Telman Orucov



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə48/55
tarix01.12.2017
ölçüsü4,8 Kb.
#13256
1   ...   44   45   46   47   48   49   50   51   ...   55

istifadə edirdi. Qərb dövlətlərindən isə Polşanın gözlədiyi kömək gəlmədi, onlar özlərini 
çox passiv apardılar. 17 sentyabrda isə Qızıl Ordu Polşanın şərqindəki heç kəsin müdafiə 
etmədiyi vilayətlərə daxil oldu. Rumıniyaya yollanan Polşa hökuməti orada dustaq edildi.  
1940-cı ilin aprelində isə alman qoşunları neytral dövlətlərdən biri olan 
Danimarkanı, iki ay sonra isə digərini – Norveçi işğal etdilər. Norveçdə işğalçılara 
Kvislinqin başçılıq etdiyi kollaboratsionistlər xeyli köməklik göstərdilər. Kvislinqin adı 
sonralar satqınlıq simvoluna çevrildi.  
May ayında isə alman qoşunları neytral ölkələr olan Belçika, Lyuksemburq və 
Hollandiyanı işğal etdilər. Beləliklə, Qərbə Hitler yürüşü başlandı, altı həftə ərzində bu 
yürüş füreri “Qərbi Avropanın hökmdarına” çevirdi. Alman ordusunun La-Manşa tərəf 
sürətlə irəliləməsi  fransız ordusunun əsas hissəsini şimalda, Dyunkerk yaxınlığında 
yerləşmiş birləşmələrindən kəsib ayırdı. 338.000 əsgəri Böyük Britaniyaya evakuasiya 
etmək mümkün oldu. Britaniya hissələrinin Dyunkerk qazanından çıxarılması ilə Hitlerin 
Qərbə hücumunun birinci mərhələsi başa çatdı.  
5 iyunda Fransaya hücum əməliyyatının ikinci mərhələsinə başlandı. Alman 
hissələri Somme çayını və alınmaz hesab edilən Majino xəttini keçib İsveçrə sərhədinə 
çatdılar. Fransız hissələri geri çəkildilər, ölkədə xaos başlandı. 14 iyunda Paris alman 
qoşunları ilə əhatə olundu, 22 iyunda isə Kompyendə Fransa Almaniya ilə barışıq 
imzaladı. Sonra Atlantik okeanı sahillərinin işğalı baş verdi.  
Lakin vətənpərvər fransızlar bu məğlubiyyətlə və düşmənlə barışıq bağlanması ilə 
qətiyyən razılaşmırdılar. Ona görə də Fransada müqavimət hərəkatı baş qaldırdı və bu 
hərəkatın lideri general Şarl de Qoll idi. O, hələ barışıqdan əvvəl sığınacaq tapdığı 
Londondan radio ilə çıxış edib, fransızları natsist Almaniyası ilə mübarizəni davam 
etdirməyə çağırdı. 
De Qollun çağırışı Almaniyaya 16 iyunda barışıq təklif etmiş Filipp Petenin yeni 
fransız hökumətinin addımlarına birbaşa cavab idi. De Qoll Fransanı tərk edib, Londondan 
fransız müqavimətinə rəhbərlik edirdi. O, Böyük Britaniyada Milli Komitə yaratdı, öz 
həmvətənlərini işğalçılarla mübarizəni dayandırmamağa çağırdı. «Bu müharibə Fransa 
uğrundakı döyüşlərlə başa çatmamışdır. Bu, dünya müharibəsi olacaqdır».  De Qoll 
həmvətənlərindən dəstək və onu düzgün anlamaq kimi bir cavab aldı. Fransada güclü 
Müqavimət Hərəkatı formalaşdı.  
Fransanın faktiki təslim olmasından və barışıq bağlanmasından bir neçə gün sonra 
kurort şəhəri olan Vişidə çağırılan fransız Milli yığıncağı 74 yaşlı marşal Filipp Petenin 
hökumətinə bütün konstitusiya səlahiyyətlərini verdi. Hökumət Vişidə yerləşmişdi və bu 
ərazi alman qoşunları tərəfindən tutulmamışdı. Kollaboratsionist hakimiyyət Vişi rejimi 
adını aldı. Hökumətdə aparıcı xadim olan Pyer Laval işğalçılarla birbaşa əməkdaşlıq 
tərəfdarı idi, bir neçə ay sonra o, hökumətdən uzaqlaşdırılıb həbs edilsə də, Hitlerin təzyiqi 
altında yenə baş nazirin müavini təyin edildi.  
Hitler ingilisləri hədələyərək, deyirdi ki, alman aviasiyası Böyük Britaniyanın 
şəhərlərinin «yer üzündən silməyə» hazırdır. Lakin hava hücumu o qədər də uğurlu 
deyildi, alman aviasiyası London üzərində 56 təyyarə itirdi. Bu o demək idi ki, Almaniya 


Britaniya göylərində hava döyüşünü uduzdu. Ona görə də Hitler Britaniya adalarına 
müdaxilə barədəki «Dəniz şiri» əməliyyatını təxirə saldı. Almanlar ingilislərin 
müqavimətini qıra bilmədilər. Hava hücumlarından 2.000 adam ölmüşdü. Böyük 
Britaniyanın igidcəsinə müqaviməti hesabına Almaniya öz məqsədlərinə nail ola bilmədi.  
22 iyun 1941-ci ildə natsist Almaniyası müharibə elan etmədən SSRİ-yə qarşı hərbi 
əməliyyatlara başladı. Alman aviasiyası 300 km-ə qədər ölkənin içərilərindəki strateji 
obyektləri və şəhərləri güclü bombardman etdi. Eyni zamanda quru qoşunlarının hücumu 
başlandı. Müharibənin birinci günü sovet aviasiyası 1.200 təyyarə itirdi, onlardan 800-ü 
aerodromlarda məhv edilmişdi. SSRİ-yə qarşı müharibəyə Rumıniya, İtaliya, sonralar isə 
Finlandiya və Macarıstan qoşuldu. «Blitskriqə» – «ildırım sürətli» müharibəyə hesablanmış 
«Barbarossa» planı həyata keçirilməyə başlanmışdı. Müharibəyə başlayarkən almanların 
canlı qüvvədə üstünlüyü 1,8 dəfə, tanklar üzrə 1,5 dəfə, təyyarələrə görə 3,2 dəfə idi. Sovet 
qoşunları  uzunluğu 4500 km olan məsafədə vuruşurdu. Qəflətilik faktoru mühüm rol 
oynamışdı. Müharibənin başlanmasından 6 gün sonra Belorusiyanın paytaxtı Minsk təslim 
oldu. Üç həftə ərzində Latviya, Litva, Moldaviya və Ukraynanın xeyli hissəsi işğal olundu. 
Müharibə başlanandan 12 gün sonra Sovet İttifaqının rəhbəri İ. V. Stalin xalqa 
təcavüzkarlarla mübarizəyə qalxmaq çağırışı ilə müraciət etdi. Stalin Sovet Silahlı 
Qüvvələrinin Ali Baş Komandanı təyin edildi.  
Payızda Leninqrad blokadaya alındı. Alman ordusu Rostova yaxınlaşdı.  RSFSR-in 
qərb vilayətləri, demək olar ki, bütün Krım işğal olunmuşdu. Hökumət idarələri 
Moskvadan Kuybışevə köçürülmüşdü. Paytaxt Moskvada panika başlanmışdı, lakin 
Stalinin və yüksək rəhbərliyin şərqə köçməyərək, Moskvada qaldıqları məlum olduqdan 
sonra qorxu xeyli zəiflədi. Alman hissələri Moskvanın kənarlarına gəlib çatdılar. Düşmən 
dekabrın əvvəlində dayandırıldı.  
Dekabrın 7-də Yaponiya Birləşmiş Ştatların Sakit okean donanmasının baş dayaq 
bazası olan Pyorl-Harbora hücum etdi. Hücum edən yapon donanmasına 6 təyyarə 
daşıyan gəmi, 13 digər hərbi gəmilər daxil idi, onları havadan 423 təyyarə dəstəkləyirdi. 
Yapon aviasiyası nəzərə çarpmadan adaya yaxınlaşdı. Basqında 190 təyyarə iştirak edirdi. 
Onlar müqavimətlə qarşılaşmadıqlarından, böyük dağıdıcı gücü olan bir aksiya həyata 
keçirdilər. Sonra təyyarələrin yeni dalğası hücum etdi. Bəzi təyyarəçilər – kamikadzelər,  
hədəfləri məhv etmək mümkün olmadıqda, öz maşınlarını onlara çırpırdılar.  
Amerikanların Sakit okean donanmasının böyük hissəsi məhv edildi, 2000-dən artıq adam 
həlak oldu.  
Moskva altında sovet qoşunları əks-hücuma keçdilər. Moskvanı tutmaq planı olan 
«Tayfun» həyata keçirilə bilmədi. Əks-hücum vaxtı Sovet qoşunları üç vilayət paytaxtını 
azad etdilər. Yazda cəbhə bir qədər sabitləşdi və Moskvaya bilavasitə təhlükə aradan 
götürüldü.  
Natsist Almaniyasının ordusu bütün İkinci Dünya müharibəsində ilk böyük 
məğlubiyyətinə düçar oldu. Lakin SSRİ-nin vəziyyəti olduqca ağır olaraq qalırdı. Düşmən 
inkişaf etmiş sənayesi olan iri sovet ərazisini yenə də əlində saxlayırdı.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə