Təbiət 2009 Təbiətşünaslığın tədrisinin əhəmiyyəti



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə8/25
tarix11.01.2018
ölçüsü0,56 Mb.
#20352
1   ...   4   5   6   7   8   9   10   11   ...   25

Təbiət

2009

Təb. III.4. Şagird maqnitin hərəkətini təsvir edir.

Nəticə əldə edilmişdir, əgər şagird:

təlimata  əsasən  maqnitin  xassələrini  müşahidə  etmək  üçün  təcrübələr  aparır,  cisimləri 

maqnitlə qarşılıqlı hərəkətinə əsasən qruplaşdırır və müşahidənin nəticələrini cədvəldə 



təsvir edir;

maqnitin qütblərinin qarşılıqlı hərəkətlərini müşahidə edir;

maqnit tərəfindən onun müxtəlif hissəsinə cisimlərin cəzb olunmasını fərqləndirir;



maqnitin köməkliyi ilə sadə model yaradır (məs.: 



soyuducuya bərkidilən dekorativ nişanəni, 

asılqanı, döşəmədən polad əşyaları toplayan “cihaz”ı və s.).

Təb. III.5.  Şagird səsin yaranmasını və onun mənbələrini təsvir edir

Nəticə əldə edilmişdir, əgər şagird:

müxtəlif obyektlər tərəfindən buraxılan səslərə diqqət yetirir, onları fərqləndirir (ucadan/

alçaqdan) və səs mənbələrini təyin edir;



sadə təcrübələr aparır və mənbədən uzaqlaşdıqca səsin yayılmasını (axınını) təhlil edir;

səs-küyün insan sağlamlığına göstərdiyi təsiri müzakirə edir və səs-küyü musiqi səsindən 



ayırır.


Təb. III.6. Şagird əşyaları ağırlıq və ölçüyə əsasən fərqləndirir

Nəticə əldə edilmişdir, əgər şagird:

sadə cihazlardan (tərəzi, xətkeş) və ölçü vahidlərindən (kq, qr və m; sm) istifadə edir, 

göstəriciləri  cədvəl şəklində təsvir edir;



ətrafındakı əşyaları ağırlığa, ölçüyə (məs.: 



ağır/yüngül, uzun/qısa, hündür/alçaq) əsasən 

təsnif edir;

müxtəlif materiallardan hazırlanan əşyaları müşahidə edir və müqayisə edir, onların ölçü və 

ağırlıq fərziyyələrini söyləyir və sadə ölçülərlə onları yoxlayır. 



   İstiqamət: Yer kürəsi və ətraf aləm

Təb. III.7.  Şagird yerli ətraf mühitdə səmtləşir.

Nəticə əldə edilmişdir, əgər şagird:

öz yaşayış yeri və ya məktəbin yerləşdiyi yerdə dəqiq coğrafi obyektləri (məs. 



çay, dağ

müəyyən edir 

Təb.E. III.  - 2



Təbiət___2009'>Təbiət

2009

yerli ətraf mühitin mühüm coğrafi obyektləri haqqında ailə üzvlərindən məlumat toplayır 

(məs. tarixi fakt, ailə ənənəsi, rəvayət), məlumatları yazılı və ya rəsm şəklində təqdim 



edir.

Təb. III.8. Şagird günəş sistemini sadə dildə təsvir edir.

Nəticə əldə edilmişdir, əgər şagird:

illustrasiyalardan istifadə edir və sadə dildə günəş sistemini xarakterizə edir (məs. 



planetlərin 



böyüklüyü, günəşlə aralarında məsafələri);

planetlərin rəsmini çəkir və ardıcıllıqla onları günəşdən aralı məsafədə yerləşdirir;

planetlər mövzusu üzrə hekayə bəstələyir;



kosmosa səyahət etmək üçün cihazları və nəqliyyat vasitələrini təsvir edir.



Təb. III.9. Şagir  bəzi coğrafi obyektləri təsvir edir.

Nəticə əldə edilmişdir, əgər şagird:

coğrafi obyektləri, onların tərkib hissələrini (məs. 



çayın mənbəyi, mənsəbi,  çayın yatağı, 



dağın zirvəsi, ətəyi, dibi) və əlamətlərini (məs. sürətli – asta, sıldırım-yastı) təsvir edir.

mövsümlərə  əsasən  coğrafi  obyektlərin  vizual  dəyişkənliyini  müşahidə  və  təsvir  edir; 

göstəriciləri kollaj və ya qeydlər şəklində təqdim edir. 



müxtəlif yerlərdən (məs. 



sahil, məktəb həyəti, park, meşə) götürdüyü torpaq nümunələrini 

təhlil edir və onları xassələrinə (məs. tekstura, rəng, suyu keçirmə) görə qruplaşdırır.

Təb. III.10. Şagird təbii hadisələrin müxtəlifliyini təhlil edir.

Nəticə əldə edilmişdir, əgər şagird:

ona tanış olan təbii hadisələri xarakterizə edir və onların xüsusiyyətlərini təsvir edir; 

gecə-gündüz ərzində havanın temperaturunu müşahidə edir və cədvəl şəklində onların 



miqdar göstəricilərini təsvir edir; 

öz yazıları və dərc olunan hava proqnozu arasında fərqi-oxşarlığı müqayisə edir;

müvafiq suallar verir, canlı barometrlər haqqında informasiya toplayır (sorğu yolu ilə) və 



toplanmış məlumatlarla sinif yoldaşlarını tanış edir.

Təb.E. III.  - 3



Təbiət

2009

   İstiqamət: insan və təbiət

Təb.III.11.  Şagird şəxsi gigiyenaya və qrupda təhlükəsiz davranış

 

    qaydalarına riayət edir. 

Nəticə əldə edilmişdir, əgər şagird:

fövqəladə hallar zamanı əlaqə saxlanmalı təcili yardım təşkilatlarını və onların telefon 

nömrələrini sadalayır;



simulyativ oyun zamanı yoluxucu xəstəliklərdən uzaqlaşmağın elementar ölçülərini sadalayır 

və təyin edir.



onun üçün xoş olan istirahət formaları və yerlərin adlarını sadalayır;

həftəlik rejimi təyin edir və ona riayət edir;



qrupda təhlükəsizlik qaydalarına (məs. 



qrup oyunu, idman tədbirləri) riayət edir;

şəxsi rasionuna daxil olan yemək məhsullarının siyahısını və insan üçün lazım olan ərzaq 

məhsullarının qruplarını (məs. tərəvəz, paxlalılar, süd məhsulları) tərtib edir;



ərzaq məhsulunun etiketini (adı və istifadə tarixi) oxuyur və etiketdəki göstərişlərin əsasında 

istədiyini seçə bilir. 



Təb.III.12. Şagird ətraf mühitə qulluğun elementar qaydalarına riayət edir.

Nəticə əldə edilmişdir, əgər şagird:

yerli ətraf mühiti müşahidə edir və qısa müddət ərzində (asan müşahidə etmək üçün) insanın 

təsiri ilə yaranan dəyişiklikləri təsvir edir;



təbii (məs. 



meşə, düzənlik) və süni (məs. şəhər, park, bostan, zoopark, akvarium, terarium

yaşayış mühitini müqayisə edir və onların xüsusiyyətlərini təhlil edir;

süni mühitin yaranmasında insanın aktivliyini müəyyən edir və ona aid nümunələr gətirir;

insanın təbiətə fayda və zərər verən hərəkətlərini fərqləndirir;



sinif  yoldaşları  ilə  birlikdə  ətraf  mühitdə  hərəkət  qaydalarının  hazırlanmasında  iştirak 

edir;


məktəb mühitinin yaxşılaşdırılması üçün planlaşdırılmış aksiyalarda iştirak edir;

tullantı materiallarından yeni bir əşya düzəldir (məs. 





oyuncaq, gül dibçəyi, dəftərxana 

əşyaları üçün qab).

Təb.E. III.  - 4




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə