Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə81/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   77   78   79   80   81   82   83   84   ...   173

180
Tarixdə bu gün 
İYUN
26
26 iyun tariximizin əlamətdar səhifələrindən 
biri - Azərbaycan Milli Ordusunun yarandığı gün-
dür. 1918-ci il iyun ayının 26-da Azərbaycan Xalq 
Cümhuriyyəti hökuməti ilk milli diviziyanın və 
Hərbi Nazirliyin yaradılması barədə  qərar qəbul 
etmişdir. 
Milli Ordunun yaranması Azərbaycan xalqının 
milli dövlətçilik və milli özünütəsdiq tarixinin ən 
önəmli mərhələlərindən biri idi. Məhz güclü, ni-
zami ordu 1918-ci il may aının 28-də elan edilmiş 
istiqlalın bütün ölkə  ərazisində  qələbə çalmasını 
təmin edə bilərdi. Artıq iyun ayının əvvəlində Şa-
umyanın başçılıq etdiyi Bakı Xalq Komissarla-
rı Soveti əksəriyyəti ermənilərdən ibarət olan 20 
minə yaxın döyüşçü ilə cümhuriyyətə qarşı sava-
şa başlamışdı. Məqsəd milli hökumətin Tiflisdən 
Gəncəyə köçməsinə mane olmaq idi. Lakin daş-
naklar buna nail ola bilmədilər.
İyun ayının 26-da ilk hərbi korpusun (diviziya 
statusunda) yaradılması barədə  qərar qəbul edil-
miş, Azərbaycan Milli Ordusunun təməli qoyul-
muşdur. General Səməd ağa Mehmandarov hərbi 
nazir, general Əli ağa Şıxlinski hərbi nazirin müa-
vini, general Süleyman Sulkeviç isə baş qərargah 
rəisi təyin olunmuşdu. 
1919-cu il milli ordu quruculuğunda həlledici 
mərhələ olmuşdu. Ordunun yaradılması prosesi 
1920-ci il yanvar ayında əsasən başa çatdırılmışdı. 
40 min nəfərlik nizami ordunun 30 mini piyada, 
10 mini isə süvari qoşun hissələrindən ibarət idi 
1920-ci ilin aprel ayında XI Qızıl Ordu 
Azərbaycan sərhədlərinə yaxınlaşmış 
və 
A.Mikoyan başda olmaqla Bakı bolşevikləri 
rus ordusunu Bakıya çağırmışdı. Milli Ordunun 
sərhəddəki azsaylı hissələri ruslara müqavimət 
göstərə bilməmişdi. Aprelin 27-də Bakı buxtasına 
yan alan XI ordunun hərbi gəmiləri artıq toplarını 
parlament binasına tuşlamış, Bakıda milli hökumət 
süqut etmişdi. Azərbaycan istiqlaliyyətinin süqutu 
ilə Milli Ordunun mövcudluğuna da son qoyul-
muşdu. Bolşevik hökuməti isə artıq 1920-ci il 
mayın 7-də Azərbaycanda ordu və donanmanın 
yenidən təşkil edilməsi barədə dekret vermişdi. 
Milli Ordunun ləğvindən sonra 21 generaldan 15-i 
bolşeviklər tərəfindən güllələnmiş, komandirlərin 
böyük hissəsi repressiyaya məruz qalmışdı.
İlk dəfə Azərbaycan Respublikası Preziden-
tinin 1992-ci il 18 sentyabr tarixli Fərmanı ilə 
təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət 
müstəqilliyinin bərpasından sonra Azərbaycan or-
dusunun yaradılması barədə Azərbaycan Ali So-
vetinin qərarının qəbul edildiyi tarix - 9 oktyabr, 
Azərbaycan Respublikası Silahlı Qüvvələri günü 
elan edilmişdir. 
Məhz Heydər  Əliyev Azərbaycana rəhbərliyə 
qayıdandan sonra ölkədə gerçək ordu quruculuğu-
na başlanmışdı.
Azərbaycan Respublikası Prezidentinin 22 
may 1998-ci il tarixli Fərmanına əsasən Əlahiddə 
Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun 
tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri 
günü kimi elan edilmişdir. Hər il bu tarix rəsmi 
dövlət bayramı kimi qeyd edilir.
Milli Silahlı Qüvvələr Günü
1992


181
İYUL
 
 
Ç. 
C.A. 
C. 
Ş. 
B. 
B.E. 
Ç.A. 
Ç. 
C.A. 
C. 
Ş. 
B. 
B.E. 
Ç.A. 
Ç. 
C.A. 
C. 
Ş. 
B. 
B.E. 
Ç.A. 
Ç. 
C.A. 
C. 
Ş.
B. 
B.E. 
Ç.A.
Ç.
C.
C.a






7 


10 
11 
12 
13 
14 
15 
16 
17 
18 
19 
20 
21 
22 
23 
24 
25 
26 
27 
28 
29
30
31 

Azərbaycan Pоlisi Günü 
• 
 (02.07.1998)
“Əkinçi” 
• 
 qəzetinin ilk sayı çapdan çıxmışdır 
(22.07.1875)
Milli Mətbuat və Jurnalistika Günü (22.07.)
• 
Ağdam rayonunun işğalı günü
• 
 (23.07.1993) 
 
Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaratmış dahi 
bəstəkardır. O, 19-cu əsrin  əvvəllərinədək  şifahi xalq musiqi sənəti 
şəklində mövcud olan Azərbaycan milli musiqisini Qərbi Avro-
pa bəstəkarlıq məktəblərinin nailiyyətləri, forma və janrları ilə 
zənginləşdirmiş, Azərbaycan və ümumiyyətlə  Şərq musiqisinin gələcək 
inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyənləşdirmişdir. 
Artıq bir əsrdən çox vaxt ərzində çalınan, səslənən Üzeyir Hacıbəyli 
musiqisi Azərbaycan xalqının canına, qanına sirayət edərək onun bədii 
mədəniyyətinin  ayrılmaz hissəsinə çevrilmişdir. Necə ki, Üzeyir bəy 
xalq musiqimiz haqqında deyirdi ki,  ona həmişə “ruh yüksəkliyi və
aydınlıq ehtizazı, sabakı qalibiyyətə möhkəm inam, mənəvi bül-
lurluq, alicənablıq,  şücaət və  qəhrəmanlığı  tərənnüm etmək 
xas olmuşdur“, eləcə  də Hacıbəylinin musiqisi  üçün də bu 
cəhətlərlə  bərabər günəş kimi parlaqlıq,  əlvanlıq xas olmuşdur.
1 iyul
Gün çıxır 06:13  
Gün batır 21:15
31 iyul
Gün çıxır 06:36  
Gün batır 21:57
23 iyun
21 iyul
Xərcəng bürcünün
Nişanı sudur. Ayın 
himayəsindədir. 
Günəşin Xərçəng 
bürcündən 
keçdiyi dövrdə 
doğulanlar daha 
çox açıq xasiyyətli
xəyalpərəst olurlar. 
130 il
1885-1948
Üzeyir Hacıbəyli


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə