Təbiət 2009 Təbiətşünaslığın tədrisinin əhəmiyyəti



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə18/25
tarix11.01.2018
ölçüsü0,56 Mb.
#20352
1   ...   14   15   16   17   18   19   20   21   ...   25

Təbiət

2009

X sinif 

Fizika

İlin sonunda əldə edilən nəticələr

İstiqamət: fiziki hadisələr

Fiz X. 1.  

Şagird elektrik və maqnit sahələri araşdırır.

Fiz. X. 2.  

Şagird fizika üzrə elmi kəşfləri gündəlik həyatla əlaqələndirir.

İlin sonunda əldə ediləcək nəticələr və onların indikatorları

   İstiqamət: fiziki hadisələr

Fiz. X. 1.  Şagird elektrik və maqnit sahələri araşdırır.

Nəticə əldə edilmişdir, əgər şagird:

Kulon qanunlarını nümayiş etdirmək üçün eksperimentləri planlaşdırır və həyata keçirir.

Naqillərinin paralel və ardıcıl birləşməsi üçün elektrik xəttini düzəldir, elektrik xəttinə 



xarakterik parametlər arasındakı kəmiyyət əlaqəsini təhlil edir.

 Müxtəlif növ problemləri həll etmək üçün dövrə hissəsi/tam dövrə üçün Om qanunundan 

istifadə edir.



Gündəlik həyatda elektriklə əlaqədar problemin həlli yolunu tapır (məs., 



konkret ehtiyacdan 



irəli gələrək elektrik sxemini tərtib edir).

Gündəlik həyatda istifadə olunan elektrik avadanlıqlarının iş prinsipini izah edir.

Elektrik maqnitindən istifadə etməklə sadə cihazın modelini düzəldir və nümayiş etdirir.



Eksperimentlərin planlaşdırılması və keçirilməsində, eləcə də gündəlik həyatda elektrik 

avadanlıqlarının istifadəsində təhlükəsizlik qaydalarının biliyini üzərə çıxarır.



Fiz. X. 2.  Şagird fizika üzrə elmi kəşfləri gündəlik həyatla əlaqələndirir.

Nəticə əldə edilmişdir, əgər şagird:

Müxtəlif növ elektrik avadanlıqlarının yaradılması və inkişafı haqqında informasiya əldə 

edir, onların cəmiyyətin inkişafına və ətraf mühitə göstərdiyi təsirini təhlil edir, layihə 



şəklində təqdim edir.

 Yarımkeçiricilərin kəşfinin əhəmiyyətini qiymətləndirir və texnoloji proseslərin inkişafında 

kəşfin rolunu müzakirə edir, təqdimatı nümayiş etdirir.



Təb.E. X.  - 3


Təbiət

2009

Proqramın məzmunu

Nəticələrin əldə edilməsi verilən məzmunun əsasında mümkündür:

Elektrostatika

Elektrik sahəsi, yüklü cisimlərin qarşılıqlı təsiri.

Kulon qanunu. Dielektrik nüfuzluğu. Elektrik sahəsinin gərginliyi. Superpozisiya prinsipi. Elektro 

statik sahənin işi. Elektrik sahəsinin potensialı. Potensialların fərqi.

Elektrik tutum, kondensator, nazik kondensatorun elektrik tutumu.

Elektrik cərəyanı.

Cərəyanın gücü, gərginliyi, naqilin elektrik müqaviməti. Müqavimətin temperaturdan asılılığı.  

Dövrə hissəsi üçün Om qanunu. Naqillərin paralel və ardıcıl birləşdirilməsi. Cərəyanın işi və gücü. 

Coul-Lens qanunu. Elektrik mənbəyi, elektrik mənbəyinin daxili müqaviməti. Tam dövrə üçün Om 

qanunu.

Mayedə, havada və vakuumda elektrik cərəyanı.



Yarımkeçiricilər, yarımkeçiricilərdə elektrik cərəyanı.

Maqnit sahəsi

Maqnit sahəsi, cərəyanlı naqillərin qarşılıqlı təsiri. 

Təb.E. X.  - 4



Təbiət

2009

X sinif

Kimya 

İlin sonunda əldə edilən nəticələr

İstiqamət: kimyəvi hadisələr

Kim.  X.  1.  Şagird  insan  fəaliyyətinin  başqa-başqa  sahələrində  kimyanın  rolunu  təhlil 

edir.

Kim. X. 2.  

Şagird ətrafında və təbiətdə baş verən kimyəvi çevrilmələri təyin edir və təsvir 

edir.

Kim. X. 3.  

Ətraf mühitin təmizliyi və yeyinti məhsullarının keyfiyyətini insanın sağlamlığı ilə 

əlaqələndirir.

Kim. X. 4  

Tarixdə  kimyəvi  kəşflərin  əhəmiyyətini,  onların  kəşf  edilməsinin  ilkin 

şərtlərini, müasir insanın məişət həyatında və sənayedə onların əhəmiyyətini 

müzakirə edir.

İlin sonunda əldə ediləcək nəticələr və onların indikatorları

   İstiqamət: kimyəvi hadisələr

Kim. X. 1. Şagird insan fəaliyyətinin başqa-başqa sahələrində kimyanın 

rolunu təhlil edir.

Nəticə əldə edilmişdir, əgər şagird:

 

Incəsənətin başqa-başqa sahələri ilə kimyanın əlaqəsini təsdiq edən informasiyanı əldə edir 



və təhlil edir. Müasir təcrübəni keçmiş təcrübə ilə əlaqələndirir. Misallar gətirir.

Məhkəmə ekspertizasında araşdırmanın fiziki-kimyəvi metodlarının (məs., 



xromatoqrafiya, 



mas-spektrometrik analiz, xassə analizi və sairə) istifadə imkanları haqqında informasiya 

toplayır, konkret misallar çəkir və onları araşdırmanın mərhələləri ilə (məqsəd, prosedur, 

nəticələrin təhlili və yekun nəticə) uyğunlaşma nöqteyi-nəzərdən müzakirə edir.

 Metalların və ərintilərin xassələrini onların istifadə sahələri ilə əlaqələndirir.

Müxtəlif minerallar (məs., 





silikatlar, fosfatlar, sulfidlər) haqqında informasiya toplayır, 

onların tərkibləri, əmələ gəlməsi və istifadə yolları barədə müzakirə aparır.

Tanıdığı müəyyən bir sinfin hansı üzvlərinin bu və ya digər kosmetik vasitələrdə, yeyintidə, 

gündəlik istifadə əşyalarında istifadəsini təhlil edir.



Xammaldan hazır məhsula qədər bəzi məhsulların alınma mərhələlərini sxematik şəkildə 

təsvir edir (məs., buğda – çörək, odun –kağız, üzüm – şərab, dəri istehsalı) və müvafiq 



texnoloji proseslərdə kimyanın rolunu müzakirə edir.

Tanıdığı materialları təbii (məs., 



ipək, odun) və süni (məs., kapron, şüşə lif) materiallarla 

müqayisə edir. Hər birinin üstün cəhəti və istifadə sahəsini müzakirə edir.

Təb.E. X.  - 5



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə