Teqvim-2015. pdf


Milli Qəhrəmanlar Milli Qəhrəman 55



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə101/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   97   98   99   100   101   102   103   104   ...   173

226
Milli Qəhrəmanlar
Milli Qəhrəman
55 
illiyi
Çingiz Mustafayev 
1960-1992
AV
Q
U
S
T
Çingiz Fuad oğlu Mustafayev 1960-
cı il avqust ayının 29-da Həştərxan 
vilayətinin Vladimir rayonunda hərbçi 
ailəsində dünyaya gəlmiş, 1964-cü ildə 
ailəsi ilə Bakıya köçmüşdür. O, 1977-
ci ildə Tibb İnstitutunun Sanitariya-
Gigiyena fakültəsinə qəbul olmuş, 1983-
cü ildə oranı bitirmiş, təyinatla Dəvəçi 
rayonunda üç il həkim işləmişdir. 1985-
ci ildə yaratdığı “Cəngi” birliyindəki 
fəaliyyəti ilə Azərbaycan gənclərinin li-
deri səviyyəsinə yüksəlmişdir. 
Qarabağ müharibəsi başlayandan 
sonra Çingiz jurnalistikaya üz tutmuş-
du. O, 1991-ci ildən Azərbaycan Dövlət 
Televiziyasında reportyor kimi çalışma-
ğa başlamışdır. Onun reportajları, infor-
masiya blokadasında olan Azərbaycan 
haqqında gerçəklikləri Amerika və Av-
ropanın aparıcı teleagentlikləri və tele-
viziyalarına çatdırırdı. Dövlət televizi-
yasında mövcud olan senzura və ciddi 
yasaqlar səbəbindən Çingiz əlahiddə ola-
raq “215 kl” studiyası kimi muxtar qu-
rumun yaradılmasının təşəbbüskarı  və 
yaradıcısı olmuşdu. O, Azərbaycan-
Ermənistan mühari-bəsinin 1992-ci ilə 
qədər olan dövrünün əsl salnaməsini 
yaratmışdı. Ölkənin döyüş gedən bütün 
bölgələrindən operativ xəbərlər, ayrı-
ayrı  əsgərlər haqda xüsusi reportajlar 
və bütün bunlarla yanaşı Azərbaycanda 
gedən siyasi proseslər barədə  ətraflı in-
formasiyalar onun müəllifliyi ilə pərvəriş 
tapmışdı. Dünya onu daha çox Xocalıda 
çəkdiyi filmlə tanımışdı. Onun məhz bu 
filmi ilə Ermənistanın imici bütün dün-
yada ciddi sarsıntıya məruz qalmışdı. O, 
döyüş zonalarına yalnız reportyor kimi 
yollanmırdı. O, cəbhədə bir əsgər, bir 
zabit və  hətta bir komandan kimi çox 
vəzifəni öz üzərinə götürmüşdü. Laçın-
dan çıxan əsgərlərlə onun geri qayıtmaq 
barədə verdiyi kəskin və qısa göstərişlər
bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə 
Çingizin emosional davranışı  ən yeni 
teletarixin ən dramatik səhifələri olmuş-
dur. 
1992-ci il iyun ayının 15-də Xoca-
lı yaxınlığındakı Naxçıvanik kəndində 
çəkiliş zamanı aldığı mərmi qəlpəsindən 
həlak olan Çingiz sonadək kameranı 
söndürmədi. Bu həm də onun öləndən 
sonra da yaşayacağına işarə idi.
Azərbaycan Respublikası Prezidenti-
nin 6 noyabr 1992-ci il tarixli 294 say-
lı  Fərmanı ilə Mustafayev Çingiz Fuad 
oğlu ölümündən sonra “Azərbaycanın 
Milli Qəhrəmanı” fəxri adına layiq gö-
rülmüşdür. 
Bakı  şəhərində  Şəhidlər Xiyabanın-
da dəfn edilmişdir. Daxili İşlər Nazirli-
yinin  Şüvalandakı istirahət guşəsi, Bakı 
küçələrindən biri, ANS-ÇM radiostan-
siyası, Azərbaycan gəmilərindən biri 
qəhrəmanın adını daşıyır. Yaşadığı bi-
nanın önündə barelyefi vurulmuşdur. 
C.Naxçıvanski adına Hərbi Litseydə 
büstü qoyulmuşdur. 2011-ci ilin avqust 
ayında Almaniyada 3 min nüsxə ilə onun 
təsviri olan poçt markası buraxılmışdır.
29
Ə d ə b i y y a t
S.Ə.Əskərovaya, 
A.M.Mustafayevə 
və Ç.F.Mustafayevə 
“Azərbaycanın Milli 
Qəhrəmanı” adı 
verilməsi haqqında: 
Azərbaycan Respub-
likası Prezidentinin 
Fərmanı, 6 noyabr 
1992-ci il //Azərbaycan 
Respublikası Ali 
Sovetinin Məlumatı.- 
1992.- № 21.- S.27.- 
(Ölümündən sonra).
Ağa Ramiz qızı, K. 
Ölümdə yaşanan həyat 
/K.Ağa Ramiz qızı.-
Bakı: Qanun, 2005.- 
184 s. 
Mustafayev Çingiz 
Fuad oğlu (1960-
1992) //Azərbaycanın 
Milli Qəhrəmanları: 
biblioqrafiya /tərt. ed. 
H.Həmidova.-Bakı, 
2008.- S.155-158.
Seyidzadə, M. Musta-
fayev Çingiz Fuad oğlu 
/M.Seyidzadə //Milli 
Qəhrəmanlar zirvəsi.- 
Bakı, 2010.- S.167.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
www.muallim.edu.az


227
Milli Qəhrəmanlar
Milli Qəhrəman
55 
illiyi
Əmiraslan Əliyev
1960-1995
AV
Q
U
S
T
Əmiraslan Rza oğlu Əliyev 1960-cı il 
avqust ayının 30-da Naxçıvan şəhərində 
anadan olmuşdur. 
1967-1977-ci illərdə Ü.Hacıbəyov 
adına Naxçıvan  şəhər 1 saylı orta 
məktəbdə təhsil almışdır. 
1977-1979-cu illərdə Naxçıvan 
Şərabçılıq zavodunda fəhlə  işləmişdir. 
1979-1981-ci illərdə SSRİ Silahlı 
Qüvvələrində hərbi xidmətdə olmuşdur. 
Bir müddət Ukrayna Respublikasında, 
sonra Polşada hərbi xidmətini davam 
etdirmişdir. 
1981-1982-ci illərdə Naxçıvan  Şüşə 
Qablar zavodunda, 1982-1992-ci illərdə 
isə Vayxır Su-Tikinti İdarəsində  fəhlə 
işləmişdir.  İstehsalda çalışmaqla ya-
naşı, o, təhsilini də davam etdirməyi 
unutmamış, 1982-1987-ci illərdə Nax-
çıvan Dövlət Pedaqoji İnstitunun tarix-
filologiya fakültəsində təhsil almışdır.
1992-ci ildə Azərbaycan Respubli-
kası Milli Təhlükəsizlik Nazirliyinin 
sərhəd qoşunlarında hərbi xidmətə çağı-
rılmışdır. Nümunəvi xidmətlərinə görə 
Əmiraslan Əliyev qərərgahın baş zabiti 
kimi yüksək vəzifəyə təyin olunmuşdur. 
Baş leytenant Əmiraslan Əliyev xidmət 
etdiyi hərbi hissə  tərəfindən 8 oktyabr 
1994-cü ildə Fəxri fərmanla təltif edil-
mişdir.
Əmiraslan  Əliyev 17 mart 1995-ci 
ildə Mart hadisələri zamanı Azərbaycan 
Respublikasında dövlət çevrilişi cəhdinin 
qarşısının alınmasında qəhrəmancasına 
həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidenti-
nin 4 aprel 1995-ci il tarixli 307 saylı 
Fərmanı ilə Əliyev Əmiraslan Rza oğlu-
na ölümündən sonra “Azərbaycan Milli 
Qəhrəmanı” fəxri adı verilmişdir.
Naxçıvan şəhərindəki Şəhidlər Xiya-
banında dəfn edilmişdir.
“N” saylı  sərhəd zastavasında 
qəhrəmanın xatirə otağı açılmış  və 
büstü qoyulmuşdur. “N” saylı  sərhəd 
məntəqəsinə  Ə.Əliyevin adı verilmiş-
dir.
Ə d ə b i y y a t
Əliyev Əmiraslan Rza oğlu (1960-1995) Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin bir qrupuna 
“Azərbaycanın Milli Qəhrəmanı”adı verilməsi haqqında: [Əliyev Əmiraslan Rza oğlu –Milli Təhlükəsizlik Nazirliyi, baş leytenant - 
Azərbaycan Respublikasının Konstitusiya, dövlət quruluşunun müdafiəsi, onun müstəqilliyinin qorunub saxlanılması və dövlət çevrilişi 
cəhdinin qarşısının alınması zamanı şəxsi qəhrəmanlıq və şücaət göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 4 
aprel 1995-ci il //Azərbaycan.-1995.- 5 aprel.- S.1.- (Ölümündən sonra).
Əliyev Əmiraslan Rza oğlu (1960-1995) //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya / Azərbaycan Milli Kitabxanası; tərt. ed. 
H.Həmidova.-Bakı, 2008.- S.58-59.
Əsgərov V. Əliyev Əmiraslan Rza oğlu /Əsgərov V. //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.-Bakı, 2010.- S.82.
Seyidzadə, M. Əliyev Əmiraslan Rza oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.57.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
www.muallim.edu.az
30


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə