Telman Orucov



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə53/55
tarix01.12.2017
ölçüsü4,8 Kb.
#13256
1   ...   47   48   49   50   51   52   53   54   55

daşıyanından və bankirindən ikinci dərəcəli bir dövlətə çevrildi. Lakin Şimali Amerika 
torpaqlarından başqa, demək olar ki, bütün müstəmləkə torpaqlarını o əlində saxladı.  
İngilis Ost-İndia kompaniyası 1600-cü ildə Şərqlə ticarət aparmaq üzrə inhisar 
hüququ barədə kral xartiyası aldı. Hollandlar onu Cənubi-Şərqi Asiyadan sıxışdırıb 
çıxaranda, kompaniya öz fəaliyyətini əsasən Hindistanda inkişaf etdirdi. Bu dövrdə həmin 
ərazi Böyük Moğolların imperiyasına daxil idi. Burada 1609-cü ildən başlayaraq  ticarət 
faktoriyaları yaratdılar. 1613-cü ildə padşah Cahangirdən, bütün mallara dəqiq qoyulmuş 
rüsumları ödəmək şərtilə, onun bütün torpaqlarında ticarət etmək hüququ aldı. İngilis Ost-
İndia kompaniyası sonralar Böyük Moğolların xəzinəsinə bir dəfəlik illik pul ödəməklə 
rüsumlardan tam azad olmağa nail oldu. Vaxt ötdükcə, Hindistandakı ingilis faktoriyaları 
qalalara çevrildilər. Onlardan birincisi – Müqəddəs Georgi fortu (Madras) artıq 1640-cı ildə 
tikilmişdi. Belə platsdarmlar hesabına ingilislər XVIII əsrdə tədricən hind knyazlıqlarını 
işğal etdilər. Öz rəqibləri olan fransızlara və hollandları kənarlaşdıraraq, İngiltərə Şimali 
Amerikanın məskunlaşdırılmasına başladı. 1606-cı ildə kral I Ceyms Plimut və London 
kompaniyalarına burada torpağa mülkiyyət hüququ vermək şərtilə yaşayış məntəqələri 
yaratmağa icazə verdi. Bir il sonra London kompaniyasının birinci partiyası Uolter Relinin 
vaxtilə Virciniya adlandırdığı vilayətdə sahilə çıxdı. 1607-ci illə 1733-cü il arasındakı 
dövrdə Şimali Amerikada 13 ingilis koloniyası meydana gəldi. Bunlar ticarət 
kompaniyalarının yaratdıqları (Virciniya, Massaçusets), kraldan xartiya alan özəl şəxslərin 
yaratdıqları (Pensilvaniya, Merilend) və ya dini icmaların yaratdıqları (Plimut və Yeni 
İngiltərə) məntəqələr idi. Onların arasında birlik gücləndikcə, ingilis hakimiyyətləri 
tərəfindən sərt nəzarət bu koloniyaların inkişafını dayandırırdı və 1775-ci ildə onlar 
müstəqillik uğrunda mübarizəyə başladılar. 4 iyul 1776-cı ildə qəbul edilən «İstiqlaliyyət 
Deklarasiyası» yeni dövlətin – Amerika Birləşmiş Ştatların meydana gəldiyini dünyaya 
elan etdi. Hərbi əməliyyatlar beynəlxalq  xarakter aldı, 1783-cü ildə Versalda sülh 
müqaviləsi imzalananda Böyük Britaniya ABŞ-ı tanımalı oldu. Böyük Britaniya Karib 
dənizindəki adaları və Kanadanı isə öz əlində saxladı. Ceyms Kukun 1768-1779-cü 
illərdəki ekspedisiyalarından sonra, ingilislərin əldə etdiyi torpaqlara Avstraliyadakı 
koloniya da daxil oldu. Britaniya imperiyası dünya müstəmləkəçi dövlətlərindən ən irisi 
olaraq qaldı. 
XX əsrdə isə müstəmləkəçilikdən azad olunma, başqa sözlə, «Üçüncü dünya» 
ölkələrinin və xalqlarının müstəmləkə ağalığından azad olunması və onların dövlət 
suverenliyi qazanması prosesi getdi. Əsrin sonuncu – dördüncü rübündə bu proses, 
demək olar ki, bütünlüklə başa çatdı. Buna baxmayaraq, keçmiş müstəmləkə birbaşa 
olmasa da, daha çox iqtisadi cəhətdən müxtəlif formalarda sənaye ölkələrindən asılılıqda 
(başqa sözlə, bu, neokolonializm adlanırdı) qalmaqda davam edirdi.  
«Üçüncü dünya» ölkələrinin Qərbin inkişaf etmiş dövlətləri tərəfindən müxtəlif 
formalardakı qəyyumluğundan qurtulmasına müəyyən dərəcədə iki Dünya Müharibələri 
nəticəsində bir sıra aparıcı müstəmləkəçi dövlətlərin öz ağalıq mövqelərini və nüfuzunu 
itirməsi səbəb oldu. Eyni zamanda, müstəmləkə ağalığına mütəşəkkil müqaviməti 
möhkəmləndirdi, bu, əhalinin geniş təbəqələrində milli özşüurun oyanması, həmçinin 


liberal, sosialist və kommunist ideyalarının yayılması ilə əlaqədar idi. «Üçüncü dünya»nın 
xalqları aydın başa düşməyə başladılar ki, Qərb ölkələri onlara istismar obyekti kimi baxır.  
Azad olunma prosesi müxtəlif formalar alırdı. Bu müstəmləkəçi hakimiyyətlərlə 
əməkdaşlıq sferasının daralmasında, daha geniş hüquqlar tələb edilməsində, 
Hindistandakı kimi zorakı olmayan müqavimət də və Vyetnamda və Əlcəzairdəki kimi 
daha çox partizan müharibəsi xarakteri alan, müstəmləkə ağalığına qarşı açıq mübarizədə 
meydana çıxırdı.  
Birinci Dünya müharibəsinin nəticəsində məğlub edilmiş Almaniya öz müstəmləkə 
torpaqlarını itirdi. Digər müstəmləkəçi dövlətlər də yeni şəraitə düşdülər. 1918-ci ilin 
yanvarında ABŞ prezidenti Vudro Vilson 14 maddədən ibarət olan öz proqramında 
müstəmləkələrin «yerli əhalisinin maraqlarını» nəzərə almaq prinsipini irəli sürdü. 
Xalqların öz müqəddəratını həll etmək hüququnun həyata keçirilməsi üçün Millətlər 
Liqasının Mandat sistemi yaradıldı. Millətlər Liqasının «kamil xalqların», öz ərazilərini 
«idarə etməyə qabil olmayan» xalqlar üzərində qəyyumluğundan ibarət idi. Suriya, Livan, 
İraq, İran, Toqo, Palestina, Samoa və Cənubi-Qərbi Afrika mandat altında olan ərazilərə 
çevrildi. Millətlər Liqası praktikada bu və ya digər əraziləri idarə etməyə mandatı ənənəvi 
müstəmləkəçi dövlətlərə – Böyük Britaniyaya, Fransaya, Yaponiyaya, Avstraliyaya, Cənubi 
Afrika İttifaqına, Yeni Zelandiyaya verirdi. Nəticədə müstəmləkələrin vəziyyətində çox az 
şey dəyişdi. Bununla yanaşı, Britaniya protektoratları Misir və İraq müstəqillik aldılar 
(müvafiq olaraq, 1922-ci və 1932-ci illərdə). Əslində isə bu müstəqillik çox məhdud idi.  
Müstəmləkəçi dövlətlər müxtəlif prinsiplər əsasında mandatlar altında olan bu 
əraziləri idarə edirdilər. Britaniyalılar birbaşa olmayan inzibatçılığa üstünlük verirdilər, 
ənənəvi ictimai strukturlara və hakimiyyət münasibətlərinə bel bağlayırdılar. Fransızlar 
müstəmləkəçilik əraziləri və xalqları ümumi siyasi-inzibati strukturlara daxil etmək yolu 
ilə metropoliyaya yaxınlaşdırmağa can atırdılar. Belçika və Hollandiya paternalizmi özünü 
metropoliya ölkəsinin qəyyumluğunda olan «nadanlara» «qayğı göstərməkdə» nümayiş 
etdirirdi. Praktikada isə müstəmləkə idarəçiliyinin bütün bu metodları arasında fərq o 
qədər də böyük deyildi. Hətta XX əsrdə müstəmləkə administrasiyası yerli əhaliyə qarşı 
çox hallarda terrora və zorakılığa əl atırdı. Bütövləkdə isə müstəmləkəçi dövlətlər öz 
hakimiyyətləri altında olan xalqlara yerli tarixi ənənələri pozan və Avropa nümunələrini 
təkrar edən inkişaf modelini sırıyırdı.  
«Üçüncü dünya»nın nöqteyi-nəzərindən İkinci Dünya müharibəsi yalnız sənaye 
cəhətdən inkişaf etmiş ölkələrin daxili münaqişəsi olmaqla, «ağ adamın» ağalığı erasına 
son qoydu. Onun başa çatmasından sonra İtaliya və Yaponiya öz müstəmləkələrindən 
məhrum oldu. Müharibədəki qələbədən sonra fövqəldövlətlər kimi tanınan ABŞ və SSRİ 
tarixi və ideoloji səbəblərə görə müstəmləkəçiliyin əleyhdarları idilər. Qərbi-Avropa 
dövlətlərinə Amerikanın təzyiqi bu ölkələrin müstəmləkəçilik siyasətinə də təsir göstərdi. 
Dəyişilən şəraiti «Üçüncü dünya»nın xalqları öz mənafeləri üçün istifadə etdilər. Birinci 
Dünya müharibəsindən sonra təsis edilən mandat sistemi BMT tərəfindən 1945-ci ildə ləğv 
edildi və beynəlxalq himayə ilə əvəz edildi.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə