Telman Orucov



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə46/55
tarix01.12.2017
ölçüsü4,8 Kb.
#13256
1   ...   42   43   44   45   46   47   48   49   ...   55

Rusiya ilə sülh danışıqlarının uzadılmasından əmələ gəlmişdi. Almaniyada əsasən ağır 
sənaye müəssisələrində bir milyona qədər adam tətil edirdi. Hərbi hakimiyyət orqanları 
tətilçiləri hərbi məhkəmələrlə hədələdiklərindən,  tətil dayandırıldı.  
1918-ci ilin yanvarında ABŞ prezidenti VudroVilson Konqress qarşısında çıxış 
edərək, 14 maddədən ibarət sülh proqramını irəli sürdü. Bu proqram Birinci Dünya 
müharibəsinin tezliklə başa çatdırılmasına və onun qurtarmasından sonra dünyanın 
yenidən qurulmasına kömək etməli idi.  
Vilson Almaniyaya və onun müttəfiqlərinə sülh bağlamağın aşağıdakı şərtlərini 
təklif etdi: Belçikanın müstəqilliyinin tanınması, Elzas və Lotaringiyanın Fransaya 
qaytarılması, Rusiyada və Balkan ölkələrində işğal edilmiş ərizələrdən əl çəkilməsi, 
Müstəqil Polşa dövlətinin yaradılması, Avstriya-Macarıstan və Osmanlı imperiyasının 
tərkibinə daxil olan bütün xalqlara muxtariyyət verilməsi. Son tələb tezliklə genişləndirildi 
və millətlərin və xalqların öz müstəqilliyinə nail olunması, siyasi quruluşun seçkisinin 
sərbəstliyi prinsipi ilə əvəz olundu.  
Vilson həmçinin dəniz ticarətinin sərbəstliyini, bütünlüklə tərkisilahı və 
müstəmləkəçilik iddialarına yenidən baxılmasını təklif edirdi. O, Millətlər Liqasının 
yaradılmasını təklif etdi, bu təşkilatın məqsədi beynəlxalq münaqişələri  dinc yolla həll 
etmək idi.  
Müharibədə Üçlük İttifaqının işləri olduqca pis gedirdi. Avqust ayında alman Qərb 
cəbhəsi öz mövcudluğunu bitirmişdi. Müharibə alman blokunun məğlubiyyəti ilə başa 
çatırdı. 
11 noyabr 1918-c ildə Fransadakı Kompyen yaxınlığındakı meşədə dayanan dəmir 
yolu vaqon-salonunda Antanta ilə Almaniya arasında barışıq imzalandı. Səkkiz gün ondan 
əvvəl Almaniyada başlayan Noyabr inqilabı ölkədə monarxiyanın yıxılmasına və 
respublika elan edilməsinə gətirib çıxarmışdı. İmperator II Vilhelm taxt-tacdan əl çəkdi, 
sosial-demokrat Fridrix Ebert yeni kansler oldu.  
Qaliblərin irəli sürdüyü şərtlər ultimativ xarakter daşıyırdı və alman blokunun 
nümayəndəsi danışıqlar aparmadan da onları qəbul etmək məcburiyyətində qaldı.  
Antantanın hərbi və siyasi tələbləri ona yönəlmişdi ki, Almaniyanı elə zəiflətsin ki, 
gələcəkdə o, bir daha müharibə başlamağı bacarmasın. Hər şeydən əlavə, Almaniya 
qaliblərə nəhəng miqdarda öz hərbi silahlarını və sursatını verməli idi. Bu vaxt Almaniya 
ərazisində Antanta qoşunları yox idi və olmamışdı, alman qoşunları hələ də Fransa, 
Belçika və Şərqi Avropa ərazisində idi, burada onları müharibənin başa çatması xəbəri 
haqlamışdı.  
Barışıq imzalanan vaxt burada heç bir alman zabiti yox idi, çünki generalitet və 
reyxskansler məğlubiyyətin məsuliyyətini öz üzərilərinə götürmək istəmirdilər. Sonralar 
irticaçı dairələr Noyabr inqilabının hazırlanmasında iştirak edən siyasi qüvvələri 
məğlubiyyətdə və barışığın sərt şərtlərində günahlandırdılar.  
Birinci Dünya müharibəsi vaxtı milyonlarla əsgər əsirliyə düşdü. 2,5 milyon Rusiya 
əsgəri, 2,2 milyon Avstriya-Macarıstan əsgəri əsir düşmüşdü, Almaniyanın, İtaliyanın, 
Fransanın əsir düşmüş əsgərlərinin sayı 618.000-446.000 civarında idi. Əsirlərin hüquqi 


statusu 1899-cu və 1907-ci illər Haaqa konfransında müəyyən edilmişdi. Əsirliyə düşənlər 
mülki hüquqlarından məhrum olmurdu və istənilən şəraitdə humanizm qaydasında olan 
münasibətə bel bağlamalı idi. Haaqada bəyənilmiş status həmçinin əsirlərdən köməkçi 
hərbi işlərdə istifadə edilməsini qadağan edirdi.  
Birinci Dünya müharibəsində 7.940.000 adam həlak oldu, 2 milyon nəfərə yaxın 
yaralanmışdı, 6,5 milyon nəfər əsirlikdə idi. Mövcud monarxiyaların əksəriyyəti məhv 
olurdu, dunyanın yenidən bölünməsi baş verdi.  
Alman imperatoru devrildi. Avstriya-Macarıstan imperatoru taxt-tacdan əl çəkdi, 
bunlar noyabr ayının ikinci ongünlüyündə səkkiz gün ərzində baş verdi. Rusiya çarı taxt-
tacdan əl çəkdikdən bir qədər sonra güllələndi.  
Alman imperiyası öz ərazisinin bir hissəsini itirdi, Habsburq imperiyası da 
parçalandı. Macarıstan və Çexoslovakiya müstəqil dövlətlər oldular. Serbiya yeni dövlətin 
– serblərin, xorvatların və slovenlərın ittifaqının (sonralar o, Yuqoslaviya adlandı) tərkibinə 
daxil oldu.  
Müharibəyə qədər Rusiyanın tərkibində olan Finlandiya, Estoniya, Latviya və Litva 
öz müstəqilliklərini elan etdi. Rusiya, Avstriya-Macarıstan və Almaniya arasında 
bölünmüş Polşa yenidən müstəqil status qazandı. Hələ müharibənin gedişində Almaniya 
Afrikadakı öz müstəmləkələrinin çoxunu itirdi. Birinci Dünya müharibəsi bilavasitə dörd 
imperiyanın – Rusiya, Almaniya, Avstriya-Macarıstan və Osmanlı imperiyalarının 
süqutunu mümkün etdi. Onlardan ikisi – Almaniya və Avctriya-Macarıstan müharibə başa 
çatdıqdan sonra, Rusiya Oktyabr inqilabının qələbəsi ilə bir il əvvəl, Osmanlı imperiyası 
isə müharibə başa çatandan dörd il sonra tarixin arxivinə təhvil verilməklə, özlərinin 
əsasən uzun müddətli ömürlərinə son qoydular. Müharibə böyük qanlar axıtdı, 10 milyon 
nəfərə qədər itkiyə səbəb oldu, yeganə təskinlik onda idi ki, onun nəticəsi ilə Böyük 
Britaniya imperiyası istisna olmaqla,  dünyadakı imperiyaların əksəriyyəti öz 
mövcudluğunu davam etdirməkdən məhrum oldu. 
İkinci Dünya müharibəsinə aparan yol 1933-cü ildə Adolf Hitlerin və onun nasist 
partiyasının hakimiyyətə gəlməsi ilə başlanğıcını götürdü. Hitler Birinci Dünya 
müharibəsinin yekunu kimi Versal sülhü ilə Almaniyanın alçaldılmasının qisasını almaq 
üçün ölkənin militaristləşdirilməsinə başladı. Yeni imperiya hökumətinin xalqa 
müraciətində deyilirdi: «Xalq hökuməti özünün ən yüksək məqsədini və birinci dərəcəli 
vəzifəsini bizim xalqın birliyini, iradəsini və ruhunu bərpa etməkdə görür… Bizim böyük 
keçmişimizə hörmət, keçmiş ənənələrimizin yaratdıqları iftixar hissi – bütün bunlar alman 
gəncliyinin tərbiyə edilməsinin əsasına qoyulacaqdır… Yaxşı, alman xalqı, bizə dörd il 
vaxt ver, sonra isə bizim barədə mühakimə yürüt!» 
Münhen putçunun yatırılmasından on il sonra Hitler reyxskansler vəzifəsini 
tutmaqla, öz məqsədinə çatdı. Natsional-sosialistlər öz qələbələrini bayram edirdilər. Yozef 
Göbbels Almaniyanın taleyindəki tarixi dönüşdən danışırdı. Natsional-sosialistlərə sonrakı 
həftələr ərzində reyxstağı və landtaqları buraxmaq nəsib oldu. Heç bir ay keçməmiş ölkədə 
açıq terror kampaniyası başlandı. Prezident Hindenburq dövlətə guya təhlükə törədən 
ziyanlı hərəkətlərdən qaçmaq üçün ən mühüm vətəndaş hüquqlarını ləğv etdi. Dövlətə 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə