TəHLÜKƏSİZ ƏMƏK ŞƏRAİTİ



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə45/66
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#117197
1   ...   41   42   43   44   45   46   47   48   ...   66
tehlukesiz emek seraiti

Maddə 234.
 
Əməyin mühafizəsinin təmin edilməsi üçün iş 
dayandırıldıqda başqa işə keçirmə 
Əməyin mühafizəsinin təmin edilməsi məqsədi ilə bu Məcəllə-
nin 230 və 233-cü maddələrində nəzərdə tutulmuş hallarda iş dayan-
dırıldıqda işçi başqa işə keçirilə bilər. Bu halda işçi azmaaşlı işə 
keçirilərsə, onun əvvəlki vəzifəsi (peşəsi) üzrə əmək haqqı saxlanılır. 
O t u z a l t ı n c ı f ə s i l
Əməyin mühafizəsi normalarına və qaydalarına əməl 
olunmasına nəzarət və İşəgötürənlərin məsuliyyəti 
Maddə 235.
Əməyin mühafizəsi üzrə qaydalara və müvafiq 
normativ hüquqi aktlara əməl edilməsinə dövlət nəzarəti 
1. Əməyin mühafizəsi normalarının, qaydalarının, habelə əmə-
yin mühafizəsinə dair normativ hüquqi aktların tələblərinin yerinə 
yetirilməsinə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəza-
rətini həyata keçirən orqan nəzarət edir. 
2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini 
həyata keçirən orqanının və onun vəzifəli şəxslərinin öz səlahiyyətlə-
ri daxilində qəbul etdikləri qərarlar hökmən icra olunmalıdır. Bu qə-
rarlardan, qanunvericiliyə uyğun olaraq inzibati qaydada və (və ya), 
məhkəməyə şikayət verilə bilər.
i[60]


76 
Maddə 236
.
Əməyin mühafizəsi üzrə qanunvericiliyə 
əməl edilməsinə ictimai nəzarət
 
1. Əməyin mühafizəsi üzrə qanunvericiliyə əməl edilməsinə ic-
timai nəzarəti əmək kollektivinin müvəkkil etdiyi şəxslər və həm-
karlar ittifaqları təşkilatlarının nümayəndələri həyata keçirirlər. 
2. Əməyin mühafizəsi üzrə əmək kollektivinin müvəkkil etdiyi 
şəxsin, həmkarlar ittifaqları təşkilatının nümayəndəsinin iş yerlərində 
əməyin mühafizəsi vəziyyətini maneəsiz yoxlamaq, aşkara çıxarılmış 
pozuntuların aradan qaldırılmasını vəzifəli şəxslərdən tələb etmək, 
habelə təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi barədə işəgö-
türən qarşısında məsələ qaldırmaq hüququ vardır. 
3. Əməyin mühafizəsi üzrə müvəkkilin öz vəzifələrini yerinə 
yetirməsi üçün işəgötürən ona hər həftə orta əmək haqqını ödəməklə 
iş vaxtında azı iki saat vaxt ayırır. 

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə