Teqvim-2015. pdf


Alim Kitabxanaşünaslıq.Biblioqrafiya 70



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə91/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   87   88   89   90   91   92   93   94   ...   173

203
Alim
Kitabxanaşünaslıq.Biblioqrafiya
70 
illiyi
Xəlil İsmayılov
1945
İYUL
Xəlil  İsmayıl oğlu  İsmayılov 1945-
ci il iyul ayının 1-də  Gədəbəy rayonu-
nun Düzrəsullu kəndində anadan ol-
muşdur. 1952-1963-cü illərdə yeddiillik 
kənd məktəbində  təhsil almış, sonra isə 
Çayrəsullu kənd onbirillik orta məktəbdə 
təhsilini davam etdirmişdir. Hərbi xid-
mətdən qayıtdıqdan sonra 1968-1972-ci 
illərdə ADU-nun kitabxanaçılıq fakültə-
sində təhsil almışdır.
1974-1976-cı illərdə Kitabxanaşünas-
lıq kafedrasının laborantı  vəzifəsində 
işləmiş, 1976-1979-cu illərdə kafedranın 
əyani aspirantı olmuşdur. 1979-1983-cü 
illərdə həmin kafedrada müəllim, 1983-
1986-cı illərdə baş müəllim, 1986-2004-
cü illərdə kafedranın dosenti vəzifəsində 
çalışmışdır. 
1984-cü ildə Moskva Dövlət Mədəniy-
yət və İncəsənət Universitetində “Партий-
ные библиотеки Азербайджана в годы 
Советской  власти  (История,  совре-
менное состояние и перспективы раз-
вития)” mövzusunda müdafiə edərək 
pedaqoji elmlər namizədi elmi dərəcəsi, 
2004-cü ildə isə “Azərbaycan Respubli-
kasında kitabxanaların metodik təminat 
sistemi: 1918-2000-ci illər (Tarixi, müa-
sir vəziyyəti və perspektivləri)” mövzu-
sunda müdafiə edərək tarix elmləri dok-
toru elmi dərəcəsi almışdır.
1990-1993-cü illərdə Kitabxanaçılıq 
kafedrasının müdiri olmuş, 1993-2012-
ci illərdə kitabxanaşünaslıq-informasiya 
fakültəsinin dekanı vəzifəsində çalışmış-
dır. 2007-ci ildən Kitabxana resursları və 
informasiya axtarış sistemləri kafedrası-
nın müdiridir.
Professor X.İsmayılov şəxsi təşəbbüsü 
ilə 1997-ci ildən nəşr olunan ixtisas məc-
muəsinin -“Kitabxanaşünaslıq və bibli-
oqrafiya” elmi-nəzəri və təcrübi jurnalın 
təsisçisi və baş redaktoru kimi mühüm 
bir fəaliyyətlə məşğuldur. 
1999-cu ildə Azərbaycanda təşkil 
olunmuş AKİİA-nın (Azərbaycan Kitab-
xana İşinin İnkişafı Assosiasiyası) təsis-
çilərindən biri və prezidentidir. ABŞ 
(Boston), Fransa (Nitsa, Leon, Kan), Bel-
çika (Brüssel, Namur), Norveç (Oslo), və 
Koreyada (Seul) təşkil olunmuş Beynal-
xalq kitabxana forumlarında və  İFLA-
nın iclaslarında Azərbaycan kitabxana 
cəmiyyətini təmsil etmiş  və beynəlxalq 
konfranslarda məruzələrlə  çıxış etmiş-
dir. “Kitabxana işinin idarə edilməsinin 
təşkilati-metodik məsələləri” (1995), 
“Kitabxana menecmentinin əsasları” 
(2005, 2007), “Kitabxana-informasiya 
texnologiyaları” (2009), “Kitabxana işi-
nin təşkili  və idarə olunması” (2010) 
adlı  dərs vəsaitlərinin və “Azərbaycan 
Respublikasında Kitabxanaların metodik 
təminat sisteminin inkişaf tarixi: (1918-
2000)” (2000) monoqrafiyanın, 150-dən 
çox elmi məqalənin müəllifidir.
2009-cu ildə  “Əməkdar mədəniyyət 
işçisi” fəxri adına layiq görülmüş, Res-
publika Təhsil Nazirliyi tərəfindən iki 
dəfə “Qabaqcıl təhsil işçisi” adına, BDU-
nun rektoru tərəfindən Fəxri fərmanlara 
layiq görülmüşdür. O, prinsipial, obyek-
tiv və humanist insan kimi öz müsbət 
təşkilatçılıq və idarəçilik keyfiyyətləri ilə 
dərin hörmət qazanmışdır.
Görkəmli alim 28 aprel 2014-cü ildə 
Beynəlxalq İnformasiyalaşdırma Akade-
miyasının həqiqi üzvü seçilmişdir. 
Ə d ə b i y y a t
Azərbaycan Respublika-
sında kitabxana işinin 
metodik təminat sistemi-
nin inkişaf tarixi (1918-
2000-ci illər): monoqra-
fiya /X.İsmayılov; elmi 
red. A.Xələfov.- Bakı, 
2000.- 416 s.
Kitabxana-informasiya 
texnologiyaları: dərs 
vəsaiti /X.İsmayılov.- 
Bakı: Nurlar, 2009.- 311 
s.
Kitabxana işinin təşkili 
və idarə edilməsi: ali 
məktəb tələbələri üçün 
dərslik /X.İsmayılov; 
elmi red. A.Xələfov.- 
Bakı: Nurlar NPM, 
2010.- 327 s.
Kitabxana menecmenti-
nin əsasları: dərs vəsaiti 
/X.İsmayılov.- Bakı: 
Bakı Universiteti, 2007.- 
200 s.
İ n t e r n e t d ə
www.anl.az
www.azeribalasi.com
www..bsu.edu.az
www.qu.edu.az
1


204
İYUL
Tarixdə bu gün
Ramazan bayramı
İslam dininin müqəddəs bayramları arasında 
Ramazan bayramı mühüm yer tutur. Bu bayramın 
tarixi müsəlman təqvimi ilə hicrinin 2-ci ilindən 
(miladi 622-623-cü il) başlanmışdır.
İslamda ilin ayları arasında Ramazan ayı  ən 
şəfqətli və ən müqəddəs ay hesab edilir. Onu “on 
bir ayın sultanı” da adlandırırlar. Ramazan ayı in-
sanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara 
öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq im-
kanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa 
yönəldir və oruc tutmaqla ifadə olunur. Oruc rama-
zan ayında tutulduğu üçün ona “Ramazan orucu” 
da deyirlər.
Orucluq ayında günün işıqlı vaxtı yemək, içmək, 
siqaret çəkmək, və s. olmaz. Oruc tutmaqdan yal-
nız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vu-
ruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Oruc-
luq Ramazan ayında təzə ay çıxandan başlanır və 
29-30 gün davam edir. Qurani-Kərimdə yazılır: 
“Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə 
qədər yeyib için; sonra gecəyə  qədər orucunuzu 
tamamlayın.” (“Bəqərə” surəsi, 187)
Məhəmməd peyğəmbər (s.ə.s.) buyurmuşdur 
ki, Ramazan ayı  gələndə  cənnətin qapıları açı-
lar, cəhənnəmin qapıları bağlanar,  şeytanlar da 
zəncirdə olar. Döyüşdə  və ya əsirlikdə olduğuna 
görə oruc tutmayanlar sonra münasib bir vaxtda 
onun  əvəzinə oruc (qəzasını) tutmalı  və ya fidyə 
verməlidirlər.
Orucu qəsdən pozanlar isə onun əvəzini tutmaq-
la yanaşı, tövbə etməli və kəffarəsini ödəməlidirlər. 
Kəffarə isə 60 gün oruc tutmaq, yaxud 60 yoxsulu 
yedirtməkdir. 60 günlük kəffarə orucuna bir gün-
lük qəza orucu da əlavə olunur.
Məhz Ramazan ayının axırıncı on gecələrinin 
birində Quran hədiyyə edilmişdir. Deyilənə görə 
bu, həmin ayın ya 22-dən 23-nə, ya da 26-dan 27-
nə keçən gecə baş vermişdir. Bu gecə “leylət al-
Qadr” - qüdrətli,  əzəmətli gecə adlanır. Quranda 
bu gecə haqqında belə yazılır: “Qədr gecəsi min 
aydan daha xeyirlidir! O gecə  mələklər və ruh 
Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər. 
O gecə dan yeri sökülənə kimi salamatlıqdır!” 
(“Qədr” surəsi, 3-5)
Orucluğun başa çatdığı gün fitr bayramı adlanır. 
Həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik 
edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruh-
larına dualar oxuyurlar. Bayram günü hər kəs öz 
himayəsində olanlar üçün təqribən 3 kq buğda, ya-
xud xurma və ya kişmiş miqdarında kasıblar üçün 
fitrə zəkatı verməlidir. 
Sovet hakimiyyəti dövründə  İslamın başqa 
ayinləri və ibadətləri kimi, orucluq da qadağan 
edilmişdi. Lakin imanlı adamlar gizlicə də olsa, öz 
borclarını yerinə yetirirdilər. Bir çoxları isə vəzifə 
və iş yerlərini itirmək, təqiblərə məruz qalmamaq 
üçün orucluqdan imtina etməyə  məcbur olmuş-
dular. Azərbaycan öz dövlət müstəqilliyini bərpa 
etdikdən sonra insanların vicdan azadlığı  bərpa 
olunmuş, İslam dininə, onun ibadət və ayinlərinə 
olan münasibət də dəyişmişdi. Ramazan (Orucluq) 
bayramı Azərbaycanda Milli Məclisin qəbul etdi-
yi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Res-
publikasının bayramları haqqında” Qanuna əsasən 
1993-cü ildən dövlət səviyyəsində qeyd olunmağa 
başlamışdır.
Ə d ə b i y y a t
Hicrani, Ə.T. Orucun tarixi və mənəvi dəyərləri /Əli Təbrizi 
Hicrani.-[Yersiz]:[Məhdiyar], 2005.-141 s.
Qocayev, Ə. Orucluq bayramı //Qocayev Ə. Bayramlar və tarixi 
günlər.- Bakı: Altun Kitab, 2006.-S. 5-7.
Fitrə //İqtisadiyyat.- 2014.- 25 iyul-7 avqust.- S.15.
18


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə