Tədris-Terapevtik Klinikada Trombosit toplamağa imkan verən yeni cihaz quraşdırılıb Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində IV bakı Beynəlxalq Humanitar Forumu keçirilib



Yüklə 315,54 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix25.05.2018
ölçüsü315,54 Kb.
#45862
1   2   3   4   5   6

15 oktyabr  2014-ъц ил

http://www.amu.edu.az

3



Oktyabrın  2-də  rəsmi  açı-



lış  mərasimindən  sonra  IV 

Bakı Beynəlxalq Humanitar 

Forumu  plenar  iclasla  işini 

davam etdirib.



AzərTAc  xəbər  verir  ki, 



sabiq  dövlət  başçılarının 

iştirak 

etdikləri 

iclasın 

birinci  hissəsinə  sədrlik 

edən  Azərbaycanın  gənclər 

və  idman  naziri  Azad 

RƏHİMOV 

müstəqillik 

illərində ölkəmizdə humani-

tar sahənin inkişafı ilə bağlı 

həyata keçirilən tədbirlərdən 

danışdı. 

Nazir 

bildir-

di  ki,  artıq  Azərbaycanda 

çoxmədəniyyətli dialoq plat-

forması qurulub. 

Estoniyanın  sabiq  Preziden-

ti  Arnold  RÜÜTEL  çıxışında 

dünyada  mövcud  olan  ekoloji 

problemlərə  nəzər  saldı,  flora 

və  fauna  növlərinin  azalması-

nın  narahatlıq  doğurduğunu 

diqqətə çatdırdı. Son illərdə yox-

sul  ölkələrin  sayının  çoxaldığını 

deyən  Estoniyanın  sabiq  Prezi-

denti  sosial  bərabərsizliyin  art-

masının  da  ciddi  problemə  çev-

rildiyini  qeyd  etdi.  Arnold  Rüütel 

ölkəsində  ekoloji  tarazlığa  nail 

olmaqla  bağlı  görülən  işlərdən, 

qlobal mədəni müxtəlifliyə verilən 

töhfələrdən də danışdı.

***


Xorvatiyanın 

keçmiş 


Pre-

zidenti  Stepan  MESİÇ  xalq-

lar  arasında  etimadın  bərpası 

məsələsindən  bəhs  etdi.  Bildirdi 

ki, beynəlxalq aləmdə baş verən 

terror aktları yolverilməzdir və bu 

səbəbdən  etimada  əsaslanan 

münasibətlərin  bərpası  zərurətə 

çevrilib.  Stepan  Mesiç  zorakı-

lıq  hallarını  qətiyyətlə  pislədi, 

mübahisəli  məsələlərin  danışıq-

lar  yolu  ilə  həllinə  tərəfdar  oldu-

ğunu bildirdi.

***


Latviyanın  sabiq  Preziden-

ti  Valdis  ZATLERS  diqqəti 

ötən  Forumda  müəyyən  edilən 

məqsədlərə  nə  dərəcədə  nail 

olunması 

məsələsinə 

cəlb 

etdi.  O,  dünyadakı  gərginliyin 



təməlində din amilinin yox, digər 

səbəblərin  dayandığını  söylədi, 

müharibələrin  sülhə  hədə  oldu-

ğunu  dedi.  Bu  baxımdan  qonaq 

Dağlıq  Qarabağ  münaqişəsinin 

sülh yolu ilə həllinin tapılmasının 

vacibliyini vurğuladı. 

***


Litvanın  keçmiş  Pre-

zidenti  Vitautas  LAND-

SBERGİS  Bakı  Humani-

tar  Forumunun  əsasında 

dayanan  ideyanın  sülhə 

əsaslandığını 

diqqətə 

çatdıraraq  bildirdi  ki, 

Azərbaycan işğal faktı ilə 

üzləşsə  də,  sabit  dövlət 

qurmaq ideyalarını uğurla 

nümayiş etdirir.

***

İtaliya  Nazirlər  Şu-



rasının  sabiq  sədri  Enriko 

LETTA 


ölkələrimiz 

arasında 

münasibətlərin  inkişaf  etdiyini 

dedi,  Forumun  əhəmiyyətindən 

danışdı. Enriko Letta Avropa İtti-

faqının Cənubi Qafqaz regionu ilə 

əlaqələrinə  toxunaraq  bildirdi  ki, 

Azərbaycan  ilə  iqtisadi  və  sosial 

əməkdaşlıq  genişləndirilməlidir. 

“Biz  çox  şadıq  ki,  Azərbaycan 

Avropa  tərəfdaşlığında  iştirak 

edir”,  -  deyən  qonaq  gələn  il 

ölkəmizdə ilk Avropa Oyunlarının 

yüksək  səviyyədə  keçiriləcəyinə 

əminliyini ifadə etdi.

***


Küveytin İdeal Ailə Cəmiyyətinin 

prezidenti ülyahəzrət Şeyxa Fari-

ha əl-Əhməd əl-Cabir əl-SABAH 

böhranın 

yaşandığı 

bugün-


kü  dünyada  diqqətin  ölkəmizə 

yönəldiyini  dedi,  belə  bir  dövrdə 

nailiyyətləri  necə  əldə  etməyin 

formulunun 

Azərbaycanda 

müşahidə edildiyini bildirdi.

***

Braziliya  xarici  işlər  naziri-



nin  əməkdaşlıq,  mədəniyyət  və 

ticarətin  təşviqi  məsələləri  üzrə 

müavini  Hadil  Fontes  da  Roşa 

VIANNA  belə  nüfuzlu  Foruma 

dəvətə  görə  minnətdarlığını  bil-

dirdi.  Nazir  müavini  Braziliyada 

mədəni  müxtəliflik  sahəsində 

görülən işlərdən danışdı, mədəni 

plüralizmin  hər  bir  ölkə  üçün 

əhəmiyyətini vurğuladı.

***

Meksika  Birləşmiş  Ştatları  Se-



natının xarici əlaqələr komitəsinin 

sədri Qabriela KUEVASForumda 

müzakirəyə çıxarılan məsələlərin 

vacibliyinə  toxunaraq  vurğu-

ladı  ki,  dünya  birliyi  mövcud 

münaqişələrin  danışıqlar  yolu 

ilə  həllinə  çalışmalı,  beynəlxalq 

hüququn  norma  və  prinsipləri 

təmin edilməlidir. O, xüsusilə ter-

rorçuluqla  mübarizədə  səylərin 

birləşdirilməsinin zəruriliyini qeyd 

etdi.


***

göstərib.  Çəkilən  yollar,  açılan 

xəstəxanalar,  artan  maaşlar, 

abadlaşan  şəhərlər  bunun  ba-

riz  nümunəsidir.  Azərbaycanda 

neft gəlirlərindən düzgün istifadə 

etmək,  “qara  qızıl”ı  insan  kapi-

talına necə çevirmək, - artıq biz 

buna nail olmuşuq, - sahəsində 

nadir  təcrübə  toplanmışdır. 

Gələcəkdə  bizim  iqtisadiyyatı-

mız  çoxşaxəli  formatda  inkişaf 

edəcək. Bu gün biz yeni texno-

logiyalara investisiyalar qoyuruq.

Bu gün Azərbaycan artıq kos-

mik sənayeyə malik olan ölkədir, 

kosmik  ölkələrin  klubuna  daxil 

edilibdir. Biz innovasiyalara, yeni 

texnologiyalara, elmin inkişafına 

çox  böyük  önəm  veririk.  Elmin 

İnkişafı  Fondu  yaradılmışdır.  İq-

tisadi inkişaf, sosial məsələlərin 

həlli,  humanitar  sahəyə  diqqət, 

deyə  bilərəm  ki,  son  illərdə 

Azərbaycanın  uğurlu  inkişafını 

şərtləndirən əsas amillər olmuş-

dur. Hesab edirəm ki, biz iqtisa-

di  sahədə  öz  işimizlə  bölgədə 

gedən  regional  əməkdaşlığa 

da  müsbət  təsir  göstəririk.  Bir 

çox  hallarda  nəhəng  regional 

layihələrin,  enerji,  nəqliyyat 

layihələrinin 

təşəbbüskarı 

Azərbaycan  olmuşdur  və  əsas 

iqtisadi riskləri də öz üzərinə gö-

türmüşdür. Deyə bilərəm ki, bizim 

bütün təşəbbüslərimiz, iqtisadiy-

yatla, enerji ilə, nəqliyyatla bağlı 

layihələrimiz  uğurla  nəticələnir. 

Bir dəfə də olsun uğursuzluq ol-

mamışdır və əminəm ki, olmaya-

caqdır.

Azərbaycan  hazırda  iqtisa-



di,  siyasi  cəhətdən  müstəqil  bir 

ölkədir,  müstəqil  xarici  siyasəti 

var.  Bu  siyasət  dünyanın  əksər 

ölkələri  tərəfindən  dəstəklənir. 

Bu 

sözləri 


əyani 

şəkildə 


təsdiqləmək üçün sadəcə olaraq 

demək istəyirəm ki, Azərbaycan 

bir  neçə  il  bundan  əvvəl  BMT 

Təhlükəsizlik  Şurasına  üzv  se-

çilmişdir. BMT Təhlükəsizlik Şu-

rası dünyanın ən mötəbər quru-

mudur  və  gənc  müstəqil  dövlət 

Azərbaycan 155 ölkənin dəstəyi 

ilə  o  mötəbər  təşkilata  üzv  ol-

muşdur. Yəni, bu da bizim dün-

yadakı rolumuzu, müstəqil xarici 

siyasətimizi  əks  etdirir.  Çünki 

dünya birliyinin böyük əksəriyyəti 

bizə inanır və öz səsini verməklə 

bizə dəstəyini göstərmişdir.

Hesab edirəm ki, əgər hər bir 

ölkə müstəqil xarici siyasət apar-

sa,  onda  dünyada  müharibələr 

də  az  olar,  anlaşılmazlıq  da 

azalar. Hər bir ölkə digər ölkəyə 

hörmətlə  yanaşmalıdır.  Hər  bir 

ölkə  digər  ölkənin  seçiminə  də 

hörmətlə  yanaşmalıdır  -  həm 

beynəlxalq  müstəvidə,  həm 

dinlərarası  dialoq,  humanitar 

sahədə.  Bütün  bunlar  bir-biri 

ilə  bağlıdır.  Burada  əyləşən 

nümayəndələr,  60-dan  çox 

ölkədən gələn qonaqlar müxtəlif 

ölkələri  təmsil  edirlər,  amma 

biz  bir  yerdə  yığışırıq,  müzakirə 

aparırıq. Çalışırıq necə yol tapaq 

ki,  dünyada  gedən  prosesləri 

daha 


çox 

müsbət 


tərəfə 

istiqamətləndirək. Çünki bu gün 

gedən proseslər çox narahatedi-

ci  proseslərdir.  Həm  müsəlman 

aləmində,  həm  Avropada  radi-

kalizm, ayrı-seçkilik, irqçilik artır. 

Bu meyilləri biz görürük və bunu 

narahatlıqla izləyirik.

Biz burada - Bakıda bu günlər 

ərzində  çalışacağıq  ki,  bu 

meyillərin  qarşısını  almaq  üçün 

hansı  işlər  görülməlidir.  Əsas 

məsələ  bundan  ibarətdir.  Çünki 

biz  sivilizasiyalararası  dialoq-

dan  söhbət  açırıq.  Amma,  eyni 

zamanda,  bəzi  bəyanatlar  bizi 

məyus  edir  ki,  multikulturalizm 

iflasa  uğradı,  multikulturaliz-

min  gələcəyi  yoxdur.  Bu,  çox 

təhlükəli  bəyanatlardır.  Qeyd 

etməliyəm  ki,  multikulturaliz-

min  müasir  dünyada  alternativi 

yoxdur.  Çünki  dünya  ölkələrinin 

mütləq  əksəriyyəti  çoxmillətli 

ölkələrdir.  Əgər  multikulturalizm 

iflasa  uğrayıbsa,  onda  bunun 

alternativi  nə  ola  bilər?  Bu  da 

çox  aydındır.  Bu,  ayrı-seçkilik-

dir,  irqçilikdir,  ksenofobiyadır, 

islamofobiyadır,  antisemitizmdir. 

Biz  bu  təhlükəli  meyillərə  qarşı 

öz səsimizi ucaltmalıyıq. Əlbəttə 

ki,  bunu,  ilk  növbədə,  dövlətlər 

etməlidirlər. Amma, eyni zaman-

da,  dövlətlərin  bu  siyasətini  bö-

yük dərəcədə hər bir cəmiyyətin 

siyasi  və  ictimai-elmi  elitası, 

ictimai  rəy  müəyyən  edir.  Heç 

bir  dövlət  və  hökumət  başçısı 

ictimai  rəyi  nəzərə  almaya,  ona 

məhəl  qoymaya  bilməz.  Ona 

görə hesab edirəm ki, biz birgə 

səylərimizlə bu məsələləri açma-

lıyıq, danışmalıyıq. Narahatedici 

məsələlər  ətrafında  fikirlərimizi 

bildirməliyik, lazım gəldikdə irad 

tutmalıyıq. Biz tərəfdaş kimi, dost 

kimi  bu  məsələlərə  öz  fikrimizi 

bildirməliyik.  Biz  Azərbaycanda 

çalışırıq ki, yaşadığımız bölgədə 

regional  əməkdaşlıq  inkişaf  et-

sin,  millətlərarası  münasibətlər 

daha da yaxşılaşsın, dinlərarası 

dialoq  güclənsin.  Bizim  imka-

nımız  var.  Çünki  bizim  keçmişi-

miz, dediyim kimi imkan verir ki, 

bu  məsələlərə  böyük  diqqətlə 

yanaşaq.  Biz  bu  məsələləri  bi-

lirik.  Çünki  həm  Azərbaycan 

özü  çoxmillətli,  çoxkonfessi-

yalı  ölkədir,  həm  də  keçmişdə 

müxtəlif  dinlərin  nümayəndələri 

Azərbaycanda  birgə  yaşamış-

dır.  Qeyd  etdiyim  kimi,  biz  bu 

gün həm Avropa Şurasının, eyni 

zamanda,  İslam  Əməkdaşlıq 

Təşkilatının  üzvü  kimi  bu  missi-

yanı  öz  üzərimizə  götürmüşük. 

Biz  istəyirik  ki,  daha  da  çox 

əməkdaşlıq,  qarşılıqlı  anlaşma 

olsun.  Biz  bundan  sonra  da  öz 

rolumuzu bunda görürük.

Müsəlman  aləmində  gedən 

xoşagəlməz  proseslər  də  bizi 

çox  narahat  edir.  Çünki  biz 

müsəlman  aləminin  bir  parçası-

yıq. Bu gün müharibələr, toqquş-

malar, qanlı toqquşmalar demək 

olar ki, ölkələri məhv edir. Bu, çox 

ciddi  prosesdir.  Biz  bu  prosesə 

təcrid  edilmiş  proses  kimi  baxa 

bilmərik.  Müasir  dünyada  biz 

hamımız  bir-birimizlə  bağlıyıq. 

Eyni zamanda, Avropa qitəsində 

miqrantlara  qarşı  münasibətin 

pisləşməsi,  “multikulturalizm  if-

lasa  uğrayıb”  kimi  bəyanatların 

verilməsi və ayrı-seçkiliyə meyilli 

olan  siyasi  qüvvələrin  daha  da 

böyük səs toplaması, əlbəttə ki, 

hamımızı narahat etməlidir.

Yenə də deyirəm, bu Forumun 

keçirilməsi  də  bu  məqsədi  gü-

dür. Çünki hesab edirəm ki, mü-

asir  dünyada  həm  coğrafi,  eyni 

zamanda,  humanitar  baxımdan 

Azərbaycanın nadir rolu var. Biz 

Avropa ilə Asiya arasında, qədim 

“İpək yolu” üzərində yerləşən bir 

ölkəyik və biz Avropanı da yaxşı 

anlayırıq, müsəlman ailəsinin də 

bir parçasıyıq. Biz çalışırıq ki, bu 

sivilizasiyalararası dialoq, huma-

nitar dialoq daha da güclü olsun, 

daha da güclənsin.

Əlbəttə  ki,  müzakirələrdə 

bu 

məsələlərə 



diqqət 

göstəriləcəkdir.  Əmənəm  ki, 

müzakirələr çox uğurlu keçəcək. 

Dediyim  sözləri  təsdiq  etmək 

üçün  qeyd  etməliyəm  ki,  nəinki 

humanitar 

sahədə, 

digər 


sahələrdə də bir çox təşəbbüslər 

hesab edirəm uğurlu olmuşdur.

İki  il  bundan  əvvəl  Azər-

baycanda  Avropanın  və  bəlkə 

də dünyanın ən mötəbər mahnı 

yarışı – “Eurovision” müsabiqəsi 

böyük uğurla keçirilmişdir. Bütün 

qonaqlar çox razı qalmışdılar.

Gələn  il  birinci  Avropa  Oyun-

ları,  -  buna  qeyri-rəsmi  Avropa-

nın  Olimpiya  Oyunları  deyirlər, 

-Bakıda  keçiriləcək.  Bu  da 

çox  əlamətdar  hadisədir.  Çün-

ki  Avropada  bu  günə  qədər 

Olimpiada  səviyyəsində  yarış-

lar  keçirilməmişdir.  Burada  da 

Azərbaycan öz namizədliyini irəli 

sürmüşdür  və  Avropanın  olim-

piya  ailəsi  bizə  böyük  etimad 

göstərmişdir.

2017-ci 

ildə 


isə 

İslam 


Həmrəylik  Oyunları  Bakıda 

keçiriləcəkdir. Cəmi iki il ərzində 

həm Avropa, həm İslam Oyunla-

rı Azərbaycanda keçiriləcək. Bu 

da  dediyim  sözlərin  təsdiqidir. 

Bu,  bizim  rolumuzdur  və  biz 

çalışırıq  ki,  xalqları  birləşdirək. 

Onu da qeyd etmək istəyirəm ki, 

keçən ay bizim üçün çox önəmli 

və  tarixi  qərar  qəbul  edilmişdir 

- futbol üzrə Avropa çempionatı 

2020-ci  ildə,  o  cümlədən  Bakı-

da keçiriləcək. Cəmi 13 şəhər - 

Avropanın 13 şəhəri seçilmişdir. 

Onlardan  biri  də  Bakıdır.  Yəni, 

budur  bugünkü  Azərbaycan. 

Biz  Avropa  ailəsinin  üzvüyük, 

müsəlman  ailəsinin  üzvüyük  və 

sübut  edirik  ki,  bu,  mümkün-

dür. Biri o birisini inkar etmir və 

etməməlidir.  Bu  gün  inkişafda 

olan ölkəmiz göstərir ki, düşünül-

müş siyasət, cəmiyyətdə müsbət 

meyillər  güclü  olanda  böyük 

uğurlara  imza  atmaq  mümkün-

dür.


Əziz  qonaqlar,  mən  sizi  bir 

daha 


səmimiyyətlə 

salam-


layıram.  Bilirəm  ki,  qonaqlar 

arasında  ölkəmizlə  tanış  olan 

nümayəndələr  vardır.  İlk  dəfə 

gələnlər  də  var.  Əminəm  ki, 

bu  Forumun  keçirilməsi  sizin 

üçün  çox  maraqlı  olacaq.  Siz 

öz dəyərli fikirlərinizi bölüşəcək, 

eyni  zamanda,  ölkəmizlə  yaxın-

dan tanış olacaqsınız.

Forumun iştirakçılarına uğurlar 

arzulayıram. Sağ olun!

***


Rəsmi  açılış  mərasimi  başa 

çatdıqdan  sonra  Forum  öz  işini 

plenar iclasla davam etdirib.

Bakıda IV Beynəlxalq Humanitar Forum keçirilib

Dördüncü Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində plenar 

iclas keçirilib



Yüklə 315,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə