Telman Orucov



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə49/55
tarix01.12.2017
ölçüsü4,8 Kb.
#13256
1   ...   45   46   47   48   49   50   51   52   ...   55

1942-ci ilin aprelindən oktyabrınadək Sovet qoşunları bir sıra ağır məğlubiyyətlərlə 
üzləşdi. Qızıl Ordu hissələri Rostovu tərk edib, Don çayının arxasıına keçdilər. Alman 
qoşunlarına Qafqaz neftinə gedən yol açılmışdı. Stalin 227 nömrəli «Bir addım da geri 
çəkilmək olmaz» əmrini verdi, qoşunlarda çox sərt intizam yaradılırdı. Praktiki olaraq, 
eyni vaxtda Qafqaz və Stalinqrad uğrunda döyüşlər getdi.  
Müharibə başlanandan sonra müəssisələrin Şərqə evakuasiyası başlandı. 2500 iri 
müəssisə Şərqə köçürüldü. Fəhlələr çətin şəraitdə sutkada 12-14 saat işləyirdi. Şərqə 7 
milyon adam köçürülmüşdü. 1942-ci ildən sənaye istehsalının yüksəlişi başlandı. Qızıl 
Orduya Böyük Britaniyadan və ABŞ-dan silah və ərzaq gətirilirdi. ABŞ SSRİ-yə 1 milyard 
dollar məbləğində faizsiz kredit verdi. 1941-ci ilin oktyabrından 1942-ci ilin iyununa qədər 
SSRİ 3.000 təyyarə, 4.000 tank, 20.000 müxtəlif nəqliyyat vasitələri aldı.  
1942-ci ilin noyabrında üç sovet cəbhəsi qoşunlarının əks-hücumu başlandı. 12 
sentyabrda qızğın döyüşlərdən sonra alman-faşist qoşunları Stalinqrada lap yaxınlaşdı. 
Şəhərdə qızğın küçə döyüşləri getdi. Xırda bir sahədə almanlar Volqa çayına gəlib çatdılar. 
Lakin bu almanların axırıncı uğuru idi. İki cəbhənin döyüşçüləri Kalaç rayonunda 
görüşüb, düşmənin 6-cı ordusunun və 4-cü tank ordusunun mühasirəsini başa çatdırdılar. 
22 diviziya və 160-dan artıq ayrı-ayrı hissələr, 330 min adam mühasirədən çıxa bilmədi. 
Stalinqrad altındakı döyüş 1943-cü ilin fevralına qədər davam etdi. Stalinqrad döyüşü 
Sovet qoşunlarının qələbəsi ilə nəticələndi. Stalinqraddakı qələbə sovet-alman cəbhəsində 
hərbi əməliyyatların gedişində əsaslı dönüşün başlanğıcı oldu.  
1942-ci ilin oktyabrında Britaniya qoşunları El-Alameyn yaxınlığında hücuma 
başladılar. Britaniya hissələri yalnız gecələr irəliləməklə, nəzərə çarpmadan alman-italyan 
mövqelərinə yaxınlaşdılar. 65 km-lik cəbhə xəttində uğurlu artilleriya hazırlığı başlandı. 
İtalyan-alman qoşunları darmadağın edildilər.  
1942-ci ilin iyununda isə amerikanlar Miduey atollu üzərindəki qalibiyyətli 
döyüşdən sonra Sakit okean cəbhəsindəki hərbi əməliyyatlarda hərbi təşəbbüsü əllərinə 
keçirdilər. Amerikanlar əməliyyat zonasına 75 gəmi, o cümlədən 3 aviasiya daşıyan gəmi 
göndərdi. Yaponlar onların gəlişini gözləmirdilər və amerikanları əzməyə əmin idilər. 
Yapon təyyarələri hava hücumundan qayıtdıqlarından  yeni starta heç də hazır deyildilər. 
Bu vaxt amerikan aviasiyası bomba zərbəsi vurmağa başladı. Bu zərbəni dəf etmək 
mümkün deyildi. Dörd yapon aviasiya daşıyan gəmisi məhv edildi. Admiral Yamaquçi öz 
flaqman gəmisi ilə birlikdə həlak oldu.  
Stalinqraddakı ağır məğlubiyyətdən sonra natsist Almaniyasının təbliğat naziri 
Yozef Göbbels alman xalqını daha böyük qurbanlar verməyə çağırdı. O, xalqı Gərb 
mədəniyyətini məhvə aparacaq bolşevizm təhlükəsi ilə qorxudurdu. O, yenə də xalqı qəti 
qələbə xülyası ilə “qidalandırırdı”, bunun üçün gündə 12, hətta 14 saat işləməyə çağırırdı. 
Sonralar idman sarayında öz çıxışı barədə yazmışdı ki, adamları elə ekstaza gətirmişdim 
ki, əgər onlara desəydim ki, üçüncü mərtəbədən tullanın, onlar bunu edərdilər. 
Stalinqrad altındakı qələbədən sonra Hitler komandanlığı böyük yay hücumunu 
keçirməyi və Qızıl Ordunun əsas qüvvələrini darmadağın etməyi qərara aldı. Bu əməliyyat 
Kursk rayonunda keçirilməli idi. Buraya almanların 50 diviziyası toplanmışdı, bu da 


900.000 döyüşçü demək idi. 10.000 artilleriya vasitələri və 2.050 təyyarə almanların 
hücumunda iştirak edəcəkdi. Yeni döyüş texnikası olan ağır tanklara və yeni təyyarələrə 
komandanlıq böyük ümid bəsləyirdi. 5 iyul 1943-cü ildə başlanan və iki ay davam edən 
döyüşdə sovet qoşunları əks-hücuma keçib, Xarkov da daxil olmaqla, bir neçə vilayət 
mərkəzini işğaldan azad etdi. Kursk döyüşü İkinci Dünya müharibəsinin ən iri 
döyüşlərindən biri oldu. Hər iki tərəfdən döyüşə 4 milyon adam, 13.000 tank, 12.000 döyüş 
təyyarəsi cəlb edilmişdi. 30 seçmə alman diviziyası məhv edildi, vermaxt 500.000 əsgər və 
zabitini itirdi. Bu nəhəng döyüşdə vermaxtın hücum strategiyası qəti şəkildə alt-üst oldu. 
Almaniya və onun müttəfiqləri İkinci Dünya müharibəsinin bütün teatrlarında müdafiəyə 
keçməyə məcbur oldular.  
1943-cü ilin noyabr-dekabrında dörd gün davam edən və Müttəfiq dövlətlərin 
rəhbərləri İ.V.Stalinin, F.D.Ruzveltin və U.Çörçillin iştirak etdiyi Tehran konfransında, üç 
dövlətin müharibənin sonrakı əməliyyatları müzakirə edildi və İkinci cəbhənin 1944-cü ilin 
yazında Şimali Fransada ingilis-amerikan qoşunlarının desantı ilə açılması razılaşdırıldı. 
Onlar Almaniyanın gələcəyi barədə də fikir mübadiləsi apardılar. Müttəfiqlərin təkidi ilə 
SSRİ Almaniyanın təslim olmasından sonra Yaponiyaya qarşı müharibəyə girməyə razılıq 
verdi. Tehran konfransının davamı kimi, 1945-ci ildə Krım və Potsdam konfransları da 
keçirildi.  
1944-cü ilin yanvarında 900 gün davam edən Leninqrad blokadasına son qoyuldu. 
Şəhərdə blokada şəraitində 3 milyona yaxın dinc sakin yaşayırdı. 1941-ci ilin payızından 
aclıq başlandı. Blokada dövründə aclıqdan 641.000 adam öldü.  
Həmin ilin martında isə sovet qoşunları dövlət sərhədinə çatdılar. 1944-cü ilin 
oktyabrında SSRİ-nin qərb sərhədi, demək olar ki, tamamilə bərpa edildi. 
İkinci Dünya müharibəsinin gedişində Almaniya işğal etdiyi bütün ərazilərdə «yeni 
qayda» adlanan sərt rejim qoydu. Ölüm düşərgələrinin sayı 10 dəfə artdı, onlarda 18 
milyon nəfər dustaq saxlanırdı. Milyonlarla dinc adam fiziki cəhətdən məhv edilir, yaxud 
da alman sənayesində və kənd təsərrüfatında işləmək üçün ora qovulub aparılırdı. Dinc 
əhalinin və hərbi əsirlərin kütləvi şəkildə güllələnməsi, işgəncələr, bütöv kəndlərin və 
qəsəbələrin əhalisinin diri-diri yandırılması, dustaqlar üzərində aparılan «tibbi təcrübələr», 
adamların qaz kameralarında və sobalarda məhv edilməsi, şəhərlərin aramsız 
bombardman olunması, hər bir müqavimət hərəkatının qəddarcasına yatırılması adi hala 
çevrilmişdi.  
6 iyun 1944-cü ildə İkinci cəbhənin açılması məqsədilə Normandiya sahilinə 
aviasiyanın və donanmanın köməyilə 8 ingilis-amerikan diviziyası çıxdı, sonralar ona 78 
diviziya da əlavə olundu. Müttəfiqlərin Fransadakı ekspedisiya qüvvələri 619.000 adama 
çatdı. Alman qoşunları qızğın müqavimət göstərirdilər. Lakin ingilislər və kanadalılar qısa 
müddətdə alman müdafiəsinin 30 km dərinliyinə irəlilədilər. Müttəfiq qoşunlarının hücum 
əməliyyatı uğurla inkişaf edirdi.  
İyunun sonunda başlanan Belorusiya əməliyyatının gedişində bu respublika ilə 
yanaşı, Litva və Latviyanın böyük hissəsi də azad olundu. Bir neçə həftə ərzində Polşanın 
şərqdəki ərazisi azad olundu və Sovet ordusu Varşavaya yaxınlaşdı. Cəbhə artıq qərbə 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə