196
Milli Qəhrəmanlar
60
illiyi
Etibar Əliyev
1955-1993
İYUL
Etibar Böyükağa oğlu Əliyev 1955-ci
il iyul ayının 11-də Lənkəran şəhərində
anadan olmuşdur.
Burada 5 saylı orta məktəbdə 8-ci
sinfi bitirmiş, 1969-cu ildə 34 saylı
texniki-peşə məktəbində dülgər ixtisa-
sına yiyələnmişdir.
1973-cü ildə hərbi xidmətə çağı-
rılmışdır. Etibar Əliyev 1975-ci ildə
Saratov vilayətində əsgəri xidmətini
başa vurub doğma yurduna qayıdaraq
Lənkəran şəhər Əhaliyə Məişət Xidməti
İdarəsində işləməyə başlamışdır.
1993-cü il avqustun 23-də “Talış-
Muğan Respublikası” yaratmaq iddiası
ilə çıxış edənlərə qarşı mübarizə apar-
mış, bu mübarizədə igidlik göstərərək
həlak olmuşdur.
Ailəli idi. İki qızı yadigar qalıb.
Azərbaycan Respublikası Prezi-
dentinin 24 avqust 1993-cü
il tarix-
li 740 saylı Fərmanı ilə Əliyev Etibar
Böyükağa oğluna ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri
adına layiq görülmüşdür.
Etibar Əliyev Lənkəran şəhərinin
Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Lənkəran şəhərindəki küçələrdən
biri qəhrəmanın adını daşıyır. Şəhərin
“23 Avqust” meydanında büstü qoyul-
muşdur.
Ə d ə b i y y a t
Etibar Böyükağa oğlu Əliyevə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Lənkəran şəhər əhaliyə məişət xidməti
idarəsinin dülgəri - Azərbaycan Respublikasının dövlətçiliyinin və ərazi bütövlüyünün qorunmasında, Azərbaycan xalqına təcavüz edən
cinayətkar ünsürlərə qarşı mübarizədə göstərdiyi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 24 avqust
1993-cü il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı- 1993.- № 16.- S. 19.- (Ölümündən sonra).
Əsgərov, V. Əliyev Etibar Böyükağa oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı, 2010.- S.78.
Əliyev Etibar Böyükağa oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /
Azərbaycan Milli Kitabxanası;
tərt. H.Həmidova.-
Bakı, 2008.- S.55.
Seyidzadə, M. Əliyev Etibar Böyükağa oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.53.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.e-qanun.az
www.muallim.edu.az
11
Milli Qəhrəman
197
Milli Qəhrəmanlar
50
illiyi
Rafiq Alıcanov
1965-1993
İYUL
Rafiq Cəfər oğlu Alıcanov 1965-ci
il iyul ayının 11-də Qazax
rayonunun
Kəmərli kəndində dünyaya göz açmış-
dır.
Muğanlı kənd orta məktəbini
bitirdikdən sonra Kalininqrad şəhərinə
gedərək Ali Hərbi Məktəbə daxil ol-
muşdur.
1988-ci ildə təhsilini bitirib Ukray-
nada ixtisası üzrə işə başlamışdır. La-
kin Qarabağ müharibəsi başladığı üçün
Azərbaycana geri dönmüşdür. Qazax,
Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər,
Ağdam, Tərtər, Füzuli,
Zəngilan rayon-
larında və Naxçıvan MR-da döyüşlərdə
iştirak etmiş, kapitan rütbəsinə
yüksəlmişdir.
5 noyabr 1993-cü ildə Füzuli rayo-
nunun Kürdmahmudlu kəndi uğrunda
gedən döyüşlərdə qəhrəmancasına həlak
olmuşdur.
Ailəli idi, bir qızı və bir oğlu var.
Azərbaycan Respubliksı Preziden-
tinin 16 sentyabr 1994-cü
il tarixli
203 saylı Fərmanı ilə kapitan Alıca-
nov Rafiq Cəfər oğlu ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri
adına layiq görülmüşdür.
Köçəvəlli kəndində dəfn edilmişdir.
Köçəvəlli kənd orta məktəbi
qəhrəmanın adını daşıyır. Məktəbdə
və Ağstafa şəhərinin mərkəzində büstü
var. Büstün qoyulduğu ərazidə yerləşən
park onun adını daşıyır. Eyni
zamanda
Bakı şəhəri Suraxanı rayonu Qaraçu-
xur qəsəbəsində və Ağstafa rayonunun
mərkəzindəki küçəyə onun adı verilmiş-
dir.
Rafiq Alıcanovun qəhrəmanlığından,
keçdiyi həyat yolundan bəhs edən
Güləmail Muradla Salatın Əhmədlinin
“Vətən sağ olsun” şeir kitabı və Fəridə
Ləmanın “Lalələr şəhid qanı” poeması
işıq üzü görmüşdür. Qarabağ uğrunda
gedən döyüşlərdə göstərdiyi
igidliyə
görə (ölümündən sonra) bir sıra diplom-
larla təltif olunmuşdur.
2013-cü ildə onunla yanaşı Qazax ra-
yonundan olan digər iki Milli Qəhrəman
- Mərifət Nəsibov və Şamoy Çobano-
vun həyat və döyüş yollarından bəhs
edən “Qartal yuvası” sənədli-bədii filmi
çəkilmişdir.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Alı-
canov Rafiq Cəfər oğlu-kapitan-Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətənimizin torpaq-
larının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz
müqəddəs əsgəri və xidməti borcunun yerinə yetirilməsində misilsiz xidmətlərə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı,
16 sentyabr 1994-cü il //Azərbaycan.- 1994.- 21 sentyabr.- (Ölümündən sonra).
Əsgərov, V. Alıcanov Rafiq Cəfər oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı, 2010.- S.30.
Alıcanov Rafiq Cəfər oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /
Azərbaycan Milli Kitabxanası;
tərt. H.Həmidova.- Bakı,
2008.- S.26-27.
Seyidzadə, M. Alıcanov Rafiq Cəfər oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.33.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.e-qanun.az
www.muallim.edu.az
11
Milli Qəhrəman