Təbiət 2009 Təbiətşünaslığın tədrisinin əhəmiyyəti



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə3/25
tarix11.01.2018
ölçüsü0,56 Mb.
#20352
1   2   3   4   5   6   7   8   9   ...   25

Təbiət

2009

Yer kürəsi və ətraf aləm (ibtidai pillə)

Şagird Yer kürəsi, Günəş sistemi və dünyanın dinamik təbiəti haqqında nəzərlərlə tanış olur. 

Ona imkan verilir ki, zaman və məkan haqqında düzgün təsəvvürü inkişaf etdirsin. Şagird təbəitdə 

davam edən dövri prosesləri, Yerdə həyat üçün zəruri olan resurslarları öyrənir, onların istifadə 

yolları və imkanlarını təhlil edir.

Təbiəti dərk etmək metodlarına sahib olmaq üçün praktiki işlər, eləcə də birbaşa müşahidə, 

dərs sınaqları, sadə cihazlarla tanışlıq və ölçü-hesablama işlərinin aparılması, yerlərdə səmtləşmə, 

xəritələrdən istifadə, obyektlər və proseslərin modelləşdirilməsi və s. nəzərə alınmalıdır.



Cisimlər və hadisələr (ibtidai pillə)

İstiqamətin məqsədi şagirdə onun ətrafında mövcud olan əşyalar və təbii hadisələr arasındakı 

əlaqəni göstərməkdir.

Şagird maddələr aləmi və onda baş verən hadisələr haqqında suallar verir, onları müşahidə edir, 

araşdırır. Qrup işinin vərdişlərinə sahib olur, informasiyanı toplamağı öyrənir və verilən suallara 

cavab verməyə çalışır.

Sadə eksperimentləri keçirməklə şagird cihazlarla işləməyə, onlardan düzgün, təyinata əsasən 

istifadə etməyə və təhlükəsizlik qaydalarına riayət etməyə vərdiş edir.

İbtidai  pillədə  müşahidə  nəticələri  əvvəl  şəkillər  və  sadə  sxemlər,  sonralar  isə,  -  cədvəllər 

vasitəsilə verilir.

Şagird öyrənir: hərəkətin sadə formalarını və onları yaradan səbəbləri, cisimlərin tarazlığını, əsas 

enerji formaları və mənbələrini, əşya və maddələrin əsas xassələrini. Əldə edilən biliyin əsasında 

təhlil nəticələri və elmi nəzərlər arasında əlaqə qurur, sadə modellər hazırlayır və onları nümayiş 

etdirir. Bu pillənin sonu üçün şagird toplanılan bilik və işləyib hazırlanan vərdiş-bacarıqlar əsasında 

hadisələr arasında səbəb-nəticə əlaqələrini təyin etməyə çalışır, hansılar ki, təbiəti araşdırmaq 

marağını daha da dərinləşdirirlər.



Fiziki hadisələr (baza və orta pillə) 

Şagird baza pilləsində təbiətin ümumdünya qanunları, elmi ideyaların inkişafı ilə tanış olur və 

müxtəlif növ modellərdən istifadə etməklə hadisəni izah etməyə çalışırŞagird təbiətdə mövcud 

qüvvələrin hərəkət nəticələrini, istilik və elektromaqnit hadisələrini öyrənir, onları xassə və miqdar 

baxımından təsvir edir, gündəlik həyatda onların istifadəsi nümunələrinin misallarını sadalayır.

Eksperimentləri planlaşdırır, onları tək və ya sinif yoldaşları ilə birlikdə həyata keçirir, nəticələrin 

düzgün formalaşdırılmasını və şəxsi fikirlərinin cədvəl və ya qrafiklərin vasitəsilə verilməsini 

öyrənir. 

Başqalarının fikirləri ilə bölüşür və onları qiymətləndirir.

Elmi tədqiqatlar haqqında informasiya toplayır və onların müasir həyat üçün əhəmiyyətini dərk 

edir.

Şagird orta pillədə baza pilləsində əldə etdiyi biliyini dərinləşdirir, müasir fizikanın nailiyyətlərini, 



təbiət elmlərinin ətraf mühitə göstərdiyi müsbət və mənfi təsirlərini öyrənir və təhlil edir, elmi 

tədqiqat vərdiş-bacarıqlarına sahib olur və onun gələcək iş fəaliyyəti üçün bünövrə qoyulur. Bu 

pillənin sonunda şagird müstəqil şəkildə sadə eksperiment  planlaşdırır, hipotez söyləyir və hipotezini 

yoxlayır.

Şagird müxtəlif mənbələrdən elmi tədqiqatlar haqqında informasiya toplayır, onları özünün 

tədqiqatının nəticələri ilə müqayisə edir, göstəricilərin təqdimat formalarını və vasitələrini seçir və 

geniş auditoriya qarşısında təqdimat keçirir. 

Kimyəvi hadisələr (baza və orta pillə) 

Gir. Təb.E.  - 7




Təbiət

2009

Baza pilləsində bu istiqamətin tədrisinin əsas məqsədidir: şagirdlər kimyanın əsas qanunlarının 

mahiyyətini, atom-molekulu anlaya bilsinlər, xassə və miqdar cəhətdən kimyəvi  reaksiyaları 

xarakterizə etsinlər, elementlərin dövri sistemi ilə, kimyanın yaranma tarixi ilə tanış olsunlar, kimyəvi 

zəncirlər, üzvi və qeyri-üzvi birləşmələr və onların praktiki tətbiq haqqında təsəvvürləri olsun. 

  Bu  istiqamətdə  şagirdlər  təhlil  və  kommunikasiyanın  vacib  vərdiş-bacarıqlarına  sahib 

olmalıdırlar. Şagirdlər öyrənilən nəzəri məsələləri praktiki tətbiq etməyi bacarmalıdırlar: müstəqil 

şəkildə eksperiment aparmaq, göstəriciləri toplamaq, təhlil etmək və lazımi nəticələr çıxarmaq. 

Onlar təqdimatın müxtəlif vasitələrindən istifadə etməklə göstəriciləri və çıxardıqları nəticələri 

ictmaiyyət üçün təqdim etməyi bacarmalıdırlar. Şagirdlərdə yavaş-yavaş tənqidi düşüncə bacarığı 

inkişaf etdirilməlidir.



Orta  pillədə  şagird    baza  pilləsində  əldə  etdiyi  informasiya  və  təcrübə  əsasında  kimyəvi 

reaksiyaların  aparılmasında  qanunauyğunluqlar  haqqında  biliyini  dərinləşdirir.  Bu  nəticəni  o, 

sınaqları planlaşdırmaq və həyata keçirmək əsasında əldə edir. Atomun quruluşunun, kimyəvi 

zəncirlərin təbii və dövri qanununu öyrənmək əsasında elementlər və onların birləşmə xassələrinin 

əslinə çatır. Şagirddə termokimyəvi və elektrokimyəvi proseslər haqqında tam təsəvvür yaranır. O, 

kimyəvi istehsalın əsasları ilə tanış olur, kimyəvi xassələrin əsasında texnoloji sxemləri təsvir edir. 

Şagird müəllimin yardımı ilə   kimyəvi istehsalla əlaqədar ətraf mühitin mühafizə problemlərini 

təhlil edir. Bu pillədə şagird məşhur  kimyaçı-alimlərin fəaliyyət tarixi ilə tanış olur.



Pillələrə əsasən təbiət fənlərinin tədrisinin təşkili

6. 


İbtidai pillədə Təbiətşünaslıq inteqrallaşdırılmış fənn kimi tədris edilir. O, coğrafiya, astronomiya, 

biologiya, fizika, kimya və vətəndaş təlimi sahəsindən məsələləri öz ətrafında birləşdirir.

Təbiətşünaslıq  üzrə  fənlər  birbaşa  ətraf  mühiti  öyrənməyə,  dünyanın  vahidlik  anlayışının 

formalaşdırılmasına dəstək göstərir, vətəndaş təhsili isə, şagirdin ətraf mühitə müsbət yanaşmasını 

və məsuliyyət hissini inkişaf etdirir.

Baza pilləsində təbiət fənləri – biologiya, fizika, kimya növbəti şəkildə tədris edilir:  

VII sinifdə - biologiya il ərzində icbari fənn.

VIII sinifdə - biologiya və fizika - il ərzində icbari fənlər.

IX sinifdə - biologiya, fizika və kimya  - il ərzində icbari fənlər.



Orta pillədə təbiət fənləri – biologiya, fizika, kimya növbəti şəkildə tədris edilir:  

X sinifdə -  biologiya, fizika və kimya  - il ərzində icbari fənlər.

XI sinifdə - fizika və kimya  - il ərzində icbari fənlər.

XII sinifdə - kimya il ərzində icbari fənn.

XII sinifdə - seçim fənlər biologiya, kimya və ya fizika. XII sinifdə şagird bir və ya iki seçim 

fənnini seçə bilər. 

Təbiət fənləri - biologiya, fizika və kimya  VII – XII siniflərdə tədris edilir. Hər bir fənn icbari 

şəkildə 4 il ərzində tədris edilir. XII sinifdə şagird təbiət fənləri qrupundan mütləq bir fənn seçməlidir, 

arzu etdiyi halda, iki təbiət fənnini də seçə bilər.

Gir. Təb.E.  - 8




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə