Telman Orucov



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə51/55
tarix01.12.2017
ölçüsü4,8 Kb.
#13256
1   ...   47   48   49   50   51   52   53   54   55

Milyonlarla insan natsistlərin ölüm düşərgələrində əzab çəkmişdi. Dünya bu 
müharibədən tam başqa cür çıxdı. Qalib dövlətlərdən ərazisinə müharibənin toxunmadığı 
yeganə dövlət olan ABŞ Qərb dünyasının aparıcı dövlətinə çevrilmişdi. Avropada 
müharibənin əsas ağırlığı çiyinlərinə düşmüş SSRİ də həmçinin dünyada öz təsirini 
gücləndirdi. Krım və Potsdam konfransları Mərkəzi və Şərqi Avropa ölkələrinin Sovet 
təsiri zonasına düşməsinə yaşıl işıq yandırdı, həmin ölkələrdə kommunist yönlü rejimlər 
yaradıldı. Böyük Britaniya isə əksinə, dünya siyasətində özünün aparıcı mövqeyini itirdi.  
Fransa da oxşar şəraitə düşdü. Şərqi Asiyada isə Yaponiyanın təslim olmasından 
sonra Çinin siyasi səhnəyə çıxması üçün perspektivlər açıldı. Artıq 1945-ci ildə dünya iki 
fövqəldövlət  – ABŞ və SSRİ ətrafında qruplaşmağa başladı.  
İkinci Dünya müharibəsində 55 milyona qədər adam həlak olmuşdu, bundan yarıya 
qədəri, daha dəqiq desək, 27 milyonu SSRİ-nin payına düşür. İkinci yeri tutan Çinin itkisi 
12 milyon nəfər idi. Almaniyanın itkisi 5 milyondan bir qədər çox , Yaponiyanınkı isə 2 
milyon nəfərə yaxın idi.  
Alman yüksək rütbəli hərbi cinayətkarları beynəlxalq Nyurnberq tribunalı 
tərəfindən layiqli cəzalarına çatdılar. 1945-ci ilin noyabrından 1946-cı ilin oktyabrına qədər 
keçirilən Nyurnberq tribunalı Almaniyadakı natsist rejiminin 24 başçısını mühakimə etdi. 
Yeddi təşkilatla birlikdə onlara hərbi cinayətkarlıqda iştirak ittihamları irəli sürüldü. 
Məhkəməyə cəlb edilmişlərin içərisində natsional-sosialist partiyasının və onun mühafizə 
dəstələrinin (SS), təhlükəsizlik xidmətinin (SD), gizli polisin (gestapo) rəhbər  heyəti var 
idi. İlk dəfə idi ki, müttəhimlər kürsüsündə siyasətçilər və hərbçilər əyləşmişdilər, onlar 
təcavüzkar müharibənin aparılmasında təqsirkar idilər. Müttəhimlərə sülh əleyhinə 
cinayətlər, hərbi cinayətlər, insanlığa qarşı olan cinayətlər irəli sürülmüşdü. 
Tribunal 1945-ci ildə London sazişini imzalayan dörd dövlətin nümayəndələrindən 
təşkil olunmuşdu. 403 məhkəmə iclası keçirildi, müttəhimlər onlarda izahat verirdilər. 
Çoxlu şahid dindirildi, 500 sənədli sübutlara baxıldı. 1 oktyabr 1946-cı ildə Beynəlxalq 
hərbi tribunanın hökmü elan edildi. 12 adam dar ağacından asılmaqla ölüm hökmünə 
məhkum edildi, 7 nəfərə müxtəlif müddətli və ya ömürlük həbs cəzası verildi. Üç nəfər 
bəraət aldı.  
Natsional-sosialist partiyasının rəhbər heyəti və bu partiyanın mühafizə dəstələri 
(SS), təhlükəsizlik xidməti (SD), dövlət gizli polisi (gestapo) cinayətkar hesab edildi.  
Nyurnberq prosesində tarixdə ilk dəfə təcavüz, bəşəriyyətə qarşı ən ağır cinayət 
hesab olundu.  
Avropada müharibənin başa çatmasından bir il keçməmiş, 1946-cı ilin martında 
Böyük Britaniyanın görkəmli dövlət xadimi, bu vaxt keçmiş baş nazir olan Uinston Çörçill, 
Fulton şəhərindəki amerikan universitetində çıxış edərkən SSRİ-nin «müharibənin 
bəhrələrindən» istifadə etməklə öz qüdrətini və doktrinasını yaymaqda ittiham etdi: 
«Baltikada Ştattindən Adriatikada Triestədək Avropa qitəsi üzərində dəmir pərdə 
sallanmışdır». O, Britaniya imperiyasını və ABŞ-ı hərbi-siyasi ittifaqda birləşməklə SSRİ-
nin ekspansiyasına qarşı çıxmağa çağırdı. Beləliklə, Çörçill Qərblə SSRİ arasında soyuq 
müharibənin başlanılması barədə ilk çağırışla çıxış edib, onun bünövrəsini qoydu.  


Bəşəriyyət əsrlər ərzində insanlar üçün ağır və böyük dəhşətlər yaradan qan axıdıcı 
müharibələrin şahidi olmuşdu. Təəssüf ki, XXI əsrdə də ayrı-ayrı ölkələrdə müharibə 
alovu sönmək bilmir. 
 
 
              Müstəmləkə epoxasının başlanması və müstəmləkəçiliyin süqutu 
 
Hələ XV-XVI əsrlərdə baş verən coğrafi kəşflər dünya tarixinin gedişini dəyişdi, 
aparıcı Qərbi Avropa ölkələrinin Yer kürəsinin müxtəlif guşələrində ekspansiyasının 
başlanmasının və müstəmləkə imperiyalarının meydana gəlməsinin əsasını qoydu.  
İlk müstəmləkəçi dövlətlər İspaniya və Portuqaliya idi. Artıq XV əsrin sonu və XVI 
əsrin əvvəllərində Tordessilyas və Saratoqa müqavilələri Amerikada yeni kəşf edilmiş 
torpaqları onların arasında təsir sferalarına bölünməsini möhkəmləndirdi. Burada 
Braziliya istisna təşkil edirdi, o, İspaniyanın torpağı olmalı idi. İspaniya isə öz növbəsində 
Portuqaliyanınkı olmalı olan Filippin adalarını tutdu. Braziliya isə, həmçinin Afrikanın, 
Hindistanın, Cənubi- Şərqi Asiyanın sahilləri boyu torpaqlar Portuqaliyaya çatdı.  
Fransanın, İngiltərə və Hollandiyanın müstəmləkəçilik fəaliyyəti, hətta XVII əsrin 
başlanğıcına qədər əsasən Yeni Dünya ərazilərində getməklə, o qədər də böyük miqyas 
almırdı.  
Yalnız dənizlərdə ispan və Portuqaliya ağalığının ləğv edilməsi XVI əsrin sonunda 
yeni müstəmləkəçi dövlətlərin sürətli ekspansiyası üçün şərait yaratdı. Müstəmləkələr 
uğrunda mübarizə başlandı. Bu mübarizədə  İspaniya və Portuqaliyanın dövlət siyasətinə 
qarşı hollandların və ingilislərin  özəl sahibkarlıq fəaliyyəti dururdu.  
Müstəmləkələr Qərbi Avropa dövlətlərinin varlanması üçün tükənməz mənbəyə 
çevrildi, lakin onların rəhmsizcəsinə istismarı yerli sakinlər üçün bədbəxtliklərə səbəb 
oldu. Tuzemləri bəzən hamılıqla məhv edirdilər, ya da onları özlərinə mənsub 
torpaqlardan sıxışdırıb çıxarır, ucuz işçi qüvvəsi və ya qullar kimi istifadə edirdilər. 
Xristian dininə onların cəlb edilməsi də yerli özünəməxsus mədəniyyətin barbarcasına 
məhv edilməsi ilə müşayiət olunurdu.  
Bütün bunlarla yanaşı, müstəmləkəçilik dünya iqtisadiyyatının inkişafının güclü bir 
vasitəsinə çevrildi. Müstəmləkələr metropoliyalarda kapitalın yığılmasını təmin edirdi. 
Onlar üçün yeni satış bazarları yaradırdı. Ticarətin görünməmiş genişlənməsi nəticəsində 
dünya bazarı əmələ gəldi; iqtisadi həyatın mərkəzi Aralıq dənizindən Atlantikaya keçdi. 
Köhnə Dünyanın Portuqaliyadakı Lissabon, İspaniyadakı Sevilya, Niderlanddakı 
Antverpen kimi liman şəhərləri güclü ticarət mərkəzlərinə çevrildilər. Antverpen 
Avropanın ən varlı şəhərinə çevrildi, burada sövdələşmənin tam sərbəstliyi rejiminin 
qoyulması hesabına iri miqyaslı beynəlxalq ticarət və kredit əməliyyatları həyata 
keçirilirdi.  
XVIII əsrin başlanmasınadək İspaniya Avropada ən böyük müstəmləkəçi ölkə kimi 
qalırdı. Bu onunla izah olunurdu ki, birincisi, ispanlar Yeni Dünyadan fəal surətdə istifadə 
edirdilər, ikincisi, avropalılardan onlar ilk olaraq işğal edilmiş müstəmləkələrin işlək idarə 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə