TəHLÜKƏSİZ ƏMƏK ŞƏRAİTİ



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə46/66
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#117197
1   ...   42   43   44   45   46   47   48   49   ...   66
tehlukesiz emek seraiti

Maddə 237
.
 
Əməyin mühafizəsi qaydalarına əməl 
edilməsinə nəzarət sahəsində həmkarlar ittifaqlarının hüquqları 
1. Həmkarlar ittifaqları «Həmkarlar ittifaqları haqqında» 
Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş hüquqları 
çərçivəsində əməyin mühafizəsi qaydalarına və müvafiq normativ 
hüquqi aktlara işəgötürən tərəfindən əməl edilməsinə nəzarətin 
həyata keçirilməsində iştirak edirlər. 
2. Həmkarlar ittifaqları əməyin mühafizəsi üzrə normativ 
aktların hazırlanmasında və müəyyən edilmiş qaydada razılaşdırıl-
masında iştirak edirlər, onlarla razılaşdırılmamış aktların qüvvəyə 
minməsinə qarşı müvafiq dövlət orqanları vasitəsilə etiraz etmək 
hüququna malikdirlər. 
3. Həmkarlar ittifaqlarının nümayəndələri istehsal obyektləri-
nin və vasitələrinin sınağı və istismara qəbulu üzrə dövlət komissiya-
larının işində, istehsalatda bədbəxt hadisələrin təhqiqində, əməyin 
mühafizəsi vəziyyətini, onun yaxşılaşdırılması üçün kollektiv müqa-
vilələrdə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi üzrə yoxla-
malarında iştirak edirlər. Vəzifəli şəxslər əməyin mühafizəsi tələblə-
rini pozduqda, istehsalatda baş vermiş bədbəxt hadisələri gizlədikdə 
həmkarlar ittifaqlarının təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi 
üçün dövlət orqanları qarşısında məsələ qaldırmaq hüququ var. 
4. İşçilərin sağlamlığı və həyatı üçün bilavasitə təhlükə yaran-
dıqda həmkarlar ittifaqlarının hüququ var ki, əməyin mühafizəsi üzrə 


77 
konstruksiya çatışmazlıqları olan maşınların, mexanizmlərin və digər 
məhsul növlərinin istehsalını, insanların sağlamlığına zərərli təsir 
göstərən materialların, texniki və texnoloji vasitələrin tətbiqini, habe-
lə əməyin mühafizəsi haqqında qanunvericiliyə zidd olan işləri və 
işəgötürən tərəfindən qəbul edilmiş qərarların fəaliyyətinin dayan-
dırılması barədə əmək qanunvericiliyinə əməl olunmasına dövlət 
nəzarətini həyata keçirən orqan qarşısında məsələ qaldırsın. 
5. Həmkarlar ittifaqları bu Məcəllə ilə, habelə digər normativ 
hüquqi aktlarla müəyyən olunmuş əməyin mühafizəsi normalarına və 
qaydalarına nəzarəti onların nəzdində fəaliyyət göstərən müvafiq əmək 
müfəttişliyi vasitəsilə həyata keçirir. Bu müfəttişliyin hüquqları və 
vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. 

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə