Telman Orucov



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə42/55
tarix01.12.2017
ölçüsü4,8 Kb.
#13256
1   ...   38   39   40   41   42   43   44   45   ...   55

götürürdülər ki, ayrı-seçkilik yəhudilərin başqa xalqlardan ayrı şəkildə yaşamasını 
dərinləşdirir və milli ədavətin qızışdırılması üçün əsas verir. Fransız inqilabı yəhudilərə 
formal bərabərlik verdi, bu, XIX əsrdə tədricən Avropanın digər ölkələrinə də yayıldı. Bu, 
yəhudilərə təsərrüfat həyatında iştiraka yol açdı, özlərini elm və incəsənətdə göstərməyə 
imkan verdi. Lakin həm də köhnə xurafatın canlanmasına şərait yaratdı, bu vaxt başlanan 
sənayeləşmə bir çox ənənəvi dəyərləri şübhə altına salmışdı. Almaniyada Hitler diktaturası 
dövründə antisemitizm siyasət və praktikaya çevrildi, bu vaxt natsistlər yəhudilərin ardıcıl 
olaraq məhv edilməsinə başladılar və 6 milyona yaxın adamı məhv etdilər.  
Natsist Almaniyasında və faşistlərin işğal etdikləri ərazilərdə yerləşən ölüm 
düşərgələri, xüsusən Polşadakı Auşvits Birkenau düşərgəsi, yəhudi genosidinin 
simvollarına çevrilmişdir. Buradakı hər bir daş qaz kameralarında kütləvi surətdə qırılmış 
yəhudilərin bədbəxt taleyindən xəbər verir. Yəhudilər Babil əsirliyindən Bibliyanın 
«Ahılar» kitabında haray qaldırır, onlara zülm edənlərə lənət yağdırırlar. Tarixdə 
görülməmiş genosidə görə isə təkcə yəhudilər deyil, bütün bəşəriyyət Hitler natsizminə, 
xalqları bədbəxtliyə məhkum etmiş müharibə cinayətkarlarına daha təsirli lənət payı 
verməlidir. Şekspirin sözləri ilə deyilsə, Hitlerin əlindəki qanı okeanlar da yuya bilməz. 
Onda dünyanın okeanları da qan rənginə boyanardı. Yerusəlimdəki «Yad vaşem» 
memorialı natsistlər tərəfindən qətlə yetirilmiş milyonlarla yəhudiyə oxunan rekviyem 
olmaqla yanaşı, müasir insanlara ayıq olmaq, yeni canilərin meydana gəlməsinə yol 
verməmək çağırışı kimidir. İkinci Dünya müharibəsi 50 milyon insanın həyatını itirməsi 
hesabına Hitler Almaniyasının və militarist Yaponiyasının məğlubiyyəti ilə nəticələndi. 
Dövləti olmayan, heç kəsə müharibə elan etməmiş və özlərinə qarşı görünməmiş qanlı 
cinayətlərə, Mahatma Qandinin Satyaqraxası kimi şərə müqavimət göstərməyən yəhudilər 
isə elə bir təqsirləri olmadığından, bu müharibənin ən təqsirsiz qurbanlarına 
çevrilmidişlər. Hitler və onun partiyası hələ nəticələri məlum olmadığından, elə də 
qorxulu görünməyən antisemitizmdən başlamış, sonra bu irqçilik kütləvi qırğınlar üçün 
eybəcər əsas rolunu oynamışdır. Ona görə də antisemitizmin ən kiçik əlamətinə belə 
həssaslıqla yanaşıb, onun ayaq açmasına, yayılmasına yol verilməməlidir. Özü də bu, təkcə 
yəhudilərin deyil, irqçiliyi rədd edən bütün xalqların, bütövlükdə bəşəriyyətin ümdə 
vəzifəsi olmalıdır. Yəhudilərin başqa xalqlara da nifrət bəsləməsi özlərinin aldığı dərsdən 
ibrət götürməməsindən xəbər verməklə, bumeranq kimi onların özlərinə dəyə bilər. 
Şovinizm hökmən öz əksliyini yaradır və bu qüvvə hökmən şovinizmə xidmət edənləri 
cəzalandırmamış ötüşməyəcəkdir. Tarix boyu yaşadıqları acı tale yəhudiləri, bu xalqı 
təmsil edən İsrail dövlətini belə səhvlərdən çəkindirməlidir.  Axı istənilən millətçilikdə 
natsizm embrionu vardır, tarixdə çox sayda dəhşətlərlə üzləşmiş yəhudilər başqa xalqlara 
nifrət hissinə qarşı özlərində immunitet yaratmağı bacarmalıdırlar. Nifrət yalnız 
düşmnçiliyə xidmət edir, dinc həyata, sülhə böyük təhlükədir. 
 
 
Ən böyük müharibələr 
 


Müharibə qan axıtdığına, insan həyatı qurbanlarına səbəb olduğuna,  xalqların 
həyatında oynadığı mənfi rola, şər mənbəyi olmasına görə heç də «kiçik» sözü onların 
dəyərləndirilməsinə, hətta təsnifləşdirilməsinə də uyğun gəlmir. Müharibə dərd, bəla 
mənbəyi kimi həmişə böyük ölçülüdür, bir insanın məhvi faciədirsə, çox sayda insanın 
qətlə yetirilməsi, həlak olması dövrü, zamanı bütünlüklə faciə rənginə bürüyür. 
Assuriyalıların apardıqları işğal müharibələri elə qan tökdürən olmuşdu ki, onların 
dəhşətləri ilə müqayisədə həcmləri və ya keçirildiyi müddətin qısalılığı kölgədə qalır. 
Lakin sonralar müharibələr daha uzun müddət davam etməsi ilə yadda qalmışdır.  
Bunlardan birincisi 1337-1453-cü illərdə fasilələrlə gedən yüzillik müharibədir. Bu 
müharibənin başlanmasına səbəb Fransa taxt-tacı uğrundakı mübarizədə iki ölkənin 
yüksək rütbəli nümayəndələrinin üz-üzə gəlməsi olmuşdur. Kral IV Karlın 1328-ci ildəki 
ölümü ilə Fransada Kapetinqlər sülaləsinin hakimiyyəti sona çatmışdı. IV Karlın varisi 
onun əmisi oğlu VI Filipp Valua idi. Eyni zamanda fransız taxt-tacını tutmaq hüququna 
ingilis kralı II Eduard da iddia etdi, çünki o da əvvəlki fransız kralı Qəşəng IV Filippin 
nəvəsi idi. Bu tarixdəki ən uzun müddətli müharibənin başlanması üçün bəhanə oldu və 
bu müharibə Yüzillik müharibə adını aldı. Müharibə 1337-ci ildə başlandı, ingilis kralı III 
Eduardı Avinyon papalığı ilə mübarizə üçün özünə müttəfiq axtaran IV Lui Bavariyalı da 
dəstəklədi. İlk böyük döyüşdə – 1340-cı ildəki Sleys dəniz döyüşündə Fransa ağır 
məğlubiyyətə düçar oldu. Altı il sonra ingilis kralının qoşunu VI Filippin 30 minlik fransız 
ordusunu məğlub etdi. Bu döyüşdə ilk dəfə ingilislər odlu silahı tətbiq etdilər. 16 yaşlı Uels 
printsi Eduardın başçılığı altında yekunlaşan hücum fransızları qaçmağa məcbur etdi. 
Bu dövrdə həm də Avropada baş verən taun epidemiyası qitə əhalisinin 30 faizinin 
qurban getməsinə səbəb oldu. «Qara ölüm» adlanan bu dəhşətli bəla 1350-ci ildə 
başlanmışdı. Sirayətlənmənin yayıcısı Asiyadan gətirilmiş gəmi siçovulları idi. Orta əsrlər 
təbabəti xəstəliklə bacarmaqda gücsüz idi, müdafiə vasitəsi isə yalnız yaşayış evlərinin iyli 
qətranla tüstüyə verilməsi idi. Taun xüsusən şəhərlərdə cövlan edirdi, axı burada 
kanalizasiya yox idi, tullantılar kənara daşınırdı, həm də şəxsi gigiena da çox zəif inkişaf 
etmişdi.  
Epidemiya nəticəsində Avropada dini fanatizm güclənmişdi. Yarımçılpaq 
adamların  bir-birini çubuqla döyməsi kimi tövbə prossesiyası keçirilirdi. Bu, döyənlər 
hərəkatı adlanırdı, həm də xəstəliyi guya arzulamaqda ittiham edilən yəhudilərin təqibinə 
başlandı.  
Yüzillik müharibənin ən məşhur simalarından biri fransız qızı Janna  d`Ark idi. Bu 
qız 14 yaşında fransız dofini VII Karla ingilislərə qarşı mübarizədə kömək etmək barədə 
özünə təlqin etdiyi bir təyinatını dərk etmişdi. Janna d`Arkın komandanlığı altında fransız 
qoşunu Orleandan ingilis mühasirəsini 1429-cu ildə götürmüşdü. Orleandakı qələbədən 
sonra VII Karla Reymsdə tac qoyulmuşdu. Janna d`Ark artıq «lazımsız» olmuşdu və 1430-
cu ildə fransızların satqınlığı ucbatından burqundiyalılara əsir düşmüşdü. Burqundiyalılar 
isə onu öz müttəfiqləri olan ingilislərə vermişdilər. Jannanı fransız din xadimləri 
mühakimə etdilər və 1431-ci ildə o, Ruanda tonqalda yandırıldı. 25 il sonra Janna d`Arkın 
üzərindən ittihamlar götürüldü və o vaxtdan etibarən fransızlar onu milli qəhrəman qız 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə