdim edir



Təb.E. XII.  - 13


Təbiət

2009

 Mədəni bitkilər və ev heyvanları növlərinin əmələ gəlmə ocaqları və onların yayılması 

barədə material toplayır, referat hazırlayır.



Təkamül nəzəriyyəsinin əsas sübutlarını və əks-sübutlarını sadalayır.



Proqramın məzmunu 



Nəticələrin əldə edilməsi verilən məzmunun əsasında mümkündür:

Biosfer. Ekosistem. Ekoloji amillər (biotik, abiotik, antropogen). Qida əlaqələri. Ekoloji piramida 

(rəqəmlərin, biokütlənin, enerjinin).

Populyasiya. Onun əlamətləri. Populyasiya, təkamül vahidi olaraq. Növü.

Hüceyrə. Hüceyrənin kimyəvi tərkibi (üzvi və qeyri-üzvi maddələr). Plastik və enerji mübadiləsi. 

Tənəffüs/fotosintez. Matrisa reaksiyaları.

Böyümə və çoxalma formaları (cinsi və qeyri-cinsi)

Mitoz. Meyoz. Ontogenez.

Əlamətlərin çarpazlaşması. Parçalanma halı. Genlərin sərbəst bölünməsi. Genlərin ilişkisi. İrsi 

xəstəliklər.

Əlamətlərin dəyişkənliyi (irsi dəyişkənlik, modifikasiya dəyişkənliyi).

Təkamül. Təkamül prosesinə təsir göstərən amillər. Təbii seçmə. Mutasiyalar. Genlərin dreyfi. 

Miqrasiyalar.

Evolyusiyanın nəticələri. Orqanizmlərin uyğunlaşması. Növlərin müxtəlifliyi. 

Antropogenez.

Süni seçmə. Müasir biotexnologiyalar. Gen mühəndisliyi.



Təb.E. XII.  - 14

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə