75
Maddə 233.
Soyuq və isti havalar şəraitində fasilələr və
işin dayandırılması
1. İşçilər aşağı temperatur və şiddətli külək şəraitində açıq
havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda
işləyərkən onlara qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır.
2. İşçilər havanın temperaturu azı 45 dərəcə Selsidən çox olan
isti və açıq şəraitli iş yerlərində işləyərkən onlara bu maddə ilə mü-
əyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır.
3. İşçilərə fasilələr verilməsi və işin dayandırılması üçün əsas
hesab edilən havanın temperaturu və küləyin gücü bu Məcəlləyə 2-ci
əlavədə nəzərdə tutulmuşdur.
4. Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək
haqqı işçilərin tarif maaşına görə ödənilir.
5. İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin
təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə
iki hissəsindən az olmayaraq ödənilir.
Dostları ilə paylaş: