TəHMİNƏ VƏ zaur və ya. BeşMƏRTƏBƏLİ evin altinci məRTƏBƏSİ



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə3/27
tarix28.11.2023
ölçüsü0,86 Mb.
#135189
1   2   3   4   5   6   7   8   9   ...   27
Anar - Təhminə və Zaur @kitabchi

Telegram 《》 pdf_kitablar 


kimi iti bir hərəkətlə dırnağını Zaurunu ovcundakı cızıqlara çəkdi və dedi:
— İstəyirsən falına baxım?
— Baxa bilərsən?
— Əlbəttə. O biri əlini də aç görüm.
Zaurun hər iki əlini əlləri arasına aldı, uzun-uzadı ovuclarının içinə tamaşa elədi.
— Sağ əl keçmiş və indiki vaxtdır. Ona görə ki, sağ əl fəaldır, işdədir, olmuş və
indi bu saat olacaq işləri göstərir. Sol əl isə gələcəkdir, hələ olacaq hadisələri
xəbər verir, odur ki, hələ hərəkəti azdır, passivdir... Bax bu xətlər xoşbəxtlik,
yalqızlıq, kədər xətləridir... Bu gözləmədir, bu xətt isə qəribə, gözlənilməz işlərə
qadir olub-olmamağını- göstərir. Görək indi səndə necədir? Bax bu, şöhrət
— xəttidir, səndə var bu xətt. Bu xətt Ay xəttindən başlanır, yəni real həyatdan
daha çox fantaziyalara qapılırsan... amma bu xətt də real həyat xəttinə qovuşur.
Bunu görürsən, bax, bu xətt... Aha... İşə bax, iki, ya üç uşağın olacaq — hər
halda ikisi mütləq oğlan uşağıdır...
— Yəni bunu da təyin eləmək olur?
— Bəs necə? Elə bilirsən halvaymış səninçün... Bax, bu xətti görürsən — sənin
bir bacarığın varmış — bütün hisslərini, düşüncələrini işə, zəhmətə yönəldə
bilərsənmiş... Şüurun dəqiqdir, müstəqimdir, bir balaca, lap belə cüzi dərəcədə
xəyala, fantaziyaya meyil edirsən... Lap qoca yaşlarınacan ömür sürəcəksən və
axıra qədər də həyatı sevəcəksən... Dövlətin çox olmayacaq. Başqa şəhərə köçüb
eləməyəcəksən... Aha... bu xətt mübarizə xəttidir, amma o heç bir başqa xəttə
qovuşub eləmir. Bax, bu da Venera kəməridir — sevmək və aldanmaq bacarığı...
Bu xətt də yarıda qırılır... Bütün xətlər elə bil yarımçıqdır e, Zaurik!
— Dad yarımçıq əlindən...
— Dalına qulaq as... Ən çətin sınaqdan orta yaşlarında keçəcəksən... Ömrün
haçalanacaq — bax, görürsən, bu haçalanmış xətt — tale xəttidir — haçansa iki
od arasında qalacaqsan... Sinnə dolduqca xasiyyətin daha mülayim olacaq,
amma zəhmin, zabitən artacaq... Kaş sənin sinli çağını, zəhmli-zabitəli vaxtını
görəydim. Zaurik, heç səni bu sifətdə təsəvvür edə bilmirəm...
— Yaxşı, mənim məsələmi bildik. İndi öz falına bax.
— Yox, nə danışırsan, qorxuram... heç vaxt öz falıma baxmaram, qoymaram da,


başqası baxsın. Bir dəfə baxdırmışam, bəs eləyib.
— Baxdırıbsan, nə çıxıb ki?
— Demərəm.
— Yaxşı, de görək, ürəyimizi çəkmə...
— Yox, yox...
— Özün bil...
Zaur təkid eləmədən və həmişə olduğu kimi indi də inadından vaz keçən kimi
Təhminə özü razılaşdı:
— Yaxşı, deyərəm, ancaq bircə şərtlə, — dedi, — bu sirri heç kəsə verməyəsən.
Bir sən bil bunu, bir də mən. Ovcumun içinə bax, bu xətti görürsən, burada
qırılır, görürsən?
— Hə...
— Bilirsən niyə qırılır burda?
— Yox.
— Bu mənim ömrümdür. Qırılması da ölüm. Erkən ölüm. Bir qoca falçı vardı, o
baxıb falıma, o dedi...
— Utanmırsan, ali təhsilli qızsan, başını belə cəfəngiyatla doldurursan.
Elə bil eşitmədi Zaurun sözlərini:
— Bəzən düşünürəm, Zaur — dedi. — Birdən, doğrudan da, bütün bu sən demiş
cəfəngiyat düz oldu, necə deyərlər, çin çıxdı. Günü sabah azarladım öldüm,
təyyarədə, ya maşında qəzaya düşdüm, nə bilim, min cür səbəbdən insan ölə
bilər... Bəzən belə fikirlər dolur başıma, öz-özümə yaman yazığım gəlir, az
qalıram ağlayım... Düşünürəm ki, sabah yıxılıb ölsəm, kim mənimçün yanacaq?
Ərim? Tutalım bir ay, üç ay heyifsiləndi, sonra hər şeyi unudacaq gedəcək...
Başqa kim — qonşumuz Mədinə, o da tutalım bir ay, yox, bir ay da yox, iki həftə
yas saxladı mənimçün... Başqa kim? Sən? Yaxşı, sən də iki həftə, ya bağışla, iki
həftə çox uzun müddətdir, bir həftə üç gün mənimçün matəm saxladın, dərdə-
qəmə batdın, lap saldın ürəyinə... Sonra? Sonra axı sən də unudacaqsan... Bu
görüşlərimizi də, o sahili də, bax həmin bu eyvanı da... Düz demirəm?


— Səfeh-səfeh danışmaqdan yorulmadın? Nədir elə başına qara-qura fikirlər
salırsan, gah ayrılmağımızdan dəm vurursan, gah ölümdən. Gəl yanıma...
Otağa keçdilər. Otaqda içində neçə vaxtdan bəri insan yaşamayan mənzilin
səliqəsizliyi vardı – küncdə sement qutuları qoyulmuşdu, bir qırağa mismarlar,
çəkiclər, mişar və rəndə atılmışdı, qab-qacaq pəncərə ağzına yığılmışdı, qarğıdan
hörülmüş həsir səbətlər üst-üstə qalanmışdı, sınıq-salxaq şkafın rəflərində sirkə,
abqora şüşələri düzülmüşdü, zivənin dalına döşəklər, üzsüz balışlar və yorğanlar
yığılmışdı...
Zaur Təhminəni öpdükcə, oxşadıqca Təhminə:
— Qəsdən, qəsdən səni bura gətirdim, — deyirdi, — axırıncı dəfə, son dəfə, son
dəfə səninlə olmaq istəyirdim...
Zaur etiraz eləmirdi, amma çox yaxşı bilirdi ki, sözdür bütün bunlar hamısı,
axırıncı görüşləri-filan deyil, yenə görüşəcəklər, yenə sevəcəklər bir-birlərini,
çünki Təhminə onsuz – Zaursuz yaşaya bilmir. — Buna lap qəti əmin olmuşdu
Zaur, odur ki, sakit idi... Deyir, axırıncı görüşümüzdür, çox gözəl, mən daha
görüşmək üçün heç bir təşəbbüs göstərməyəcəyəm, desə, deyəcəyəm ki, “balam,
özün qərar vermədin, axır görüşümüzdür?”. Özü məni axtaracaq, özü tapacaq,
mən ancaq gözləməliyəm, vəssalam...
Maşına minəndə Təhminə:
— Amma səni o bağa aparmağımın bir səbəbi də var idi: — Bu səbəbi heç vaxt
bilməyəcəksən.
— Nə səbəbdir ki?
— Demərəm.
Zaur inad eləmədi. Bilirdi ki, təkid eləməsə Təhminə özü deyəcək. Amma bu
səfər belə olmadı. Təhminə heç bir şey demədi. Nə onda, nə sonra.
... Və Zaur bağa gəlmələrinin bu ikinci səbəbini heç bir vaxt bilmədi.
Bəlkə də heç yox imiş belə bir səbəb. Təhminə eləbelə, onun marağını cəlb
eləmək üçün demişdi bunu. Kim bilir?..
Evlərinin tininə burulmamış maşını saxladı. Təhminə elə maşının içindəcə
Zaurun boynundan öpdü:


— Əlvida, — dedi və tələsik maşından çıxıb iti addımlarla evlərinə tərəf
addımladı.
“Əlvida. Sağ ol. Hələlik”. Vida sözlərinin heç bir fərqi yoxdur. “Hələlik” deyib
ömürlük ayrılmaq olar. “Əlvida” deyib üç gündən, üç saatdan, on beş dəqiqədən
sonra yenidən görüşmək olar... Bu belədir, əlbəttə, amma hər halda evdə,
çimmək otağına keçib, soyuq çiləyin altında — yuyunanda Zaura birdən elə
gəldi ki, suyun güclü iynələri onun bədənindən sahil qumu, dənizin duzu, isti
günün təriylə birlikdə Təhminənin öpüşlərini, sığallarını, əllərinin təmasını da
həmişəlik yuyub aparır. Sözlərini, pıçıltılarını, saçlarının iyini... Bir də heç bir
zaman Təhminəylə görüşməyəcəklər, saçlarını əliylə alnından atdığını,
dodaqlarında tükənmiş təbəssümün gözlərinin dibində sönən son qığılcımlarını
Zaur heç vaxt görməyəcək. “Əlbəttə, yenə görüşəcəyik. Gözləmək lazımdır.
Gözləmək, vəssalam”.

Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə