Telman Orucov



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə45/55
tarix01.12.2017
ölçüsü4,8 Kb.
#13256
1   ...   41   42   43   44   45   46   47   48   ...   55

Almaniya öz hərbi donanmasını gücləndirmək üçün böyük xərc çəkmişdi. Lakin 
müharibənin birinci ilində açıq dənizdə Britaniya gəmiləri qələbə çalırdı. Almaniya isə 
ticarət gəmilərinə kreyserlərlə və sualtı qayıqlarla hücum etməkdə uğur qazanırdı. Lakin 
Şimal dənizindəki bir döyüşdə alman tərəfi üç kreyserini və torpedo esminetsini itirdikdən 
sonra həmin hövzədə hərbi əməliyyatlar xeyli az intensiv oldu. Alman komandanlığı isə 
minaların və sualtı qayıqların köməyilə Britaniya donanmasını darmadağın etmək 
istəyirdi. Bu strategiya öz faydasını verirdi. Bir sualtı qayıq Şimal dənizində üç Britaniya 
zirehli kreyserini batırmışdı.  
Osmanlı imperiyası da Antantaya qarşı Qara dənizdə və Yaxın Şərqdə hərbi 
əməliyyatlara vüsət verdi. Türk hərbi gəmilərinin Qara dənizin rus limanlarını atəşə 
tutması Antanta üzvləri olan dövlətlərin İstanbuldakı hökumətə müharibə elan etməsi ilə 
nəticələndi. Osmanlı imperiyası müharibəyə Almaniyanın və Üçlük İttifaqının digər 
dövlətlərinin tərəfində olmaqla girişdi və türk hakimiyyətləri Rusiyanın əleyhinə öz köhnə 
qüdrətlərini bərpa edəcəklərinə ümid edirdilər. Alman gəmiləri Dardanelə çatıb, Osmanlı 
imperiyasının yeni müdafiə naziri Ənvər paşanın komandanlığı altına keçdilər.  
Osmanlı imperiyasının Üçlük İttifaqı tərəfində müharibəyə girməsi Antanta ölkələri 
üçün, xüsusilə Böyük Britaniya üçün ciddi problemlər yaradırdı. Çünki türk qoşunlarının 
Misir və Süveyş  kanalı istiqamətində irəliləməsi Hindistandakı Britaniya müstəmləkə 
torpaqlarının təchizatını həyata keçirmək yollarına təhlükə törədirdi. Dardanelin 
bağlanması isə Qara dəniz yolları ilə Rusiyanı dəstəkləmək imkanını qeyri-mümkün 
etmişdi.  Rus donanması Qara dənizdə blokadaya alınmışdı, belə ki, Dardanel boğazı 
düşmənin əlində idi. Ancaq Rusiya da öz növbəsində Bosfor boğazını blokadaya alıb, 
alman gəmilərinə Qara dənizə girməyə imkan vermirdi.  
İngilislər türklərə qarşı öz kəşfiyyatçılarından da uğurlu istifadə  edirdilər. Bu 
sahədə ingilis kəşfiyyatçısı Tomas Eduard Lourens xüsusilə fərqlənmiş, Yaxın Şərqdə 
Osmanlı imperiyası üçün həlli mümkün olmayan problemlər əmələ gətirmişdi. Lourens (o, 
Lourens Ərəbistanlı da adlanırdı) Məkkə hökmdarının və onun oğlunun etibarını 
qazanaraq,  Hicaz ərəb tayfasını 1916-cı ildə Türkiyəyə qarşı üsyana qaldırdı. Ərəblər 1917-
ci ildə Akabanı tutdular. Hüseyn ibn Əli 2 noyabrda ərəb ərazilərinin kralı elan edilərək, 
paytaxtı Məkkə olmaqla müstəqil Hicaz krallığını yaradıldığını elan etdi.  
Ərəb üsyanının bu təşkili Qahirədəki Britaniya Ərəb bürosunun işi idi. Büro isə 
kəşfiyyat idarəsi olan İntellicens servisin bir şöbəsi idi. Buradakı arxeoloq Lourens 1916-cı 
ildən isə artıq agent kimi xidmət edirdi. Yaxın Şərqdəki macəralarla dolu olan həyatını 
Lourens sonralar özünün «Müdrikliyin yeddi dayağı» kitabında təsvir etmişdi.  
Birinci Dünya müharibəsində tarixdə ilk dəfə döyüşlərdə 1916-cı ildə tanklardan 
istifadə olundu. Britaniya tankları alman əsgərlərində qorxu və panika yaratdı. 
Sommedəki döyüş canlı qüvvənin istifadəsindən texnikanın tətbiqinə keçməklə əlamətdar 
oldu. Bu da Verden yaxınlığındakı döyüşdə hər iki tərəfdən böyük sayda insan qurbanı 
verilməsinə səbəb oldu. Tankların texniki çatışmazlıqlarına baxmayaraq, nəhəng psixoloji 
effekt yaradırdı. Böyük sürətlə hərəkət edən bu döyüş maşınları özünün təkcə xarici 
görünüşü ilə düşmən dəstələri arasında dəhşət toxumu səpirdi.  


Müharibənin əvvəllərində vuruşan dövlətlər öz sərəncamlarında kifayət qədər hərbi 
əməliyyatlarda iştirak edə biləcək təyyarələrə malik deyildilər. Almaniya «Tseppelin» 
dirijabllarının istifadəsinə bel bağlayırdı. 1915-ci ildə onlar ilk dəfə Londona hava hücumu 
etdilər. Yalnız müharibənin üçüncü ilində ilk hərbi təyyarələr meydana gəldi.  
1916-cı ilin sonunda ABŞ prezidenti Vudro Vilson vuruşan dövlətlərə sülh 
təşəbbüsü ilə müraciət etdi. Müraciətdə özünün hərbi məqsədlərini dəqiq qələmə almışdı. 
Üçlük İttifaqını dəstəkləyən ölkələr özlərinin cavabında həmin təklifi rədd etdilər. İlin 
sonuna bir gün qalmış Antanta ölkələri də Üçlük İttifaqına qoşulmuş dövlətlərin sülh 
təklifini qəti olaraq rədd etdilər.  
1917-ci ilin aprelində Birləşmiş Ştatlar Almaniyaya, ilin sonunda isə Avstriya-
Macarıstana müharibə elan etdi. Amerikanın müharibəyə qoşulması ilə üç il əvvəl 
Avropada başlanmış dünya hərbi münaqişəsinin miqyası genişləndi, Antantanın strateji 
mövqeləri yaxşılaşmışdı. Müharibənin lap başlanğıcından ABŞ rəsmi qaydada öz 
neytrallığını elan etmişdi, lakin Antanta ölkələrini, birinci növbədə Böyük Britaniya və 
Fransanı hərbi kredittlərlə və maliyyə köməkliyi ilə dəstəkləmişdi. Neytrallıq siyasətindən 
imtina edilməsi çoxlu faktorlarla bağlı idi. Ən mühüm səbəb Almaniyanın apardığı sualtı 
qayıqlar müharibəsi idi. ABŞ bu məsələyə görə dəfələrlə etirazlarla çıxış etmişdi, çünki 
sualtı qayıqların hücumu ABŞ vətəndaşları üçün də təhlükə törədirdi. 1915-ci ildə çox 
bahalı «Luzitaniya» paraxodu batırıldıqda, 650 nəfər sərnişin həlak olmuşdu. Sualtı 
müharibəni başlamaqla Almaniya öz sahillərindəki Britaniya dəniz blokadasını götürməyə 
cəhd edirdi. 1917-ci ilin əvvəlində Almaniya bir qədər fasilədən sonra yenidən sualtı 
müharibəsi elan etdikdə, ABŞ onunla diplomatik əlaqələri kəsdi, sonra isə ona müharibə 
elan etdi.  
Xalq kütləsi əsasən müharibənin davam etməsindən narazı idi, çoxları güman edirdi 
ki, başlanan müharibə qısa müddət davam edəcəkdir. Lakin üç il sonra da müharibə 
davam edirdi. Buna görə də Fransada və Böyük Britaniyada hökumət dəyişiklikləri baş 
verdi. Böyük Britaniyada və Fransada siyasi hakimiyyət artıq mülki hökumətlərə məxsus 
idi. Almaniyada isə əksinə, hərbi dairələr – Baş komandanlığın nümayəndələri daha böyük 
nüfuz əldə etdilər.  
Uzanan müharibə insanların həyatının bütün tərəflərinə təsir göstərirdi. Təchizatla 
şərait fəlakətli dərəcədə idi. Çörək və kartof çatışmırdı. Müharibə başlandıqdan iki il sonra 
ərzaq kartoçkalarını tətbiq etmək zərurəti yaranmışdı. «Əvvəlcə cəbhə, sonra isə – arxa» 
şüarının həyata keçirilməsinin nəticəsi kimi qida maddələrinin çatışmaması qiymətlərin 
qeyri-adi dərəcədə yüksəlməsinə səbəb olmuşdu. Bölgü sistemi təkcə ərzağa, kömürə 
deyil, hətta paltara da aid idi. Əhalinin böyük hissəsi ehtiyac və məhrumiyyətlər içərisində 
idi, qadınlar və yeniyetmələr istehsalatda kişiləri əvəz etməyə məcbur idilər. Həm Antanta 
ölkələrində, həm də alman-Avstriya bloku dövlətlərində məqsədyönlü hökumət təbliğatı 
hərbi uğurların yoxluğunu bütün çətinliklərə dözmək şüarları ilə tarazlaşdırmaq istəyirdi.  
1918-ci ilin əvvəlindən Almaniyada və Avstriya-Macarıstanda baş verən çoxminli 
tətillərin iştirakçıları müharibəyə qarşı kəskin etirazlarını bildirdilər. Tətillər ərzaqla olan 
vəziyyətin daim pisləşməsindən, müharibə dövründə ərzağın artan yoxluğundan və 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə