Tədris-Terapevtik Klinikada Trombosit toplamağa imkan verən yeni cihaz quraşdırılıb Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində IV bakı Beynəlxalq Humanitar Forumu keçirilib



Yüklə 315,54 Kb.
Pdf görüntüsü
səhifə6/6
tarix25.05.2018
ölçüsü315,54 Kb.
#45862
1   2   3   4   5   6

15 oktyabr  2014-ъц ил

http://www.amu.edu.az

7

O

ktyabrın 

13-də 

Azərbaycan 

Tibb 

Universitetində  “Rezidentlərin  2014/2015-

ci  tədris  ili  üzrə  yekun  attestasiyasının 

keçirilməsi  barədə”  Səhiyyə  naziri  cənab  Oqtay 

Şirəliyevin 11.09.2014-cü il 93 saylı əmri ilə bağlı 

müzakirələr aparılıb. 

Attestasiya Komissiyasının üzvlərinin iştirakı ilə keçirilən tədbiri 

komissiyanın sədri, millət vəkili, akademik Əhliman Əmiraslanov 

açıb. Əhliman müəllim rezidentura pilləsində səviyyəli və baca-

rıqlı mütəxəssislərin hazırlanmasının vacibliyinə toxunaraq bu 

sahədə qazanılmış uğurlardan danışıb. Bildirb ki, rezidentura-

ya qəbula düşən test sualları hərtərəfli müzakirə olunub, möv-

cud çatışmazlıqlar və qüsurlar aradan qaldırılıb. 

“Əvvəllər 10 baza üzrə mütəxəssislər hazırlanırdısa, hazırda 

bazaların  sayı  37-yə  çatıb.  Bunun  idarə  edilməsi  çətinlik  ya-

ratdığından  savadlı  mütəxəssislərin  hazırlanmasına  nəzarət 

edən bir qurumun yardılmasına ehtiyac var. Yəqin bu barədə 

hansısa  səviyyədə  qərar  veriləcək”-deyən  sədr  respublika 

üzrə  1500  rezidentdən  600-ə  yaxınının  tibb  sahəsi  üzrə  rezi-

dent olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.  Çıxışı 

zamanı rezidentlərin hazırlanmasında bir sıra çatışmazlıqların 

olduğunu bildirən sədr yaxın gələcəkdə bu istiqamətdə təsirli 

tədbirlərin görüləcəyini də qeyd etdi. Akademik Ə.Əmiraslanov 

rezidentlərin  hazırlanmasında  xarici  ölkələrin,  o  cümlədən 

Türkiyə  təcrübəsinin  ölkəmizdə  tətbiqinin  yaxşı  nəticələr 

verəcəyinə də toxundu.                                                                      Okt-

yabrın 14-15-də  2 və 3 illik qəbul üzrə keçirilən imtahanların 

hazırlıq  səviyyəsi  ilə  maraqlanan  Əhliman  müəllim  komissi-

ya  iştirakçılarına  bir  sıra  tövsiyələrini  verərək  onlara  gələcək 

işlərində uğurlar arzuladı.

Qeyd  edək  ki,  bu  il  37  ixtisas  üzrə  202  nəfər  rezidenturaya 

qəbul edilib və 70 rezident xarici ölkələrdə (Türkiyə, Almaniya, 

Çin,  İsveç  və  s.)  rotasiya  keçib.  Bu  il  cəmi  94  nəfər  rezident 

yekun  attestasiyasında  iştirak  edəcək  və    onlardan  35  nəfəri 

ATU-nun rezidentləridir.



Qabil ABDULLAYEV

İsveçin paytaxtı Stokholm-



da  Nobel  Mükafatları    Komitəsi 

ənənəyə  uyğun  olaraq    elm 

sahəsində 2014-cü il üzrə Nobel 

mükafatı  laureatlarının  adlarını 

açıqlayıb.

 

Oktyabrın 6-da  İsveçin  Karo-

linsk İnstitutu  ilk olaraq  tibb və 

fiziologiya  üzrə Nobel mükafatı 

laureatlarının  adlarını  açıqlayıb.  

http://www.nobelprize.org/ 

say tının    məlumatına  əsasən,  

2014-cü il fiziologiya və tibb üzrə 

Nobel  mükafatına    “Beyində 

mövqe  müəyyənləşdirmə  siste-

minə  cavab  verən  hüceyrələrin 

kəşfi”nə  görə  ABŞ-Britaniya 

alimi Con O’Keefe  və  norveç-

li 2 alim -  May-Britt  Moser  və 

Edvard  Moser    cütlüyü    layiq 

görülüb.  Mükafatın  yarısı  Con 

O’Keefeyə,  yarısı  isə  norveç-

li  cütlüyə  verilib.  Bu  üç  alim 

birlikdə  beyində  “GPS”  siste-

mini  xatırladan  və  insanlara 

məkanda 


istiqamətlənməyə, 

mövqe  tutmağa  kömək  edən 

beyin hüceyrələrini kəşf ediblər.  

Nobel    Mükafatları  Komitəsinin 

açıqlamasında  qeyd  olunur  ki, 

“onların  işi  kəllə  beynində  sinir 

hüceyrələrinin  necə  mürəkkəb 

bir  intellektual  prosesdən  keç-

diyini göstərib”.  Onlar  beyində 

insanın      fəzada  mövqeyini 

müəyyənləşdirən 

hüceyrələr 

tapıblar.    İsveç  Nobel  Mükafat-

ları  Komitəsinin    məlumatında 

qeyd  olunur  ki,    alimlərin  kəşfi  

filosofların  və  alimlərin  əsrlərlə 

düşündükləri problemi  həll edir: 

“Beyin  bizi  əhatə  edən  fəzanın 

xəritəsini  necə  yaradır?  Biz  bu 

mürəkkəb ətraf mühitdə yolumu-

zu necə tapa  bilirik?”.  Kəşf  olu-

nan hüceyrələr beyində mövqe-

nin  müəyyənləşməsi  sisteminə 

cavab  verir.  Bu  sistem  beyində  

“daxili  GPS  sistemidir”.  1971-ci 

ildə  O’Keefe  ilk  dəfə  sistemin 

ilk  hissəsini-xüsusi  hüceyrələri 

kəşf edib. Bu hüceyrələr xəritəni 

yaratmağa  kömək  edir.    Con 

O’Keefenin tələbələri Edvard və 

May-Britt  Moserlər  isə  2005-ci 

ildə    beyin  toxumasında  daha 

bir  hüceyrə  tipi      (grid-cells) 

aşkar  ediblər.  Bu  hüceyrə  ko-

ordinasiya və istiqamət sistemi-

nin  yaradılmasına  xidmət  edir.  

Onların  kəşf  etdiyi  hüceyrələr 

koordinasiya  sistemini  yara-

dır.  Alimlərin  tədqiqatları  bütün 

dünyada    hər    il  yüz  milyardlar-

la  dollar  xərclənən  Alzheimer 

xəstəliyi  ilə  mübarizədə  də  bö-

yük rol oynaya bilər. Ekspertlərə 

görə, alimlər beyində naviqasiya 

sisteminin fundamental iş prinsi-

pini kəşf ediblər.   Bu kəşf  yad-

daş,  təfəkkür    və  planlaşdırma  

kimi  digər    koqnitiv  prosesləri  

anlamaq  üçün  yeni  imkanlar 

açır.  Bu    tədqiqat    baş-beyinin 

xəstəliklərinin    müalicəsində 

yeni  texnologiyaların  işlənib 

hazırlanmasına  inkan  verəcək. 

“Alimlər 

canlı 

hüceyrələr 



daxilində  ayrı-ayrı  molekulların 

hərəkət  yolunu  izləyə  biliblər. 

İndi    tam  əminlklə  molekulların  

insan beynində necə  əlaqə ya-

ratması,  Parkinson,  Alzheimer 

və  Xantinqton  xəstəliklərinin 

yaranmasında  iştirak  edən  zü-

lalları  tədqiq  etmək,  eləcə  də 

embrionlarda  hansı  proseslərin 

getdiyini  müəyyən  etmək  olar”,-

deyə  Nobel  Komitəsinin  açıqla-

masında bildirilir.

Qeyd  olunmalıdır  ki,  bu  il  tibb 

və fiziologiya üzrə Nobel müka-

fatına 263 alimin namizədliyi irəli 

sürülüb.


* * *

Qeyd  edək  ki,  2014-cü  ilin  la-

ureatlarının  mükafatlandırılması 

mərasimi,  hər  il  olduğu    kimi,  

dekabrın  10-da  Alfred  Nobe-

lin  anım  günündə  keçiriləcək.  

Qaliblərə  mükafatın təsisçisinin 

əksi təsvir olunmuş qızıl medal, 

diplom  və  8  milyon  İsveç  kro-

nu  və  ya  1,2  milyon  ABŞ  dol-

ları  məbləğində    pul  mükafatı 

veriləcək.  

____________________

Con 

O’Keefe 

ABŞ

,  eyni 


zamanda 

Böyük 


Britani-

ya 


vətəndaşlığına 

malikdir.  

1939-cu  ildə  ABŞ-ın  Nyu-York 

şəhərində    anadan  olub.  Nyu-

York Universitet Kollecini və Ka-

nadanın  Makginli  Universitetini 

bitirib.  1969-cu ildə Kanadanın 

Makginli  Universitetində  fizioloji 

psixologiya  üzrə  doktorluq  elmi 

işini  müdafiə  edib.  Daha  sonra 

London  Universitet  Kollecində  

fiziologiya doktoru  kimi fəaliyyət 

göstərib.  1987-ci  ildə  koqnitiv 

nevralgiya  kafedrasının  profes-

soru təyin olunub. Con O’Keefe 

hazırda  London  Universitet 

Kollecində  neyronların  tədqiqi 

üzrə Mərkəzin direktorudur.

______________________

__________________

 

May-Britt    Moser 

  Nor-


veç  vətəndaşıdır.  1963-cü  ildə 

Norveçin  Fosnavag  şəhərində 

anadan  olub.  O,  gələcək  əri 

Edvard  Moser    ilə  birlikdə  Oslo 

Universitetində  psixologiya  el-

mini  öyrənib.    May-Britt    1995-

ci  ildə  neyrofiziologiya  üzrə 

fəlsəfə  doktoru  elmi  dərəcəsi 

alıb    və  fəlsəfə  doktoru  kimi 

Edinburq  Universitetində  çalı-

şıb.  Daha sonra London Univer-

sitet  Kollecinə  dəvət  olunub.  O, 

1996-cı ildən  Tronheym Texniki  

və  Təbii  Elmlər  Universitetində 

professor olaraq fəaliyyətə baş-

layıb. May-Britt  Moser  hazırda 

Tronheym  “Neural”  Mərkəzinin 

direktorudur.  

______________________

__________________



Edvard  Moser   

Norveç 


vətəndaşıdır.    1962-ci  ildə  Nor-

veçin  Olesunn  şəhərində  ana-

dan  olub.  1990-cı  ildə  Oslo  

Universitetini  bitirib.    1995-ci 

ildə Oslo Universitetində neyro-

fiziologiya  üzrə  doktorluq  elmi 

dərəcəsi  alıb.    O,  həyat    yolda-

şı  May-Britt    Moserlə  birlikdə 

əvvəlcə Edinburq Universitetinə, 

sonra  isə  London  Universitet 

Kollecinə  dəvət  alıb.  1996-cı 

ildə  Tronheym  Texniki    və  Təbii 

Elmlər Universitetində fəaliyyətə 

başlayıb.  1998-ci  ildə  universi-

tetin professoru seçilib. O,  eyni 

zamanda Tronheymdə Kavli İns-

titutunda    “Neuroscience”  İnsti-

tutunun direktorudur.



Tibb və fiziologiya 

üzrə 2014-cü ilin Nobel mükafatı 

laureatlarının adları açıqlanıb

Attestasiya Komissiyasının 

üzvləri ilə görüş olub

L

ider  olmaq  üçün  müəyyən  çətinliklərə  hazır  olmalı, 



inanılmaz  istək  nümayiş  etdirməli  və  bacarıqlı 

olmalısan. Hər bir xüsusiyyət ayrıca pillədir. Hazır olmadan 

arzu  və  bacarıq  mərhələsinə  keçmək  mümkün  deyil. 

Əvvəlcə insanlara əsl lider üçün hansı keyfiyyətlərin tələb 

olunduğunu başa salırlar, sonra təhsil prosesi başlayır və 

yalnız bundan sonra insan liderlik keyfiyyətləri əldə edir.

AzərTAc “Psych Central” saytına istinadla xəbər verir ki, 

İllinoys Universitetinin mütəxəssisləri lider olmaq istəyənlərə 

15 həftəlik kurs çərçivəsində liderlik keyfiyyətləri öyrədiblər. 

Kurs başa çatandan sonra onların çoxu özlərində tədbirlər 

təşkil  etmək,  insanları  idarə  etmək  və  auditoriyanı  əldə 

saxlamaq bacarığı hiss ediblər.

Alimlər bu qənaətə gəliblər ki, insanlar liderlik keyfiyyətlərini 

tərbiyə və müstəqil inkişaf prosesində əldə edirlər. İnsanlara 

rəhbərlik etmək və onları idarə etmək qabiliyyətini çox az 

halda (təxminən insanların üçdə birində) genlər şərtləndirir.

İnsanların 70 faizi bu bacarığı şəxsi təcrübəsi ilə əldə edir.

Lider doğulmurlar, lider olurlar



http://www.amu.edu.az

15 oktyabr    2014-ъц ил

İ

ngiltərənin  “Times  Higher 

Education” həftəlik jurnalı və 

“Thomson Reuters” 2014-2015-

ci  illər  üçün  dünyanın  ən  yaxşı 

400 

universitetinin 

siyahısını 

açıqlayıb.

APA-nın    Hurriyet.com  saytına  istinadən 

verdiyi xəbərə görə, Kaliforniyanın Texnolo-

giya Universiteti dördüncü dəfədir ilk sırada 

yer alıb. Harvard Universiteti ikinci, Oxford 

Universiteti  üçüncü,  Standford  Universiteti 

isə dördüncü yeri tutub. 

 

Türkiyənin bir neçə universiteti də dünyanın 200 ən yaxşı universitetləri arasındadır. Onların içində ODTÜ, Boğa-



ziçi, İTÜ ve Sabancı Universitetinin adı var. Belə ki, ODTÜ 85-ci sırada yer alaraq ilk yüzlüyə daxil olub. Boğaziçi 

Universiteti 139, İTÜ 165, Sabancı Universiteti 182-ci yerdədir. Bilkent Universiteti 201-225, Koç Universiteti 301-

350-ci yerdə qərarlaşır.

 Qeyd edək ki, 28 ölkədən olan universitetlər müxtəlif kriteriyalara görə qruplaşdırılır.



Oktyabrın  10-da  Bakı  Ekspo 

Mərkəzində  VIII  Azərbaycan 

Beynəlxalq  təhsil  və  karyera 

sərgisi  (“Education  &  Career) 

açılıb.

AzərTAc xəbər verir ki, təhsil işçilərinin, 

ictimaiyyət nümayəndələrinin, gənclərin 

iştirak etdikləri açılış mərasimində təhsil 

nazirinin  müavini  Ceyhun  Bayramov 

müasir dünyada təhsilin mühüm rolun-

dan  danışıb,  Azərbaycan  Prezidenti 

İlham  Əliyevin  bu  sahəyə  daim  böyük 

önəm verdiyini bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin 

müvafiq  Sərəncamı  ilə  təsdiq  edilmiş 

“Azərbaycan  Respublikasında  təhsilin 

inkişafı  üzrə  Dövlət  Strategiyası”nın 

əhəmiyyətindən  bəhs  edən  nazir  mü-

avini  deyib  ki,  bu  Strategiya  təhsil 

sahəsində  qarşıda  duran  çağırışları 

müəyyən edir.

Ölkəmizdə  təhsilin  inkişafı  üçün 

səmərəli  tədbirlər  həyata  keçirildiyini 

diqqətə çatdıran C. Bayramov reallaşdı-

rılan “SABAH” layihəsinin əhəmiyyətini 

vurğulayıb.

“İteca  Caspian”  şirkətinin  icraçı  di-

rektoru Fərid Məmmədov sərgi barədə 

məlumat  verib.  Qeyd  olunub  ki,  sərgi 

“Iteca Caspian LLC” və “Caspian Event 

Organisers”  şirkətlərinin  təşkilatçılığı 

və  Azərbaycan  Respublikası  Təhsil 

Nazirliyinin və digər müvafiq qurumla-

rın dəstəyi ilə təşkil edilib.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış 

olublar.


Bu  il  dünyanın  20  ölkəsindən,  o 

cümlədən Azərbaycan, Türkiyə, Böyük 

Britaniya,  Niderland  Krallığı,  Slovaki-

ya, Rusiya, Latviya, Fransa, Qazaxıs-

tan və Polşadan 122 iştirakçının qatıl-

dığı  sərgidə  təhsil,  “MBA”proqramları, 

xarici dil kursları, həmçinin təcrübə və 

treninqlər  təklif  edilir.  Eyni  zamanda, 

sərgidə  22  şirkət  (“Azercell  Telecom”, 

“Azərsu”,  “Azərenerji”,  “Bakcell”,  “bp”, 

“SOCAR”,  “Unibank”  və  s.)  bank  işi, 

neft-qaz,  telekommunikasiya,  maliyyə, 

hüquq  xidmətləri,  energetika,  satış  və 

marketinq,  su  resursları,  qida  və  kənd 

təsərrüfatı sektorlarında iş vakansiyala-

rını təklif edir.

Burada  iştirakçı  qurumların  və 

universitetlərin 

nümayəndələri 

ilə 


görüşmək və suallara cavab almaq im-

kanları da yaradılıb.

Bu  il  “Bakı-2015”  Avropa  Oyunlarının 

Əməliyyat  Komitəsi  də  sərgidə  iştirak 

edərək,  gənc  və  istedadlı  insanları 

“Baku Games 2015” böyük idman bay-

ramı  çərçivəsində  həyata  keçiriləcək 

işlərə dəvət edəcək.

İki  gün  davam  edən  sərgi  oktyabrın 

12-də başa çatmışdır.

Bu  günlərdə  redaksiyamıza  Məmmədova  Simnarə 

tərəfindən  sağlamlığımızın  keşiyində  dayanan 

həkimlərin ünvanına bir təşəkkür məktubu daxili olub. 

Məktubda  qeyd  edilir  ki,  xəstəlikdən  əziyyət  çəkdiyi 

üçün 1 saylı Şəhər Klinik Xəstəxanasına müraciət edir. 

Onu orada gülər üz, isti münasibətlə qarşılayır, qayğısı-

na lazımi şəkildə qalırlar. Buna görə ona lazımi diqqət 

göstərən, qayğısını üzərindən əskik etməyən Şüa diaq-

nostika  şöbəsinin  müdiri  Tamara  Hacıyevaya,  həkim-

radioloq  Zümrüd  Axundzadəyə  qəzetimiz  vasitəsi  ilə 

dərin təşəkkürünü bildirir. “Şəfalı əlləriniz var olsun!”-

deyir.


Moskvada  Dünya  Səhiyyə  Təşkilatının  (DST)  tütünə 

qarşı  mübarizə  üzrə  Çərçivə  Konvensiyası  tərəfləri 

Konfransının 6-cı sessiyası keçirilir.

AzərTAc  DST-nin  saytına  istinadən  xəbər  verir  ki,  iclasda 

Konvensiyanın  tətbiqi  nəzərdən  keçiriləcək,  protokollar,  əlavə 

və düzəlişlər qəbul ediləcək. Oktyabrın 18-dək davam edəcək 

sessiyada  tütün  məmulatlarının  qanunsuz  ticarətinin  aradan 

qaldırılması, habelə tütünə olan tələbatı azaltmaq, tüstüsüz tü-

tün və elektron siqaretə qarşı vergi tədbirləri ilə mübarizə kimi 

məsələlər müzakirə olunacaq.

Sessiya oktyabrın 18-dək davam edəcəkdir.

Qeyd  edək  ki,  Çərçivə  Konvensiyasının  iştirakçı  dövlətləri, 

həmçinin Azərbaycan öz üzərinə bir tərəfdən tütün məhsullarına 

tələbatın  və  istifadəsinin  azalması  ilə,  digər  tərəfdən  isə  tütün 

məmulatlarının idxalına nəzarətlə bağlı qanun işləyib hazırlamaq və qəbul etmək öhdəliyi götürüblər. Azərbaycan 

Respublikası 2005-ci il sentyabrın 20-də Çərçivə Konvensiyasına qoşulmaq barədə qanun qəbul edib.

Pediatriya fakültəsinin V kurs, 565

b

 qrup tələbəsi Məmmədov Qədir 



Şəmsi  oğlunun adına verilmiş tələbə bileti  və qiymət kitabçası itdiyi 

üçün etibarsız sayılır.   

Stomatologiya fakültəsinin V kurs, 702

b

 qrup tələbəsi Hamed Nəcəfi 



Adilin adına verilmiş  tələbə bileti  itdiyi üçün etibarsız sayılır.   

Əczaçılıq  fakültəsinin II kurs, 882

b

 qrup tələbəsi Mirzəyev Zərdan 



Arif oğlunun adına verilmiş tələbə bileti  itdiyi üçün etibarsız sayılır.   

Stomatologiya fakültəsinin II kurs, 744

b

 qrub  tələbəsi Dilek Gözda 



Gökkılıçın adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

I müalicə-profilaktika fakültəsinin V kurs, 160

b

 qrup tələbəsi Solta-



nova Aytac Ramiz qızının adına verilmiş qiymət kitabçası itdiyi üçün 

etibarsız sayılır.  

Áàø ðåäàêòîð

ÅËÄÀÐ ÈÑÌÀÉÛË

Ìüÿëëèôëÿðëÿ  ðåäàêñèéàíûí 

ìþâãåéè  üñò-üñòÿ äüøìÿéÿ áèëÿð.

ßëéàçìàëàð  ýåðè  ãàéòàðûëìûð.

Qəzet “Òÿáèá”  ãÿze òè íèí  

êîìïyuòåð ìÿð êÿ zèíäÿ éûğûëûð, 

ñÿùè ôÿ ëÿíèð, “Áÿõòèéàð-4” ÈÊØ-äÿ 

÷àï îëóíóð

.      


Ц Н В А Н Ы М Ы З:

Мярданов гардашлары - 100

2-ъи мяртябя,

тел.: 595-24-97

tabibqazeti@gmail.com

Ëèñåíçèéà Н - 022633

Èíäåêñ -0269

Ñàéû 4000

Ñèôàðèø: 188

Moskvada DST-nin tütünə qarşı mübarizə üzrə Çərçivə Konvensiyası tərəfləri 

Konfransının 6-cı sessiyası keçirilir

Bu il oktyabrın 18-19-da Təhsil Nazirliyi və 

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər 

Fondunun  dəstəyi ilə Azərbaycan İntellektuallar Klubu 

Asossasiyası tərəfindən “Nə? Harada? Nə zaman?” in-

tellektual oyunu keçiriləcək. Oyunda Azərbaycan Tibb 

Universitetini “Apoptos” və “İnvictus” komandaları 

təmsil edəcək. 

Bu il noyabrın 12-də Heydər Əliyev Mərkəzi 

tərəfindən Ümummilli lider H.Əliyevin həyatını, 

çoxşaxəli fəaliyyətinin və irsinin dərindən öyrənilməsi 

və təbliği məqsədilə ali təhsil müəssisələrinin tələbələri 

arasında “Heydər Əliyev və Azərbaycan tarixi” adlı 

Ümumrespublika bilik yarışı keçiriləcək. Yarışda 

Azərbaycan Tibb Universitetini bir komanda təmsil 

edəcək.


Universitetinizin komandaları 

təmsil olunacaq

Dünyanın ən yaxşı 400 universitetinin siyahısı 

açıqlanıb

Bakıda VIII Azərbaycan Beynəlxalq təhsil və karyera sərgisi açılıb

TƏŞƏKKÜR MƏKTUBU

Yüklə 315,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə