Telman Orucov



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə40/55
tarix01.12.2017
ölçüsü4,8 Kb.
#13256
1   ...   36   37   38   39   40   41   42   43   ...   55

ki, özlərinin gələcəyini müzakirə etsinlər. Qərara alındı ki, nə vaxtsa romalıların yəhudiləri 
qovduqları torpaqda yəhudi xalqı üçün dövlət yaratsınlar. Yeni hərəkat özünə Sion 
adından düzəldilmiş bir ad aldı. Bu, həmin vaxt bütün Palestinanı nəzərdə tuturdu.  
Sionizm yəhudilərin milli zülmə qarşı müqavimətini yatırtmağa cavab kimi 
meydana gəlmişdi. Bu məsələdə Rusiyadakı yəhudi qırğınları xüsusi rol oynadı. Sionizm o 
dövrdəki digər milli hərəkatlardan fərqlənmirdi. Yəhudilərin bir hissəsi mədəniyyət 
məsələsində özünü yaşadıqları ölkələrin doğma xalqlarından ayırmırdı, lakin çoxları milli 
adətləri və ənənəvi həyat tərzini qoruyub saxlamaqda davam edirdi. Sionist hərəkatının 
ilhamçısı 1904-cü ildəki ölümünə  qədər , Budapeştdə anadan olmuş hüquqşünas və 
junalist Teodor Hertsl idi. Milli zülmü yəhudilərin öz üzərindən atmasına yönəldilmiş 
bütün cəhdlərin bir-birinin ardınca uğursuzluğa uğradığını görərək, o, sionist ideyalarla 
ilhamlanmış və onlara siyasi forma vermişdi. Məhz o, özünəməxsus yəhudi parlamentinə 
çevrilən sionist konqresslərinin işinə rəhbərlik edirdi. Türk sültanı və Avropa dövlətləri ilə 
danışıqlarda o, çalışırdı ki, Palestinada yəhudi dövlətinin yaradılması üçün beynəlxalq 
qarantiyalar əldə etsin. Bankir Rotşildin maliyyə yardımı ilə yəhudi köçkünləri artıq səhra 
rayonlarından istifadə edirdilər. Bu planlara Türkiyəni, onu borc vədlərindən bir qədər 
azad etməklə cəlb etmək mümkün olmuşdu. 
Lakin bu ilkin addımlar üçün beynəlxalq şərait əlverişli deyildi. «Siyasi» sionizm 
1914-cü ildə özündə 200.000-ə yaxın tərəfdara malik olsa da, yəhudilər arasında aparıcı 
cərəyan deyildi. Həmin vaxt yəhudilərin sayı 11 milyona yaxın idi və onlar dünyanın 
müxtəlif ölkələrində yaşayırdılar.  
1917-ci ilin noyabrında Britaniyanın xarici işlər naziri lord Balfur yəhudilərə 
Fələstində məskunlaşmaq imkanına qarantiya verən bəyannamə ilə çıxış etdi. Bu 
bəyanatda həmçinin oradakı yəhudi olmayan əhalinin vətəndaş və dini hüquqlarının 
saxlanması zərurəti qeyd edilirdi. Birinci Dünya müharibəsi gedişində səslənən 
bəyannamə həm də İngiltərədə və Amerikada yaşayan yəhudilərin hüsn-rəğbətini 
qazanmağa hesablanmışdı. Lakin əvvəllər London Məkkə hökmdarına vəd vermişdi ki, 
ərəb krallığı yaratsın və onun tərkibinə həm də Yerusəlimi daxil etmək nəzərdə tutulurdu. 
1922-1923-cü illərdə britaniyalılar Millətlər Liqasından Palestinanı idarə etməyə mandat 
alanda, bunu həll etməyə çalışdılar. Ərəblər və Palestina əhalisinin 1929-cu ildə cəmi 15 %-
ni təşkil edən yəhudilər arasındakı münaqişədən qaçmaq mümkün olmadı. Münbit 
torpaqların satın alınması, yəhudi işçi qüvvəsinin cəlb edilməsi, yəhudi dövlətinin 
yaradılması məsələsinin gündəlikdən çıxmaması – bütün bunlar ərəbləri narahat edirdi, 
həm də ki, 30-cu illərdə bir sıra Avropa ölkələrində faşizmin təşəkkül tapması yəhudi 
köçkünlərinin axınını gücləndirdi. Nəticədə yəhudilərin sayı Palestina əhalisinin, demək 
olar ki, 30 %-ə çatmasına səbəb oldu. Britaniyalılar bu miqrasiyanı sərt qaydada 
məhdudlaşdırdılar. Hətta 1945-ci ildə – natsist rejimi illərində sağ qalmış yəhudilərə də 
Palestina bağlı idi. Etiraz əlaməti olaraq, yəhudilər Britaniya hakimiyyət orqanlarına qarşı 
terror aktlarına və qeyri-leqal immiqrasiyaya başladılar. Bu Londonu məcbur etdi ki, 1947-
ci ildə öz mandatını BMT-yə qaytarsın. Noyabr ayında Baş Məclis Palestinanın yəhudi və 


ərəb hissələrinə (Yerusəlimdə beynəlxalq administrasiya olmaqla) bölünməsi barədə 
qətnamə qəbul etdi. Yəhudilər bu qərarla razılaşdılar, ərəblər isə onu rədd etdilər.  
İkinci Dünya müharibəsi illərində alman natsistləri tərəfindən ölüm düşərgələrində 
yəhudilərin kütləvi genosidi onların öz dövlətlərini yaratmaq barədəki təkliflərinə haqq 
qazandırmışdı. Almaniyadakı və natsistlərin işğal etdikləri ərazilərdəki bu dəhşətlər 
kabusu müharibədən sağ çıxmış yəhudiləri bir acı xatirə kimi izləməkdə davam edirdi. 
Yəhudilərin sonrakı mümkün olan bəlalardan xilas olması və  növbəti fəlakətdən 
qorunması üçün onlara öz dövlətlərini yaratmağın vacib olduğunu anladırdı. Ona görə də 
artıq müstəqil yəhudi dövlətinin yaradılması insanları sakitləşdirən arzu və ümiddən daha 
çox real cizgilər almağa başladı, ABŞ və SSRİ kimi müharibədən qalib çıxmış dövlətlərin 
BMT-də yəhudilərin tərəfində çıxış etməsi, onların təşəbbüsünün həyata keçirilməsinə 
əslində yol açdı.  
Alman faşizmi tərəfindən həyata keçirilən ən böyük cinayət – yəhudilərin kökünü 
kəsmək cəhdi, əslində insanlığa qarşı törədilən bir cinayət idi.  
1942-ci ilin yanvarında Almaniyanın imperiya təhlükəsizliyinin Baş idarəsinin şefi 
Reynhard Heydrixin sədrliyi altında keçirilən konfransda yəhudi məsələsinin «qəti» həlli 
müzakirə edildi. 
Müzakirə yalnız təşkilat problemlərinə aid idi. Çünki məsələnin həlli bundan xeyli 
əvvəl qərara alınmışdı. İştirakçılar bütün yəhudilərin Avropadan şərqə köçürülməsi 
barədə razılığa gəldilər. Yalnız 65 yaşından yuxarı olan yəhudilər, ağır xəstələr, müharibə 
əlilləri və döyüş təltifləri olan yəhudilər istisna təşkil edirdilər.  
Qarışıq ər-arvad cütlüyünün və onların uşaqlarının problemi müzakirə olundu. 
Qərara alındı ki, «1-ci dərəcəli yarımcinslər» yəhudi hesab olunsun və mümkün qədər 
sterlizasiyaya məruz  qalsın. «2-ci dərəcəli yarımcinslər» «təmiz qanlı» almanlara bərabər 
tutulmalıdır, lakin bir şərtlə ki, əgər onların qohumları özlərini hədyan apardığı təqdirdə, 
onlarla yəhudi kimi davranılacaqdır.  
Konfransın protokolunda bir dəfə də olsun «məhv edilmə» sözünə rast gəlinməsə 
də, iştirakçıların hamısına bu qərarların mənası tamamilə aydın idi. Heydrixin 
konsepsiyası heç bir şübhə yeri qoymurdu ki, «qəti» həll Avropadakı bütün yəhudilərin 
məhv edilməsi mənasını verir. Qərar da yəhudilərlə necə davranmaq lazım olduğunu 
vurğulayırdı. 
«Qəti» həllə uyğun olaraq yəhudilər şərqə yollar tikməyə göndərilməli idi. Nəzərdə 
tutulurdu ki, yolda yəhudilərin əksəriyyəti məhv olacaqdır. Sağ qalanlara qarşı elə 
tədbirlər görmək lazımdır ki, onlar azad olunduqları  bir  vaxtda, «yəhudiliyi yayan 
həşərata» çevrilə bilməsinlər.  
«Şimal» ordusunda olan «A» adlanan əməliyyat dəstəsi 1941-ci ilin noyabrına qədər 
16.421 yəhudini, «Mərkəz» ordusundakı «B» qrupu 45.467 nəfəri, digərləri isə 95.000 və 
92.000  yəhudini məhv etmişdi. Hitler özünün 30 yanvar 1942-ci ildəki çıxışında bu 
məhvetmə proqramının mövcudluğunu açıqca elan etmiş və bəyan etmişdi ki, 
müharibənin gələcək nəticələrindən biri Avropada yəhudilərin bütünlüklə məhv 
edilməsidir. Əvvəlcə söhbət ölüm düşərgələrində xəstə dustaqların eksperimental qaydada 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə