Təbiət 2009 Təbiətşünaslığın tədrisinin əhəmiyyəti



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə2/25
tarix11.01.2018
ölçüsü0,56 Mb.
#20352
1   2   3   4   5   6   7   8   9   ...   25

Təbiət

2009

Tədqiqat üzrə vərdiş-bacarıqlar 

İzahat

Müşahidə, təsvir

1. 

Hissiyyat orqanları və sadə cihazların vasitəsilə 

obyektləri və hadisələrin xüsusiyyətlərini müəyyən 

etmək


Qeyd etmək

2. 

Müşahidə nəticəsini yazmaq, şəklini çəkmək və sairə 



Təsnifat

3. 

Obyekt və hadisələri xüsusiyyətlərinə əsasən 

qruplaşdırmaq

Ölçmək/kəmiyyətlərdən 

4. 

istifadə etmək

Uyğun ölçü vahidlərindən istifadə etməklə miqdarı 

təsvir etmək.

 Məkan və zaman əlaqələrini müəyyən etmək

Cərəyan xüsusiyyətlərini təyin etmək

Kommunikasiya 

5. 

Yazılı və şifahi nitqin, qrafiklərin, cədvəllərin, 

diaqramların və təqdimatın digər vasitələrindən (eləcə 

də texnologiyalara əsaslanan) istifadə etmək



Əvvəlcədən nəzərə almaq/

6. 

hipotezlərin söylənilməsi

Gözlənilən nəticələr haqqında ehtimallar söyləmək



Planlaşdırmaq

7. 

Hərəkətlərin ardıcıllığını müəyyən etmək



Təcrübənin aparılması

8. 

Metodikanın seçilməsi və eksperimental göstəriciləri 

toplamaq

        Göstəricilərin icmalı

9. 

Özü və ya başqası tərəfindən əldə edilən göstəricilərin 

təhlili, ümumiləşdirilməsi

Modelin hazırlanması və 

10. 

istifadəsi

Hadisələrin modelləşdirilməsi 

Yuxarıda qeyd olunan vərdiş-bacarıqlar mərhələ ilə tədrisin hər üç pilləsində şagirdin əqli və 

fiziki imkanlarını nəzərə almaqla inkişaf etdirilirlər. Bacarıqların pillələr üzrə inkişafı aşağıdakı 

cədvəldə təqdim ediliblər:

  

Gir. Təb.E.  - 4




Təbiət

2009

İbtidai pillə

Baza pilləsi

Orta pillə

Tədqiqat 

vərdiş-

bacarıqları



Obyektlər və hadisələr 

barədə suallar 



verir və onları 

cavablandırmaq üçün 

yollar axtarır.

Birbaşa müşahidə və 

ya sadə təcrübələr 



vasitəsilə göstəriciləri 

toplayır.

Göstəriciləri toplamaq 

üçün yaşına uyğun 



cihazlardan istifadə 

edir.


Göstəricilərin/

informasiyanın 



təqdim edilməsinin 

sadə üsullarından 

(mətn, şəkillər, 

xəritələr, cədvəllər) 

istifadə edir.

Tədqiq etmək 

məqsədilə obyektlər 



və hadisələr barədə 

suallar verir.

Birbaşa müşahidə və 

ya sadə təcrübələr 



vasitəsilə və ya 

müxtəlif informasiya 

mənbələrindən  

göstəriciləri toplayır.

Göstəriciləri 

toplamaq və ya 



müşahidə prosesini 

yaxşılaşdırmaq üçün 

cihazlardan istifadə 

edir. 


Çoxsaylı vasitələrlə 

(cədvəllər, qrafiklər



riyazi və fiziki 

modellər) göstəriciləri 

təqdim edir.

Yoxlamaq üçün 

hipotez söyləyir, 



yoxlamaq üçün 

eksperiment 

planlaşdırır.

Seçim edir və 

göstəricilərin 



tapılması 

strategiyalarından 

istifadə edir.

Göstəriciləri 

toplamaq və ya 



müşahidə prosesini 

yaxşılaşdırmaq 

üçün cihazları seçir 

və onlardan istifadə 

edir. 

Göstəricilərin 



təqdimat formaları 

və vasitələrini seçir 

və geniş auditoriya 

qarşısında təqdim 

edir.


5. İstiqamətlər və onların təsviri

Təbiətşünaslığın məktəb kursunun məzmunu istiqamətlərə bölünübdür. Onlardan hər biri tədrisin 

bu və ya digər pilləsində diqqətin nəyə yönəlməsini təsvir edir. Istiqamətlər bir-biri ilə sıx əlaqədədir 

və təbiətin vahidliyinin dərk edilməsinə xidmət edirlər.

 İbtidai pillədə “Təbiətşünaslıq” fənni şərti olaraq dörd istiqamətə bölünübdür:

Canlı aləm (biologiya elementləri)

Cisimlər və hadisələr (fizika və kimya elementləri)



Yer kürəsi və ətraf aləm (coğrafiya və astronomiya elementləri)

İnsan və ətraf mühit (vətəndaş təhsili elementləri).



“İnsan  və  ətraf  mühit”  və  “Yer  kürəsi  və  ətraf  aləm”  yalnız  ibtidai  pillənin  təbiət  kursunda 

inteqrallaşdırılıb,  “Cisimlər və hadisələr” istiqaməti isə növbəti pillədə 2 istiqamətə bölünübdür: 

“fiziki hadisələr” və “kimyəvi hadisələr”.

Gir. Təb.E.  - 5



Təbiət

2009

Baza pilləsində “Təbiətşünaslıq” fənni üç istiqamətə bölünübdür:

 

Canlı aləm (biologiyanın əsasları);

1. 

Fiziki hadisələr (fizikanın əsasları);



2. 

Kimyəvi hadisələr (kimyanın əsasları).

3. 

 

 



 

 

 



Orta  pilldə  “Biologiya”,  “Kimya”,  “Fizika”  fənləri  növbəti  istiqamətlər  şəklində  tədris 

edilirlər:

Canlı aləm (biologiya);

1. 


Fiziki hadisələr (fizika);

2. 


 Kimyəvi hadisələr (kimya).

3. 


Canlı aləm (ibtidai, baza və orta pillə)

Şagird ibtidai pillədə tanış olur: canlı təbiətin rəngarəngliyi, orqanizmlərin quruluşu və həyat 

xüsusiyyətləri, orqanizmlərin əsas qrupları və onların əlamətləri, yaşamaq dövrləri ilə. Şagird 

orqanizmlərin böyüməsi və inkişaf etməsinə dəstək göstərən təbii şərtər barədə informasiya toplayır; 

orqanizmlərin təbiətə uyğunlaşması formaları ilə tanış olur. Şagird təyin edir ki, təbiət rəngarəng 

və dinamikdir, bir-biri ilə sıx əlaqədə olan canlı və cansız komponentlərdən ibarətdir. Şagird ətraf 

mühiti müşahidə (sadə cihazlardan istifadə etməklə), təsviredilmə və təsnifat yolu ilə təyin edir.

Şagird baza pilləsində tanış olur: canlı hüceyrələrin təşkili, maddələr və enerji mübadiləsi, 

çoxalma, irsiyyət, həyat təkamülünün ümumi prinsipləri; insan orqanizminin fəaliyyətinin (orqanlar 

sisteminin səviyyəsində) fiziki və kimyəvi qanunauyğunluqları, homeostaz fenomeni, ekosistemlərin 

komponentləri, onların qarşılıqlı əlaqələri və ekosistemdə davam edən hadisələrlə. 

Şagird tədqiqatın bəzi sitoloji, genetik və fizioloji metodunu; bioloji eksperimentin planlaşdırılması 

və həyata keçirilməsini mənimsəyir, göstəricilərin tənqidi təhlilinə vərdiş edir.

Şagird biologiya və tibbin inkişafında həlledici rol oynayan bəzi kəşflərin tarixi ilə tanış olur.

Şagird orta pillədə molekulyar səviyyədə həyat fenomenləri ilə tanış olur: matrisa reaksiyaları, 

genlərin təzahürü və requlyasiya  prinsipləri, avtotrof və heterotrof hüceyrələrin fəaliyyəti ilə. Şagird 

insanın normal anatomiya və fiziologiyasının xüsusi məsələləri və homeostazın pozulmasının bəzi 

nümunələri ilə tanış olur.

Şagird tədqiqatın müasir metodları ilə tanış olur, konkret bioloji prosesin öyrənilməsi üzrə layihə 

hazırlayır, onu yerinə yetirir və geniş auditoriya qarşısında əldə edilən nəticələrin təqdimatını keçirir. 

Şagird biologiyanın başqa-başqa sahələrinin xüsusiyyətləri ilə tanış olur, konkret misallar əsasında 

elmi işlərin çətinliyini, alimin məsuliyyətini və fədakarlığını təyin edir.



İnsan və təbiət (İbtidai pillə)

Bu istiqamət hüdudlarında şagird insan və təbiət arasında mövcud olan qarşılıqlı münasibətlərlə 

tanış olur, təbiətin insan həyatına və yaxud əksinə, insanın göstərdiyi təsir nəticəsində təbiətin necə 

dəyişməsi haqqında informasiya toplayır, təbii zənginliklərin rəngarəngliyi, onların rasional şəkildə 

istifadə yolları və məişət tullantılarının düzgün utilizasiya metodları ilə tanış olur.

Şagirdin fərdi və qrupda məsuliyyət hissi formalaşdırılır və yerli mühitin mühafizə işinə fəal 

şəkildə cəlb olunur.

 Şagird sağlam və təhlükəsiz həyat qaydaları ilə tanış olur.

Gir. Təb.E.  - 6



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə