Təbiət 2009 Təbiətşünaslığın tədrisinin əhəmiyyəti



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə20/25
tarix11.01.2018
ölçüsü0,56 Mb.
#20352
1   ...   17   18   19   20   21   22   23   24   25

Təbiət

2009

Canlı  orqanizmlər  tərəfindən  ifadə  edilən  səslərin  müxtəlif  tezlik  diapozonu  haqqında 

informasiya toplayır və təqdimatı nümayiş etdirir.



Dopler effektinin misallarını adlandırır və xassə və miqdar cəhətdən Dopler effektini təhlil 

etmək üçün təcrübələr həyata keçirir, müvafiq nəticələri əldə edir.



Məsələləri həll etdikdə dalğa üçün xarakterik kəmiyyətlər arasında əlaqədən adekvat şəkildə 

istifadə edir.



Enerjinin dalğa vasitəsilə (məsələn, 



zəlzələ nəticələrinin təhlili) müxtəlif mühitə  keçirilməsi 

haqqında informasiyanı əldə edir, təqdimatı həyata keçirir.

Fiz. XI 3. Şagird işığın ikiqat təbiətini öyrənir.

Nəticə əldə edilmişdir, əgər şagird:

İşıq dalğalarının təbiətini öyrənmək üçün təcrübələri planlaşdırır və həyata keçirir (məs., 

difraksiya, dispersiya, interferensiya, polyarizasiya).



Sxematik  şəkildə  elektromaqnit  dalğalarının  şkalasını  təqdim  edir  və  xassəyə  əsasən 

elekromaqnit şüalanmasını onların dalğalarının uzunluğuna əsasən fərqləndirir, onların 



praktiki tətbiqi haqqında müzakirə aparır.

İşığın kvant nəzəriyyəsi vasitəsilə fotoeffekt hadisəsini izah edir və informasiya əldə edir.

Fotoeffektin praktiki tətbiqi nümunələrini təsvir edir (məs., 





qapıların avtomatik açılması, 

tüstü indikatoru)

 İşıq təsəvvürləri haqqında informasiya əldə edir (məs., 



Aristotel, Höte) və təqdimatı nümayiş 

etdirir.


Fiz. XI 4.   Şagird  termodinamika qanunlarından istifadə etməklə istilik  

 

  proseslərini izah edir.

Nəticə əldə edilmişdir, əgər şagird:

İstilik dəyişmə proseslərini müşahidə edir və təhlil edir, temperaturun, daxili enerjinin və 

molekulyar xaotik hərəkət arasında əlaqəni təsvir edir.



Sadə təcrübələr vasitəsilə termodinamikanın I qanununu nümayiş etdirir, onun əhəmiyyətini 

müzakirə edir.



İstilik mühərrikinin iş prinsipini təsvir edir və informasiya əldə edir.

Kelvin və Selsius şkalaları arasında münasibətləri sxematik şəkildə təqdim edir, absolyut 



sıfır barədə müzakirə aparır.

Problemlərin həlli və məsələlərin izah edilməsi üçün termodinamika qanunlarından adekvat 

şəkildə istifadə edir.



Təb.E. XI.  - 2


Təbiət___2009__Fiz._XI_5._Şagird_elektrik_və_maqnitin_qarşılıqlı_təsirlərini_təhlil_edir.'>Təbiət

2009

Fiz. XI 5.   Şagird elektrik və maqnitin qarşılıqlı təsirlərini təhlil edir.

Nəticə əldə edilmişdir, əgər şagird:

Elektrik  xəttini  hazırlayır  (müxtəlif  kombinasiyalarla)  və  elektrik  dairənin  xarakterik 

parametləri arasında əlaqəni təhlil edir



Praktiki problemləri həll etmək və məsələləri izah etmək üçün formullardan düzgün şəkildə 

istifadə edir.



 Elektrik sxemini təqdim edir (



cərəyanın generatoru, mənzil elektrik şəbəkə sistemi) və onun 

iş prinsipini izah edir.

Sənayedə və ümumi şəraitdə istifadə olunan texnoloji sistemlərin inkişafı haqqında (məs., 



elektrik mühərrik, generator, kompüter, tibbi aparatlar, mikrofon) informasiya əldə edir və 

təqdimatı nümayiş etdirir.

Qrup  işi  prinsipi  ilə  sadə  modelin  konstruksiyasını  (məs.,  elektromühərrikin,  elektrik 

zənginin) tərtib edir, hissələri hazırlayır, onu qurur və nümayiş etdirir.



Təcrübələr vasitəsilə elektromaqnit induksiya hadisəsini müşahidə edir və analiz edir.

Elektrik xəttini hazırlayır, öz-özünə induksiya hadisəsini müşahidə edir, təhlil edir və onu 



ətalətlə əlaqələndirir.

Müxtəlif sahənin (elektrik, maqnit, qravitasiya) xassəsini öyrənmək üçün təcrübələr aparır, 

təhlil edir və nəticələr çıxarır.



Fiz. XI 6.  Şagird nüvə enerjisinin alınma və istifadə yollarını təsvir edir.

Nəticə əldə edilmişdir, əgər şagird:

Atomun planetar modelini təsvir edir və sxematik şəkildə təqdim edir. 

Nüvənin qarşılıqlı təsiri haqqında informasiya əldə edir və onu elektrik və qravitasiya ilə 



müqayisə edir.

Zəncir nüvə reaksiyasını sxem şəklində təsvir edir, analiz edir.

Nüvə enerjisinin istifadəsi haqqında informasiya toplayır, həm sülh, eləcə də hərbi məqsədlər 



üçün, onun müsbət və mənfi tərəfləri haqqında danışır.

Başqa-başqa alimlərin eksperimental təhlilləri əsasında alfa, beta və qamma şüalanmasını 

xarakterizə edir, göstəriciləri cədvəl şəklində təqdim edir, onların istifadəsi barədə müzakirə 



aparır.

Radioaktivliyin kəşfi haqqında informasiya əldə edir, həmin kəşfin müsbət və mənfi tərəflərini 

müzakirə edir.



Gürcüstanda və ona qonşu ölkələrdə nüvə reaktorlarının olması haqqında xəritə tərtib edir, 

onlarıın iş prinsipini xarakterizə edir.



Qrup  işi  prinsipi  əsasında  radioaktiv  preparatlarla  işin  təhlükəsiz  davranış  qaydalarını 

hazırlayır və təqdimatı nümayiş etdirir.



Anket tərtib edir və əhalinin nüvə silahına olan münasibətlərini təyin etmək üçün rəy sorğusu 

aparır, nəticələri diaqram şəklində təqdim edir.



Təb.E. XI.  - 3


Təbiət

2009

Fiz. XI. 7. Şagird müasir fizikanın inkişafının əhəmiyyətini dəyərləndirir.

Nəticə əldə edilmişdir, əgər şagird:

Müasir kommunikasiya sistemlərində istifadə olunan texnoloji proseslər barədə informasiya 

əldə edir, onların cəmiyyətə göstərdikləri müsbət və mənfi təsirlərini qeyd edir (məs., süni 



peyklər, mobil telefonlar)

Lazerin istifadə misallarını adlandırır, lazerin quruluşunun elmi və praktiki əhəmiyyətini 

qiymətləndirir və müzakirə edir.



  Nisbilik nəzəriyyəsinin kəşfi haqqında informasiya toplayır və müasir fizikanın inkişafı 

üçün bu kəşfin rolu haqqında söhbət aparır.



Fizikanın  müasir  naiiyyətlərinə  əsaslanaraq  dünyanın  vahid  surəti  barədə  referat 

hazırlayır.



Proqramın məzmunu

Nəticələrin əldə edilməsi verilən məzmunun əsasında mümkündür:

Mexanikanın əsas qanunları (Nyuton qanunları, enerjinin saxlanma qanunları, ümumdünya cazibə 

qanunları, impulsun daimilik qanunu), texnoloji proseslərin inkişafı.

Dalğaların əks-sədası, sınması, interferensiya, difraksiya. Dopler effekti.

İnfrasəs və ultra səs. Rezonans.

İşığın yayılma sürəti (başqa-başqa tədqiqatçılar tərəfindən aparılan ölçülər), işığın dalğa təbiəti, 

elektromaqnit dalğalar şkalası, fotoeffekt, işığın kvant təbiəti.

Daxili enerji. Termodinamikanın I və II qanunları, dönən və dönməyən proseslər, istilik mühərrikləri, 

mühərrikin f.i.ə, absolyut dərəcə, absolyut sıfır.

Cərəyanın gücü, gərginlik, müqavimət: dövrə hissəsi üçün Om qanunu; elektrik sxemlər; dəyişən 

cərəyan, dəyişən cərəyanın generatoru, elektromaqnit induksiya hadisəsi, öz-özünə induksiya.

Rezerford təcrübəsi, atomun planetar modeli, Bor postulatları, atomun nüvəsinin quruluşu, nüvə 

qüvvələri, nüvə reaktoru, zəncir reaksiyası, termonüvə reaksiyaları. Radioaktivlik, alfa, beta  və 

qamma şüalanması.

Nisbilik nəzəriyyəsinin elementləri. Müasir kommunikasiya sistemləri. Lazerdən istifadə. 

Təb.E. XI.  - 4




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə