Təbiət 2009 Təbiətşünaslığın tədrisinin əhəmiyyəti



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə15/25
tarix11.01.2018
ölçüsü0,56 Mb.
#20352
1   ...   11   12   13   14   15   16   17   18   ...   25

Təbiət

2009

Orqanizmin  fiziki  vəziyyətini  qiymətləndirmək  üçün  ölçüdən,  dinləmədən,  vizual 

müşahidədən istifadə edir, müşahidə nəticələrini təcrübə protokolu şəklində təqdim edir.



Özünün üzərində  müxtəlif  vəziyyətdə  fiziki  dəyişiklikləri müşahidə  edir  (məs., 



nəbzin 



tezləşməsi-yavaşıması,  ürəyin  genişlənməsi-daralması,  tərləmək)  və  sinir  və  endokrin 

sistemin adaptik təsiri haqqında müzakirə aparır.

Simulyativ oyunda müxtəlif vəziyyətlərdə (məs., 



qanaxma, sınıq, yaralanma, yüksək hərarət 



zamanı) ilkin yardım tədbirlərini təqdim edir.

Orqanizmin qoruyucu (məs., 



dəri, selikli qişa, ciyər, temperaturun artması, faqositlər

imkanları haqqında informasiya toplayır və onların pozulma nəticələri haqqında ehtimallarını 

söyləyir.

İnsanın yaş dəyişikliklərinin xüsusiyyətlərini müşahidə edir (məs., 



fiziki qüvvə, yaddaş, 

görmə qabiliyyəti), göstəriciləri analiz edir və nəticələri müxtəlif vasitələrlə təqdimat şəklində 

nümayiş etdirir.



Təb. IX. 2.  Şagird irsiyyət və dəyişkənliyin xüsusiyyətlərini izah edir.

Nəticə əldə edilmişdir, əgər şagird:

İnsan cinsinin təyin edilməsinin sxematik təsvirindən istifadə edir və qızın, oğlanın doğulma 

ehtimalını söyləyir.



Irsiyyət əlamətlərinin (məs., 



gözün rəngi, qulağın forması) nəsildən-nəslə keçmə variantlarının 

sxemlərini tərtib edir.

 Əlamətlərin və xarici amillərin təsiri arasında səbəb-nəticə (məs., günəş – 



qaralma, vitamin 

azlığı - raxit) əlaqələrini təyin edir.

Təcrübə obyektini (məs., 



eyni bitkinin meyvəsi, toxumu) seçir və modifikasiya dəyişkənliyinin 

statistik xüsusiyyətlərini təhlil edir: müvafiq cihazlardan istifadə edir, miqdar göstəricilərini 

qeyd edir (məs., ölçü, çəki, həcm), dəyişkənliklər arasında münasibətləri təyin edir və 

qrafiklər qurur.

Xromosom xəstəlikləri (məs., Daun sindromu) olan insanlara qarşı cəmiyyətin münasibətini 

öyrənmək  üçün  sorğu  planlaşdırır  və  həyata  keçirir,  göstəriciləri  analiz  edir,  özünün 



mövqeyini formalaşdırır və onu referat şəklində təqdim edir.

Təb.. IX. 3.  Şagird xarici amillərin orqanizmin səhhətinə göstərdiyi təsiri 

 

     təhlil edir və davamlı inkişafın əhəmiyyəti haqqında müzakirə  

 

     aparır.

Nəticə əldə edilmişdir, əgər şagird:

Yerli və qlobal mühitin insana göstərdiyi təsir misallarını gətirir və mümkün nəticələr 

haqqında ehtimallarını söyləyir.



Təbiət elmlərinin davamlı inkişaf prinsiplərinin tətbiqi prosesində rolu haqqında informasiyanı 

əldə edir.



Təb.E. IX.  - 2


Təbiət

2009

Ekoloji cəhətdən təmiz mühiti saxlamaq üçün tədbir planlaşdırır (sinif yoldaşları ilə birlikdə), 

onu həyata keçirir və geniş auditoriya qarşısında təqdim edir.



Gürcüstanda insanlarda yod çatışmamazlığı xəstəliyinin mənbələri haqqında informasiya 

toplayır, göstəriciləri xəritəyə köçürür və xəstəliyin profilaktik vasitələrini müzakirə edir.



Sorğu nəticəsində yerli ətraf mühidə yayılmış peşə xəstəliklərini təyin edir, onların yaranma 

səbəblərini təhlil edir, profilaktik vasitələr haqqında informasiya əldə edir və geniş auditoriya 



qarşısında təqdim edir.

Təb. IX. 4.  Şagird antropogenez haqqında müzakirə aparır.

Nəticə əldə edilmişdir, əgər şagird:

Sxemlər tərtib edir və quruluşun inkişafına əsasən insanın və başqa siniflərin heyvanlarının 

orqan sistemlərini müqayisə edir.



Antropoloji tapıntıların (məs., 



Udabnopiteki, Lüsi, Mzia və Zezva) əhəmiyyəti haqqında 

informasiya toplayır və təqdim edir.

Informasiya toplayır və antropogenez nəzəriyyənin dəlillərini gətirir və əks-dəlillərlə özünün 

mövqeyini ifadə edir.



   İstiqamət: Fiziki hadisələr

Təb. IX. 5   Şagird enerjinin formalarını və enerjinin mənbələrini 

 

     müzakirə edir.

Nəticə əldə edilmişdir, əgər şagird:

Enerjinin formalarını fərqləndirir, onların istifadə misallarını sadalayır.

İşığın və istiliyin təbii və süni mənbələrini seçir və təsvir edir. Göstəriciləri cədvəl şəklində 



təqdim edir, onların praktiki istifadəsi haqqında müzakirə aparır.

Yaşadığı mühitdə mövcud təbii enerji mənbələri haqqında informasiya əldə edir və onun 

effektiv şəkildə istifadə yollarını əks etdirir.



Təb. IX. 6.  Şagird enerjinin verilməsini və çevrilməsini xarakterizə edir.

Nəticə əldə edilmişdir, əgər şagird:

Mexaniki işi gündəlik həyatda istifadə olunan “iş” anlayışından fərqləndirir.

Yerinə yetirilən iş və xərclənən enerji arasında əlaqəni təsvir edir. Praktiki məsələni həll 



etmək üçün işin hesablama düsturundan adekvat şəkildə istifadə edir.

Enerjinin  çevrilməsini nümayiş etdirmək üçün sadə model hazırlayır və təqdimatı nümayiş 

Təb.E. IX.  - 3




Təbiət

2009

etdirir (məs., potensial – kinetik - elektrik - istilik + işıq), enerjinin saxlanması haqqında 

müzakirə aparır.

Müxtəlif sadə mexanizmlərin hərəkəti haqqında informasiya toplayır və təhlil edir, onları 

güclərinə əsasən qruplaşdırır və effektivlikləri barədə müzakirə aparır.



Canlı orqanizmlərdə enerjinin çevrilməsini sxem şəklində ifadə edir (məs., 



fotosintez, qida 



mənbəyi), enerjinin saxlanma formalarını müzakirə edir.

Sadə elektrik düz xətlər qurur, elektrik enerjisinin verilmə yollarını təsvir edir.



Təb. IX. 7.  Şagird istilik proseslərini xarakterizə edir.

Nəticə əldə edilmişdir, əgər şagird:

İstilik proseslərini müşahidə etmək üçün təcrübələr aparır, nəticələri cədvəl şəklində təqdim 

edir, təhlil edir və istiliyin miqdar hesablama düsturunu əldə edir.



Təbii istilik izolyatorları haqqında informasiya toplayır və təhlil edir (məs., hava örtüyü, 

tük, piy), istiliyin saxlanması haqqında gündəlik həyatdan misallar gətirir (məs., mənzilin 



izolyasiyası, tüklü paltar, termos) və təqdimatı nümayiş etdirir.

Sınaqlar  vasitəsilə  müxtəlif  aqreqat  vəziyyət  üçün  maddələrin  istidən  genişlənməsini 

müşahidə edir, analiz edir və həmin xassənin praktiki istifadəsini müzakirə edir: (məs: 



termometr, bimetal termostat)

Müxtəlif maddələrin ərimə və qaynama temperaturunu təyin etmək üçün sınaqlar həyata 

keçirir, əsaslandırılmış hipotezlər söyləyir, göstəriciləri analiz edir və həmin maddələrin 



praktiki tətbiqi haqqında müvafiq nəticələr çıxarır (məs., termometrlərdə).

İstilik  proseslərinin  miqdar  təsviri  üçün,  onunla  əlaqədar  problemləri  həll  etmək  üçün  

düsturlardan düzgün şəkildə istifadə edir, 



İstilik  mühərrikləri  haqqında  informasiya  əldə  edir,  təhlil  edir  və  təqdimatı  nümayiş 

etdirir.



Təb. IX. 8.  Şagird mexaniki rəqsləri və dalğaları təsvir edir.

Nəticə əldə edilmişdir, əgər şagird:

Sınaq vasitəsilə kəfkirin rəqsini müşahidə edir, sübutlu hipotez söyləyir, ölçür və göstəriciləri 

cədvəl şəklində təqdim edir, təhlil edir və rəqsə xas kəmiyyətlər arasında miqdar əlaqəsini 



təsvir edir.

Rəqslər zamanı enerjinin çevrilməsini xarakterizə edir və təqdimatı nümayiş etdirir.

Mexaniki  dalğaları  öyrənmək  üçün  təcrübələr  aparır,  təhlil  edir  və  xassə  və  miqdar 



baxımından dalğanın yayılmasını xarakterizə edir.

Səsin  yaranma  və  yayılmasını  tədqiqat  əsasında  öyrənir,  dəlilli  hipotezlər  söyləyir, 

göstəriciləri cədvəl şəklində təqdim edir, təhlil edir və uyğun nəticələri ifadə edir. Səs axınına 



dair misallar gətirir.

Təb.E. IX.  - 4




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə