Telman Orucov



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə47/55
tarix01.12.2017
ölçüsü4,8 Kb.
#13256
1   ...   43   44   45   46   47   48   49   50   ...   55

xəyanət, obyektləri yandırmaq, digər bir sıra cinayətlər gələcəkdə ölüm hökmü ilə 
cəzalandırılacaqdı. 23 martda isə fövqəladə səlahiyyətlər haqqında qanun qəbul olundu. 
Yeni qanun Adolf  Hitlerə dörd illiyə fövqəladə səlahiyyətlər verirdi. Bu barədəki qanun 
bütün vətəndaş hüquqlarını ləğv etdi. Veymar respublikasının sonu artıq qərara alınmışdı.  
Hitler 1889-cü ildə Avstriyada anadan olmuşdu. 16 yaşında Lintsdə real məktəbdə 
təhsilini atıb, Vyanaya getmişdi. Burada onda şovinist və antisemit görüşlər inkişaf edir. 
Birinci Dünya müharibəsi başlayandan sonra o, könüllü olaraq cəbhəyə yollanmış, bir neçə 
dəfə yaralanmışdı. Müharibədən sonra o, özü üçün siyasətə yol açmışdı, Versal sülhünün 
şərtlərinə etiraz etmişdi. O, 1920-ci ildə Almaniya Fəhlə partiyası sıralarına daxil olmuş, bu 
partiya tezliklə Almaniya Natsional-sosialist fəhlə partiyası adını almışdı. Bir il sonra o, 
partiyaya başçılıq etdi. Partiyanın ilk putç cəhdi uğursuzluğa uğradı, NSDAP qadağan 
edildi, Hitler isə beş il müddətinə azadlıqdan məhrum edildi. Dustaqxanada o, bircə il 
qaldı və orada öz siyasi məqsədlərini aşkar edən «Mayn Kampf» kitabını yazdı. O, 
avtoritar irqçi dövlətin yaradılmasını, Şərqdə yeni yaşayış məkanının işğal edilməsini 
təbliğ edirdi. Dustaqxanadan çıxdıqdan sonra Hitler partiyanı yenidən qurdu. İqtisadi 
böhranın nəticələrindən təbliğat və siyasi məqsədlər üçün istifadə edərək, bu yolla 
Reyxstağa seçkilərdə partiyanın uğuruna nail oldu.  
Beynəlxalq münasibətlərdə Hitler özünü hiyləgərcəsinə aparırdı. Natsistlər 
hakimiyyətə gəldikdən bilavasitə sonra Hitler xarici dövlətlərə öz dinc niyyətlərini və 
Veymar respublikasının xarici siyasət xəttini davam etdirəcəyini bildirirdi. Lakin üç gün 
sonra reyxsver (alman müdafiə qüvvələri) komandanları qarşısında çıxış edərkən isə o, 
açıq şəkildə öz ekspansionist planlarını irəli sürdü. İntensiv militarizasiyaya başlandı və 
ümumi hərbi mükəlləfiyyət tətbiq edildi. Başqa dövlətlərin liderləri əvvəlcə Hitler 
natsional-sosializmini çox da ciddi qəbul etmirdilər, onu müvəqqəti hal hesab edirdilər. 
Natsistlərə dəstək barədə yalnız italyan faşistlərinin duçesi Benito Mussolini açıq çıxış etdi. 
81 yaşlı Hindenburq öldükdən sonra Adolf Hitler prezidentlik funksiyalarını qəsb etdi və 
ordunu məcbur etdi ki, konstitusiyaya deyil, prezidentə, yəni onun özünə and içsinlər.  
1935-ci ildə qəbul edilən Nyurnberq qanunları «alman qanını və vicdanını müdafiə 
etməyi» nəzərdə tuturdu. Bu sənədlər yəhudilərə qarşı ayrı-seçkilik siyasətini davam 
etdirmək imkanı verirdi, bu siyasət isə natsistlər tərəfindən 1933-cü ildən aparılırdı. Həmin 
qanunlar Almaniya yəhudilərini ikinci sort vətəndaşlara, hüquqları kəsilmiş adamlara 
çevirdi. İmperiyanın vətəndaşı yalnız «alman və ya digər qohum qana» malik olan adam 
hesab oluna bilərdi. Yəhudilər seçki hüququndan və dövlət aparatında hansısa vəzifəni 
tutmaq imkanından məhrum edilirdi. Yəhudilərlə arilər arasında nikahdan kənar əlaqələr 
və nikah bağlamaq qadağan olundu. İrqi məxsusluğun müəyyən edilməsində din mühüm 
rol oynadı. Ayrı-seçkiliyin məqsədi Almaniyada yəhudiləri izolyasiyaya salmaq idi. 
Natsistlər hakimiyyətə gəldikdən sonra yəhudilərin əksəriyyəti mühacirət etməyə can 
atırdı.  
Hitler hökuməti hakimiyyətə gəldikdən sonra silah istehsal edən ağır sənaye 
sahələrinin iqtisadi cəhətdən yenidən qurulmasına başlandı. İqtisadi siyasət hər şeydən 


əvvəl «milli» silahların inkişafına yönəldilmişdi. Əlavə iş yerlərinin yaradılması proqramı 
bəyənildi.  
Yollar çəkilişinə, meliorasiya işlərinə və hərbi obyektlərin tikintisinə dövlət 
sifarişləri tətbiq edilirdi. Xarici ticarət sahəsində əsas diqqət ixracın genişlənməsinə 
verilirdi. 4 illik plana dair Hitler öz qeydlərində bildirirdi ki, “Biz çox əhaliyə malikik və 
ona görə də öz ərazimizdə özümüzü yedizdirə bilmərik. Bu problemin qəti həlli yaşayış 
məkanının genişləndirilməsi, başqa sözlə, bizim xalqın mövcudluğunun xammal və ərzaq 
bazasının genişləndirilməsi ilə bağlıdır… Bunun üçün mən aşağıdakı vəzifələri qoyuram:  
1. Alman ordusu 4 ildən sonra döyüş qabiliyyətli olmalıdır.  
2. Alman iqtisadiyyatı 4 ildən sonra müharibə aparmaq imkanını təmin etməlidir.”  
İqtisadiyyat sahəsindəki və ərzaqla təmin edilmək barədəki bu planın həyata 
keçirilməsi naminə əhaliyə çağırışlarla müraciət edilirdi.  Hitler öz hərbi və siyasi 
planlarının tədricən həyata keçirilməsinə başladı. 
1938-ci ilin martında alman qoşunları Avstriyaya daxil oldu. Hitler Avstriyanın 
üçüncü reyxə birləşdirildiyini elan etdi. Anşlyusdan sonra yəhudilərin və natsizmin siyasi 
əleyhdarlarının təqib olunması başlandı. 
Həmin ilin 29 sentyabrında isə Münhendə Böyük Britaniyanın, Fransanın, 
Almaniyanın və İtaliyanın hökumət rəhbərləri Nevil Çemberlen, Eduard Deladye, Adolf 
Hitler və Benito Mussolini Çexoslovakiyanın taleyi barədə saziş imzaladılar. Bundan üç 
gün əvvəl Hitler Sudet vilayətinin Almaniyaya verilməsi barədəki tələblə Çexoslavakiyaya 
ultimatum vermişdi. Dörd dövlətin Münhen konfransı praktiki olaraq, Çexoslovakiyadan 
Hitlerin iddialarını ödəməyi tələb etdi. Bununla da Böyük Britaniya və Fransa 
hökumətlərinin Almaniyanı «sakitləşdirmə» siyasəti üçün bu saziş sonun başlanğıcı oldu. 
Saziş Avropada şəraiti Almaniyanın xeyrinə dəyişdi. Almaniya Sudet vilayətinin 
birləşdirilməsi ilə kifayətlənməyib, Çexiya və Moraviyanın bütün ərazisini işğal etdi.  
1939-cu ilin 23 avqustunda isə, İkinci Dünya müharibəsinə başlamamışdan 9 gün 
əvvəl Sovet İttifaqı natsist Almaniyası ilə bir-birinə hücum etməmək barədə paktı 
imzaladı. Onillik müddət  üçün nəzərdə tutulan sovet-alman paktı qarşılıqlı zorakılıqdan 
əl çəkməyi, bir tərəfin müharibədə iştirak etməsi halında neytrallığa riayət etməyi nəzərdə 
tuturdu.  
Gizli əlavə isə Şərqi Avropada iki ölkənin maraq dairələrini müəyyən edirdi. Narva 
və Visla çaylarından şərqdə olan ərazilər Sovet təsir sferası, bu xəttdən qərbə tərəf olan 
ərazilər isə Almaniyanın maraqlarının sferası elan olundu. Molotov-Ribbentrop paktı 
(sənədi hər iki ölkənin xarici işlər nazirləri imzalamışdılar) Polşaya siyasi ölüm hökmünün 
çıxarılması demək idi. 1939-cu ilin sentyabrında Hitlerin Polşaya qarşı başladığı 
müharibəyə hazırlıqda bu sənəd sonuncu akkord rolunu oynadı.  Hitlerin ekspansionist 
siyasəti ona gətirib çıxardı ki, Münhen sazişinin nəticələri sıfıra bərabər oldu.  
1 sentyabr 1939-cu ildə vermaxt Polşada planlaşdırdığı hücuma başladı. Polyak 
ordusu alman qoşunlarının təzyiqinə davam gətirə bilmədi. Vermaxt elə birinci gün Polşa 
ərazisinin xeyli hissəsini tutdu. Üç həftə davam edən müharibədə isə Polşa məğlub oldu. 
Varşava təslim olduqda 120.000 polyak əsgəri əsir düşdü. Almaniya aviasiyadan geniş 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə