223
Milli Qəhrəmanlar
Milli Qəhrəman
40
illiyi
Elnur Nuriyev
1975-1994
AV
Q
U
S
T
Elnur Eyvaz oğlu Nuriyev 1975-ci
il avqust ayının 22-də Zəngilan rayo-
nunun Cahangirbəyli kəndində dünya-
ya göz açmışdır.
1982-1992-ci illərdə burada kənd
orta məktəbində təhsil almış, 1993-cü
ildə Zəngilan rayon Hərbi Komissarlı-
ğı tərəfindən Milli Ordu sıralarına ça-
ğırılmışdır.
Bir müddət təlim keçdikdən sonra
Elnur Nuriyev cəbhəyə göndərilmişdi.
O, Füzuli rayonunun Kürdmahmud-
lu, Alxanlı kəndlərində rəşadətlə vu-
ruşmuşdur. Elnur minaaxtaranlar
bölüyünə komandir təyin edilmişdi.
Tərtər
cəbhəsində ermənilər güclü
əks hücuma keçərək bir neçə kəndi
işğal etmişdi. Elnur bölüyü ilə həmin
əraziyə göndərilmiş, Qapanlı, Sey-
sulan kəndləri azad edilmişdi. Elnur
döyüşlərdə şücaət göstərərək vuruş-
muşdu.
1994-cü il 4-5 oktyabr hadisələri
zamanı onu Gəncəyə göndərmişdilər.
Dövlət çevirilişinə cəhd edən silah-
lı dəstənin zərərsizləşdirilməsi za-
manı Elnur döyüş tapşırığını yerinə
yetirərkən həlak olmuşdur.
Azərbaycan Respublikası Prezi-
dentinin 5 oktyabr 1994-cü
il tarixli
215 saylı Fərmanı ilə Nuriyev El-
nur Eyvaz oğluna ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri
adı verilmişdir.
Kürdəmir şəhərinin Şəhidlər Xiya-
banında dəfn edilmişdir.
Ə d ə b i y y a t
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusuna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi
haqqında: [Nuriyev Elnur Eyvaz oğlu - çavuş - Azərbaycan Respublikasının Konstitusiya, dövlət quruluşunun müdafiəsi
zamanı göstərdiyi şəxsi qəhrəmanlıq və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 5 oktyabr 1994-cü il
//Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1994.- № 19.- S.10.- (Ölümündən sonra).
Əsgərov V. Nuriyev Elnur Eyvaz oğlu //V. Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı, 2010.-
S.233.
Nuriyev Elnur Eyvaz oğlu (1975-1994) //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya / Azərbaycan Milli Kitabxanası; tərt.
ed. H.Həmidova.-Bakı, 2008.- S.167-168.
Seyidzadə, M. Nuriyev Elnur Eyvaz oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.180.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
22
224
Milli Qəhrəmanlar
Milli Qəhrəman
65
illiyi
Əjdər Babayev
1950-1995
AV
Q
U
S
T
Əjdər Xalıqverdi oğlu Babayev
1950-ci il avqust ayının 26-da Qazax
rayonunun
Mollacəfərli kəndində ana-
dan olmuşdur.
Sonradan onun ailəsi Ağstafaya
Xətai kəndinə köçmüşdür.
1958-ci ildə burada məktəbə getmiş
və 1967-ci ildə həmin məktəbi bitir-
mişdir.
1969-cu ildə hərbi xidmətə çağırıl-
mış, sonra isə ordudan tərxis olunan
Əjdər Nərimanov rayon polis şöbəsinə
işə qəbul edilmişdir. Polis orqanların-
da işlədiyi dövrdə 1978-1981-ci illərdə
Sumqayıt
Politexnik Texnikumunda
təhsil almışdır.
Dörd il Qazax Rayon Polis
Şöbəsində çalışmış, sonra isə iş ye-
rini Ağstafa Rayon Polis Şöbəsinə
dəyişmişdir.
Nümunəvi polis işçisi kimi dəfələrlə
Daxili İşlər Nazirliyinin mükafatlarına
layiq görülmüşdü.
1995-ci il 13-17 mart hadisələrində
dövlət çevrilişinə cəhd edən silah-
lı dəstələrin zərərsizləşdirilməsində
Əjdər Babayev
böyük şücaət göstərmiş
və həlak olmuşdur.
Azərbaycan Respublikası Preziden-
tinin 4 aprel 1995-ci il tarixli 307 saylı
Fərmanı ilə Babayev Əjdər Xalıqverdi
oğlu ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” fəxri adına layiq gö-
rülmüşdür.
Ağstafa rayonunda dəfn edilmişdir.
Rayonda qəhrəmanın adını daşıyan
məktəb var.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin bir qrupuna “Azərbaycanın Milli Qəhrəmanı adı verilməsi
haqqında: [Babayev Əjdər Xalıqverdi oğlu - Daxili İşlər Nazirliyi, polis starşinası, Ağstafa Rayon Polis Şöbəsi - Azərbaycan
Respublikasının Konstitusiya, dövlət quruluşunun müdafiəsi, onun müstəqilliyinin qorunub saxlanılması və dövlət çevrilişi
cəhdinin qarşısının alınması zamanı şəxsi qəhrəmanlıq və şücaət göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin
Fərmanı, 4 aprel 1995-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.-1995.- №2.- S.38; Azərbaycan.- 1995.- 5 aprel.-
(Ölümündən sonra).
Babayev Əjdər Xalıqverdi oğlu (1950-1995) //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya / Azərbaycan Milli Kitabxanası;
tərt. ed. H.Həmidova.-Bakı, 2008.- S.37.
Əsgərov, V. Babayev Əjdər Xalıqverdi oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı,
2010.- S.47.
Seyidzadə, M. Babayev Əjdər Xalıqverdi oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.41.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
26
225
Milli Qəhrəmanlar
Milli Qəhrəman
50
illiyi
Eldar Məcidov
1965-1992
AV
Q
U
S
T
Eldar Tofiq oğlu Məcidov 1965-ci
il avqust ayının 26-da Bakı şəhərində
dünyaya göz açmışdır.
1972-1982-ci illərdə Yasamal ra-
yonu 52 saylı məktəbdə təhsil almış,
1983-cü ildə ordu sıralarına hərbi
xidmətə çağırılmışdır. Eldar hərbi
xidmətini Almaniya Demokratik Res-
publikasında keçmişdir.
1985-ci ildə ordudan tərxis olunmuş
və 1989-cu ildə Azərbaycan İncəsənət
İnstitutuna imtahan verərək mədəni-
maarif fakültəsinə daxil olmuş-
dur. Ermənilərin Dağlıq Qarabağda
törətdikləri
vəhşiliklərə dözə bilməyən
Eldar könüllü olaraq cəbhəyə getməyi
qərara almışdır.
1992-ci il may ayının 9-da “N” say-
lı hərbi hissəyə qeyd olunaraq cəbhəyə
yola düşmüşdür. O, cəbhədə tezliklə
öz şücaətini göstərmiş, yaralıların və
mülki əhalinin təhlükəsizliyinin təmin
edilməsində müstəsna xidmətləri ol-
muşdur.
1992-ci il may ayının 15-də Şuşa
rayonunun Zarıslı kəndində gedən
döyüşlərdə Eldar rəşadətlə vuruşmuş,
yoldaşlarını xilas
edərkən sağ aya-
ğından yaralanmışdır. Onu Qubadlı
xəstəxanasına çatdırsalar da, çoxlu
qan itirdiyindən Eldarın həyatını xilas
etmək mümkün olmamışdı.
Azərbaycan Respublikası Prezi-
dentinin 16 sentyabr 1994-cü il ta-
rixli 202 saylı Fərmanı ilə Eldar To-
fiq oğlu Məcidova ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri
adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər Xiyabanın-
da dəfn edilmişdir. Yaşadığı binanın
önünə xatirə lövhəsi vurulmuşdur.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haq-
qında: [Məcidov Eldar Tofiq oğlu - çavuş - Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında,
Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi
şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borcunun şərəflə yerinə yetirilməsində göstərdiyi misilsiz xidmətlərinə
görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 16 sentyabr 1994-cü il //Azərbaycan.- 1994.- 21 sentyabr.- (Ölümündən
sonra).
Əsgərov V. Məcidov Eldar Tofiq oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı, 2010.-
S.182.
Məcidov Eldar Tofiq oğlu (1965-1992) //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya / Azərbaycan Milli Kitabxanası; tərt.
ed. H.Həmidova.- Bakı, 2008.- S.130-131.
Seyidzadə, M. Məcidov Eldar Tofiq oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.155.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
26