Təbiət 2009 Təbiətşünaslığın tədrisinin əhəmiyyəti



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə23/25
tarix11.01.2018
ölçüsü0,56 Mb.
#20352
1   ...   17   18   19   20   21   22   23   24   25

Təbiət

2009

Təb.E. XI.  - 10




Təbiət

2009

XII sinif

Kimya

İcbari və seçim kursu

İlin sonunda əldə edilən nəticələr:

İstiqamət: kimyəvi hadisələr

Kim XII. 1. Şagird atomun quruluşunu və onda baş verən prosesləri təsvir edir.

Kim. XII 2. Şagird oksidləşmə-bərpaedici prosesləri xarakterizə edir.

Kim. XII 3. Şagird  maddələrin  xassələrini  atom  elektron  quruluşu  və  kimyəvi  rabitə 

xarakteri ilə əlaqələndirir.

Kim. XII 4. Şagird kimyəvi reaksiyanı kinematik göstəricilərə əsasən xarakterizə edir, 

kimyəvi reaksiyanın tarazlığının yönəlməsini qabaqcadan nəzərdə tutur. 

Kim. XII 5. Şagird kimyəvi elementlər və onların birləşmə xassələrini xarakterizə edir, 

onların əhəmiyyətini müzakirə edir. 

Kim. XII 6. Şagird üzvi birləşmələri xarakterizə edir, onların əhəmiyyətini müzakirə edir.

İlin sonunda əldə edilən nəticələr və onların indikatorları

  İstiqamət: kimyəvi hadisələr

Kim. XII 1. Şagird atomun quruluşunu və onda baş verən prosesləri təsvir  

 

    edir.

Nəticə əldə edilmişdir, əgər şagird:

Atomun quruluşu haqqında təsəvvürlərin inkişafı haqqında informasiya toplayır. Referat 

hazırlayır.



Hər energetik səviyyənin elektronlarının maksimal sayının hesablanılması və orbital sayın 

elektron formullarının qeyd edilməsi üçün formullardan istifadə edir.



Elektronların bölünməsinin əsas prinsiplərindən istifadə edir, atomların elektron örtüyünü 

elektron formulları və orbital diaqramla təsvir edir.



Alfa, beta və qamma şüalanmasının xassələri haqqında informasiya əldə edir, göstəriciləri 

cədvəl şəklində təqdim edir. Onların istifadəsi haqqında müzakirə edir.



Uyğun simvollardan istifadə edir və atom-nüvə reaksiyalarının bərabərliyini təyin edir.

Nüvə sintezi və nüvə parçalanması reaksiyalarını fərqləndirir və yazır, onların istifadə 



misallarını gətirir, kütlənin defekti halını izah edir.

Təb.E. XII.  - 1



Təbiət

2009

Ədəbiyyatda əldə edilən göstəricilərin əsasında stabil və qeyri-stabil izotopları fərqləndirir, 

təbiətdə və insan fəaliyyətində onların əhəmiyyətini müzakirə edir. 



  

            



Kim. XII 2. Şagird oksidləşmə-bərpaedici prosesləri xarakterizə edir.

Nəticə əldə edilmişdir, əgər şagird:

Valentlik və oksidləşmə dərəcəsini fərqləndirir və müqayisə edir, element qrupları arasında 

nömrə və onun valentlik və oksidləşmə dərəcəsi arasında əlaqəni axtarıb tapır.



 Oksidləşmə və bərpaedici prosesləri nümayiş etdirmək üçün təcrübələr aparır. Oksidləşdiriclər 

və bərpaedicilərə misallar gətirir, onların istifadə edilməsini müzakirə edir.



Bərpaedici reaksiyaların yazılışı üçün oksidləşmənin uyğun simvollarından adekvat şəkildə 

istifadə edir.



Oksidləşmə-bərpaedici reaksiyaları onların növlərinə (mollekullararası, daxilimolekulyar 

və öz-özünə oksidləşmə-öz-özünə bərpa olunma) əsasən təsvir edir və qruplara ayırır.



Oksidləşmə-bərpaedici reaksiyaların təbiətdə və gündəlik həyatdakı misallarını sadalayır 

və onların müsbət və mənfi nəticələri barədə fikrini söyləyir.



Sadə qalvanik elementi qurur və onun funksiya mexanizmini izah edir.

Elektrolizlə əlaqədar miqdar məsələlərini həll edir.



İstehsalatda  (məs., 



metalların və qeyri-metalların istehsalı, qalvanostegiya) elektroliz 

proseslərinin rolunu qiymətlədirir və göstəriciləri axtarır.



Kim. XII 3. Şagird maddələrin xassələrini atom elektron quruluşu və kimyəvi  

 

     rabitə xarakteri ilə əlaqələndirir.

Nəticə əldə edilmişdir, əgər şagird:

Müxtəlif növ rabitələrin yaranma sxemlərini hazırlayır, bir-biri ilə əlaqələndirir və onlar 

arasında fərqləri müzakirə edir, misallar gətirir.



Elementlərin nisbi elektromənfilik əhəmiyyəti cədvəlindən istifadə edir, uyğun hesablamalar 

aparır, birləşmənin rabitə xarakteri və onların yaranma mexanizmini müzakirə edir.                                                                                                                                 



Struktur formullarını tərtib edir və maddələri rabitə əlamətlərinə əsasən fərqləndirir və 

rabitənin xarakterinin həmin maddələrin xassələrinə göstərdiyi təsiri haqqında müzakirə 



aparır.

İon,  atom  və  molekulyar  kristallar  modellərini  yaradır,  quruluşuna  görə  onları  bir-biri 

ilə müqayisə edir və oxşar quruluşu olan rabitənin xassələrini (ərimə temperaturu, suda 



həllolunma, buxarlanma) və onların istifadə edilməsini müzakirə edir.

Təbiətdə mövcud kristal quruluşlu maddələri sadalayır, onları kristal qəfəs növünə əsasən 

müzakirə edir və onların istifadəsini müzakirə edir.



Təb.E. XII.  - 2


Təbiət

2009

Kim. XII 4.  Şagird kimyəvi reaksiyanı kinematik göstəricilərə əsasən    

 

      xarakterizə edir, kimyəvi reaksiyanın tarazlığının yönəlməsini    

     

      qabaqcadan nəzərdə tutur. 

Nəticə əldə edilmişdir, əgər şagird:

Kimyəvi reaksiyanın sürətinin dəyişməsini təyin etmək üçün təcrübə aparır, göstəriciləri 

qrafik şəkildə təqdim edir və reaksiyanın ani sürətini hesablayır. Uyğun nəticə çıxarır.



Fəaliyyətdə olan kütlə qanunlarından istifadə etməklə hesablamalar aparır.

Təcrübələr əsasında çevrilən və çevrilməyən reaksiyalar arasında fərqləri aparır, uyğun 



bərabərlikləri tapır.

Le-Şatelye prinsipindən istifadə edir, müxtəlif amillərin (təzyiq, maddələrin konsentrasiyası, 

temperatur) kimyəvi tarazlığa təsirini əvvəlcədən nəzərdə tutur, təcrübə vasitəsilə öz fikirlərini 



yoxlayır. 

Texnoloji proseslərin optimizasiya zamanı tarazlıq prinsiplərinin istifadə misallarını təhlil 

edir.


Kim. XII 5.  Şagird kimyəvi elementlər və onların birləşmə xassələrini    

 

      xarakterizə edir, onların əhəmiyyətini müzakirə edir.  

Nəticə əldə edilmişdir, əgər şagird:

Dövri sistemi araşdırır və elementlərin yerləşmə qaydasının pozulma hallarını tapır, həmin 

pozuntuların səbəblərini izah edir.



IV – VII qrup elementlərinin oksidləşmə dərəcəsinə əsasən həmin elementlərin oksigen 

birləşməsinin ümumi formulunu hazırlayır.



Eyni qrup (dövr) elementlərini müqayisə edir və onlara uyğun sadə maddələrin xassələrinin 

(məs.,  ionizasiya  enerjisi,  elektrona  yaxınlıq,  elektromənfilik,  atomların  və  ionların 



radiuslarının uzunluqları) dəyişkənlik qanunauyğunluğunu izah edir.

 Element və onun birləşməsinin xassələrini təyin etmək üçün təcrübələri planlaşdırır və 

həyata keçirir.



Elementin  və  onun  birləşməsinin  alınması  və  istifadəsi  prosesləri  ilə  əlaqədar  ekoloji 

problemlər haqqında informasiyanı tapmaq üçün müsahibələr planlaşdırır və aparır, həmin 



problemlərin həllində özünün variantını təqdim edir. 

Elmi  fikirlərin,  planların  və  tədqiqatın  nəticələrini  vermək  üçün  lazımi  qrafiklərdən, 

simvollardan və terminologiyadan istifadə edir.



Elementlərin kəşfi və təbiətdə yayılması haqqında informasiya toplayır. Materialı referat 

şəklində təqdim edir.



Metal birləşməsini təsvir edir, dövri sistem qruplarında və dövrlərində metallar və onların 

birləşmələrinin fiziki xassələrinin dəyişkənliklərinin qanunauyğunluqları haqqında ehtimalını 



söyləyir.

Metalların aktivliyini müqayisə etmək üçün (oksigenlə, maye ilə, turşularla qarşılıqlı təsir) 

təcrübəni planlaşdırır və həyata keçirir. Nəticələrin düzgünlüyünü metalların elektrokimyəvi 



gərginlik cərgəsinə əsasən yoxlayır.

Təb.E. XII.  - 3




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə