Telman Orucov



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə44/55
tarix01.12.2017
ölçüsü4,8 Kb.
#13256
1   ...   40   41   42   43   44   45   46   47   ...   55

döyüşçüləri də öz töhfələrini vermişdilər. Vali Sirac-ud-Daul əsir götürüldü və ingilislər 
tərəfinə keçmiş hindlilərin komandanına təhvil verildi, o da öz növbəsində onu edam 
etməyi əmr etdi. Komandan Mir Məhəmməd Cəfər vali olduqdan sonra, Kəlküttədən 
cənuba olan torpaqları Ost-İndia kompaniyasına verdi.  
Yeddiillik müharibə 1763-cü ildə Paris sülh müqaviləsi ilə başa çatdı. Sülhün 
bağlanması Böyük Britaniyanın və Prussiyanın qələbəsi və Fransanın müstəmləkə 
ağalığının sonu demək idi. Böyük Britaniya Fransadan Kanadanı, Şərqi Luiziananın və 
Hindistandakı torpaqlarının çox hissəsini aldı. İspaniyadan isə Floridanı özünə götürdü. 
Prussiya Sileziya ərazisinin ona məxsus olmasını möhkəmləndirdi. Mərkəzi Avropada 
1756-cı ilə qədər olan vəziyyət bərpa olundu.  
Bir sıra ağır məğlubiyyətlərdən sonra Prussiya kralı II Fridrix müharibənin beşinci 
ilində rus-Avstriya qüvvələrinin üstünlüyünə baxmayaraq, strateji təşəbbüsü ələ keçirdi. 
1761-1762-ci illərin qışında müttəfiqlik münasibətlərində dəyişikliklər baş verdi. Böyük 
Britaniyada kral II Corcun vəfatından sonra antifransız siyasətinin aparıcı fiquru olan 
Böyük Uilyam Pitt 1761-ci ildə xarici işlər naziri vəzifəsindən istefa verdi. Britaniya 
hökuməti Mərkəzi Avropada sülh bağlamaq yollarını aramağa məcbur oldu. Rusiya 
imperatriçəsi Yelizaveta Petrovnanın ölümü Prussiyanın vəziyyətini yüngülləşdirdi, çünki 
yeni imperator, almanofil və Böyük Fridrixin pərəstişkarı olan III Pyotr Avstriya ilə 
müttəfiqlik münasibətlərini pozdu, Prussiyaya qarşı hərbi əməliyyatları dayandırdı və 
Prussiya kralı ilə sülh bağladı. III Pyotr devrildikdən sonra Rusiya öz neytrallığını elan 
etdi. Fransa Kanadadakı və Hindistandakı, demək olar ki, bütün müstəmləkə torpaqlarını 
itirdikdən sonra 1762-ci ildə Fontenbloda Böyük Britaniya ilə qabaqlayıcı sülh bağladı. 
Prussiya isə özünün Avropa dövləti vəziyyətini möhkəmləndirdi.  
Birinci Dünya müharibəsi 4 il, İkinci Dünya müharibəsi isə 6 il sürmüşdür. Birinci 
Dünya müharibəsi 1914-cü ilin 1 avqustunda başlanmış, 1918-ci ilin 11 noyabrında 
(11.11.1918) başa çatmışdır. 1914-cü ilin 1 avqustunda Almaniya Rusiyaya müharibə elan 
etdi. Buna bir bəhanə kimi Avstriya-Macarıstan taxt-tacının varisi ers-hersoq Frants 
Ferdinandın Sarayevoda 28 iyunda serb mənşəli tələbə Qavrilo Printsip tərəfindən 
öldürülməsi istifadə edildi. Rusiya Serbiyanı, Almaniya isə Avstriya-Macarıstan 
imperiyasını müdafiə etdiyinə görə öz aralarında müharibəyə birinci başladılar. 
Sarayevodakı sui-qəsd Avropadakı siyasi tarazlığı partlatdı, iyun böhranı Birinci Dünya 
müharibəsinin başlanmasına gətirib çıxardı. O vaxtlar dünyanın böyük dövlətləri 
siyahısına Böyük Britaniya, Fransa, Almaniya imperiyası, Rusiya, həmçinin ABŞ və 
Yaponiya daxil idi. Bu dövlətlərin ümumdünya siyasi şəraitində ənənəvi siyasəti 1914-cü 
ilə ardıcıl olaraq iqtisadi və hərbi münaqişələrə aparan imperializmə çevrildi. Buna həm də 
bütün ölkələrin iştirak etdiyi və dövlət xəzinəsini boş qoyan sürətlə silahlanma əlavə 
olundu. Almanlarla britaniyalıların dəniz rəqabəti də əhəmiyyətli rol oynadı. Hərbi xərclər 
əksər böyük ölkələrdə xeyli artdı, Almaniyada bu artım 1,6 dəfəyə bərabər idi. Fransa isə 
1870-1871-ci illərdəki müharibədəki məğlubiyyətinin qisasını almağı arzu edirdi. 
Rusiyanın arzusu isə Qara dəniz boğazları olan Bosfora və Dardanelə nəzarətə sahib 
olmaqla, Aralıq dənizinə çıxış əldə etmək idi. Avropanın hər yerində, xüsusən Almaniyada 


millətçilik təbliğatları xalq kütlələrinə böyük təsir göstərirdi. Mərkəzi Avropanın şərqində 
millətçi hərəkatlar özündə siyasi partlayış təhlükəsini gizlədirdi. Slavyan xalqlarının 
müstəqilliyə nail olmaq cəhdləri antislavyan siyasəti aparan Habsburqlar imperiyasının 
dağılması təhlükəsini törədirdi.  
Sarayevo qətli barədə xəbər Avropadakı gərgin vəziyyəti mürəkkəbləşdirdi. 
Almaniya Fransa və Böyük Britaniyanın müttəfiqi olan Rusiyanın ona hücum etməsindən 
qorxurdu. Fransanın məqsədi isə Elzas və Lotaringiyanı geri almaqla yanaşı, ümumiyyətlə, 
Alman imperiyasını zəiflətmək idi. Rusiya da Avstriya-Macarıstan kimi Balkanlara nüfuz 
etmək niyyətini güdürdü və ers-hersoqun qətlindən sonra Serbiyanı əmin etmişdi ki, əgər 
Vyana hakimiyyətləri hansısa bir güc tədbirinə əl atsa, o, öz növbəsində sadə seyrçi kimi 
qalmayacaqdır. Böyük Britaniya ilkin mərhələdə ikimənalı mövqe tutdu, hadisələrin 
mümkün inkişafına həqiqi münasibətini dilə gətirmirdi. Avropa dövlətlərinin iki hərbi-
siyasi ittifaqının maraqlarının köklü sürətdə fərqliliyi iyul böhranına gətirib çıxardı, bu isə 
Avropadan kənara çıxan Birinci Dünya müharibəsinə başlanması ilə nəticələndi. 
Avstriya-Macarıstanla Serbiya arasındakı iyul böhranı ümumavropa böhranına 
çevrildi. Böhranın siyasi metodlarla nizamlanacağı ümidi öz yerini müharibənin labüdlüyü 
düşüncəsinə verdi. Almaniya və Avstriya-Macarıstan, Rusiya və Fransa, həmçinin 
münaqişəyə cəlb olunmuş digər Avropa dövlətləri militarizm coşqunluğunun təsiri altında 
idi. Berlində «vətənpərvər» nümayişçilər kütləsi müharibənin başlanması xəbərini 
nəğmələrlə qarşıladı. Peterburqda «vətənpərvərlər» alman səfirliyinə soxulub, onu 
dağıtdılar. Hər yeri hərbi psixoz bürümüşdü. 
1914-cü ilin avqustunun sonunda Yaponiya Böyük Britaniyanın müttəfiqi kimi 
Almaniyaya müharibə elan etdi. Son onilliklərdə Yaponiya Şərqi Asiyada qüdrətli dövlətə 
çevrilmişdi. Xarici siyasətdə o, imperialist məqsədlər güdürdü, bunun üçün güclü ordu 
hesabına varlı olmaq istəyirdi və Qərb dövlətlərinin ekspansionizmindən dərs alırdı. 
Müharibəyə girməklə Yaponiya Çini öz vassalına çevirmək istəyirdi. İlk növbədə 
yaponların Çindəki Tsindao alman bazasını tutması ilə Yaponiyanın Sakit okean 
hövzəsində strateji mövqeləri xeyli gücləndi. Müharibənin gedişində Yaponiya öz xarici 
ticarət bazalarını genişləndirməyə müvəffəq oldu. 
Böyük Britaniya, Fransa və Rusiyanı müttəfiq kimi birləşdirən Antanta qoşunları 
Afrikadakı alman müstəmləkə torpaqlarına uğurlu hücum etdilər. İngilis-fransız qoşunları 
alman müstəmləkəsi Toqonu blokadaya aldılar. Cənubi-qərbi Afrika Cənubi Afrika 
ittifaqının qoşunları tərəfindən işğal edildi. Lakin Şərqi Afrikada alman müstəmləkə 
qoşunları müharibənin sonuna qədər britaniyalılara və onların müttəfiqlərinə müqavimət 
göstərməkdə davam edirdilər.  
Tsindaonu tutandan sonra Yaponiya Almaniyanın Sakit okean adalarındakı 
müstəmləkə torpaqlarını tutdu. Yeni Zelandiya və Avstraliya isə Samoa adasını və Yeni 
Qvineyanın almanlara məxsus olan hissələrini tutdular. Antanta ölkələrinin çoxsaylı 
müraciətlərinə baxmayaraq, Yaponiya Avropadakı hərbi əməliyyatlarda iştirakdan imtina 
etdi. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə