Tədris-Terapevtik Klinikada Trombosit toplamağa imkan verən yeni cihaz quraşdırılıb Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində IV bakı Beynəlxalq Humanitar Forumu keçirilib



Yüklə 315,54 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix25.05.2018
ölçüsü315,54 Kb.
#45862
1   2   3   4   5   6

http://www.amu.edu.az

15 oktyabr 2014-ъц ил

4

UNESCO-nun  İcra  Şurasının 

sədri  Məhəmməd  Sami  ƏMİRİ 

Forumun 


yüksək 

səviyyədə 

təşkilinə  görə  Prezident  İlham 

Əliyevə  minnətdarlığını  bildirdi. 

UNESCO-nun  yarandığı  vaxt-

dan  humanizm  ideyalarını  təşviq 

etdiyini  deyən  qonaq  dünya-

da  mədəni  müxtəlifliyin  təmin 

olunmasını  vacib  meyar  kimi 

dəyərləndirdi.  O,  Bakı  Forumu-

nun  məqsədlərinin  UNESCO 

idealları  ilə  üst-üstə  düşdüyünü 

vurğuladı.

***


Plenar  iclasın  Azərbaycan 

Prezidenti 

Administrasiyası-

nın  rəhbəri,  akademik  Ramiz 

Mehdiyevin  iştirak  etdiyi  ikinci 

hissəsində Nobel mükafatı laure-

atları çıxış etdilər.

İclasın  ikinci  hissəsinə  sədrlik 

edən  Azərbaycan  Milli  Elmlər 

Akademiyasının  prezidenti,  aka-

demik  Akif  ƏLİZADƏ  Forumun 

dünyanın  bütün  bölgələrindən 

məşhur  alimləri,  siyasətçiləri  bir 

araya  gətirmək  baxımından  bö-

yük platforma olduğunu bildirdi.

***


Fiziologiya  və  tibb  üzrə  Nobel 

mükafatı  laureatı  Ervin  NEHER 

son  illərdə  kimya,  biotexnologi-

ya,  fiziologiya  sahələrində  mü-

hüm nailiyyətlər əldə edilməsi ilə 

regenerativ  xəstəliklərin  aradan 

qaldırılması  istiqamətində  ciddi 

nəticələrə nail olunduğunu bildir-

di. Son onillikdə belə xəstəliklərlə 

bağlı  ciddi  araşdırmalar  aparıl-

dığını  vurğulayan  alim  Çin,  ABŞ 

və  Yaponiyada  insan  beyninin 

araşdırılması ilə bağlı iri layihələr 

həyata keçirildiyini vurğuladı.

***

Kimya üzrə Nobel mükafatı lau-



reatı Rudolf Artur MARKUS dün-

yada sosial rifahın bərabər olma-

ması  nəticəsində  müasir  dövrdə 

cəmiyyətlərin bir sıra çətinliklərlə 

qarşılaşdığını diqqətə çatdırdı. O, 

qeyd etdi ki, bu problemlərin qar-

şısının  alınması  üçün  nisbətən 

zəif  inkişaf  etmiş  ölkələrdə  elm, 

təhsil,  səhiyyə  sahələrində  iri 

layihələr  davamlı  şəkildə  həyata 

keçirilməlidir.

***


Kimya  üzrə  Nobel  mükafa-

tı  laureatı  Keri  Benks  MULLİS 

müasir  dünyada  xəstəliklərin, 

problemlərin  qarşısının  alınma-

sının  alimlər  üçün  ciddi  məsələ 

olduğunu  söylədi.  Diqqətə  çat-

dırıldı  ki,  çağdaş  dünyada  möv-

cud olan ətraf mühit problemləri, 

müharibələr,  insanlar  arasında 

nifrət, ədavət, zorakılıq halları və 

digər cinayətlərin qarşısının alın-

maması  bəşəriyyəti  addım-ad-

dım fəlakətə doğru sürükləyir.

***


Fiziologiya  və  tibb  üzrə  Nobel 

mükafatı  laureatı  Rudolf  Mar-

tin  TSİNKERNAGEL  bildirdi  ki, 

cəmiyyətdə baş verən problemləri 

anlamaq  üçün  insan  fiziologi-

yası  dərindən  öyrənilməlidir.  Bu 

baxımdan  yüksək  keyfiyyətli 

ibtidai  təhsil,  savadlı  gənc 

müəllimlərin  yetişdirilməsi  çox 

mühüm əhəmiyyət kəsb edir. Bu, 

bütövlükdə  insan  həyatının  qo-

runması üçün olduqca vacibdir.

***

Fizika üzrə Nobel mükafatı lau-



reatı Robert Betts LAFLİN müasir 

dövrdə  daha  da  inkişaf  etdirilən 

kompyuterlərin 

insanın 


fiziki 

keyfiyyətlərini  üstələdiyini  dedi. 

Texnoloji inkişafın sonsuz proses 

olduğunu bildirən alim artıq elekt-

ron  inqilabın  fəsadları  haqqında 

da düşünməyin zamanının çatdı-

ğını vurğuladı.

***


Kimya üzrə Nobel mükafatı lau-

reatı Kurt VÜTRİX gözəl memar-

lıq nümunəsi olan Heydər Əliyev 

Mərkəzində 

çıxış 

etməkdən 



fərəh  duyduğunu  bildirdi.  O, 

müxtəlif  dövrlərdə  əldə  edilmiş 

elmi  kəşflərin  tətbiqi  nəticəsində 

bu  gün  iqtisadiyyat,  tibb,  texno-

logiya  və  digər  sahələrdə  mü-

hüm  nailiyyətlərin  qazanıldığını 

diqqətə çatdırdı.

***


Artıq  dördüncü  dəfədir  Bakı-

da  olmaqdan  məmnunluğunu 

bildirən  iqtisadiyyat  üzrə  No-

bel  mükafatı  laureatı  Fin  KİD-

LAND  dünya  iqtisadi  böhranının 

təsirindən  və  bu  böhrandan  çıx-

maq  istiqamətində  dövlətlərin 

gördüyü  işlərdən  bəhs  etdi. 

O,  dünya  iqtisadi  böhranının 

hökumətləri  iqtisadi  inkişafla 

bağlı proqnozlarını konkret tərtib 

etmək  məcburiyyəti  ilə  üz-üzə 

qoyduğunu söylədi.

***


Fizika  üzrə  Nobel  mükafatı  la-

ureatı  Deyvid  Conatan  QROSS 

bildirdi  ki,  bəşəriyyəti  təhdid 

edən  problemlər  yalnız  dün-

ya  ictimaiyyətinin  birgə  səyləri 

ilə  həll  edilə  bilər.  Mübahisələr 

güc  yolu  ilə  həll  edilməməlidir. 

Tarix  bizə  göstərir  ki,  bütün 

münaqişələr 

dəhşətli 

insan 

tələfatı ilə nəticələnir. Son illərdə 



millətçilik, zorakılıq hallarına tez-

tez rast gəlindiyini, bunun çox bö-

yük  çətinliklər  yaratdığını  deyən 

alim bildirib ki, biz bu mənfi halla-

ra qarşı mübarizə aparmaq üçün 

səylərimizi birləşdirməliyik.

***

Fizika  üzrə  Nobel  mükafa-



tı  laureatı  Teodor  Volfqanq 

HENŞ  Azərbaycanın  humani-

tar  dəyərlərə  böyük  önəm  ver-

diyini  vurğuladı.  “Şadam  ki, 

Azərbaycanda  “qara  qızıl”ın  in-

san  kapitalına  çevrilməsinin  şa-

hidi  oluruq”,  -  deyən  alim  hazır-

da  texnologiya  sahəsində  sürətli 

inkişafın  müşahidə  edildiyini 

bildirdi, elmi dairələrin öz resurs-

larını  bu  istiqamətə  yönəltməsini 

yüksək qiymətləndirdi.

***

Fizika üzrə Nobel mükafatı lau-



reatı  Corc  Ficerald  SMUTT  dedi 

ki, yaşadığımız Yer kürəsini həm 

özümüz, həm də gələcək nəsillər 

üçün qorumalı, ətraf mühitə hansı 

təsirləri  göstərdiyimizi  bilməliyik. 

Dövlətlərin  iqtisadi  baxımdan 

nail  olmaq  istədikləri  davamlı 

inkişaf  ətraf  mühitin  mühafizəsi 

sahəsində də təmin edilməlidir.

***


Kimya  üzrə  Nobel  mükafa-

tı  laureatı  xanım  Ada  YONAT 

Foruma  dəvətə  və  ölkəmizdə 

gördüyü  qonaqpərvərliyə  görə 

təşəkkürünü  bildirdi.  Çıxışında 

insanın  uzunömürlülüyü  barədə 

danışan  alim  müasir  tibb  elmi-

nin  inkişafı  nəticəsində  bir  çox 

xəstəliklərlə  mübarizədə  uğur-

ların  qazanıldığını  qeyd  etdi.  O, 

həmçinin genetik kodun müəyyən 

vaxt 


daxilində 

dəyişməsi 

istiqamətində  ciddi  araşdırmala-

rın aparıldığını vurğuladı.

***

İqtisadiyyat  üzrə  Nobel  mü-



kafatı  laureatı  Piter  Artur  DAY-

MOND  məşğulluq  məsələsindən 

danışdı.  Qeyd  etdi  ki,  iş  qazanc 

gətirməklə yanaşı, insanda daxili 

məmnuniyyət  yaradır.  İqtisadiy-

yatların  böhranlardan  qorunma-

sı  üçün  hökumətlərin  məşğulluq 

siyasətini  şaxələndirməsinin  va-

cibliyini  bildirən  P.Daymond  işçi 

qüvvəsinin  bir  sahədən  digərinə 

keçməsini,  hər  bir  sektorda 

idarəçilik  qabiliyyətinə  malik  in-

sanların  sayının  çox  olmasını 

məşğulluq  probleminin  həllində 

mühüm amil kimi qiymətləndirdi.

***


Fiziologiya  və  tibb  üzrə  Nobel 

mükafatı  laureatı  Tomas  Kristi-

an  ZÜDHOF  multikulturalizmin 

elmin  inkişafına  töhfəsini  yüksək 

qiymətləndirərək  bildirdi  ki,  el-

min  rolu  bəşəri  dəyərləri  yay-

maq  və  təbliğ  etməkdir.  O,  bu 

işdə  siyasətçilərin  elmi  dairələrə 

inamı,  eləcə  də  praqmatik 

qərarların  qəbulunda,  onların 

əsaslandırılmasında 

alimlərin 

roluna  geniş  yer  verilməsinin 

əhəmiyyətini vurğuladı.

***

Kimya  üzrə  Nobel  mükafatı 



laureatı  Ariye  VARŞEL  isə  elmi 

nailiyyətlərin cəmiyyətin həyatına 

müsbət  təsirindən  danışdı.  Alim 

bəşəriyyətin  həyatının  ciddi  elmi 

nailiyyətlər  nəticəsində  daha  da 

yaxşılaşdığını diqqətə çatdırdı.

***

AMEA-nın  nəzdində  Biofizika 



İnstitutunun  yaradıldığını  deyən 

Akif Əlizadə bu sahədə ölkəmizlə 

fəal əməkdaşlıq edən fizika üzrə 

Nobel  mükafatı  laureatı  Corc  Fi-

cerald  Smutta  minnətdarlığını 

bildirdi.

Plenar  iclasa  yekun  vuran 

akademik  Akif  Əlizadə  dünya-

nın  məşhur  alimlərinin,  Nobel 

mükafatı  laureatlarının  Forumda 

iştirak  etmələrinin  və  çıxışlarının 

Azərbaycan  və  dünya  elminə 

mühüm  töhfə  vermək  baxı-

mından  əhəmiyyətini  yüksək 

qiymətləndirdi.

Dördüncü Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində plenar iclas keçirilib

uOktyabrın  4-də  Azərbaycan 



Tibb  Universitetinin  Tədris-

Cərrahiyyə  Klinikasında    IV 

Bakı  Beynəlxalq  Humanitar 

Forumunun  iştirakçıları,  Nobel 

mükafatı  laureatları–Ervin  Ne-

her və Kurt Vütrix ilə görüş ke-

çirilib.

 

Görüşdə  çıxış  edən  ATU-

nun rektoru, millət vəkili, aka-

demik  Əhliman  Əmiraslanov 

Forumda  mü zakirə  edilən 

mövzuların 

aktuallığın-

dan  danışıb.  Bildirib  ki, 

Forum  çərçivəsində  ATU-

nun  təşkilatçılığı  ilə  oktyab-

rın  3-də  keçirilən  “dəyirmi 

masa”da tibb sahəsi üzrə son 

dərəcə  aktual  məsələlərlə 

bağlı  fikir  mübadiləsi  aparı-

lıb, bu sahədə dünyada əldə 

olunmuş  nailiyyətlər  barədə 

məlumat  verilib.  Hörmətli 

qonaqlar haqqında görüş iş-

tirakşılarına  məlumat  verən 

rektor  bildirib  ki,  hər  iki  alim 

çalışdıqları sahə üzrə dünya-

da  böyük  nailiyyətlər  qaza-

nıblar.  Rektor  diqqətə  çatdı-

rıb  ki,  Nobel  mükafatı  laure-

atları – Ervin Neherin və Kurt 

Vütrixin  “dəyirmi  masa”da 

məruzələri  maraqla  qarşıla-

nıb.


Sonra  Nobel  mükafatçıları-

nın elmdə əldə etdiyi uğurlar 

barədə toplantı iştirakçılarına 

ətraflı məlumat verilib.

İon  kanalları  ilə  bağlı  apar-

dığı  tədqiqatlardan  danışan 

almaniyalı  Nobel  mükafat-

çısı,  professor  Ervin  Neyer 

bildirib  ki,  bu  tədqiqatlar 

“insan  biologiyası”nın  öyrə-

nilməsində,  habelə  bir  sıra 

xəstəliklərlə 

mübarizədə 

böyük  imkanlar  açır.  Son 

onillikdə  belə  xəstəliklərlə 

bağlı ciddi araşdırmalar apa-

rıldığını vurğulayan alim Çin, 

ABŞ  və  Yaponiyada  insan 

beyninin  araşdırılması  ilə 

bağlı iri layihələr həyata keçi-

rildiyini vurğuladı.

Amerikalı  Nobel  mükafatçı-

sı,  professor  Kurt  Vütrix  isə 

ötən  əsrdəki  fundamental 

tədqiqatların  XXI  əsrdə  bio-

logiya və tibbi diaqnostikada 

əhəmiyyətindən  söz  açıb. 

O,  elmin  qloballaşdığı  bir 

dövrdə dünya alimləri arasın-

da  əməkdaşlıq  əlaqələrinin 

möhkəmləndirilməsinin  va-

cibliyini diqqətə çatdırıb.

Diskussiya şəraitində keçən 

görüşdə qonaqlar universitet 

müəllimlərinin  suallarını  ca-

vablandırıblar.

Görüşün  sonunda  akade-

mik  Ə.Əmiraslanov  Nobel 

mükafatı laureatlarına univer-

sitet adından milli sənətəmizi 

özündə  əks  etdirən  xüsusi 

hədiyyələr təqdim edib.



MƏNSUR

Nobel mükafatçıları Azərbaycan Tibb Universitetində


Yüklə 315,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə